Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

57 

 

1.  deoloji  və  qanunverici  qaydalara  əsasən  bazarın  inkişaf  konsepsiyasının 



hazırlanması,  onun  gerçəkləşmə  proqramının  təşkili  və  idarə  edilməsi  bazar 

fəaliyyətinin inkişafı üçün zəruri aktların tərtibi və reallaşdırılması. 

2. Maliyyə bazarında hökm sürən vəziyyətə dair gündəlik məlumatların ilkin 

mənbələrdə  toplanması  (dövlət  və  şəxsi  kanallardan  istifadə  etməklə  qiymətli 

kağızların satışına dair) və təhlilinin aparılması. 

3. “Oyun  qaydalarını”  təyin  etmək  əməliyyat  və  qeydiyyat  standartlarının 

iştirakçıların tələblərinə uyğunlaşdırmaqla, onlardan istifadəni genişləndirmək. 

4. Qiymətli  kağızlar  bazarında  maliyyə  sahibkarlığına  və  təhlükəsizliyinə 

nəzarət  yeni    bazarlara  girişin  nəzarətdə  saxlanması,  qiymətli  kağızların  uçotu, 

sərmayə qoyuluşuna maliyyə təşkilatları tərəfindən nəzarət, onların sağlam rəqabət 

fəaliyyəti  aparmaları  üçün  tədbirlərin  görülməsi,  etik  və  hüquqi  normalara  riayət 

edilməməsi hallarında sanksiyaların tətbiq edilməsi. 

5. Qiymətli  kağızlar  bazarının  vəziyyəti  haqqında  məlumat  bazasının 

yaradılması, sərmayə sahibləri üçün  məlumatların açıqlanmasının təmin edilməsi. 

6. Sərmayədarların  baş  verə  biləcək  itkilərdən  qorunma  sisteminin 

formalaşdırılması  o,  cümlədən  sərmayələrin  dövlət  və  qarışıq  sığortalanma 

formalarından istifadə. 

7. Fond  bazarında  digər  qeyri-dövlət  pul  formala-rının  və  maliyyə 

vasitələrinin daxil olmasının qarşısının alınması yeni sikkələrin, qızıl külçələrinin, 

müxtəlif valyutaların müdaxiləsinin qarşısının alınması. 

8. Dövlət  tərəfindən  qiymətli  kağızlarının  həddin-dən  artıq  buraxılmasının 

qarşısının  alınması,  dövlət  vəsaitlərinin  qeyri  istehsal  sahələrinə  sərf  olunan 

xərclərin qarşısının alınması və s. 

Azərbaycan  Respublikasının  son  illərə  qədər  qiy-mətli  kağızlar  bazarının 

fəaliyyətini  tənzimləyən  əsas  aktları  aşağıdakı  kimi  təsnifatlaşdırılır  və  onların 

əsasında bazar iştrakçıları ilə münasibətlər qurulur və reallaşdırılır: 

•  Azərbaycan Respublikasının mülki kodeksi; 

•   “Bank fəaliyyəti” haqqında Azərbaycan Respublikasının qanunu; 

•  “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında  qanun; 



58 

 

•  “Dövlət və bələdiyyə müəssisələrinin özəlləşdirilməsi” haqqında qanun; 



•  “Əmtəə 

birjaları 

və 

birja 


alqı-satqısı” 

haqqında 

Azərbaycan 

Respublikasının qanunu; 

•  “Azərbaycan Respublikasının dövlət borcu” haqqında qanun; 

•  “Səhmdar cəmiyyətləri” haqqında Azərbaycan Respublikasının qanunu; 

•  “Qiymətli kağızlar bazarı” haqqında Azərbaycan Respublikasının qanunu; 

•  Prezidentin qiymətli kağızlar bazarının inkişafı haqqında sərəncamları; 

•  Azərbaycan 

Respublikası  hökumətinin  cari  qərarları  və  həyata 

keçirilməsinə dair göstərişlər. 

Hal-hazırda  maliyyə  bazarı  iştirakçıların  fəaliyyətinin  müxtəlif  istiqamətlərini 

tənzimləyən  çoxsaylı  qərarlar  və  qanunverici  sənədlər  hökumətin  strateji,  iqtisadi 

siyasətinin istiqamətinə uyğun tərtib edilir. Lakin mövcud olan sənədlər çox zaman 

bir-birini tamamlamaq əvəzinə bir çox hallarda əlavədən çox, əksinə bir-birinə zidd 

maddələrlə  zəngin  olurlar.  Qiymətli  kağızlar  bazarının  fəaliyyətində  azad  rəqabət 

mexanizminə ciddi əməl olunması və ölkə prezidentinin sərəncamına əsasən dövlət 

tərəfindən  bir-birinə  zidd  olmayan  qərar  və  qanunların  qəbulunda  başlıca  məqsəd 

bazar iştirakçıları arasında alqı-satqı prosesində razılaşma mexanizminin tələblərinə 

dönmədən əməl olunması maliyyə əməliyyatlarında şəffaflığın təmin edilməsidir. 

Hazırda  qiymətli  kağızlar  bazarının  dövlət  tənzimləmə  mexanizmi  onu  icra 

edən mərkəzi və yerli təşkilatların qarşılıqlı əməkdaşlığı şəraitində aparılır. Dövlət 

səviyyəsində  qiymətli  kağızlar  bazarının  tənzimlənməsində  aşağıda  göstərilən 

qurumlar da iştirak edirlər. 

1. Dövlət  hakimiyyətini  təmsil  edən  yuxarı  maliy-yə-kredit  təşkilatlarının,  o 

cümlədən: 

a) Milli Məclis əsasən qiyməti kağızlar bazarını tənzimləyən qanunlar qəbul 

edir ; 


b)  Prezident (sərəncamlar və tapşırıqlar verir); 


59 

 

c)  Hökuməti təmsil edən qurumlar (adətən prezidentin sərəncamların yerinə 



yetirilməsi  mexanizmini  müəyyən  edir)  öz  səlahiyyətləri  dairəsində  bazara  təsir 

edir; 


2. Qiymətli kağızlar bazarının bütün fəaliyyət sahələrini tənzimləyən yüksək 

idarə etmə səlahiyyətli dövlət idarəetmə təşkilatları: 

a) qiymətli  kağızlar  bazarının  fəaliyyətinə  nəzarətedici  komissiya.  Onlar 

sahibkarlıq  fəaliyyətinin  aparılması  üçün  xüsusi  icazə  verir  və  reyestr  xidmətinin 

göstərilməsi  ilə  məşğul  olurlar.  qtisadi  mühitdən  asılı  olaraq  həmin  qurumlar 

lazım gəldikdə qiymətli kağızlar bazarında tənzimləyici və nəzarətedici səlahiyyət 

və vəzifələrin icrasını öz üzərinə götürə bilər; 

b) Azərbaycan Respublikası Maliyyə Nazirliyi qiymətli kağızların buraxılışını 

həyata  keçirən  təsərrüfat  subyektlərini  qeydə  alır,  yerli  özünüidarəetmə 

təşkilatlarını fond birjalarını, sərmayə qoyuluşu şirkətlərini və fondların fəaliyyətə 

başlaması üçün xüsusi icazə verir, dövlət tərəfindən qiymətli kağızların buraxılışını 

və dinamikada dövriyyəsini tənzimləyir; 

c) Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  kredit  təşkilatları  tərəfindən 

qiymətli  kağızlar  buraxılışına  nəzarət  edir.  Kredit  əməliyyatlarını  aparmaqla 

qiymətli kağızların satışı və antiinhisar qaydalarını təyin edir və qiymətli kağızlar 

bazarının iştirakçıları arasında etibarlı və geniş miqyaslı iqtisadi əlaqələr yaradır; 

d) antiinhisar  siyasət  üzrə  dövlət  qurumları  (anti-inhisar  qaydalarını 

müəyyənləşdirməklə  onların  icrasına  nəzarəti  həyata  keçirir)  bazar  fəaliyyətini 

tənzimləyir; 

e) dövlət  sığorta  nəzarəti  qiymətli  kağızlar  baza-rında  sığorta  şirkətlərinin 

fəaliyyəti  ilə  risk    səviyyəsini  müəyyən  etmək,  onun  icrasını  daima  nəzarətdə 

saxlamaq  işlərinə  xidmət  edir.  Dövlət  tənzimləyici  təşkilatlarının  əsas  vəzifəsi 

birbaşa  qiymətli  kağızlar  bazarının  idarə  edilməsi  qaydalarının  və  normalarının 

təyin edilməsindən və onların icrasını həyata keçirməkdən ibarətdir. Bundan əlavə 

dövlət  qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  vergi  dərəcələrinin  tətbiqi  yolu 

ilə  maliyyə  sanksiyalarından  istifadə  etmək  qaydalarına  və  digər  iqtisadi 

mexanizmlərinin təsir qüvvəsinə əsaslanırlar. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə