Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

32 

 

kağızlarını  saxlamaq  üçün  investisiya  fondunun  yalnız  bir  depozitarisi  ola  bilər. 



nvestisiya  fondu  həmçinin  səhmdarlarının  reyestrinin  aparılması  üçün  reyestr 

saxlayıcı yaratmalıdır. Bu funksiya həmçinin depozitra tərəfindən də yerinə yetirilə 

bilər.  

4.  Fond Birjasının təşkili və fəaliyyəti 

Fond Birjası - müstəsna olaraq fəaliyyət predmeti qiymətli kağızların normal 

tədavülü  üçün  zəruri  şəraitin  yaradılması,  onların  bazar  qiymətlərinin  müəyyən 

edilməsi  (qiymətli  kağızlara  olan  tələb  və  təklif  arasında  tarazlığı  əks  etdirən 

qiymət), həmçinin onlar haqqında lazımi məlumatnın yayılması, qiymətli kağızlar 

bazarı  iştirakçılarının  yüksək  peşəkarlıq  səviyyəsi  nümayiş  etdirmələri  üçün 

şəraitin  yaradılması  olan  təşkilatdır.  Fond  Birjası  -  qapalı  səhmdar  cəmiyyəti 

formasında yaradılan, öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən və 

bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısıdır. 

Fond  birjası  öz  fəaliyyətini  Qiymətli  kağızlar  üzrə  Dövlət  Komitəsi 

tərəfindən  verilmiş  xüsusi  razılıq  (lisenziya)  əsasında  yerinə  yetirir.  Yanlız  bu 

razılıq verildikdən sonra qurum özünü fond birjası adlandıra bilər. Fond birjasının 

üzvləri birjanın daxili qaydalarına uyğun olaraq birja ticarətində bilavasitə iştirak 

etmək hüququna malik olan broker və ya dilerlərdir. 

Fond  birjası  ticarət  təşkilatçısı  kimi  əlavə  olaraq  depozitar  fəaliyyəti  və 

qarşılıqlı  öhdəliklərin  müəyyən  olunması  (klirinq)  fəaliyyəti  ilə  məşğul  ola  bilər. 

Bu  fəaliyyət  növlərindən  əlavə  fond  birjası  qiymətli  kağızlar  bazarında  hər  hansı 

bir  digər  peşəkar  fəaliyyət  növü  (məsələn,  ticarətin  təşkili,  broker  və  ya 

investisiyanın idarə olunması) ilə məşğul ola bilməz.  

Fond  birjası  özünün  xüsusi  tələblərinə  və  şirkətə  qiymətli  kağızlar 

buraxmağa  icazə  verən  QKDK-nin  tələblərinə  uyğun  olaraq  öz  bazarlarında 

qiymətli  kağızların  ticarətə  buraxılması  üçün  məsuliyyət  daşıyır.  Birja  həmçinin 

qiymətli kağızlar onun tələblərinə uyğun gəlmədikdə onların ticarətdən çıxarılması 

(delistinq) üçün məsuliyyət daşıyır. 

Fond  birjası  qiymətləri  göstərmək  və  qiymətli  kağızlarla  əqdlərin 

bağlanmasına imkan vermək üçün ticarət sistemi yaradır.  



33 

 

Fond  birjasının  qulluqçuları  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçısı, 



birjanın təsisçisi və iştirakçısı ola bilməzlər, eləjə də fond birjasının fəaliyyətində 

sahibkar sifəti ilə sərbəst iştirak edə bilməzlər.  

Fond birjasının ticarətin aparılması üçün hərracları təşkil etdiyi günlər ticarət 

günləri  kimi  tanınır  və  hər  ticarət  günü  daxilində  bir  və  ya  daha  çox  ticarət 

sessiyaları ola bilər.  

Hərracın  iştirakçısı  fond  birjasının  üzvü  olan  broker  və  (və  ya)  diler 

fəaliyyətini  həyata  keçirilməsi  üçün  qiymətli  kağızlar  bazarının  peşəkar 

iştirakçısının xüsusi razılığa (lisenziyaya) malik olan və fond birjasının qaydalarına 

uyğun  sifarişlər  elan  etmək  və  qiymətli  kağızlarla  bağlı  əqdləri  həyata  keçirmək 

hüququna  malik  olan  hüquqi  və  (və  ya)  fiziki  şəxsdir.  Onlar  fond  birjasının 

tələblərinə uyğun olaraq öz sifarişlərini elan etməli və əqdlər bağlamalıdırlar.            

Qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları fond birjasının üzvləri 

ola  bilərlər.  Kimin  üzv  kimi  qəbul  edilməsi  məsələsi  isə  fond  birjasının 

səlahiyyətindədir.  

5.  Klirinq fəaliyyəti 

Klirinq  (clearing  –  ingilis  dilindən  tərcüməsi  təmizləmək  deməkdir)  - 

qiymətli kağızların göndərilməsi üzrə qarşılıqlı öhdəliklərin müəyyən edilməsi, bu 

öhdəliklərin  hesaba  alınması  və  qiymətli  kağızlar  üzrə  hesablaşma  aparılmasıdır.  

Klirinq  qiymətli  kağızlar  alan  şəxs  üçün  onların  qəbul  etməsini  (almasını)  və 

qiymətli  kağızları  satan  şəxs  üçün  isə  bu  qiymətli  kağızların  ödənilməsini  təmin 

edir. Bu proses qiymətli kağızlarla əqdlər üzrə məlumatın toplanması, yoxlanması, 

təshih  edilməsi  və  onlar  üzrə  mühasibat  sənədlərinin  hazırlanmasını  əhatə  edir. 

Klirinq  birbaşa  iştirakçılar  arasında  və  ya  daha  normal  olaraq  adətən  klirinq  evi  

məlum  olan  klirinq  təşkilatı vasitəsilə  həyata  keçirilir.  Klirinq  evi hüquqi şəxsdir 

və  Azərbaycanda  bu  fəaldiyyət  növü  ilə  məşğul  olmaq  üçün  Qiymətli  Kağızlar 

üzrə  Dövlət  Komitəsindən  lisenziya  alınmalıdır.  Klirinq  evi  klirinqi  xidmətlər  və 

mexanizmlərlə  təmin  edərkən  o,  onu  öz  əqdlərinə  və  agent  kimi  fəaliyyət 

göstərdikləri  tərəflərə  dair  məlumat    ilə  təmin  edəcək    üzvlər  kimi    klirinq 

iştirakçıları  tələb edir. 



34 

 

Bu fəaliyyətlə məşğul olan iştirakçılar çox vaxt ticarət təşkilatçıları adlanır. 



Klirinq  təşkilatçısı  öz  gəlirini  hər  bir  əqd  üzərinə  qoyulan  rüsumdan  əldə  edir. 

Onlar  öz  gəlirlərini  qiymətli  kağızlarla  bağlı  ticarət  mövqelərindən  deyil  klirinq 

fəaliyyətindən götürürlər. 

6.  Depozitar fəaliyyət 

Depozitar  qiymətli  kağızları  və  onların  sertifikatlarını  onların 

mülkiyyətçilərinin  adından  təhlükəsiz  saxlanılmasını  təmin  edən  institutdur 

(hüquqi  şəxs  qismində,  fiziki  şəxs  deyil)  və  bu  qiymətli  kağızlar  üzərində 

mülkiyyət  hüquqlarının  özgəninkiləşdirilməsi  ilə  bağlı  xidmətlər  göstərir.  Bu  isə 

qiymətli  kağızlarla  ticarət  edən  qiymətli  kağızların  peşəkar  iştirakçıları  üçün 

dəyişmənin sürətini və effektivliyini artırır. Beləliklə depozitarlar üzvlər arasında, 

eləcə  də  üzvlər  və  qeyri-üzvlər  arasında  qiymətli  kağızlara  dair  sövdələşmə 

proseslərini asanlaşdırır və sürətləndirir. Başqa depozitarları istifadə edən qiymətli 

kağızlar bazarının iştirakçıları ilə bütün sövdələşmələr də həmçinin, yerinə yetirilə 

bilər.  Depozitar  həmçinin,  qiymətli  kağızlara  olan  mülkiyyət  haquqlarının 

özgəninkiləşdirilməsinin  hesablar  vasitəsi  ilə  baş  verməsini,  yalnız  xalis 

özgəninkiləşdirmə  proseslərinin hər bir  emitentin qiymətli kağızlarının  mülkiyyət 

hüquqlarını  qeydə  alan  reyestrsaxlayıcı  ilə  uçota  alınmasını  təmin  edə  bilər.  Bu 

bazarda  müntəzəm  şəkildə  qiymətli  kağızlarla  alqı-satqı  əməliyyatlarını  həyata 

keçirən  iştirakçılar  arasında  birbaşa  reyestrsaxlayıcı  ilə  işləməkdənsə  qiymətli 

kağızların daha effektiv kliringinə imkan verir. Depozitar fəaliyyəti yalnız hüquqi 

şəxslər tərəfindən həyata keçirilə bilər. Depozitarın qiymətli kağızların saxlanması 

və uçotu üzrə xidmətlərindən istifadə edən şəxs deponent adlandırılır. 

Depozatar  həmçinin,  reyestrsaxlayıcı  qismində  də  çıxış  edə  bilər,  lakin  o, 

diler, broker, investisiya meneceri və ya fond birjası ola bilməz. 

7.  Reyestrsaxlayıcı fəaliyyəti 

Reyestrsaxlayıcılar  buraxılmış  qiymətli  kağızların  və  qeydiyyat  alınmış 

qiymətli  kağızların  mülkiyyətçilərin  qeydiyyatını  aparırlar.  Qiymətli  kağızlar 

buraxan  hər  bir  cəmiyyət  (şirkət)  üçün  yalnız  bir  reyestrsaxlayıcı  olur.  Lakin  bir 

reyestrsaxlayıcı  istənilən  sayda  cəmiyyətə  xidmət  göstərə  bilər  Qiymətli  kağız 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə