Microsoft Word Qismet-esas-redakteli-son-son doc



Yüklə 2,11 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix26.09.2017
ölçüsü2,11 Kb.
#1684
1   ...   9   10   11   12   13   14   15   16   17

 
120
(B) Şükranlıq 
 
 Səlim Babullaoğluna 
 
Əlləri kirli 
çəkməsi toz 
gecəsi, gündüzü bomboz bu şəhərdə 
səni anlayan olmasa da 
o məlum ünvanda  
ventilyatorun yanındakı masada 
bir Bakı gecəsində 
bir iftar süfrəsində 
istiqanlı, ağzıdualı bir stəkan suyu, 
qəhvəyi gözlü bir xurmanı, 
sarı saçlı, mübarək üzlü bir çörəyi bölmək varsa 
günəş varsa, dostlar varsa, gülmək varsa 
şükür olsun, şükür olsun, GÜLÜMSƏ! 
 
darıxma ki, qüssələr var,  
iztirablar var. 
axı bu dünyada dostlar var
kitablar var... 
şükür olsun, axı hələ sağlar var, 
axı hələ uşaqlar var... 
axı hələ gəziləcək şəhərlər, 
üzülməli mavi gözlü dənizlər, 
qızınmalı sünbül saçlı günəş, 


 
121
yazılmalı şeirlər, 
içilməli çaylar, 
bölünməli çörək var. 
Axı hələ Sona var, Mübarək var. 
Şükür ki, var, şükür ki, var, şükür ki... 
 
 Bu dünyada kədər qədər xeyir varsa, 
Gözlərində işıq varsa, 
ürəyində şeir varsa 
sevgi varsa, 
axmaqlarla, əclaflarla, avamlarla  
küsüşdüyün, barışdığın adamlarla maraqlıdır 
məncə həyat. 
Maraqlıdır, maraqlıdır, maraqlıdır şükür ki... 
 
Hər namazın səcdəsində  
alnına nə yazılıbsa pak torpağa yaxınlaşar. 
Ana torpaq öpər onda bir gün geri qayıdacaq 
övladının alnındakı yazılanı. 
Namaz bitər  
ürəyində bahar olar, 
görərsən ki, yanağında güllər açır. 
Sən Tanrıya addım-addım yol gedərsən, 
Görərsən o tərəfdən sənə tərəf qaçır Tanrı... 
Şükür olsun, şükür olsun, min  şükür! 
 


 
122
(C) Dekabr səhərində ümid 
 
Çöldə cilvələnərkən dekabr günəşi, 
çıxıb getməyə yer varkən
evdə oturmaq vasvası adamlar kimi   
sevgi məcəlləsinə görə cinayət. 
Dünya həbsxana zatən 
qutu evlər içrə kibrit olmağa nə hacət. 
Bu günəşdən od almaq, 
yanmaq, alışmaq, sevmək... 
İnsanları sev, dostum. 
 
Siqaretini ver zibil qutuları çəksin, 
Ayaqqabının öpüşü qalsın  
yolların yanağında, 
uşaqlardan bir çimdik oğurla,  
göz vur bir gözələ dodaqları qaçsın. 
Gözlərini yum, dərin bir nəfəs çək! 
pıçılda ki, şükür sənə ilahi! 
Dodaqları qaçan qızın dodaqlarına çatıb 
götür dodaqlarını.  
qayıt 
de ki, buyurun dodaqlarınız. 
Qıvırcıq saçları altında gizlənən qulağına 
İki söz üfür: səni sevirəm. 
  
 


 
123
Başını çəkmənə sürtən pişiyi oynat, 
tüklərinin 
ağlığına, 
bozluğuna, 
qaralığına, 
sənin,  
pişiyin,  
dekabrın 
birgəliyinə, 
o saatın 
o anına yaxşı bax! 
Gözəldi, elədirmi? 
Sevmək, dostum, sevmək... 
Allahı, sevmək, Allahı... 
 
 


 
124
 
 
 
 
 
 
 
 
 
 
5. Şillə 
 
Ucuz, sığortasız bir qəbir qazın, 
O qızın qəlbimi qırdığı yerdə. 
Üstünə adicə bir cümlə yazın, 
Bu oğlan ölməyib durduğu yerdə.  
 
Qəlbini qırmadım ürəkqıranın, 
Aldım salamını aravuranın, 
Əli qırılaydı saat quranın, 
Vaxtı sənsizliyə qurduğu yerdə. 
 
Çıxırıq, sonuncu pillədi ölüm, 
Şamda öləziyən şölədi ölüm, 
Atadan övlada şillədi ölüm
Gül bitər atanın vurduğu yerdə...  
 


 
125
 
 
 
 
 
 
 
 
 
 
6. Üzü işığa 
 
Solğun bənizimdə yox idi işıq, 
Hər tərəf bir dəli zülmətdə idi. 
Sənsiz hər nə varsa qatmaqarışıq, 
Sənsiz hər nə varsa həsrətdə idi. 
 
Qıfıllar qapıda toz bağlamışdı, 
Cəftələr, elə bil, daş olmuşdular. 
Baxışım tavanı qucaqlamışdı, 
Gözlərim it kimi yorulmuşdular. 
 
Sən uzaq gəzəndə könüldən, gözdən 
Ürəklər hər şeyi boşlamışdılar. 
Bir acı baxışdan, bir acı sözdən, 
Adamlar ölməyə başlamışdılar. 
 


 
126
Gecə istəmirdim səhər açılsın, 
Ölmək istəyirdim yatdığım yerdə. 
Deyirdim cəsədim qoy basdırılsın, 
Hər səhər zibili atdığım yerdə. 
 
Təkliklə yüklənmiş, dərdlə yüklənmiş 
Hər şeyi bitirmiş bir adamıydım. 
Saçları uzanmış, üzü tüklənmiş 
Səsini itirmiş bir adamıydım. 
 
Ölü siqaretlər, dolmuş külqabı 
Qəzaya uğramış ev telefonu... 
Ömür sualının buymuş cavabı, 
Dünyanın sonuymuş ümidin sonu. 
 
Günbəgün güzgüdə əksim itirdi, 
Sakitcə ölürdü adamın biri... 
İşıqsız ömrümə işıq gətirdi, 
Ümid nə yaxşı ki, qayıtdı geri. 
 
 


 
127
 
 
 
 
 
 
 
 
 
 
7. Döymək 
 
Səndən xəbərsizcə mənim gözlərim, 
Səni sizə qədər ötürdü, gəldi. 
Səni qabaqlayıb ayaq izlərim, 
Sizdən gözlərini götürdü, gəldi. 
 
Düşdü aralığa tətil – ayrılıq, 
Dinamit ucunda fitil – ayrılıq, 
Səssiz tapançayla qatil – ayrılıq, 
Ümidin işini bitirdi, gəldi. 
 
Mən cavan, can verən ümidim qoca… 
Bir dostdan bir ümid istədim borca. 
Tutdum ayrılığı döydüm yaxşıca, 
Getdi böyüyünü gətirdi, gəldi. 
 


Yüklə 2,11 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə