Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

39 

 

prosesində  və  borc  münasibətlərinin  formalaşmasında  geniş  istifadə  olunmuşdur. 



Veksel  bazarı  Azərbaycan  Demokratik  Respublikası  dövründə  də  inkişaf  etmiş, 

lakin  Sovet  hakimiyyəti  dövründə  məhdudlaşdırılmışdır.  Sovet  Azərbaycanında 

bütün  MDB  məkanında  olduğu  kimi  dövriyyəda  olan  əsas  qiymətli  kağız  uduşlu 

dövlət istiqrazları olmuşdur. 

Ümumiyyətlə,  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafını  3 

mərhələyə bölmək olar: 

1)  I mərhələ, yaranma (1992 – 1995-ci illər); 

2)  II mərhələ, formalaşma (1995 – 2000-ci illər); 

3)  III mərhələ, inkişaf (2000-ci ildən indiki dövrə kimi). 

lkin  mərhələdə  əsasən  qiymətli  kağızlar  bazarının  fəaliyyətinin  normativ 

hüquqi  bazası  formalaşdırılmış  və  dövlət  tərəfindən  bu  bazarın  normal  fəaliyyət 

göstərməsi üçün bir sıra tədbirlər görülmüşdür. 

XX  əsrin  90-cı  illərindən  başlayaraq  Azərbaycanda  qiymətli  kağızlarla 

fəaliyyət sahəsinə diqqət xeyli artmışdır. Bu dövrədək köhnə qanunvericilik aktları 

günün tələbinə cavab vermirdi və bir çox iqtisadi islahatları tələb olunan səviyyədə 

aparmaq  mümkün  deyildi.  Bu  səbəbdən  qanunvericiliyi  təkmilləşdirmək  tələb 

olunurdu. 

Azərbaycanda qiymətli kağızlar bazarının yaranmasının hüquqi bünövrəsini 

1992-ci  ildə  qəbul  edilmiş  «Qiymətli  kağızlar  haqqında»  Azərbaycan 

Respublikasının Qanunu təşkil edir. Lakin qiymətli kağızlar bazarının real inkişafı 

1996-cı ildən başlandı. 

1991-ci  ildə  təşkil  olunan  BAKI  Qiymətli  Kağızlar  Birjası  Azərbaycan 

Respublikasının yeni yaranan qiymətli kağızlar bazarında ilk birja oldu. Bir neçə il 

sonra 21 iyun 1993-cü ildə qapalı tipli səhmdar cəmiyyəti olan Bakı Banklararası 

Valyuta  Birjası  Azərbaycan  Respublikasının  beş  ən  iri  bankı  tərəfindən  təsis 

edilmişdir.  Bu  banklar  –  Azərbaycan  Respublikası  Milli  Bankı,  Sənaye  – 

nvestisiya  Səhmdar  Kommersiya  Bankı,  Aqrar-Sənaye  Səhmdar  Kommersiya 

Bankı,  Azərbaycan  Respublikası  Beynəlxalq  Bankı  və  Səhmdar-Kommersiya 

Banklarıdır.  Qeyd  etmək  lazımdır  ki,  2000-ci  ilə  kimi,  yəni  BFB  yaranana  kimi 



40 

 

qiymətli  kağızlarla  əqdlər  məhz  Bakı  Banklararası  Valyuta  Birjasının  Fond 



Şöbəsində həyata keçirilirdi.  

12  iyun  1994-cü  ildə  Azərbaycan  Respublikası  ərazisində  səhmdar 

cəmiyyətlərinin  yaradılmasını  və  fəaliyyətini  tənzimlənmək,  onların  fəaliyyətinə 

hüquqi təminat verilməsini təmin etmək məqsədilə «Səhmdar cəmiyyəti haqqında» 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  edildi.  Bu  qanuna  görə  səhmdar 

cəmiyyəti  qapalı,  yaxud  açıq  tipli  səhmdar  cəmiyyəti  formasında  yaradıla  bilər. 

Səhmləri  yalnız  təsisçilər  arasında  bölüşdürülən  və  təsisçilərin  əksəriyyətinin 

razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət isə açıq tipli səhmdar cəmiyyəti hesab 

edilir.  Qanunda  səhmdarların  vəzifə  və hüquqları,  cəmiyyətin  fondları  və  əmlakı, 

idarəetmə orqanları haqqında maddələr daxil edilmişdir. 

II  mərhələ  (1995-2000-ci  illər)  Azərbaycanda  qiymətli  kağızlar  bazarının 

inkişafının  əsas  mərhələsi hesab olunmalıdır.  Belə ki, bu  mərhələdə  özəlləşdirmə 

prosesi  başlamış,  Maliyyə  Nazirliyinin  Dövlət  Qısamüddətli  stiqrazları  emissiya 

etməsilə  qiymətli  kağızlar  bazarı  real  olaraq  fəaliyyət  göstərməyə  başlamış, 

qiymətli  kağızlar  bazarının  qanunvericilik  bazası  təkmilləşdirilmiş,  «Qiymətli 

kağızlar haqqında» Azərbaycan Respublikasının Qanunu dövrün tələblərinə uyğun 

yeni redaksiyada qəbul edilmiş, qiymətli kağızlar bazarında dövlət tənzimlənməsi 

orqanı  olan  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə 

Dövlət Komitəsi (QKDK) yaradılmış və nəhayət müasir tələblərə cavab verən fond 

birjası fəaliyyətə başlamışdır. 

Məlum  olduğu  kimi  postsovet  ölkələrində  inzibati  amirlik  sistemi  mövcud 

olduğundan  burada  qiymətli  kağızlar  bazarı  çox  məhdud  çərçivədə  fəaliyyət 

göstərirdi.  Müstəqillik  qazandıqdan  bu  ölkələrdə  qiymətli  kağızlar  bazarının 

formalaşmasının katalizatoru rolunda dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi 

çıxış etmişdir. 

29  sentyabr  1995-ci  il  tarixdə  Azərbaycan  Respublikasının  Prezidenti 

tərəfindən  «Azərbaycan  Respublikasında  1995-1998  illərdə  dövlət  mülkiyyətinin 

özəlləşdirilməsinin  Dövlət  Proqrammı»  təsdiq  edildi.  Proqram  Azərbaycan 

Respublikası  qanunlarına  müvafiq  olaraq  hazırlanmış  və  özəlləşdirmənin  başlıca 



41 

 

məqsəd  və  vəzifələrini,  istiqamətlərini,  müddətini  və  mərhələlərini,  özəlləşdirilən 



müəssisə  və  obyektlərin  təsnifatını,  onların  səhmdar  cəmiyyətlərə  çevrilməsini, 

özəlləşdirmə  payının  həcmi,  verilməsi  və  ondan  istifadə  qaydalarını  müəyyən 

edirdi. 

6  fevral  1996-cı  ildə  «Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  haqqında» 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  olundu.  Bu  Qanun  təşkilati-hüquqi, 

mülkiyyət  formasından  və  tabeliyindən  asılı  olmayaraq  Azərbaycan 

Respublikasında yaradılan hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və 

nümayəndəliklərinin  dövlət  qeydiyyatının  hüquqi  və  təşkilati  əsaslarını  müəyyən 

etmək  üçün  nəzərdə  tutulmuşdur.  Ölkəmizdə  qiymətli  kağızlar  bazarının  mühüm 

hissəsini təşkil edən Qısamüddətli Dövlət  stiqraz Vərəqləri (QD V) bazarı 1996-cı 

ilin sentyabırından fəaliyyətə başlayıb 1997-98-ci illərdə QD V-in yerləşdirilməsi 

üzrə  13  hərrac  keçirilib.  Rəsmi  məlumatlara  görə,  1997-ci  ildə  dövlət  qiymətli 

kağızlar  bazarının  liberallaşması  tamamilə  başa  çatmış,  hökümət  QD V-in 

dövriyyəsi  haqqında  əsasnaməyə  dəyişiklik  etmişdir.  Həmin  dəyişikliyə  görə 

QD V bazarında qeyri-rezident təşkilatların iştirakına icazə verilib. Eyni zamanda 

qiymətli kağızlar bazarının qanunvericilik bazası kimi çıxış edə biləcək "Qiymətli 

kağızlar  haqqında"  və  "Səhmdar  cəmiyyətləri  haqqında"  qanunlar  qəbul 

olumuşdur. 

Qiymətli  kağızlar  bazarının  formalaşdırılması  sahəsində  daha  bir  mühüm 

addım  14  iyul  1998-ci  il  tarixdə  qəbul  edilmiş  «Qiymətli  kağızlar  haqqında» 

Azərbaycan  Respublikasının  Qanununun  qəbul  edilməsi  hesab  oluna  bilər.  Bu 

Qanun  Azərbaycan  Respublikasında  qiymətli  kağızların  buraxılışı  və  tədavülü 

qaydalarını  müəyyən  edir,  qiymətli  kağızlar  bazarı  iştirakçılarının  fəaliyyətini 

tənzimləyir.  

Bu  sahədə  qəbul  edilmiş  daha  bir  normativ  sənəd  24  sentyabr  1996-cı  ildə 

«Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisələrinin səhmlərinin əmək 

kollektivinə  güzəştli  satışı  haqqında»  Əsasnamə  Azərbaycan  Respublikasının 

Prezidenti tərəfindən təsdiq edildi. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə