Microsoft Word qarachayev teyyub doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix17.09.2018
ölçüsü0,57 Mb.
#68788
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

60 

 

Müasir  tələblər  baxımından  hazırda  qiymətli  kağızlar  bazarının  fəaliyyəti 



iqtisadi  münasibətlərə  müvafiq  surətdə  aşağıdakı  amillərə  istinad  etməklə  aparılır 

və real şəraitdə uyğun tənzimlənir: 

1. Dövriyyədə  olan  pul  kütləsinə  və  alınmış  kreditin  kəmiyyətinə  borc 

kapitalının  bank  təşkilatına  birbaşa  təsir  göstərməsi  dərəcəsi  nəzərə  alınır  və 

əməliyyatların iqtisadi mahiyyəti genişləndirilir. 

2. Qiymətli  kağızlar  bazarının  vergiyə  cəlb  edilməsi  sahəsində  əlverişli 

dəyişikliklərin aparılması və dövlət mənafelərinin qorunması. 

3. Hökuməti  təmsil  edən  təşkilatların  zəmanəti  ilə  depozitlər  üzrə  maliyyə 

bölməsindən borc almaq imkanlarının genişləndirilməsinə nail olmaq. 

4. Xarici dövlətlərlə siyasi fəaliyyət dairəsində müxtəlif xassəli müqavilələrin 

müddətinin  azaldılması  və  yaxud  dayandırılması,  xarici  ölkələrin  hökumətlərinə 

ticarətlə  bağlı  iqtisadi  əlaqələrə,hərbi  əməliyyatlara  təsir  göstərən  daha  əlverişli 

məhdudiyyətlərin tətbiq olunması. 

Dövlətin  iqtisadi-siyasi  tədbirləri  dünyada  baş  verən  maliyyə  böhranın  təsir 

dairəsini  vaxtında  zəiflətməsi  nəticəsində  qeyd  etmək  lazımdır  dolların  kursu 

respublikamızda  qiymətli  kağızlar  kursuna  bir  o  qədər  də  ciddi  təsir  etmir. 

Qiymətli kağızların birjadakı kursunun tez-tez dəyişməsi banka qoyulan pulun borc 

faizinin  səviyyəsi  mütləq  surətdə  qiymətli  kağızların  və  dövriyyədə  olan 

istiqrazların  kursuna  müəyyən  təsir  göstərir.  Bununla  yanaşı  vergiqoyma 

qaydalarında 

aparılan 

dəyişikliklərin 

özləri 

də 


qiymətli 

kağızların 

qiymətləndirilməsi  kursuna  təsiri  bir  mənalı  deyildir.  Vergilərin  ödəmə  həddinin 

artırılması əhalinin üzərinə qoyulan yükü artırıb və qiymət dəyişmələrinin həcmini 

azaldır ki, bunlar da qiymətli kağızlar bazarında pul kapitalı üçün əlverişli mənbə 

ola  bilər.  Vergilərin  nəinki  ümumi  artımının,  həm  də  onun  tətbiq  olunma  forma-

larının  mühüm  əhəmiyyəti  var.  Aksiz  payının  artması  və  qənimətlərə  görə 

müəyyən olunmuş vergi payının saxlanmsı gələcəkdə qənimətlərin artmasına səbəb 

ola bilər.  

Korporasiyaların  vergi  yüklərinin  artırılması  şəraitində  onların  istehsal 

fəaliyyətini  davam  etdirmək  üçün  bank  təşkilatçılarının  borc  vəsaitlərinə  olan 



61 

 

ehtiyacı da artır. Bu zaman müəssisənin gəlirinin hansı hissəsinə vergi məbləğinin 



artırılması bilmək vacibdir. Eyni qaydada amortizasiya ayrılmalarının normalarını 

və borc ödəmə faizinin səviyyəsi müəssisə-təşkilat üçün çox vacibdir. Bundan asılı 

olaraq  qiymətli  kağızların  və  qısamüddətli  istiqrazların  həcmi  artmaqla  ümumi 

borc kütləsinin kəmiyyətinin artımına səbəb ola bilər. 

Vergi daxilolmalarının artması dövlətin sərbəst pul kapitalına olan tələbatını 

azaldır. Bu zaman birjada səhmdarların əldə etdikləri gəlirlərin kəmiyyətinin aşağı 

düşməsi təsirindən qiymətli kağızların kursunun zəifləməsi ilə onların gəlirlərinin 

azalmasına  gətirib  çıxaracaq.  Həmin  amillərin  təsir  dairəsini  məhdudlaşdırılması 

yenidən digər qiymətli kağızların alınması üçün hüquqi şəxslərdə maliyyə vəsaiti 

çatımaşmazlığı yarada bilər. 

ctimai  kapitalın  təkrar  istehsalı  üçün  şəraitinin  pisləşməsi  dövlətin  maliyyə 

çatışmamazlığını  aradan  qaldırmaq  məqsədilə  digər  maliyyə  mənbələrinə  əl 

atmağa  məcbur  edir.  Qiymətli  kağızların  birjada  kursunun  enməsi  korporasiyalar 

tərəfindən  əhaliyə  verilən  dividentlərin  və  faizlərin  ödənilməsi  üçün  ehtiyat 

maliyyə  vəsaitlərini  xərcləməyə  məcbur  edir.  Bu  amil  əhalinin  şəxsi  gəlirlərini 

artırmağa  səbəb  olsa  da,  müəssisə  və  təşkilatların  gözlənilən  maliyyə  nəticələrini 

zəiflədir. 

Ölkə ərazisində  istifadə olunan  xarici sərmayə  qoyuluşlarının sığortalanması 

da  qiymətli  kağızların  bazarının  fəaliyyətinə  müəyyən  təsir  göstərir.  Sığorta 

müqavilələri  əsasən  dövlət  qurumlarına  aid  olan  sığorta  təşkilatları  tərəfindən 

aparılır.  Xarici  tərəfdaşların  fəaliyyətinə  üstünlük  verən  hökumət  idarəetmə 

təşkilatları  xarici  bazarlarda  ölkənin  qiymətli  kağızlarının  satış  payını  artırmağa 

cəhd  edirlər  və  eyni  zamanda  Milli  bazarlarda  beynəlxalq  kapitalın  hərəkətində, 

dövlət maraqlarının təmin olunmasında iqtisadi hüquq normalarından geniş istifadə 

olunur. Korporasiyaların gəlirlərinin paylanması xidməti prosesləri mexanizminin 

inkişaf  etməməsi  iqtisadi  cəhətdən  onların  geridə  qalmasına  aparıb  çıxarır  və 

nəticədə  əlavə  kapitaldan  istifadəyə  görə  əldə  olunmuş  gəlirlərin  bir  hissəsinin 

xərclənməsini tələb edir. Bu halda milli iqtisadiyyatın istehsal qüvvələrinin inkişafı 

ləngiyir və ölkədə rəqabət qabiliyyətliyi qismən aşağı salır. Bundan başqa o, xeyli 



62 

 

itgi  verir  ki,  bu  da  Beynəlxalq  əmək  bölgüsünün  imkanlarından  səmərəli  istifadə 



edilməməsi, xalq təsərrüfatı sahələrində süni surətdə itkilərin həcmini artırır. Bəzi 

dünya dövlətləri əmək bölgüsünün maliyyələşməsində əsasən birja mexanizmindən 

istifadə etməklə işçi axının tənzimlənməsində fəal iştirak edirlər. 

Dövlətin  qiymətli  kağızların  buraxılışı  və  dövriyyəsinin  təşkilində  və  idarə 

edilməsində  əsas  məqsədi-iqtisadi  yüksəlişi  maliyyə  vəsaitləri  ilə  fasiləsiz  təmin 

etmək  və  bazar  iştirakçılarını  stimullaşdırmaqdır.  Qiymətli  kağızlar  bazarının  daimi 

iştirakçılarının  maraqlarına  qayğı  göstərmək,  qiymətli  kağızların  alqı-satqısını 

mükafatlandırmaq və iqtisadi münasibətləri yeni tələblər baxımından vaxta və məkana 

uyğun tənzimləmək çox əhəmiyyətli amillərdəndir. 

 Bazar iqtisadiyyatı inkişaf etmiş digər ölkələrdən fərqli olaraq hansılarda ki, 

qiymətli  kağızlar  bazarı  təkamül  yolu  ilə  inkişaf  edir,  bu  hal  tamamilə  qanuna 

uyğundur.  Hazırkı şəraitdə  qiymətli  kağızlar  bazarının  inkişafı təbii  olaraq  yalnız 

müstəqil siyasi-iqtisadi fəaliyyət dövrünə təsadüf edir. Bu ondan irəli gəlir ki, ilk 

növbədə  ölkədə  dirçəliş  üçün  iqtisadi  zəruri  inkişaf  səviyyəsinin  mövcud  olması, 

ikincisi  bu  prosesin  gedişatında  başqa  ölkələrdə  artıq  geniş  təcrübədə  sınanmış 

forma  və  üsullardan  istifadə  etmək  imkanları  yaranmışdır.  Bu  səbəbdən 

respublikada  son  illərdə  əldə  olunan  iqtisadi-sosial  nəticələr  xarici  kapitalların 

iştirak  etdiyi  maliyyə  bazarlarına  yeni  təyinatlı  və  sahə  üçün  sərfəli  olan  yüksək 

rəqabət  qabiliyyətliyi  nəzərə  almaqla  qiymətli  kağızların  buraxılışı  və 

dövriyyəsinin təşkili mühüm əhəmiyyətə malikdir. 

Qiymətli  kağızlar  bazarının  ilkin  inkişaf  mərhələsində  təkamül  qaydasında 

deyil,  kortəbii  formada  aparılan  fəaliyyətə  üstünlük  verildiyi  təqdirdə  birja 

fəaliyyətində böhran baş verir. Bu isə potensial sərmayədarların fond bazarına və 

onun iştirakçılarına etibarının itməsi ilə nəticələnməsinə səbəb ola bilər. Qiymətli 

kağızların  satış  bazarında  müxtəlif  səbəblərdən  elementlərin  dəyişməsi  dövlətin 

maliyyə  idarəetmə  qurumları  tərəfindən  qanunvericilik  bazarına  istinad  etməklə 

aparılır.  Deməli,  qiymətli  kağızların  alqı-satqısı  ilə  məşğul  olan  fond  bazarının 

möhkəmlənmə  prosesinin  bazar  iştirakçıları  üçün  iqtisadi  və  hüquqi  cəhətdən 

düşünülmüş qanunların tətbiqi böyük rol olmaya bilər.  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə