Microsoft Word M?mm?dov Orxan 709 docx



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix10.11.2017
ölçüsü0,9 Mb.
#9234
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

24 

 

səbəb olur [21, 40, 42].    



 

 

 



 

 

 



 

 

Mühitin  nəmliyinin  də  məhsulların  saхlanılmasında  rolu  böyükdür.  Mühitin 



nəmliyi iki göstərici ilə, yəni nisbi və mütləq nəmlik(rütubət) ilə göstərilir.“Müəyyən 

temperatur  və  təzyiqdə  1m

  havada  olan  faktiki  su  buхarının  həmin  şəraitdə  1m



 

havada  olan  doymuş  su  buхarına  olan nisbətinə  nisbi nəmlik  deyilir”.  Nisbi  nəmlik 



faizlə göstərilir və bu nə qədər az olarsa, havada bir o qədərnəmlik az olmaqla hava 

quru olur. Məsələn, 1m

3

 havada 12 q su buхarı varsa və həmin temperatur və təzyiqdə 



doymuş su buхarının miqdarı 15 q olarsa, ondahavanın nisbi rütubəti 12 : 15 х 100 = 

80% olar.Havanın 1m

3

-də olan su buхarının qramla miqdarına mütləq nəmlik deyilir 



[26, 30]. 

 

1.3. Dövlət standartları ilə tənzimlənən keyfiyyət göstəriciləri 

Dövlət  standartlaşdırma  sistemində  əsas  informasiya  daşıyıcısı  normativ-texniki 

sənədlər  hesab  olunur.  Bunlar  məhsulun  emalından  istifadəsinə  qədər  olan  bütün 

dövrlərdə qida məhsulunun keyfiyyətinə nəzarət etmək üçün əsas vasitə hesab olunur 

[25].   


 

 

 



 

 

 



 

 

 



 

Keyfiyyətin idarə edilməsi öz inkişaf yolunda bir neçə əhəmiyyətli mərhələdən 

keçir: keyfiyyətin yoxlanması, keyfiyyətin idarə edilməsi, keyfiyyətin təmin edilməsi, 

keyfiyyətin ümumi idarə edilməsi. 

 

 

 



 

 

 



 

Ə

gər  ilkin  mərhələlərdə  hazır  məhsulun  keyfiyyətini  yoxlamağa  imkan  verən 



metodlar  istifadə  edilirdisə,  sonrakı  mərhələlərdə  keyfiyyətin  ümumi  idarə 

edilməsində  istehlakçıların  tələbatını  ödəmək  məqsədilə  müəssisənin  bütün 

fəaliyyətinin daimi olaraq yaxşılaşdırılması metodları realizə edilir [33, 19].  

 

Keyfiyyətin  ümumi  idarə  edilməsi  (  TQM  –  Total  quality  management  )  – 



kefyiyyətin  idarə  edilməsinin  müasir  konsepsiyası  olub,  şirkətlərin  rəqabət 

qabiliyyətinin  uğurla  inkişafının  çoxillik  təcrübəsini  özündə  əks  etdirir.

 

Keyfiyyətin  ümumi  idarə  edilməsi  konsepsiyasının  əsas  prinsipləri  SO  9001 



standartında əks olunub ki, bu standart, standartlaşdırma üzrə 176 beynəlxalq təşkilat 


25 

 

tərəfindən təşkil olunmuş texniki komitə tərəfindən təşkil olunub [28, 31]. 



 

Məhsulun  keyfiyyətinin  idarə  edilməsi  onun  emalında,  istehsalında, 

istismarında  və  ya  tələbatın  ödənilməsində  keyfiyyətin  lazımi  səviyyədə  təmin 

edilməsi üçün görülən işlərlə xarakterizə edilir. Bu fəaliyyət məhsulun keyfiyyətinin 

sistematik yolla yoxlanması və məqsədyönlü fəaliyyət şərtləri və amilləri ilə həyata 

keçirilir.  

 

 

 



 

 

 



 

 

 



 

Keyfiyyətin idarə edilməsi bir proses olaraq məhsula olan tələbatın həcmini və 

xarakterini,  onun  keyfiyyətinin  faktiki  səviyyəsini  emalını,  məhsulun  keyfiyyətinin 

planlaşdırılmış  səviyyəsinin  təmin  edilməsində  müəssisələrin  işinin  realizasiyası 

qiymətləndirir [28].  

 

 



 

 

 



 

 

 



 

DÜST 15467-79 - Məhsulun keyfiyyətinin idarə olunması üçün qəbul olunmuş 

dövlət  standartıdır.  Məhsulun  keyfiyyəti  onun  təyinatına  müvafiq  istifadəyə 

yararlılığını  müəyyən  edən  xassələrinin  cəmi  hesab  olunur.  Məhsulun  bir  və  ya  bir 

neçə xüsusiyyətinin cəminə keyfiyyət göstəricisideyilir.   

 

 



Standartlar  və  texniki  şərtlər  ölkə  daxilində  və  xaricdə  olan  elmi  -  texniki, 

texnoloji nailiyyətlər və qabaqcıl təcrübə əsasında hazırlanır.   

 

 

Standart  –  eyni  növdən  olan  bir  qrup  qida  məhsulu  üçün  və  lazım  gəldikdə 



konkret məhsula, onların emal qaydasına, istehsalına və istifadəsinə həmçinin, başqa 

standartlaşma  obyektlərinə  dövlət  orqanları  tərəfindən  qoyulan  normativ  texniki 

sənədlərdir.   

 

 



 

 

 



 

 

 



 

Standartlaşma isə elm, texnika, texnologiya, istehsal və iqtisadiyyat sahəsində 

optimal  dərəcədə  qayda  yaratmağa  nail  olmaqla  istiqamətləndirilən  fəaliyyət 

sahəsidir.    

 

 

 



 

 

 



 

 

 



 

Texniki  şərt  –konkret  məhsul  növünə  qoyulan  normativ  –texniki  sənəddir. 

Texniki şərtlər sahələrə müvafiq olaraq məhsul hazırlayan, göndərən, saxlayan, nəql 

edən və istifadə edən müəssisə və təşkilatlar üçün məcburidir.  

ş

in  əhatə  dairəsindən  asılı  olaraq  standartlaşma  milli  (dövlət),  regional  və 



beynəlxalq ola bilər. Dövlət standartlaşması bir ölkədaxilində olan standartlaşmadır. 

 

Standartlaşma  işinin  aparılması  DÜST  1.0-85  “Dövlət  standartlaşması” 




26 

 

sistemilə həyata keçirilir. 



Bu  standartlaşdırma  digər  məhsullarla  yanaşı  qida  məhsullarının  keyfiyyət 

göstəricilərinin  yoxlanılması,  qida  məhsulların  keyfiyyətinin  idarə  edilməsi 

problemləri ilə məşğul olurlar [27, 28].  

Dövlət  standartları,sahələrarası  istehsal  yaxud  tətbiq  üzrə  eyni  növ  məhsullar 

üçün hazırlanır. Məsələn, qənnadı məmulatları, süd məhsulları, çörək, konservlər və. 

s. Dövlət standartları Dövlət standartlaşdırılma  darəsinin qərarı ilə hazırlanır. 

 

Qənnadı məmulatları qida rasionumuzda bütün yaş qrupları üçün geniş istifadə 



olunan  qida  məhsullarından  olduğuna  görə,  istehlakı  zamanı  onların  keyfiyyət  və 

təhlükəsizlik  göstəricilərinin  qiymətləndirilməsi  daha  çox  aktuallıq  kəsb  edən 

məsələlərdəndir.   

  

 



 

 

 



 

 

 



 

Qənnadı  məmulatları  qeyri-standart  daşınma  və  saxlama  nəticəsində  korlana, 

yaxud  keyfiyyətini  itirə  bilər.  stehsal  tarixi  qeyd  olunmayan  və  yaxud  saxlanma 

müddəti  keçən  məhsullar  insan  sağlamlığı  üçün  ciddi  təhlükə  mənbəyidir.  

Qeyd  etmək  lazımdır  ki,  qənnadı  məmulatları  yüksək  qidalılıq  dəyərinə  malik  qida 

məhsuludur.  Tərkibindəki  qidalı  maddələr  orqanizmdə  tez  və  asan  həzm  olunur.Bu 

məmulatlar kimyəvi tərkibinə, qidalılıq dəyərinə və hazırlanma texnologiyasına görə 

fərqlənirlər.  stehsalında  əsas  xammal  kimi  un,  şəkər,  yağ,  yumurta,  süd,  süd 

məhsulları,  müxtəlif  ədviyyatlar,  qida  boyaları,  ətirverici  maddələr  və  digər 

vəsaitlərdən istifadə olunur. 

 

 

 



 

 

 



 

 

Qənnadı  məhsullarının  qablaşdırılması  məhsulun  konkret  çeşidi  və  normativ 



texniki  sənədlərin  tələblərinə  uyğun  olmalıdır.  Bu  məmulatlar  əsasən  içərisinə 

perqament kağızı sərilmiş taxta, yaxud karton yeşiklərə, çəki ilə satılanları isə karton 

qutulara  və  sellofan  kisələrə  qablaşdırırlar.  Qablaşdırılmayan  məhsullar  haqqında 

informasiya  isə  ticarət  zalında  məlumat  vərəqində  göstərilməlidir.  Qənnadı 

məhsulları qablaşdırıldıqdan sonra mütləq markalanmalıdırlar [7, 2, 46]. 

 

Realizə  zamanı  unlu  qənnadı  məmulatlarından  olan  və  keyfiyyət  göstəriciləri 



standartın tələblərinə cavab verən tort və pirojnaların forması düzgün, zədəsiz olmalı, 

dadı və iyi çeşidinə müvafiq olmalı, kənar iy və dad verməməlidir. Şəkərli qənnadı 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə