Microsoft Word M?mm?dov Orxan 709 docx



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix10.11.2017
ölçüsü0,9 Mb.
#9234
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

44 

 

Ə



ridilmiş  yağların  60 

C  çox  isidilməsinə  icazə  verilmir  və  əridilərək  filtrdən 



keçirilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

2.  Xammalın  kənar  mexaniki  qarışıqlardan  təmizlənməsi.  Şəkər  tozu, 

qovrulmuş,  doğranmış,  doğranmamış  qərzəkli  meyvələr,  konfetin  minalanma 

(şirələnmə) sahəsində istifadə edilən şokolad kimi xammallar istehsalata verilməzdən 

qabaq təsadüfi düşmüş metal qarışıqlardan (metal tozu, avadanlıqlardan ayrılan metal 

hissəciklər,  kənar  metallar)  təmizlənmək  məqsədi  ilə  maqnitlərdən  keçirilir. 

 

Şə



kər kirşanının hazırlanması üçün və ya həll olunmadan istifadə olunan şəkər 

tozu  3  mm  –  dən  çoxolmayan  ələkdən  keçirilir  və  sonra  qarışıqların  tutulması 

məqsədilə maqnitlərdən buraxılır. 

 

 



 

 

 



 

 

 



3. Xammalın metal qarışıqlardan təmizlənməsi. Şərbətlərin hazırlanması üçün 

istifadə  olunan  şəkər  tozu  5mm  –  dən  çox  olmayan  ələklərdən  keçirilməsinə  icazə 

verilir,  lakin  bundan  sonra  şəkər  şərbəti  1,5mm  olan  metal  ələklərdən 

süzülməlidir.Qlükoz  şərbət  unun qatılığının  azalması  üçün    qabaqcadan  40  –  50 



qızdırmaqla 3mm – dən çox böyük olmayan ələklərdən keçirirlər. 



 

 

Maqnitlər axın xəttlərinin aşağıdakı sahələrində quraşdırılır:   



 

 

a). Şəkər tozunun həll olunması və bişməsi üçün bunkerə boşaldılan yerdə və 



dəyirmanda üyüdülmə üçün bunkerə boşaldılan yerdə;   

 

 



 

 

b). Qərzəkli meyvələrin qovrulması və qabığının təmizlənməsi sahəsində; 



 

c). Birbaşa axın xətt üstündə yerləşən qarışım bunkerində. 

 

 

 



Maqnit  qismində  daimi  maqnit  dəmirlərdən  başqa  daimi  maqnit  aparatları  və 

elektromaqnit separatorlarından da istifadə oluna bilər. Daimi maqnitlər nal şəklində 

olur  və  12  kq  –  dan az  olamayan  qaldırıcı  qüvvəyə  malikdirlər.  Metal  hissəciklərin 

tam  ayrılması  üçün  maqnit  tutucu  qurğular  istifadə  olunur.  Bu,  eyni  ölçülü  nalvari 

maqnitlərdən  ibarət  qida  xammalının  keçidində  quraşdırılmış  maqnit  hasarlardır. 

Maqnit  hasarlar  rahat  keçidi  və  işıqlandırılması  olan  yerlərdə  quraşdırılmalıdır. 

Buradan buraxılan  məhsul maqnit sahəsindən tam keçməli və qalınlığı 8 – 10 mm – 

dən çox olmamalıdır. Maqnit nallardan ibarət olan maqnit qurğularda birincilər bir – 

birinə eyni qütblərlə quraşdırılmalıdırlar. 

 

 



 

 

 



 


45 

 

 



Maqnitlərin təmizlənməsi istehsal prosesi getdiyi vaxtda hər gün aparılmalıdır. 

Uzun müddətli fasilə zamanı maqnit qütbləri lövbərlə bağlamaq lazımdır. Xammalın 

mexaniki  emalı  zamanı  kənar  qarışıqlardan,  eləcə  də  metal  hissəciklərdən 

təmizlənməməsi  hazır  məhsulun  keyfiyyət  göstəricilərinin  aşağı  düşməsinə  səbəb 

olur.   Metal qarışıqların hesabatı xüsusi formada qeydiyyata alınır.   

 

 



Qida xammalı istehsalata verilməzdən qabaq 4, 5, 6 və 7 – ci proseslər ardıcıl 

olaraq  həyata  keçirilir.  Bunun  üçün  müəssisəyə  daxil  olan  xammal,  gətirilən 

nəqliyyat  vasitəsinin  içi  də  daxil  olmaqla  hər  tərəfli  təmizlik  üçün  baxış  keçirilir. 

Bundan  sonra  məhsul  xammalından  nümunə  götürülərək  laboratoriyada 

orqanoleptiki,  fiziki  –  kimyəvi  keyfiyyət  göstəriciləri  standart  normativ  –  texniki 

şə

rtlərə  əsasən  müəyyənləşdirilir  və  sənədlərə  qeyd  olunur.  Laboratoriyada 



xammallarla yanaşı hazır məhsul da analiz edilir. Bu zaman texnoloji amillərin təsiri 

ilə dəyişən keyfiyyət göstəricilərinin tədqiqi daha açıq şəkildə aparılır. 

 

 

Müəssisəyə  daxil  olan  xammalın,  yuxarıda  göstərilən  proseslər  yerinə 



yetirildikdən sonra nöbəti emala verilməsinə icazə verilir. Qəbul olunmayan xammal 

isə yazılı şəkildə səbəb göstərilərək tədarükçü firmaya geri qaytarılır.  

 

 

8.  Qəbul  olunan  qida  xammallarının  istehsala  verilməsi  və  ilkin  hazırlıq



Qəbul  olunan  qida  xammalı  resepturaya  müvafiq  olaraq  qarışığın  istehsalata 

verilməsindən  əvvəl  onu  dozatorlarda,  tərəzilərdə  və  ya  ölçü  cihazlarla  ölçürlər. 

Xammalın  ölçülməsi  üçün  yoxlanılmış  tərəzilərdən  istifadə  edirlər.  Mayelərin  kiçik 

həcmlərinin  ölçülməsi  üçün  (aromalar)  yoxlanılmış  ölçü  qablardan  istifadə  olunur.

 

9.  Müvafiq  kütlənin  və  keyfiyyətin  əldə  olunması  məqsədi  ilə  müxtəlif 

xammalların  qarışdırılması  .  Bu  mərhələdə  resepturaya  uyğun  müxtəlif  konfet 

kütlələri  hazırlamaq  üçün  uyğun  qida  xammalları  axın  xəttinin  başlanğıcına  yığılır. 

Müvafiq konfetin yüksək keyfiyyətdə alınması üçün mexaniki emal zamanı qarışımın 

düzgün aparılmasına bişirilmədən öncə xüsusi diqqət yetirmək lazımdır.    

 

10,  11,  12  –  ci  texnoloji  emal  mərhələlərini  “Tango”  (nuqalı,  karamelli), 



“Tango”(nuqalı,  karamelli,  yerfındığlı),  “Tango  Sweet”  (şərbət  lu,  yerfındığlı), 

“Çinar  Fındıqlı”,  “Çinar  Kişmişli”,  “Tango  Coco”,  “Xonça  Klassik”,  Xonça 




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə