Microsoft Word M?mm?dov Orxan 709 docx



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix10.11.2017
ölçüsü0,9 Mb.
#9234
1   2   3   4   5   6   7   8   9   ...   32

13 

 

hazırlanmasının  texnoloji  parametrləri;  xammalın,  yarımfabrikantların  və  köməkçi 



materialların keyfiyyəti (hansılar ki, məhsulun istehsalında istifadə olunur); texnoloji 

avadanlıqların  və  istehsal  proseslərinin  keyfiyyəti  (kompleks  mexanikləşdirmə  və 

avtomatlaşdırma,  tullantısız  texnologiya);  əməyin  keyfiyyəti  (işçilərin  təcrübəsi  və 

bacarığı) [21, 26].   

 

 

 



 

 

 



 

 

 



Qida  məhsullarının  keyfiyyətini  formalaşdıran  amillərə  -  əsas  və  yardımçı 

х

ammallar,  yardımçı  materialların  хassəsi,  istehsal  prosesi,  saхlanılma  şəraiti  və 



müddəti daxildir.   

 

 



 

 

 



 

 

 



 

Qida  məhsullarının  keyfiyyətini  formalaşdıran  amillərə  -  normativ-teхniki 

sənədlərin  keyfiyyəti,  məhsul  istehsalında  istifadə  olunan  alət  və  avadanlığın 

keyfiyyəti,  əsas  və  yardımçı  xamməhsulların  keyfiyyəti,  yardımçı  materialların 

xassəsi,  istehsal  teхnologiyası,  istehsal  prosesi,  xammalın  və  hazır  məhsulun 

saxlanılma  şəraiti  və  müddəti  daxildir.  Qida  məhsullarının  keyfiyyətinə  təsir  edən 

amilləri aşağıdakı sхem üzrə göstərmək olar: 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Sxem 1. Məhsulun keyfiyyətini formalaşdıran amillər. 

 

stehsalçının 

ə

məyinin 


keyfiyyəti 

Normativ-

texniki 

sənədlərin 

keyfiyyəti 

Xammalın, 

yardımçı 

materialların 

keyfiyyəti 

Texnologiyanı

n və 

avadanlığın 



keyfiyyəti 

stehsalın keyfiyyəti 

stehlakın 

keyfiyyəti (qida 

məhsullarının 

mənimlənilməsi) 

Saxlanılmanın, 

daşınmanın və 

satışın keyfiyyəti 

Məhsulun keyfiyyəti 




14 

 

Keyfiyyəti  formalaşdıran  amillər  öz  növbəsində  obyektiv  və  subyektiv  ola 



bilər.  Obyektiv  amillərə  хammal,  yarımfabrikatlar,  istehsalın  teхniki  səviyyəsi, 

meхanikləşdirilməsi  və  avtomatlaşdırılması,  müasir  istehsal  teхnologiyası  və 

keyfiyyətə  nəzarətin  teхniki  vasitələri  və  s.  aiddir.  Obyektiv  amillər  subyektiv 

amillərə nisbətən daha stabil hesab edilir [21].  

 

 

 



 

 

Subyektiv  amillər  insan  fəaliyyəti  ilə  əlaqədar,  onun  öz  funksiyasını  yerinə 



yetirmə qabiliyyətindən və öz işinə münasibətindən asılıdır. Belə amillərdən işçilərin 

təhsil səviyyəsi, ustalıq dərəcəsi, insanların psiхoloji kamilliyi və əməyin nəticəsinə 

şəх

si  marağını  qeyd  etmək  olar.  stehsalatda  çalışan  işçinin  ustalıq  dərəcəsi  və 



qabiliyyəti nə qədər yüksək olarsa, məhsul keyfiyyəti də bir o qədər yüksək olar [33, 

9].    


 

 

 



 

 

 



 

 

 



 

 

Qida  məhsullarının  keyfiyyətini  formalaşdıran  amillərdən  biri  də  onların 



standartlaşdırılmasıdır.  Standartların  səviyyəsinin  yüksəlməsi  malın  keyfiyyətinə 

müsbət təsir göstərir. Keyfiyyətə verilən tələblər, ayrı-ayrı göstəricilərin normaları və 

səviyyəsi,  məhsul  haqqında  digər  məlumatlar  standartlarda  qanuni  bir  amil  kimi 

nizama salınır. Standartlarda məhsulların keyfiyyəti və zərərsizliyi haqqında tələblər 

mütləq öz əksini tapmalıdır.    

 

 



 

 

 



 

 

Hazırda  qida  məhsullarının  çeşidi  yeniləşir  və  genişlənir.  Yerli  və  xaricdən 



gətirilən  хammallardan  istifadə  olunmaqla,  az  tapılan  kənd  təsərrüfatı  хammalının 

ə

vəzedicilərindən  istifadə  olunmaqla  yeni  növ  məhsul  istehsalının  teхnologiyası 



işlənir  və  istehsalata  tətbiq  olunur.  Ona  görə  də  məhsul  keyfiyyəti  üçün  əsas  amil 

х

ammalın  keyfiyyəti  və  onun  müхtəlifliyidir.  Bu  isə  məhsulun  təyinatı  nəzərə 



alınmaqla onun tərkibindən və teхnoloji хassələrindən asılıdır [24, 26]. 

 

 



 

1.2.1. Qida məhsullarının yüksək keyfiyyətliliyi 

“Qida məhsullarının təhlükəsizliyi”, dedikdə, insan sağlamlığı üçün təhlükənin 

yoxluğu  başa  düşülür.Bunu  da  istifadə  olunan  qida  xamməhsullarının  yüksək  və  ya 

aşağı  keyfiyyətli  olmasından  anlamaq  lazımdır.  Qida  xamməhsullarının  və  qida 




15 

 

məhsullarının təhlükəsizlik məsələlərinin öyrənilməsi zamanı “Təhlükəsizlik və qida 



məhsullarının keyfiyyəti haqqında” əsas anlayışlar istifadə olunur .    

 

 



Qida  xammalı  –  qida  məhsullarının  istehsalı  üçün  istifadə  olunan  su,  bitki, 

heyvan  və  mikrobioloji  obyektlərdir.  Qida  məhsulları  –  qida  xamməhsullarından 

istifadə edilən təbii və ya emal edilmiş şəkildə istifadə olunan məhsuldur.  

 

Qida məhsulları aşağıdakı qruplara bölünür:  



 

 

 



 

 

1.  Ənənəvi  texnologiyalar  əsasında  hazırlanmış  və  əhalinin  əsas  qruplarının 



qidalanması üçün nəzərdə tutulmuş kütləvi istehlak məhsulları.  

 

 



 

2. Müalicəvi (pəhriz) və müalicəvi-profilaktik məhsullar – xüsusilə profilaktik 

və pəhriz qidalanma üçün yaradılmışdır. Bu qrupa vitaminləşdirilmiş, az yağlı (33% 

yağ),  az  kalorili  (40kkal/100q),  yüksək  miqdara  malik  qida  lifləri  ilə  şəkərin 

azaldılmış miqdarına malik xolesterin, natrium-xlor daxildir.   

 

 



 

3. Uşaq qidalanması məhsulları – 14 yaşadək olan uşaqların qidalanması üçün 

nəzərdə  tutulmuş  və  uşaq  orqanizminin  fizioloji  tələblərini  ödəyən  məhsullar.

 

Qida  əlavələri  –  təbii,  süni  maddələr  və  onların  birləşmələri  olub,  qida 



məhsullarına  onların  hazırlanması  prosesində  xüsusi  xassələr  vermək  və  ya  qida 

məhsullarının keyfiyyətini yüksək saxlamaq məqsədilə əlavə edilir.    

 

Bioloji aktiv əlavələr – təbii bioloji aktiv maddələr, qida ilə eyni vaxtda və ya 



qida  məhsullarının  tərkibinə  daxil  edilmiş  şəkildə  istifadəsi  nəzərdə  tutulan 

məhsullardır [6, 33, 34].   

 

 

 



 

 

 



 

 

 



Qida  məhsullarının  keyfiyyəti  –  məhsulun  orqanoleptik  xarakteristikasını, 

orqanizmin  qida  maddələrinə  tələbatını,  onun  sağlamlıq  üçün  təhlükəsizliyini, 

hazırlanma və saxlanma zamanı etibarlılığını əks etdirən xassələr məcmusudur. 

 

Qida məhsulların keyfiyyətinə tibbi-bioloji tələblər – qidanın dəyərliliyini, qida 



xammalının  və  qida  məhsullarının  təhlükəsizliyini  müəyyən  edən  meyarlar 

kompleksidir.  

 

 

 



 

 

 



 

 

 



 

Qida  dəyəri  –  qida  məhsulunun  bütün  faydalı  xüsusiyyətlərini  əks  etdirən 

anlayış  olub,  insanın  əsas  qida  maddələrinə  olan  fizioloji  tələbatının  dərəcəsini 

özündə əks etdirir.  

 

 

 



 

 

 



 

 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə