Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   8   9   10   11   12   13   14   15   ...   26

35 

 

sahiblərinin  reyestrinin  aparılması  üzrə  fəaliyyətlə  yalnız  hüquqi  şəxslər  məşğul 



ola bilər. 

Qiymətli kağızlar bazarında bu iştirakçının rolu aşağıdakılardan ibarətdir: 

•  Emitentlər  və  qiymətli  kağız  mülkiyyətçiləri  üçün  hökumətlər,  şirkətlər 

və digər emitentlər tərəfindən buraxılan qiymətli kağızların mülkiyyət hüquqlarının 

ilkin uçotunun aparılması; 

•  Reyestrsaxlayıcıda qiymətli kağızların mülkiyyət hüquqlarının / alışının / 

satışının dəyişkliklərinin qeydiyyatı; 

•  Bu qiymətli kağızlarda divident və ya faiz ödənişləri kimi təsbit olunmuş 

hüquqların bölüşdürülməsinin idarə olunması; 

•  Qiymətli  kağızların  mülkiyyətçilərinə  illik  ümumi  yığıncaqların, 

fövqəladə ümumi yığıncaqların nəticələrinin və hesabatlarının çatdırılması; 

•  Tənzimləyici qarşısında hesabat. 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 

Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  qiymətli  kağızlar  bazarının 

prinsipial tənzimləyicisi, inkişaf etdiricisi və müdafiəçisidir və əsas rola malikdir.  

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qiymətli kağızlara nəzarət sahəsində 

digər  qurumlar  qarşısında  ilkin  məsuliyyət  daşıyır.  O,  qiymətli  kağızlarla  bağlı 

dövlət  strategiyasını,  dövlət  nəzarətini  və  dövlət  tənzimlənməsini  yerinə  yetirən 

mərkəzi ijra orqanı olub birbaşa Azərbaycan Respublikasının prezidentinə tabedir.  

Komitənin əəsas funksiyaları aşağıdakılardan ibarətdir: 

•  Qiymətli kağızlarla fəaliyyət sahəsində dövlət strategiyasının təmin 

edilməsi 

•  Qiymətli kağızlar bazarının təşkili və inkişaf etdirilməsi  

•  Qiymətli kağızlar bazarında nəzarətin təmin edilməsi  

•  Qiymətli  kağızlar  bazarı  iştirakçılarının  hüquqlarının  müdafiəsinin  təmin 

olunması  

Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  qiymətli  kağızlar  bazarında 

aşağıdakılara görə məsuliyyət daşıyır:  




36 

 

•  Qiymətli kağızların buraxılışı və döriyyəsi  



•  Qaydalar və standartlar  

•  Qiymətli kağızlar bazarında qaydaların və standartların təmin olunması  

•  Qiymətli  kağızlar  bazarında  iştirakçılara  (şərkətlər  və  fərdi  qulluqçular) 

lizensiyaların verilməsi  

•  Lotereya ilə bağlı bütün məsələlər 

•  Əqdlər üzrə hesabatların verilməsi  

• 

nformasiya sistemi 



•  Qiymətli  kağızlar  bazarında  iştirakçıların  və  emitentlərin  hesablaşma 

standartları  

• 

nvestorların və səhmdarların qanuni maraqlarının qorunması  



• 

nformasiya mübadiləsində bərabərlik 

•  Reklamla bağlı normativlərin yaradılması  

Bakı Fond Birjası (BFB) 

Bakı  Fond  Birjasının  yaradılması  Azərbaycanda  müasir  fond  birjasının 

yaradılmasında vacib addım idi. Stabil və inkişaf etmiş qiymətli kağızlar bazarının 

mövcudluğu  investorların  Azərbaycanın  iqtisadiyyatına  və  bütövlükdə  regiona 

inamının artırılmasında əhəmiyyətli rol oynayır.  

Bakı Fond Birjası (BFB) - qapalı səhmdar cəmiyyəti formasında yaradılmış 

və  fəaliyyət  göstərən  kommersiya  təşkilatıdır.  BFB  15  fevral  2000-ci  ildə  təsis 

edilmişdir. BFB-nin yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının 

formalaşdırılması olmuşdur.  

Hazırda  BFB-nın  sıralarında  stanbul  Fond  Birjası da olmaqla 18  səhmdarı 

vardır.  Birjanın  üzvləri  banklar,  investisiya  fondları,  broker  firmaları  kimi 

təşkilatlar  və  qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətlə  məşğul  olan 

şəxslərdir. 

BFB aşağıdakı lisenziyalara malikdir: 

•  fond birjası fəaliyyəti üzrə lisenziya  

•  depozitar fəaliyyəti üzrə lisenziya  



37 

 

•  klirinq fəaliyyəti üzrə lisenziya  



BFB  korporativ  qiymətli  kağızlar  üzrə  ticarət  və  hesablaşma  (klirinq) 

əməliyyatlarını  həyata  keçirir.  Dövlət  qiymətli  kağızlarının  (AR  Maliyyə 

Nazirliyinin  dövlət  qısamüddətli  istiqrazları  (DQ )  və  AR  Mərkəzi  Bankının 

Notları)  ilkin  və  təkrar  bazarı  üzrə  ticarət,  depozitar  və  klirinq  əməliyyatları 

bütünlüklə BFB-da icra edilir. 

BFB-nin məqsədi aşağıdakılardan ibarətdir: 

•  Dövlət, bələdiyyə, korporativ və başqa qiymətli kağızlar üçün (səhm və 

ya borc alətləri) bazarların təşkili;  

•  Listanq  kateqoriyalarına  klassifikasiya  oluna  bilən  qiymətli  kağızlar 

üçün bazarların təmin edilməsi;  

•  Birjada əməliyyatların aparılmasının prosedurlaşdırılması  

•  Əməliyyat (dilinq) sistemlərinin təmin edilməsi  

•  Qiymət və ticarət məlumatlarının təmin edilməsi 

•  Klirinq və hesablaşma mexanizmlərinin təmin edilməsi 

•  Aidiyyəti orqanlar qarşısında hesabların verilməsi  



38 

 

 



II FƏS L. 

AZƏRBAYCAN RESPUBL KASINDA Q YMƏTL  KAĞIZLAR 

BAZARININ FORMALAŞDIRILMASI XÜSUS YYƏTLƏR  VƏ MÜAS R 

NK ŞAF MEYLLƏR  

 

2.1. Azərbaycanda qiymətli kağızlar bazarının yaranması və təşkili 

xüsusiyyətləri 

Azərbaycan  öz  dövlət  müstəqilliyini  əldə  etdikdən  sonra  daxili  və  xarici 

siyasət  istiqamətlərini  sərbəst  müəyyən  edərək  bazar  iqtisadiyyatı  yolunu 

tutmuşdur.  Bu  baxımdan  ölkədə  maliyyə  bazarının,  eləcə  də  onun  tərkib  hissəsi 

olan qiymətli kağızlar bazarının formalaşması yalnız iqtisadi və hüquqi islahatların 

aparılması  yolu  ilə  mümkün  idi.  Bu  məqsədlə  maliyyə-kredit  sahəsində  həyağa 

keçirilən  islahatlar  daha  çox  önəm  daşıyırdı.  Bu  sahədə  aparılan  islahatlar 

sayəsində  yerli  və  xarici  investisiyaları,  müasir  texnologiyaları  cəlb  etmək  və 

müasir  idarəetmə  təcrübəsindən  istifadə  etməklə  rəqabətədavamlı  məhsul  istehsal 

edən müəssisələrin yenidən qurulmasına, yeni iş yerlərinin yaradılmasına və nəticə 

etibarilə Azərbaycanın iqtisadi qüdrətinin artırılmasına yönəldilmişdir.  

Azərbaycanda  qiymətli  kağızlar  bazarının  yaranması  XX  əsrin  əvvəllərinə 

təsadüf  edir.  Ölkəmizdə  ilk  səhmlər  1913-cü  ildə  Bakı  Tacir  Bankı  tərəfindən 

buraxılmışdır.  Bu  bankın  əsas  səhmdarları  Azərbaycanın  tanınmış  sahibkarları  - 

şuranın  sədri  H.Z.Tağıev,  üzvləri  M.Ş.Əsədullayev,  M.Nağıyev,  M.Muxtarov  və 

başqaları  olmuşlar.  XX  əsrin  ilk  iki  onilliyində  Bakıda  bir  sıra  səhmdar 

cəmiyyətləri  fəaliyyət  göstərmişdir.  Bu  cəmiyyətlərin  əksəriyyəti  neft  istehsalı, 

emalı və ticarəti ilə məşğul olurdu. Onlardan "Neft məhsulları səhmdar cəmiyyəti", 

"Bül-Bülə  neft  və  ticarət  səhmdar  cəmiyyəti",  "Balaxanı-Zabrat  neft  istehsalı 

səhmdar  cəmiyyəti"  və  digərlərini  qeyd  etmək  olar.  Yeni-Bakı  neft  emalı 

zavodunun,  “Bakı  Tacir  Bankı”nın  və  başqa  iri  şirkətlərin  səhmləri  Moskvanın, 

Sankt-Peterburqun  və  Rusiyanın  digər  iri  şəhərlərinin  fond  birjalarında  satışa 

çıxarılırdı.  Həmin  dövrdə  Bakı  Tacir  Bankı  və  Bakıda  fəaliyyət  göstərən  digər 

banklar  tərəfindən  veksellər  və  faiz  kağızları  buraxılmışdır.  Veksellərdən  ödəniş 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə