Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   18   19   20   21   22   23   24   25   26

66 

 

nvestor institutlarının formalaşmaması:  

Bazarın  əsas  strukturlarında  olan  investisiya  bankları,  investisiya  fondları, 

pensiya  fondları  kimi  strukturlarınformalaşmaması  bazarda  əməliyyat  həcminin, 

dərinliyin və likvidliyin yüksəlməsinə mənfi təsir göstərməkdədir. 

nvestorların hüquqlarının qorunması problemi: 

Bunun üçün dövlət və ya qismən dövlət, ictimai təşkilatlar kimi investorların 

qoruma sistemi formalaşdırmalıdır.  

Məlumatların açıqlığı prinsipinin reallaşması:  

Bu,  qiymətli  kağız  emitentlərinin  fəaliyyəti  haqqında  nəşrlərin 

genişləndirilməsi, 

emitent-kompaniyaların 

qəbul 

olunmuş 


reytinq 

qiymətləndirməsinin  tətbiq  olunması,  ixtisaslaşmış  nəşrlərin  (investisiya  obyekti 

kimi  ayrı-ayrı  sahələri  xarakterizə  edən)  şəbəkəsinin  inkişaf  etdirilməsi,  qiymətli 

kağızlar  bazarını  qiymətləndirmək  üçün  qəbul  olunmuş  ümumi  göstəricilər 

sisteminin yaradılması və s.-dir. 

Bazarın kiçik həcmli və qeyri-likvid olması: 

Bu  bazarın  əsas  fuksiyalarından  biri  likvid  bazarının  olması,  yəni  investor 

sahib  olduğu  aktivləri  daha  sürətli  şəkildə  başqa  aktivlərə  və  nəğdə  cevirə 

bilməsidir.  Likvid  və  dərin  bazarın  formalaşmaması,  fonunda  riskin  yüksəlməsi 

investorların  qiymətli  kağızlar  bazarından  uzaqlaşmalarına  və  diğər  bazarlara 

yönəlməsinə səsbəb ola bilir. 

Son  dövrlər  ərzində  azərbaycanda  qiymətli  kağızlar  bazarının  inkişafı 

sahəsində bir neçə istiqamətlərdə geniş islahatlar həyata keçirilmişdir. 

Bu dövr ərzində qiymətli kağızlar bazarının hüquqi və tənzimləyici bazasının 

qabaqcıl  beynəlxalq  təcrübəyə  uyğunlaşdırılması  və  sahəsində  bir  sıra  tədbirlər 

görülmüşdür.  Belə  ki,  müasir,  beynəlxalq  standartlara  cavab  verən,  iqtisadiyyata 

geniş  kapitalizasiya  imkanları  təqdim  edən  və  risklərin  etibarlı  idarə  edilməsini 

təmin edən yeni nəsil qanunvericilik,  “Qiymətli kağızlar bazarı haqqında” Qanun 

layihəsi 

hazırlanmış 

və 


Prezident 

Administrasiyasında 

müzakirələri 

tamamlanmışdır.  Qanun  layihəsinin  Milli  Məclisin  növbəti  sessiyası  zamanı 

müzakirəyə çıxarılması nəzərdə tutulur. Bununla yanaşı, “Qiymətli kağızlar bazarı 



67 

 

haqqında”  Qanun  layihəsindən  irəli  gələn  35  qanunaltı  normativ  sənədlər 



hazırlanmışdır.  Qeyd  olunan  normativ  hüquqi  aktların  “Qiymətli  kağızlar  bazarı 

haqqında”  Qanun  layihəsinin  təsdiqlənməsindən  sonra  qüvvəyə  minməsi 

planlaşdırılır.  

Eyni 


zamanda, 

qiymətli 

kağızlar 

bazarında 

peşəkar 

fəaliyyətin 

təkmilləşdirilməsi,  risk  əsaslı  prudensial  tənzimləmə  və  nəzarət  sisteminin 

yaradılması  məqsədilə  “Qiymətli  kağızlar  bazarında  broker  fəaliyyətinin  həyata 

keçirilməsi” və “Qiymətli kağızlar bazarında diler fəaliyyətinin həyata keçirilməsi” 

Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət 

Reyestrinə  daxil  edilmişdir.  Həmçinin,  qiymətli  kağızlar  bazarının  peşəkar 

iştirakçıları  tərəfindən  QKDK-ya  təqdim  edilən  hesabatlara  dair  tələbləri,  habelə 

onların  QKDK-ya  təqdim  edilməsi  və  açıqlanması  proseslərinin  tənzimlənməsi 

məqsədilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən hesabatların 

təqdim edilməsi” Qaydalarına dəyişikliklər edilmiş və Azərbaycan Respublikasının 

Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilmişdir.  

Bunlarla  yanaşı,  qiymətli  kağızlar  bazarının  ticarət  və  post-ticarət 

arxitekturasının  sadələşdirilməsi,  optimallaşdırılması  və  institusional  inkişafı 

istiqamətində  bir  sıra  yeniliklər  həyata  keçirilmişdir.  Qiymətli  kağızlar  bazarının 

ticarət  və  post-ticarət  əməliyyat  infrastrukturunun  modernləşdirilməsi  məsədilə 

Dünya  Bankının  “Kapital  Bazarlarının  Müasirləşdirilməsi”  layihəsi  çərçivəsində 

qiymətli  kağızlar  bazarının  inteqrasiya  olunmuş  ticarət,  hesablaşma  və  nəzarət 

sistemlərinin  satınalınması  prosesinə  2014-cü  il  ərzində  start  verilmişdir. 

Satınnalma  prosesinin  2015-ci  ilin  birinci  rübü  ərzində  10  yekunlaşdırılması, 

sistemlərin  quraşdırılmasının  2015-ci  il  ərzində  tamamlanması  və  2016-ci  ildən 

etibarən istismara verilməsi planlaşdırılır.  

Dövr  ərzində  qiymətli  kağızlar  bazarının  əməliyyat  infrastrukturunun  tam 

avtomatlaşdırılması,  klirinq  sistemini  mərkəzləşdirilməsi  və  elektron  ödəniş 

sisteminə tam inteqrasiyasının təmin olunması məqsədilə QKDK sədrinin müvafiq 

əmri  ilə  işçi  qrupu  yaradılmış  və  tədbirlər  planı  hazırlanmışdır.  Qeyd  olunan 

çərçivədə  qiymətli  kağızlarla  hesablaşma-klirinq  əməliyyatları  zamanı  vəsaitlərin 



68 

 

öncədən bloklaşdırılması təcrübəsinin məhdudlaşdrılması və əməliyyatların birbaşa 



emal  prinsipi  əsasında  həyata  keçirilməsinin  təmin  edilməsi  məqsədilə  cari  ilin 

sentyabr  ayından  mütəşəkkil bazarda  bağlanmış  əqdlər üzrə  hesablaşmaların  yeni 

üslubda  aparılmasına  start  verilmişdir.  Yeni  hesablaşma  sisteminə  əsasən  dövlət 

qiymətli  kağızları  ilə  ilkin  bazar  əqdləri  və  REPO  əməliyyatları  ticarətdən  əvvəl 

qiymətli kağızların və pul vəsaitlərin bloklaşdırılması (T ticarət günü), korporativ 

qiymətli  kağızlarla  ilkin  bazar  və  təkrar  bazar  əqdləri  üzrə  qiymətli  kağızların 

ticarətdən əvvəl bloklaşdırmaqla, qiymətli kağızların və pul vəsaitlərinin əlavə bir 

iş günü zamanında (T+1 ticarət günü) təchiz edilməsinə imkan  yaradır. Tədbirlər 

planının  icrasınn  növbəti  mərhələsi  olaraq  2015-ci  il  ərzində  qiymətli  kağızlarla 

əməliyyatların  nağdsızlaşdırılması,  birjadankənar  qiymətli  kağızlar  bazarının 

əməliyyat-hesablaşma  sistemlərinin  klirinq  sisteminə  tam  inteqrasiyası  və 

hesablaşma banklarının fəaliyyətinin təmin olunması nəzərdə tutulur.  

Eyni  zamanda  qiymətli  kağızlar  bazarında  təklifin  stimullaşdırılması  üzrə 

tədbirlər davam etdirilmişdir. Dövr ərzində qiymətli kağızlar bazarında şirkətlərin 

kapital  bazarlarına  çıxış  üçün  hazırlanması  və  bu  sahədə  onlara  məsləhət 

xidmətlərinin göstərilməsi  məqsədilə 2014-cü ilin aprel ayında Bakı Fond Birjası 

tərəfindən “Listinq Məsləhət Proqramı”-na (LMP) start verilmişdir. LMP-nin əsas 

məqsədi  ölkə  iqtisadiyyatının  müxtəlif  sektorlarında  fəaliyyət  göstərən  şirkətləri 

korporativ  idarəetmə  təcrübəsinin  təkmilləşdirilməsi,  maliyyə  şəffaflığının  təmin 

edilməsi,  hesabatlılığın  təşviqi,  kapital  bazarının  üstünlükləri  və  buradan  vəsait 

cəlb etməyin yolları barədə məlumatlandırmaqdan və bununla da həmin şirkətlərin 

kapital bazarlarından əlverişli şərtlərlə maliyyə vəsaitləri cəlb etməsinə peşəkar və 

tam  ödənişsiz  əsaslarla  dəstək  olmaqdan  ibarətdir.  Cari  il  ərzində  Proqram 

çərçivəsində  Listinq  komitəsi  formalaşdırılmış,  komitənin  tərkibi  və  Əsasnaməsi 

təsdiq edilmiş, audit, broker və hüquq xidmətləri göstərən 10 təşkilatla tərəfdaşlıq 

müqaviləsi  imzalanmışdır.  Eyni  zamanda,  dövr  ərzində  Listinq  Məsləhət 

Proqramına qoşulmaq məqsədilə 2 şirkətlə memorandum imzalanmışdır.  

Hesabat  dövrü  Bakı  Fond  Birjasının  ticarət  platformasında  likvidliyi  təmin 

olunmuş  korporativ  istiqrazlar  və  Azərbaycan  poteka  Fondunun  istiqrazlarının 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə