Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

42 

 

Qısa müddət sonra 29 noyabr 1996-cı il tarixdə Azərbaycan Respublikasının 



Prezidenti  tərəfindən  «Dövlət  müəssisələrinin  səhmdar  cəmiyyətinə  çevrilməsi 

qaydaları  haqqında»  Əsasnamə  təsdiq  edildi.  Əsasnamə  dövlət  mülkiyyətinin 

özəlləşdirilməsinin Dövlət Proqramının həyata keçirilməsini məqsədini daşıyır və 

həmin Proqramda özəlləşdirilməsi nəzərdə tutulan müvafiq dövlət müəssisələrinin 

səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edirdi. 

14  may  1997-ci  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 

«Dövlət  özəlləşdirmə  opsionları  haqqında»,  « xtisaslaşdırılmış  çek  investisiya 

fondları haqqında», «Milli Depozit sistemi haqqında» və «Dövlət müəssisələrinin 

səhmdar  cəmiyyətlərinin  və  ixtisaslaşdırılmış  çek  investisiya  fondlarının 

səhmdarlarının  reyestrinin  aparılması  qaydaları  haqqında»  Əsasnamələrin  təsdiq 

edilməsi  barədə  Fərmanlar,  16  may  1997-ci  ildə  isə  «Özəlləşdirmə  prosesində 

ixtisaslaşdırılmış çek investisiya fondlarının formalaşdırılmasına yönəldilməli olan 

dövlət  müəssisələrinin  çevrilməsi  nəticəsində  yaradılan  səhmdar  cəmiyyətlərinin 

səhmləri barədə» Fərman imzalandı. 

Qiymətli kağızlar bazarının fəaliyyəti inkişaf etdikcə, onun dövlət tərəfindən 

tənzimlənməsi  məsələsi  meydana  çıxdı.  Bu  vəzifəni  bu  vaxta  kimi  xüsusi  dövlət 

tənzimlənməsi  orqanının  olmadığı  üçün  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı 

həyata  keçirirdi.  Məhz  buna  görə  də  ölkə  başçısı  tərəfindən  1999-cu  ilin 

dekabrında  «Aznkı  həyata  keçirirdi.  Məhz  buna  görə  də  ölkə  başçısı  tərəfindən 

1999-cu  ilin  dekabrında  i  məsələsi  meydan  verdiyi  Fərman  dünya  maliyyə 

təşkilatları, xarici sərmayədalar və şirkətlər tərəfindən yüksək dəyərləndirilmişdir. 

26  iyul  1999-cu  il  tarixində  «Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) fəaliyyətinin təmin edilməsi 

haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanının  imzalanması  ilə 

ölkədə  mütəşəkkil  qiymətli  kağızlar  bazarının  formalaşmasında  çox  mühüm  rol 

oynamışdır. 

Bu  mühüm  sənədə  müvafiq  olaraq,  qiymətli  kağızlar  bazarının 

formalaşdırılması, tənzimlənməsi, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi 

və  nəzarət  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə 



43 

 

Dövlət  Komitəsinə  həvalə  edilmiş,  təsdiq  edilmiş  «Qiymətli  kağızlarla  fəaliyyət 



sahəsində  bəzi  fəaliyyət  növlərinin  lisenziyalaşdırılması  Qaydaları»  ölkədə  sivil 

qiymətli  kağızlar  bazarı  infrastrukturunun  yaranması,  12  fəaliyyət  növünün 

tənzimlənmə və stimullaşdırmaq, korporativ kağızlar bazarının genişləndirmək və 

investisiya axınını gücləndirmək məqsədilə onların dövlət tərəfindən nizamlanması 

yolunda  yeni  prioritetli  addımlardan  biri  olmuşdur.  Məhz  bu  Fərmandan  sonra 

Komitənin təşəbbüsü və yardımı nəticəsində ölkəmizdə ilk fond birjası yaradılmış, 

Bakı  Fond  Birjasına  daxil  olmuş  səhmdarlar  ölkəmizin  iqtisadi  inkişafına  öz 

önəmli paylarını qoymuş, bununla da mütərəqqi addım atmışlar. 

Həmin  fərmana  əsasən  QKDK-də  görülmüş  işlər  nəticəsində  dünya 

standartlarına  uyğun  hüquqi-normativ  bazanın  təməli  qoyulmuş,  respublikada 

qiymətli kağızlar üzrə qəbul olunmuş 60-a yaxın normativ hüquqi aktlarının böyük 

əksəriyyətinin layihələri hazırlanmış. 50-dən artıq normativ hüquqi sənədlər təsdiq 

edilmiş,  tütün  məmulatları  və  alkoqollu  içkilər  üçün  tətbiq  olunan  aksiz 

markalarının  dövriyyəsi  üzrə  yeni  mexanizm  işlənmiş,  borc  öhdəlikləri  bazarının 

tənzimlənməsi  və  girov  əməliyyatlarının  uçotu  aparılmış,  sivil  lotereya  bazarı 

formalaşmış,  Milli  Depozitar  Mərkəzinin  işi  qurulmuş,  onlarla  hüquqi  şəxs 

qiymətli  kağızlar  bazarının  professional  iştirakçısı  lisenziyası  almış,  150-ə  yaxın 

şəxs  bu  bazarda  müxtəlif  fəaliyyət  növləri  ilə  məşğul  olmaq  üçün  attestasiyadan 

keçmişdir. 

QKDK-də Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı 

üzrə qısamüddətli Proqram hazırlanmışdır. 2001-ci ilin dekabr ayına kimi nəzərdə 

tutulan  bu  Proqramda  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının 

vəziyyəti, sivil bazar infrastrukturunun yaranmasına və inkişafına yönəlmiş dövlət 

siyasəti,  qoyulmuş  vəzifələrin  həyata  keçirilməsi  metodları,  institusional 

investorlar  sisteminin  yaradılması  və  investorların  hüquqlarının  qorunması, 

qiymətli  kağızlar  bazarı  üzrə  mütəxəssislərin  hazırlanması,  beynəlxalq  əlaqələrin 

inkişafı,  bu  sahədə  açıq  informasiya  sisteminin  yaradılması  məsələləri  əhatə 

olunmuşdur. 




44 

 

Proqrama  görə,  iqtisadiyyatın  mövcud  vəziyyətini  nəzərə  alaraq  dövlətin 



qiymətli kağızlar bazarında siyasəti aşağıdakı əsas məqsədləri müəyyən edilmişdir: 

-  Azərbaycan  Respublikasında  mütəşəkkil  qiymətli  kağızlar  bazarının 

formalaşdırılması; 

-  ölkənin  daxili  maliyyə  ehtiyatlarının  iqtisadiyyatın  real  sektoruna 

investisiya olunması üçün şəraitin yaradılması; 

-  xarici  investisiyaların  cəlb  edilməsi  məqsədi  ilə  əlverişli  investisiya 

mühitinin yaradılması; 

-  qiymətli  kağızlar  bazarında  maliyyə  sabitliyinin  və  təhlükəsizliyinin 

təmin edilməsi; 

-  Azərbaycanın  qiymətli  kağızlar  bazarının  dünya  kapital  bazarlarına 

inteqrasiyası üçün şəraitin yaradılması. 

Yuxarıda  göstərilən  məqsədlərə  nail  olmaq  üçün  aşağıdakı  funksiyaların 

həyata keçirilməsi zəruridir: 

-  qanunverici  funksiya  (qiymətli  kağızlar  bazarının  inkişaf  proqramının 

həyata keçirilməsi, qiymətli kağızlar bazarının inkişafını təmin edən qanunvericilik 

və normativ-hüquqi aktlarının hazırlanması); 

-  inzibati  funksiya  (qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  və  bazar 

iştirakçıları tərəfindən müvafiq qanunvericiliyə riayət olunmasına nəzarətin həyata 

keçirilməsi); 

-  qiymətli  kağızlar  bazarında  informasiya  sisteminin  yaradılması  və 

investorlar üçün açıqlığının təmin edilməsi; 

-  qiymətli  kağızlarının  emitentlərinin,  qiymətli  kağızlar  bazarının  peşəkar 

iştirakçılarının,  investorların  hüquq  və  maraqlarının  müdafiyə  sisteminin 

formalaşdırılması; 

-  qiymətli  kağızlarla  əməliyyatların  aparılması  zamanı  ortaya  çıxa  bilən 

risklərin minimal səviyyəyə endirilməsi; 

-  beynəlxalq  və  xarici  dövlətlərin  maliyyə  institutları  ilə  əməkdaşlığın 

inkişaf etdirilməsi; 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə