Microsoft Word M?mm?dov Orxan 709 docx



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix10.11.2017
ölçüsü0,9 Mb.
#9234
1   2   3   4   5   6   7   8   9   ...   32

 

Giriş 

  Tarixən  zamandan  və  məkandan,  ictmai-siyasi  quruluşundan  və  idarəetmə 

sistemindən  asılı  olmayaraq  hər  bir  dövlətin  qarşısında  duran  ən  vacib  vəzifələrdən 

biri  əhalinin  təhlükəsiz  qida  məhsulları  ilə  etibarlı  təminatı  olmuşdur.  Bu  məsələ 

müasir dövr üçün də öz aktuallığını itirməmiş, əksinə, daha da ciddiləşmişdir. 

 

nsan  orqanizminin  keyfiyyətli  qida  məhsulları  ilətəmin  olunması  çox  vacib 



məsələdir. Belə ki, düzgün qidalanma zamanı insanlarda gedən maddələr mübadiləsi 

prosesi  tənzimlənir,  onların  işgörmə  qabiliyyəti  yüksəlir,  tez  yorulma,  tez-tez 

xəstələnmə halları müşahidə olunmur. Bir sözlə, insanlar keyfiyyətli qida məhsulları 

ilə  qidalandıqda  daha  çox  ömür  sürürlər.  Qida  məhsullarının  tərkibində  insan 

orqanizminin normal həyat fəaliyyəti üçün lazım olan karbohidratlar, zülallar, yağlar, 

vitaminlər və başqa maddələrmühüm rol oynayır.   

 

 

 



 

Qida  əlavələrindən,  əvəzedicilərdən,  gen  mühəndisliyindən  və  genləri   

modifikasiya  olunmuş  qida  mənbələrindən,  müxtəlif  kimyəvi  preparatlardan  və  s. 

istifadə  hazırda  geniş  yayılmışdır.  Təbii  ki,  bu  vasitələr  və  elmi-texniki  nailiyyətlər 

istehsal həcminin artırılmasında mühüm rol oynamaqla yanaşı, bəzən düzgün istifadə 

edilmədikdə insan sağlamlığı üçün müəyyən təhlükələr yaradır. Keyfiyyətin və qida 

təhlükəsizliyinin  idarəedilməsi  sistemlərinin  mövcud  çağırışlara  qeyri-adekvatlığı, 

qida  təhlükəsizliyi  sahəsində  əhalidə  bilik  və  informasiyaların  yetərincə  olmaması 

aqrarsiyasətin  bütün  qida  istehsal  sahələri  ilə  yanaşı  şəkər,  qənnadı  məmulatları 

istehsalına da diqqətin artırılmasını zəruri edir. 

 

 

 



 

 

Qida  qəbulu,  yəni  səhər,  nahar  və  şam  yeməyi  şirin  təamla  qurtarmalıdır. 



.P.Pavlov  demişdir:  “Qidaya  tələb  nəticəsində  məmnuniyyətlə  başlanmış  yemək, 

məmnuniyyətlə  də  qurtarmalıdır,  tələbin  ödənilməsinə  baxmayaraq  bu  tələbin  son 

obyekti özünə qətiyyən həzm işi tələb etməyən şəkər olmalıdır”.   

 

 



 

Azərbaycanda  qida  məhsullarının  keyfiyyəti  və  qida  təhlükəsizliyinin 

idarəedilməsi sistemlərinin müasirləşdirilməsiqənnadı sənayesində olduqca aktual bir 

məsələdir. Çünki qənnadı məmulatları

 

insanların qidalanmasında mühüm əhəmiyyət 




 

kəsb  edir.  Bütün  yaş  qrupunda  olan  istehlakçıların  qənnadı  məmulatlarına  olan 



tələbatını  nəzərə  alaraq,  şokolad  və  konfet  məhsullarının  təhlükəsizliyinin  təmini 

daha aktualdır. Məhz bu da dissertasiya mövzusunun aktuallığından xəbər verir. 

 

Ə

halinin  sağlam  və  təhlükəsiz  qənnadı  məhsulları  ilə  təmin  edilməsi, 



Azərbaycanın  istehlak  bazarına  zərərli  və  keyfiyyətsiz  qənnadı  məhsullarının  daxil 

olmasının  qarşısının  alınması  məqsədilə  təhlükəsizliyin  idarəedilməsi  və  nəzarət 

sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması həm dövlət orqanlarının, həm 

müasir  sənaye  sahələrinin  əsas  vəzifələrdən  biridir.  Müasir  qənnadı  sənaye  sahələri 

arasında  keyfiyyətli  məhsul  istehsalına  görə  ölkənin  qabaqcıl  şirkətlərindən  olan 

“Veysəloğlu” MMC-nin “Ulduz” şokolad fabrikini xüsusilə qeyd etmək olar. 

 

Hər  hansı  bir  qida  məhsulunda  təhlükəli  faktorların  yaranması  ehtimalı 



məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə baş verə bilər. Məhsul 

xammalının  tədarükü,  daşınması,  saxlanması,  emalı  və  qablaşdırılması,  hazır 

məhsulun  saxlanması  mərhələlərinin  istənilən  birində  onun  təhlükəli  faktorlarla 

təmasda olmaq və bu faktorların məhsulun tərkibinə düşmək ehtimalı istisna deyildir. 

Ona  görə  də  qida  təhlükəsizliyinin  yüksək  səviyyədə  təmin  edilməsi  üçün  elə 

idarəetmə sistemi seçilməlidir ki, bu, məhsulun keçdiyi bütün mərhələləri əhatə etmiş 

olsun. Yəni qida təhlükəsizliyinin idarəetmə sistemi, qidanın istehsalından başlayaraq 

istehlakçıya çatdırılana qədər keçdiyi bütün mərhələləri əhatə etməli və vahid sistem 

halında  fəaliyyət  göstərməlidir.  Göstərilən  mərhələlərdən  hər  hansı  birində  -istər 

müəssisədaxili,  istərsə  də,  müəssisəxarici  müvafiq  monitorinq  sistemi  yetərincə 

həyata  keçirilməzsə,  ümumi  sistemin  effektivliyini  təmin  etmək  mümkün 

olmayacaqdır.

 

 

 



 

 

 



 

 

 



 

Dissertasiya  işinin  elmi  yeniliyini  şəkərli  qənnadı  məmulatlarından  olan 

müxtəlif  çeşidli  konfet  məmulatlarının  texnoloji  emal  mərhələlərində  əmələ  gələn 

keyfiyyət  dəyişkənliklərinin  araşdırılması,  ən  müasir  avadanlıqlardan  və  təhlükəsiz 

qida  xamməhsullarından  uzun  müddət  xarab  olmadan  saxlanmaya  malik  ağarma 

ə

leyhinə  struktur  yaradan  yağlardan  istifadə  edərək  yüksək  keyfiyyətli  konfet 



məmulatları istehsal etmək təşkil edir. 


 

    I FƏS L. ƏDƏB YYAT  CMALI. 



1.1.

  Azərbaycan Respublikasında qida sənayesinin müasir vəziyyəti 

Qida  –  insanın  fiziki,  bioloji,  əqli  inkişafını  şərtləndirən  birinci  amildir.  Qida 

xammalının  və  qidaməhsullarının  təhlükəsizliyinin  təminatı,  insanların  sağlamlığını 

müəyyən edən və onun genofondunun saxlanılmasını təmin edən əsas istiqamətlərdən 

biridir. Qidanın keyfiyyəti, onun vaxtında və müntəzəm qəbul edilməsi insanın həyat 

fəaliyyətinə həlledici təsir edir [12].   

 

 

 



 

 

 



1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, 

kənd  təsərrüfatında  aqrar  islahatların  həyata  keçirilməsi,  xüsusilə  sovxoz  və 

kolxozların  ləğv  olunması,  onlara  məxsus  torpağın,  mal-qaranın  və  əmlakın  kənd 

ə

məkçilərinə  paylanması,  məhsulun  alış  qiymətlərinin  sərbəstləşdirilməsi,  qida 



məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi və s. bu kimi tədbirlər 

dövlət  mülkiyyətində  olan  və  kənd  təsərrüfatı  məhsullarının  emalı  ilə  məşğul  olan 

sənaye  müəssisələrini  də  əhatə  etmiş  və  nəticədə  qida  sənayesi  sahəsində  də  yeni 

iqtisadi münasibətlərin formalaşmasına səbəb olmuşdur.  

 

 

 



 

Son  illərdə  qida  emal  sənayesi  sahəsində  islahatların  aparılması  üçün  hüquqi 

baza  yaradılmış,  bir  sıra  yeni  qanunlar  (“Yeyinti  məhsulları  haqqında”,  “Taxıl 

haqqında”,  “Üzümçülük  və  şərabçılıq  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunları) qəbul edilmişdir [3]. 

 

 



 

 

 



 

 

 



Qida  sənayesinin  güclü  inkişafı  üçün  ilk  növbədə  xammal  ehtiyatları  nəzərə 

alınır. Qida sənayesini özündə birləşdirən sahələrin inkşaf mənbəyini təşkil edən kənd 

təsərrüfatı məhsulları əsas xammal  mənbəyidir. Qida sənayesinin inkişaf etdirilməsi 

daim respublika rəhbərliyinin diqqət mərkəzində olmuş, bu sahədə ciddi uğurlar əldə 

edilmişdir.Belə  ki,  2009-cu  ildəqida  məhsullarından  şəkər  istehsalı  16.5  %  artaraq 

314.9 min ton, çay 8.3 % artaraq 7.7 min ton, ət 2.8 % artaraq 159.5 min ton, süd 3.0 

faiz  artaraq  61.7  milyon  ton,  kərə  yağı  0.9  %  artaraq  14.2  min  ton,  şampan  şərabı 

17.7 % artaraq 42.2 min ton, pivə 9.5 % artaraq 3.5 milyon ton, araq 15.6 % artaraq 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə