Microsoft Word Qismet-esas-redakteli-son-son doc



Yüklə 2,11 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix26.09.2017
ölçüsü2,11 Kb.
#1684
1   2   3   4   5   6   7   8   9   ...   17

 
12
 
 
 
 
 
 
 
 
 
 
3. Eskalatorun  altındakı  qadına 
 
Kişilərin repressiyaya 
qadınların depressiyaya düşdüyü 
illərdə yazılan  
məktublara bənzəyir bu qadın. 
Soyuq, əsəbi və kədərli… 
 
Gözlərindəki təqvimdə yoxdur sabah, 
dünənlər isə bugünə oxşar…   
 
Düşənləri daha çox sevir bu qadın  
çünki uzaqlaşmaqla məşğul 
bütün çıxanlar. 
 
Dost xəyanəti kimi acıdır səsi. 
Elə bil, 


 
13
evlərə qarğış deyir 
zəlzələ dilində. 
Bilmirəm 
onu uzaqlara aparacaq  
qatarı gözləyir, yoxsa ölümü  
öz şüşə kabinəsində?.. 
 
Gözləri eynəkli,  
əlləri  daim  kitablı  oğlanların  yanında 
axmaq  qızları  görəndə   
yəqin  düşünür  ki,  
metro  relsləri  heç  vaxt  qovuşmaz... 
 
 
Kişilərin  repressiyaya 
qadınların depressiyaya düşdüyü 
illərdə yazılan  
məktublara bənzəyir bu qadın. 
Soyuq, əsəbi və kədərli… 
 
Gözlərindəki təqvimdə yoxdur sabah. 
Dünənlər isə bugünə oxşar…   
 
 
 


 
14
 
 
 
 
 
 
 
 
 
 
4Exchange 
 
Xoşbəxtlik endirimli dükanlarda,  
“Azercell”in kampaniyalarında yoxdu. 
Çay puluna  
bulvarda öpüş satır polislər
“İdiot”da tum çırtlayır adamlar.... 
 
Bu şəhərdə  
uşaqların  
alınmayan oyuncaqlarda  
əlləri yox, 
gözlərinin izi qalır... 
 
Təklik qəpik-quruş olsa 
xərcləməyə nə vardı ki... 
 


 
15
Nə Milli, 
nə İsveçrə banklarına sığmaz 
içimdəki təklik.  
Bir ömürlük və bir ürəklik 
 xırdalayın bu təkliyi nooolar... 
Çətindir  
dünyanın  
ən ağır daşınmaz əmlakı 
təkliklə yaşamaq. 
Mən inflyasiya istəyirəm! 
Qardaş, bu şəhərdə  
heç kimin bu təkliyə xırdası yoxmu? 
 


 
16
 
 
 
 
 
 
 
 
 
 
5. Ümid və Penelopa 
 
Yorğun olanda, 
halsız olanda, 
pulsuz olanda, 
işıq pulu yığanlar qapını döyməkdən yorulanda, 
hansısa jurnalist 
blokda vurulanda, 
su gəlməyəndə, 
kəsiləndə qaz, 
içimdə dingildəyəndə 
alkoqol nəfəsli etiraz
futbol-proqnozu yandıranda, 
özümü “eybi yox...”lara inandıranda, 
uzanıb tavana baxanda key kimi, 
bu adamyeyən darıxmağın 


 
17
təpəsindəki gözü 
çıxartmaq istəyirəm Odissey kimi... 
 
Penelopa, tikdiyini bu gecə də sök 
Troya artıq yoxdu... 
 
 
 


 
18
 
 
 
 
 
 
 
 
 
 
6. Başıbəlalı 
 
Ürək dəyirman kimi işləyir. 
Hər gün min əzab üyüdürəm… 
Bir başıbəlalı zəifliyim var ki, 
xırda şeyləri ürəyimə salıb 
çox  böyüdürəm. 
 
Niyə o qız istehzayla gülümsədi 
şerimi eşidəndə, 
saçlarımmı çox dağınıqdır 
yoxsa çox şair görünürəm? 
Niyə o oğlan dedi ki
şeir yazırsansa acından öləcəksən... 
 
 


 
19
Niyə diplomlar bitirmək haqqında sənəddir, 
başlamaq haqqında yox? 
Niyə başlamaq üçün  
bitirmək haqqında sənəd lazım? 
Deyəsən fəlsəfə sual verməkdən başlayırdı axı, hə? 
 
 
 
 
 
 
 


 
20
 
 
 
 
 
 
 
 
 
 
7. Getməyin qeyri-mümkünlüyü 
 
Bəzən  
heç nəyə əl vurmadan 
çıxıb getmək istəyir adam. 
Darıxıb bir gün 
evdən başını götürüb, 
bir az qonşu pəncərədəki qızı, 
bir az qızın gözlərindəki özünü götürüb
şkafdan əlcəyin əllərini, 
eynəyin gözünü götürüb 
getmək istəyir. 
 
Güzgülər üzün üçün darıxacaq deyə, 
arxanca ancaq işıqlar baxacaq deyə, 
özündən qabaqdakı  kölgəsini 
ötmək istəyir adam. 


 
21
Bəzən dünyadakı  
təkrar səhərlərdən, 
yorğun axşamlardan bezib, 
bütün, bütün adamlardan bezib  
dəli bir axtarılmaq həsrətilə  
itmək istəyir adam. 
 
Həmişə harasa getmək... 
Məsələn, 
Parisə, 
Londona, 
İstanbula, 
açıq kosmosa, 
Marsa,  
Aya... 
Bəzən istəmədən gedir adam, 
məsələn, 
dərsə, 
işə,  
görüşə – o dünyaya... 
 
 


 
22
 
 
 
 
 
 
 
 
 
 
8. Aydınlıq 
 
Yağış səhərəcən yağsın şəhərə, 
Hamının  dərdini yusun  aparsın. 
Quşlar qonaq gəlsin mavi Xəzərə, 
Balıqlar evinə yosun aparsın... 
 
Ölüm qapımıza elə gəlsin ki, 
Birini alanda, biri qayıtsın... 
Uşaqların üzü elə gülsün ki
Mərmilər utanıb geri qayıtsın. 
 
Yağış səhərəcən yağsın şəhərə, 
Titrəsin evlərin navalçaları.... 
Yağmur mələkləri enmişkən yerə, 
Verək aparsınlar tapançaları... 
 


Yüklə 2,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə