Microsoft Word M?mm?dov Orxan 709 docx



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə6/32
tarix10.11.2017
ölçüsü0,9 Mb.
#9234
1   2   3   4   5   6   7   8   9   ...   32

16 

 

 



Bioloji  dəyərlilik  –  qida  zülalının  keyfiyyət  göstəricisi  olub,  onun  amin  turşu 

tərkibini  və  zülalın  sintezi  üçün  orqanizmin  tələb  etdiyi  amin  turşu  tərkibini  əks 

etdirir. Qida rasionundazülalların uzun müddət çatışmaması insan orqanizmində çox 

çətinliklə aradan qaldırıla bilən xəstəliklərin əmələ gəlməsinəsəbəb olur. Ona görədə 

qida  rasionunda  keyfiyyətli  zülalların  olması  vacib  şərtdir.  Keyfiyyətli  zülal  o 

deməkdir ki, onların tərkibində bütün əvəzolunmayan aminturşularının hamısı

 

lazım 


olan

 

  miqdarda  olsun.  Qidada  əvəzolunmayan  aminturşuların  çatışmaması  zülalın 



keyfiyyətini aşağı salır.   

 

 



 

 

 



 

 

 



Enerji dəyəri – onun fizioloji funksiyalarının təminatı üçün insan orqanizmində 

qida  məhsulundan  azad  edilən  kilokalorilərdə  enerjinin  miqdarıdır.Orqanizm  üçün 

ə

sas enerji mənbəyi karbohidratlardır.Orqanizmin enerjiyə olan ehtiyacının təxminən 



60%-ikarbohidratlar  hesabına  ödənilir.  Qida  məhsullarından  çörək,  şəkər  rafinadı, 

mürəbbə, cem, qənnadı məmulatları, bal və üzüm karbohidratlarladaha cox zəngindir. 

Bunlardan qənddə 95%, saxaroza və  balda 77% sərbəst qlükoza və ən çox fruktoza, 

mürəbbədə  70%  saxaroza,  üzümdə  18

 

-  25  %  qlükoza  və  fruktoza  olur.  nsanın 



gündəlik qidasında karbohidratlar zülallara nisbətən 4-5 dəfə çox olmalıdır. 

 

Qida  məhsullarının  və  qida  xammalının  saxtalaşdırılması  –  saxta  qida 



məhsullarının və qida xammalının realizasiyasıdır. 

 

 



 

 

Qida  məhsullarının və  qida  xammalının  eyniləşdirilməsi  –  qida  məhsullarının 



və  qida  xammalının  konkret  növünə  uyğun  normativ  sənədləşmyə  əsasən 

uyğunluğunun qurulmasıdır [8, 35, 36]. 

 

 

 



 

 

 



Texniki  sənədlər  –  qida  məhsullarının,  materialların  və  məmulatların 

istehsalını, saxlanmasını, reallaşdırılmasını həyata keçirir. 

 

 

 



М

üxtəlif  qida  məhsullarının  yüksək  keyfiyyətliliyi  onların  tərkibinə  görə 

müəyyənləşdirilir.  Bunlar  isə  əsasən  zülallar,  yağlar,  karbohidratlar,  vitaminlər, 

mineral maddələr və mikroelementlərə görə qiymətləndirilir [20, 21].  

 

 

Məhsul keyfiyyətinin yüksəldilməsində хammaldan səmərəli istifadə olunması, 



birinci  növbədə  aztullantılı  və  tulluntısız  teхnologiyanın  tətbiqi  əsas  amillərdən 

biridir. Bitki mənşəli хamməhsulların emalı zamanı bəzən 50%-ə qədər tullantı alına 




17 

 

bilər.  Lakin  yüksək  keyfiyyətli  хammaldan  istifadə  edərək,  müasir  teхnologiya  və 



avadanlıq  tətbiq  edib,  əməyin  təşkilini  təkmilləşdirməklə  tullantını  tam  azaltmaq 

mümkündür. 

tkilərin  azaldılması  хamməhsulların  kompleks  emalı  ilə  də 

mümkündür. Məsələn, almadan 45 – 50 % şirə aldıqdan sonra yerdə qalan cecədən 40 

–  45  %  püre  almaq  və  nəhayət  tullantı  hesab  edilən  jıхımı  heyvanlar  üçün  yem 

məqsədilə istifadə etmək olar [18].   

 

 

 



 

 

 



Məhsul  keyfiyyətinə  istehsal  teхnologiyası  və  orada  tətbiq  olunan  maşın  və 

avadanlığın  keyfiyyəti  də  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.Son  illər  istehsalatda 

yüksək  teхnologiyadan,  avtomatlaşdırılmış  və  kompyuterləşdirilmiş  istehsal 

хə

tlərindən  istifadə  olunur.  Məsələn,  Veysəloğlu  MMC  -  nin  tərkibində  fəaliyyət 



göstərən  “Ulduz”  şokolad  fabrikində  tətbiq  olunan  müasir  teхnologiya, 

avtomatlaşdırılmış  və  meхanikləşdirilmiş  istehsal  teхnologiyası  yüksək  keyfiyyətli 

ş

okolad  və  konfet  məhsullarından  “Ritm”,  “Rocky”,  “Tango”,  “Xonça”,  “Seasons”, 



“Sema”, “Wedding” və s. istehsal edilir.Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni 

xətti  istifadəyə  vermişTopnut  markalı  “Draje”  və  “Cırtdan”,  “Freş”,  “Alpinmilk”, 

“Villi” markalı karamel məhsulları istehsal etməyə başlamışdır. 

Azərbaycanda 

istehsal  edilən  ərzaq  məhsullarının  keyfiyyətini  yüksəltmək  üçün  bütün  sahələrdə 

yüksək  məhsuldarlığa  malik  olan  avadanlıqdan,  teхnoloji  хətlərdən,  modernizə 

edilmiş və yeni konstruksiyalı avtomatlardan istifadə olunmalıdır [2, 25]. 

 

1.2.2. Emal texnologiyalarının müasirliyi 

Müasir  dövrdə  qida  məhsulları  istehsalı  ilə  məşğul  olan  əksər  sənaye 

müəssisələrində istehsalın strukturu və xarakteri dəyişməklə, yeni avtomatlaşdırılmış 

və  mexanikləşdirilmiş,  fasiləsiz  işləyən  texnoloji  axın  xətlərinin  tətbiqinə  olduqca 

böyük üstünlük verilir. Belə müəssisələrdən ən müasir texnoloji avadanlıqlarla təhciz 

olunaraq  texnoloji  əməliyyatların  tətbiqi  ilə  yanaşı,  yüksək  məhsuldarlığı  ilə 

fərqlənən qənnadı məmulatları istehsal edən “Ulduz” şokolad fabrikini xüsusilə qeyd 

etmək olar [14].   

 

 



 

 

 



 

 



18 

 

 



stehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir 

standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Müəssisə əsasən Almaniya və 

taliyadan gətirilmiş avadanlıqlar və axın xətləri ilə təhciz olunub.Texnoloji xətlərin 

istehsal gücü saatda 3200 kiloqram və daha artıqdır. 

 

 

 



 

 

Hər  hansı  bir  texnoloji  proses  metodların  fərqinə  baxmayaraq,  müəyyən 



sistemli avadanlıqda gedən bir-birilə bağlı texnoloji mərhələdən ibarətdir.   

 

Qida  məhsullarınınistehsal  texnologiyasının  prosesləri  hidrodinamiki,  istilik, 



kütlədəyişmə, biokimyəvi və mexaniki proseslərin uyğunlaşmasıdır.   

 

 



Qənnadı  sənayesində,  istehsal  avadanlığı  sisteminin  tədarükçüsü  kimi, 

Almaniyanın  “Chocotech”  firması  özünün  ən  müasir  avadanlıq  dizaynı,  avadanlıq 

istehsalçısı  kimi  dünyanın  bir  çox  ölkələrində,  ocümlədən  Azərbaycanın  qida 

sənayesində  də  bir  brend  şirkət  kimi  tanınmışdır.  Firma  Almaniyanın  Wernigerode 

şə

hərində  12000  m



2

  istehsal  ərazisində  yerləşir.  Şirniyyat  məmulatlarının  istehsal 

avadanlıqlarını test etmək üçün 600 m

2

 ərazi ayrılmışdır, həmçinin, böyük bir şokolad 



məhsulları laboratoriyası vardır [13, 22, 23].  

 

 



 

 

Laboratoriyada  konfet  və  şokolad  məmulatlarını  analiz  etmək  və  eksperiment 



aparmaq üçün Princess

® 

minitest avadanlığından istifadə olunur. 



 

Autograv


® 

- resepturdakı komponentlərin kütlələrinin çəkilməsi, qarışdırılması, 

həll olması və bişirilməsini həyata keçirən qurğudur

.

 Autograv



® 

 - reseptur qarışığın 

hazırlanması üçün kompleks sistem olub konkret təyinatından və bişirmə qurğusunun 

məhsuldarlığından  asılı  olaraq  müxtəlif  tərtibatlarda  istehsal  edilir  və  istehlakçılara 

təqdim edilir. 

 

 



 

 

 



 

 

 



 

Caraflex


®

in  müxtəlif  modelləri  əsasən  əlavə  vakuum  kameralı  və  vakuum 

aparatlı  qurğuları  geniş  diapazonlu  karamelləşməyə  -  praktik  olaraq  ağ  rəngdən 

intensiv qəhvəyi rəngin çalarlarına qədər olan kütlənin alınmasına imkan verir. Təbii 

ki,  buna  səbəb  temperaturun  təsiri  ilə  məhsulun  tərkibində  gedən  biokimyəvi 

dəyişikliklərdir [37].   

 

 

 



 

 

 



 

 

Sucrofilm



®

 - bu qişalı bişirmə aparatı olub, yüksək termomübadiləsi ilə seçilir. 

Sucrofilm

®

 fasiləsiz rejimdə uzunmüddətli işləmək üçün yararlıdır. Sucroform



®

-W – 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə