Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   18   19   20   21   22   23   24   25   26

69 

 

repo  predmeti  olaraq  istifadəsi  üçün  zəruri  texniki  və  hüquqi  baza  yaradılmış  və 



cari  ildən  korporativ  qiymətli  kağızlarla  repo  əməliyyatları  həyata  keçirilməsinə 

start verilmişdir.  

Bu  illər  ərzində  QKDK  yanında  Kapital  Bazarı  üzrə  Təlim  Mərkəzinin 

fəaliyyətinə  start  verilmiş,  Azərbaycan  Fond  Bazarı  ştirakçıları  Assosiasiyasının 

fəaliyyətinin  canlandırılması  təmin  edilmişdir.  Qiymətli  kağızlar  bazarının 

səmərəli  fəaliyyət  göstərməsi,  maliyyə  vasitəçilərinin,  potensial  emitentlərin  və 

investorların  bazar  haqqında  biliklərinin  artırılması,  ümumilikdə  kapital 

bazarlarında  yüksək  peşəkarlığın  və  məlumatlılığın  formalaşdırılması  məqsədilə 

2014-cü  ilin  mart  ayında  K V  nümayəndələrinin  iştirakı  ilə  Mərkəzin  rəsmi 

təqdimat  mərasimi  keçirilmiş  və  tədris  planına  müvafiq  olaraq  təlimlərə  start 

verilmişdir. Hazırda Mərkəz tərəfindən 4 istiqamət üzrə 23 treyninq təklif olunur. 

Həmçinin, hesabat dövrü ərzində KBTM əməkdaşlıq çərçivəsinin genişləndirilməsi 

istiqamətində Azərbaycanın əsas aparıcı özəl və dövlət ali təhsil müəssisələrindən 

olan  Bakı  Dövlət,  Qərb  və  Bakı  Avrasiya  Universitetləri,  eləcə  də  aparıcı 

kommersiya  banklarından  olan  “Dəmirbank”  ASC  arasında  Anlaşma 

Memorandumu imzalanmışdır.  

Dövr  ərzində  QKDK-nın  təşviqi  nəticəsində  Azərbaycan  Fond  Bazarı 

ştirakçıları Assosiasiyasının fəaliyyəti bərpa olunmuşdur. Belə ki, 1 avqust 2014-

cü  il  tarixində  Assosiasiyanın  növbədənkənar  iclası  keçirilmiş  və  təşkilatın  yeni 

idarət heyəti, strukturu və üzvləri təsdiqlənmişdir.  

Bununla yanaşı, qiymətli kağızlar bazarına dair məlumatlılığın və şəffaflığın 

artırılması,  açıq  hökumətin  təşviqi  ilə  bağlı  fəaliyyətin  təkmilləşdirilməsi 

istiqamətində  tədbirlər  davam  etdirilmişdir.Belə  ki,  QKDK-da  vətəndaşların 

müraciətlərinə  baxılması  işinin  təkmilləşdirilməsi,  eləcə  də  vətəndaşlar  arasında 

daha operativ və səmərəli münasibətlərin qurulması məqsədilə vətəndaşların video-

qəbulu  mexanizmi  istifadəyə  verilmişdir.  Eyni  zamanda,  geniş  ictimaiyyətin  və 

K V  nümayəndələrinin  komitənin  struktur  bölmələrinin  fəaliyyəti  ilə  daha 

yaxından tanış olmaq imkanı yaradılması məqsədilə QKDK-da qiymətli kağızların 

buraxılışı,  qeydiyyatı,  lisenziyalaşdırma,  nəzarət  və  tənzimlənmə  mövzularında 



70 

 

“Açıq  qapı  günü”  təşkil  edilmişdir.  Həmçinin,  dövrü  ərzində  KBTM  tərəfindən 



kütləvi  informasiya  vasitələri  (K V)  nümayəndələri  üçün  “Azərbaycan  Kapital 

Bazarının Prinsipləri və Alətləri” mövzusunda seminar təşkil edilmişdir.  

Hesabat dövrü ərzində QKDK-nın təşkilatçılığı və Azərbaycanda intellektual 

oyunların  inkişafına  kömək  etmək  və  daha  çox  sayda  gəncin  intellektual  mühitə 

cəlb  olunmasına  təkan  vermək  məqsədilə  yaradılmış  Azərbaycan  ntellektual 

Klublar Assosiasiyası ilə birgə ali təhsil müəssisələrinin tələbələri arasında “Breyn 

Rinq” intellektual yarışması keçirilmişdir.  

24  iyun  2014-cü  il  tarixində  Bakı  şəhərində  Azərbaycan  Respublikasının 

Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin  təşkilatçılığı  ilə  səhmdar 

cəmiyyətlərində  korporativ  idarəetmənin  və  hesabatlıq  sisteminin  effektivliyinin 

artırılmasına  dair  konfrans  təşkil  edilmişdir.  Konfransda  beynəlxalq  prinsiplərə 

uyğun korporativ idarəetmə qayda və prosedurlarının yaradılması istiqamətlərində 

görülmüş işlər, eləcə də səhmdar cəmiyyətlərində korporativ idarəetmə sahəsində 

qanunvericilikdə ediləcək yeniliklər barəsində investorlara məlumat verilmişdir.  

Bundan  əlavə,  xarici  dövlətlərin  qiymətli  kağızlar  bazarı  tənzimləyiciləri  ilə 

müqavilə-hüquq 

bazası 

və 


əlaqələr 

genişləndirilmişdir. 

“Azərbaycan 

Respublikasının  qiymətli  kağızlar  bazarı  üzrə  qanunvericiliyinin  Avropa  ttifaqı 

qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 

institusional  inkişafı”  Tvinninq  layihəsinin  uğurla  həyata  keçirilməsi  QKDK  ilə 

Polşa  Maliyyə  Nəzarəti  Agentliyi  arasında  əməkdaşlığın  hüquqi  əsasının 

formalaşdırılması,  ikitərəfli  münasibətlərin  daha  da  genişləndirilməsi  və 

davamlılığının təmin edilməsinə şərait yaratmışdır. Bu baxımdan cari ilin 21 may 

tarixində  Bakı  şəhərində  “Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  üzrə 

Dövlət  Komitəsi  ilə  Polşanın  Maliyyə  Nəzarəti  Agentliyi  arasında  ikitərəfli 

əməkdaşlıq haqqında” Memorandum imzalanmışdır.  

Həmçinin,  Azərbaycan  ilə  Moldova  arasında  ikitərəfli  münasibətlərin 

yüksələn xətlə inkişaf etməsi və iqtisadi əlaqələrin durmadan genişlənməsi hər iki 

ölkənin  kapital  bazarları  institutları  arasında  birgə  əməkdaşlıq  əlaqələrinin 

möhkəmləndirilməsi  üçün  zəmin  yaratmışdır.  Bunun  məntiqi  nəticəsi  olaraq,  23 




71 

 

oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə 



Dövlət  Komitəsi  və  Moldova  Respublikasının  Maliyyə  Bazarları  üzrə  Milli 

Komissiyası arasında qiymətli kağızlar bazarları sahəsində əməkdaşlıq və məlumat 

mübadiləsi  haqqında”  Anlaşma  Memorandumu  imzalanmışdır.  Bununla  da, 

QKDK-nın xarici ölkələrin qiymətli kağızlar bazarı tənzimləyiciləri ilə imzaladığı 

ikitərəfli əməkdaşlıq sazişlərinin sayı 7-yə çatmışdır.  

Müstəqil  Dövlətlər  Birliyinə  üzv  dövlətlərinin  qiymətli  kağızlar  bazarlarının 

tənzimləyici  dövlət  orqanları  rəhbərləri  şurasının  iclası  keçirilmişdir.  24  oktyabr 

2014-cü  il  tarixində  Azərbaycan  Respublikasının  Qiymətli  Kağızlar  üzrə  Dövlət 

Komitəsinin sədrliyi ilə keçirilən tədbirdə Rusiya, Moldova, Belorus, Qazaxıstan, 

Qırğızıstan,  Tacikistan,  MDB  craiyyə  Komitəsinin  nümayəndələri  iştirak 

etmişdirlər.  Tədbirdə  MDB  üzv  dövlətləri  arasında  qiymətli  kağızlar  bazarı 

sahəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, bazar tənzimlənməsinə qabaqcıl 

beynəlxalq  standartların  tətbiqi  və  MDB  çərçivəsində  kapitalın  hərəkətinin 

liberallaşdırılması  istiqamətində  əməkdaşlığın,  eləcə  də,  üzv  dövlətlərin  qiymətli 

kağızlar  bazarında  investorların  hüquqlarının  və  qanuni  maraqlarının  effektiv 

qorunmasının təmin olunması məsələləri müzakirə olunmuşdur.  

Həmçinin,  2014-cü  il  ərzində  QKDK-nın  təşkilati-funksional  cəhətdən 

gücləndirilməsi  və  kadr  potensialının  inkişaf  etdirilməsi  üzrə  bir  sıra  tədbirlər 

həyata  keçirilmişdir.QKDK  əməkdaşlarının  bilik  və  bacarıqlarının  artırılması 

istiqamətində  Kapital  Bazarlarının  Müasirləşdirilməsi  Layihəsinin  ekspertləri, 

eləcə  də  Tvinninq  layihəsi  çərçivəsində  Polşa  Maliyyə  Nəzarəti  Agentliyinin 

mütəxəssisləri  tərəfindən  qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  və  maliyyə 

bazarlarına  dair  müxtəlif  treyninqlər  təşkil  olunmuşdur.  Bütövlükdə,  2014-cü  il 

ərzində  QKDK-nın  5  əməkdaşının  20  gün  müddətində  xarici  ölkədə  və  33 

əməkdaşının  isə  96  gün  müddətində  ölkədaxili  müxtəlif  mövzularda  təlimlərdə 

iştirakı təmin edilmişdir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə