Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

48 

 

inkişaf  edəni  məhz  depozitariyadır.  Bu  günə  cəmi  iki  təşkilat  bu  fəaliyyət  növü 



üzrə lisenziyaya malikdir. 

Son  illər  ərzində ölkəmizin  bazar  münasibətlərinə keçməsi istiqamətlərində 

görülən  işlər  nəticəsində  ölkənin  iqtisadiyyatında  müxtəlif  sahələr  üzrə  böyük 

inkişaf  müşahidə  olunur:  inflyasiyanın  templərinin  azalması,  ildən-ilə  ümumi 

daxili  məhsulun  və  sənaye  istehsalının  göstəricilərinin  artması,  milli  valyuta 

sabitliyinin  əldə  edilməsi,  kiçik  və  orta  müəssisələrin  özəlləşdirilməsinin 

keçirilməsi,  xarici  investisiyaların  axımının  çoxalması,  milli  bank  sisteminin 

yaradılması və s. Bununla yanaşı tədavülə dövlət qısamüddətli istiqrazları, dövlət 

özəlləşdirmə  payları  (çekləri),  dövlət  özəlləşdirmə  opsionları,  səhmdar 

cəmiyyətlərinin  səhmləri,  kredit  təşkilatlarının  depozit  sertifikatları  və  veksellər 

buraxılmışdır. 

Azərbaycanda  daxili  ictimai-siyasi  sabitliyin  yaranması,  ölkə  başçısının 

uğurlu və ardıcıl xarici siyasətinin həyata keçirilməsi, respublikamızın beynəlxalq 

aləmdə  nüfuzunun  artması  və  dünya  birliyində  sivil  ölkə  kimi  tanınması 

Azərbaycana  yüksək  suveren  kredit  reytinqinin  verilməsi  üçün  möhkəm  zəmin 

yaratmışdır.  2000-ci  ildə  dünyada  nüfuzu  ilə  seçilən  ngiltərənin  Fitç  bka  (Fitsh 

BCA) reytinq agentliyi Azərbaycana B+, 2001-ci ilin yayında isə daha yüksək BB 

–  kredit  reytinqi  verilmişdir.  Xüsusi  qeyd  etmək  lazımdır  ki,  müharibə şəraitində 

yaşayan  ölkə  üçün  bu  çox  yüksək  göstəricilərdir.  Reytinq  göstəricisinə  görə 

Azərbaycan  Türkiyə  və  Rusiya  kimi  iri  dövlətləri  qabaqlamışdır.  Ölkəyə  kredit 

reytinqinin verilməsi qısa və uzun müddətli sərmayələrin ölkə iqtisadiyyatına cəlb 

edilməsində  həlledici  rol  oynayacaqdır.  Bu  o  deməkdir  ki,  Azərbaycana  verilmiş 

yüksək suveren kredit reytinqi ölkəmiz qarşısında dünyanın bütün maliyyə və fond 

bazarlarına  yol  açır,  sərmayədarların  ölkəmiz  haqqında  bilgilərin  artmasına  və 

onların  investisiya  qoyuluşu  üzrə  fəaliyyətlərinin  fəallaşmasını  stimullaşdırır. 

Göründüyü  kimi,  Azərbaycanın  iqtisadi  vəziyyəti  yaxşılaşdıqca  ona  pozitiv 

görünüşlə verilmiş kredit reytinqi daha da yüksəldilir. Bununla ölkəyə güclü vəsait, 

investisiya qoyuluşuna şərait yaranır, bu da iqtisadiyyatın inkişafına təkan verir.  

 



49 

 

2.2.



  Azərbaycanda qiymətli kağızlar bazarının inkişafının 

müasir mərhələsi 

 

2014-cü  il  ərzində  qiymətli  kağızlar  bazarının  artım  tempi  ölkə 



iqtisadiyyatının  inkişaf  dinamikasını  bir  neçə  dəfə  üstələyən  tendensiya  nümayiş 

etdirmiş,  bazarda  pozitiv  kəmiyyət  göstəriciləri  ilə  yanaşı  önəmli  keyfiyyət 

dəyişiklikləri  müşahidə  olunmuşdur.  Belə  ki,  qiymətli  kağızlar  bazarında 

əməliyyatların həcmi 2014-cü il ərzində ötən il illə müqayisədə 50 faiz artaraq 13,2 

milyard manat təşkil etmişdir ki, bu da Azərbaycanda qiymətli kağızlar bazarının 

formalaşdığı dövrdən bəri qeydə alınan ən yüksək göstəricidir. Həmçinin, hesabat 

dövrü  ərzində  bazarın  korporativ  qiymətli  kağızlar  sektoru  yüksək  artım  tempi 

nümayiş 


etdirərək 

Azərbaycanın 

qiymətli 

kağızlar 

bazarının 

dövlət 


tənzimlənməsinin başlandığı dövrdən etibarən ən yüksək həddə çatmış, korporativ 

qiymətli  kağızlar  sektorunun  bazar  payı  ilk  dəfə  olaraq  50  faizi  ötmüş,  ilk  dəfə 

olaraq  iri  regional  layihələrin  korporativ  qiymətli  kağızlar  bazarı  vasitəsilə 

maliyyələşməsi  və  qiymətli  kağızlar  bazarında  törəmə  alətlər  ilə  ticarət 

əməliyyatları həyata keçirilmişdir.  

2014-cü  il  ərzində  şirkətlərin  qiymətli  kağızlar  bazarı  vasitəsilə 

maliyyələşməsi  və  qiymətli  kağızların  təkrar  ticarətində  əhəmiyyətli  canlanma 

müşahidə  olunmuş,  bazarın  hər  iki  seqmentində  Azərbaycan  qiymətli  kağızlar 

bazarı  tarixinin  ən  yüksək  həddi  qeydə  alınmışdır.  Belə  ki,  qiymətli  kağızlar 

bazarının ilkin bazarında baş tutmuş əqdlərin sayı ötən il ilə müqayisədə 37 faiz, 

həcmi isə 3dəfə artaraq 3,6milyard manat, təkrar bazar ticarəti üzrə əməliyyatların 

həcmi ötən il ilə müqayisədə 26 faiz artaraq 9,6 milyard manat təşkil etmişdir. Eyni 

zamanda,  2014-cüil  ərzində  həyata  keçirilən  əməliyyatların  98  faizi  mütəşəkkil 

bazarda  baş  tutmuşdur  ki,  bu  da  2009-cu  ildən  bəri  qeydə  alınmış  ən  yüksək 

göstəricidir.

 

Hesabat  dövrü  ərzində  özəl  və  dövlət  sektoru  şirkətlərivə  regional 



layihələrinqiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi, həmçinin korporativ 

alətlərlə  təkrar  ticarətin  artması  nəticəsində  bazarın  korporativ  qiymətli  kağızlar 




50 

 

seqmentindəəqdlərin  sayıvə  əməliyyatların  həcmində  yüksək  templi  artım 



müşahidə  olunmuşdur.  Belə  ki,  2014-cü  ilərzində  korporativ  qiymətli  kağızlar 

bazarında  əqdlərin  sayı  ötən  il  ilə  müqayisədə  38faiz,  həcmi  isə  2,7  dəfə  artaraq 

4,7milyard  manat  təşkil  etmişdir  ki,  buda  qiymətli  kağızlar  bazarının  korporativ 

sektorunda  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  formalaşdığı  dövrdən  bəri 

qeydə alınmış ən yüksək göstəricidir.

 

 



Cədvəl 2.1. Qiymətli kağizlar bazarı üzrə müqayisəli göstəricilə

Qiymətli kağızların növləri 

2014-cü il 

2013-cü il  

Məbləğ 

üzrəfərq 



Əqdlərin 

sayı 


Məbləğ 

(AZN) 


Əqdləri

sayı 



Məbləğ 

(AZN) 


KORPORAT V 

Q YMƏTL  KAĞIZLAR 

6 534 

4 737 505 901 



4 749 

1 736 888 767 

2,7 dəfə 

lkin bazar 

770 

3 312 683 938 



463 

769 112 114 

4,3 dəfə 

Təkrar bazar 

5 764 

1 424 821 964 



4 286 

967 776 653 

47% 

DÖVLƏT Q TMƏTL  



KAĞIZLARI 

421 


4 156 582 849 

757 


7 087 500 660 

-41% 


lkin bazar 

78 


238 366 093 

156 


397 877 589 

-40% 


Təkrar bazar 

343 


3 918 216 756 

601 


6 689 623 070 

-41% 


TÖRƏMƏ Q YMƏTL  

KAĞIZLAR 

29 779 

4 299 420 507 





Təkrar bazar 

29 779 


4 299 420507 



Q YMƏTL  KAĞIZLAR 

BAZARI 

36 734 


13193509257 

5 506 


8 824 389 427 

50% 


lkin bazar 

848 


3 551 050 030 

619 


1 166 989 704 

3 dəfə 


Təkrar bazar 

35 886 


9 642 459 227 

4 887 


7 657 399 723 

26% 


Mənbə: Azərbaycan Respublikası Qiymətli Kağızlar uzrə Dovlət Komitəsinin hesabatları. 

 

Korporativ  qiymətli  kağızlar  sektorunda  son  illər  ərzində  müşahidə  olunan 



sürətli  artımı  artıq  bütövlükdə  qiymətli  kağızlar  bazarının  strukturuna  da  təsir 

etmişdir.  Belə  ki,  2014-cüil  ərzində  korporativ  qiymətli  kağızlar  sektorunun 

bütövlükdə  bazar  payı  törəmə  maliyyə  alətləri  istisna  olmaqla  isə  53%,  törəmə 

maliyyə  alətləri  daxil  olmaqla  isə  36%  təşkil  etmişdir  ki,  Azərbaycanda  qiymətli 

kağızlar bazarı tarixində qeydə alınan rekord göstəricidir. 

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə