Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   18   19   20   21   22   23   24   25   26

63 

 

Göstərilən bütün  məqamlar  qiymətli kağızlar üzrə  fond bazarının  yeni təşkil 



olunan dövründə onların fəaliyyəti tənzimlənməklə idarə olunmasını tələb edir. Bu 

səbəbdən yaranan əsas problemlər idarəetmə faktorunun özündə yox, onun həyata 

keçirmə  üsullarından  və  formalarından  asılıdır.  Bundan  başqa  dövlət  özü  böyük 

səhmdarlıq  imkanlarına  malik  olduğu  üçün  ölkədə  qiymətli  kağızların  buraxılışı 

mexanizminin və onun idarəetmə qaydalarının müəyyən edilməlidir. 

Respublikada  qiymətli  kağızlar  bazarının  idarə  etmə  qurumlarının  yenidən 

qurulmasına  1994-cü  ildə  başlamış  və  sonrakı  illərdə  həmin  proseslər  daha  da 

təkmilləşmişdir.  qtisadi  həyatda  yenidənqurma  nəticəsində  qiymətli  kağızların 

reallaşdırılmasına  dair    standartların  satış  bazarlarında  mövcud  olan  qaydalarını, 

bəzi  hallarda  xüsusi  icazələrin  verilməsi  və  nəzarətin  aparılmasılə  əlaqədar  əsas 

vəzifələrin əhatə olunmasını  qtisadi  nkişaf  Nazirliyi tərəfindən həyata keçirilir. 

Qiymətli  kağızlar  bazarının  fəaliyyət  dairəsi  və  onun  iqtisadi-hüquqi  cəhətdən 

nəzarət  funksiyaları  özünü  idarəetmə  qaydasında  qiymətli  kağızlar  bazarının 

peşəkar iştirakçılarının səlahiyyətinə aid edilir.  

qtisadi  münasibətlərin  qurulma  xüsusiyyətlərindən  asılı  olraq  qiymətli 

kağızlar  bazarında  fəaliyyət  bölgə  üzrə  komissiyalar  və  bəzi  hallarda    isə  həmin 

əmliyyatlarda  marağı  olan  nazirliklər  də  iştirak  edirlər.  Məlum  iqtisadi-ictimai 

şəraitlə  əlaqədar  olaraq  1995-1996-ci  illərdə  Respublika  ərazisində  müxtəlif  

hüquqi  və  fiziki  şəxslər  tərəfindən    buraxılmış  qiymətli  kağızların  dövriyyədən 

çıxarılması  üçün  lazım  olan  tədbirlər  həyata  keçirməklə,  onların  fəaliyyəti 

dayandırıldı.  Bunlarla  təqdimat  səhmləri,  depozitə  qoyulmuş  səhmlərin 

şəhadətnamələri, xəzinədarlıq öhdəlilikləri aiddir.  

qtisadi  inkişafın  təmin  olunmasında  hər  bir  ölkənin  daxili  maliyyə 

ehtiyyatlarının  artırılma    istiqamətlərinin  düzgün  müəyyən  edilməsindən  asılı 

olduğu  kimi,  dövlətlərarası  əlaqələrdə  maliyyə-kredit,  valyuta  münasibətlərinin 

mövcud  səviyyəsidə  çox  böyük  rol  oynayır.  Dünya  ölkələri  arasında  maliyyə 

vəsaitlərinin bölgüsü və yenidən bölgüsü təkcə iqtisadi əlaqələrinin gərginləşməsi 

ilə  deyil,  eyni  zamanda  siyasi-ictimai  münasibətlərinin  müəyyən  mənada  bir  çox 

dövlətlərin maliyyə-kredit valyuta durumunun zəifləməsi ilə müşayət olunur.  



64 

 

Müasir dünya inkişafında mühüm rol oynayan maliyyə-valyuta ehtiyatlarının 



hegemon  super  dövlətlərin  əlində  toplanması,  digər  ölkələrin  inkişafına  ciddi 

maneələr  yaratmaqla,  onları  ümumi  inkişafdan  saxlamaqla,  daimi  maliyyə 

çatışmamazlığı  ilə  üzləşməyə  sövq  edir.  Uzun  müddət  ərzində  maliyyə 

çatışmamazlığından  əzab  çəkən  ölkələr,  ümumi  inkişafdan  kənarlaşmaqla,  daha 

böyük dövlətlərdən siyasi-iqtisadi asılılıq səviyyəsinə düşürlər. 

Xalq təsərrüfatı sahələrinin proporsional inkişafı və ölkənin dünya dövlətləri 

içərisində yüksək reytinqə malik olması üçün ən mühüm amil kifayət qədər sabit 

iqtisadi-maliyyə  durumunun  yaradılması  tələb  olunur.  Maliyyə  vəsaitlərinin 

iqtisadi-sosial  artıma  istiqamətlənməsi  məsələləri  bilavasitə  yuxarı  idarə  etmə 

təşkilatlarının  bir  başa  vəzifəsi  olmaqla,  onların  bölgüsü  və  yenidən  səfərbər 

olunaraq təkrar bölgünün aparılması xüsusiyyəti həmişə nəzarətdə saxlanılmalıdır. 

Maliyyə vəsaitlərinin toplanması və xərcləri üzərində daimi nəzarət dövlətin idarə 

etmə  fəaliyyətinin  ən  aktiv  hissəsi olmaqla,  digər sahələr  üzrə  dinamikanı həyata 

keçirir. 

Maliyyə  məsələlərinin  dövlət  qurumları  tərəfindən  məqsədyönlü  idarə 

olunması,  mərkəzləşdirilmiş  şəkildə  qüvvədə  olan  iqtisadi  qanunlara  istinad 

etməklə,  onları  yeni  iqtisadi  münasibətlərdən  irəli  gələn  və  müasir  dövr  üçün 

şəciyyəvi  sayılan  qanuna  uyğunluqlarla  tənzimləmək  tələb  olunur.  Bu  səbəbdən 

son  illərdə  ölkə  miqyasında  maliyyə-kredit  və  valyuta  dövriyyəsinə  dair  Milli 

Məclis  tərəfindən  qəbul  olunmuş  Mülki  Məcəllənin  tələblərinə  uyğun  olaraq 

maliyyə (qiymətli kağızlar) bazarının gündəlik fəaliyyət sahələrinin tənzimlənməsi 

zərurəti getdikcə artmaqdadır. 

 



65 

 

 



III FƏS L. 

AZƏRBAYCAN RESPUBL KASINDA Q YMƏTL  KAĞIZLAR 

BAZARININ  NK ŞAF  ST QAMƏTLƏR  

 

3.1. Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı sahəsində mövcud 

problemlər və həyata keçirilən islahatlar 

Qiymətli  kağızlar  bazarının    mövcud  problemləri  sırasında  aşağıdakıları 

qeyd etmək olar: 

Emitent problemi:  

nvestisiya  qiymətli  kağızları  kütləvi  üsulla  bazarda  yerləşdirilmiş  olan 

səhmdar  cəmiyyətlərin  və  digər  təşkilati-hüquqi  formada  olan  emitentlərin 

qanunvericiliyin  tələblərinə  uyğun  olaraq  idarə  olunması  vacib  məsələdir.  Qeyd 

olunan  emitentlərin  korporativ  idarəetmə  standartlarını  yetərli  səviyyədə  tətbiq 

etməmələri,  qanunvericiliyin  tələblərinə  uyğun  maliyyə  uçot  sisteminin 

formalaşdırılmaması,  investorları  qane  edəcək  səviyyədə  və  ardıcıllıqda 

məlumatların  açıqlanmaması  və  s.  məsələləri  kapital  bazarının  tələblərinə  uyğun 

emitentlərin formalaşmasının başlıca problemləri kimi qeyd etmək olar. 

Şəffaflıq problemi:  

Kapital  bazarlarında  investisiyaların  pul  bazarına  görə  daha  uzun  müddətli 

olması, yatırımçının investisiyasını şırkətin gələcək performansını və strategiyasını 

nəzərə  alaraq  həyata  keçirməsi  emitentlər  haqqında  daha  dəqiq  informasiya  əldə 

etmələrini şərtləndirir.  



Maarifləndirmə problemi:  

Bu bazarların işləyə bilməsi üçün tələbin təklifi dəstəkləməsi, kifayət qədər 

maliyyə  alətinin  və  investorun  olması  şərtdir.  Hazırda  ölkə  maliyyə  bazarlarında 

kifayət qədər az investorun və yatırımçının olması, bazarın imkanlarından iqtisadi 

subyektlərin  az  istifadə  etməsi  bazar  haqqında  məlumatların  yetərsiz  olduğunun 

göstəricisidir.  



 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə