Microsoft Word M?mm?dov Orxan 709 docx



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix10.11.2017
ölçüsü0,9 Mb.
#9234
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

27 

 

məmulatları mürəbbə, cem, povidlo, müxtəlif konfet məmulatları, şokolad məhsulları 



və.  s,  şüşə  yaxud  tənəkə  bankalara,  eləcə  də  karobkalara,  karton  yeşiklərə 

qablaşdırılaraq  satışa  çıxarılır.  Hər  bir  istehsalçı  və  satıcı  bilməlidir  ki, 

qablaşdırılmasında  nöqsan  olan  qənnadı  məmulatlarının  satışı  qadağandır. 

Tez  xarab  olan  qənnadı  məhsullarının  daşınması  6

C  -  yə  qədər  temperaturda  və 



xüsusi nəqliyyat vasitələrində həyata keçirilməlidir. Bu məmulatların spesifik iyi olan 

məhsullarla bir yerdə daşınması və saxlanması qadağandır. Qənnadı  məmulatlarının 

saxlama  müddəti  texnoloji  prosedurlara  və  resepturaya  uyğun  olaraq  istehsalçı 

tərəfindən müəyyən edilir[7, 38].  

 

 

 



 

 

 



 

Unlu  qənnadı  məmulatları  mütləq  soyuducuda,  əsasən  18ºC-dən  aşağı 

temperaturda və 65 – 75% nisbi rütubətdə saxlanmalıdır. Bu rejimlərə əməl edilməklə 

növ və çeşidindən asılı olaraq tort və pirojnalar 3 saatdan 1 aya qədər, pryaniklər 10-

45  gün,  kekslər  2-12  gün,  ruletlər  5  gün,  vaflilər  1-3  ay,  romlu  kökələr  2  gün 

saxlanıla bilər.  

 

 

 



 

 

 



 

 

 



 

Şə

kərli  qənnadı  məmulatları  isə  növ  və  çeşidindən  asılı  olaraq  10-20ºC-də 



saxlanılmalıdır.  Belə  ki,  mürəbbə  və  cem  pasterizə  edilmiş  halda  6  ay,  hermetik 

qabda  olanlar  12  ay,  şokoladlar  2  –  6  ay,  konfetlər  6  -  8  aya  qədər,  irislər  2-6  ay, 

karamel məmulatı 15 gündən 6 aya qədər, hermetik qablarda 12-18 ay saxlanıla bilər 

[10, 11, 21].  

 

 

 



 

 

 



 

 

 



 

 

Hər  bir  istehlakçı  bu  məhsulları  alarkən  onun  dadına,  formasına,  saxlanma 



şə

raitinə  və  son  istifadə  tarixinə  diqqət  yetirməlidir.  Standartların  tələblərinə  cavab 

verməyən,  zəruri  sənədləri  olmayan,  istehlakçıda  məhsulun  təhlükəsizliyi  ilə  bağlı 

istehsalçının  təqdim  etdiyi  informasiya  şübhə  yaradanda,  saxlama  müddəti 

göstərilməyən  və  ya  başa  çatan,  markalanmayan  qənnadı  məhsulları  almaqdan 

çəkinmək lazımdır.  

 

 

 



 

 

 



 

 

Keyfiyyətsiz  məhsullar  son  nəticədə  insanların  genetik  inkişafına  mənfi  təsir 



etməklə yanaşı, gələcək nəsillərin sağlam yetişməsində uzun illər aradan qaldırılması 

mümkün olmayan fəsadlar yarada bilir [7, 35]. 

 



28 

 

II FƏS L. EKSPER MENTAL  H SSƏ



2.1. Tədqiqat obyekti 

Tədqiqat  obyekti  kimi  biz  qənnadı  məhsullarından  olan  şəkərli  qənnadı 

məmulatlarının, əhalinin bütün yaş qrupları tərəfindən ən çox istehlak olunan konfet 

məmulatlarını seçmişik. Şəkərli qənnadı məmulatlarına meyvə-giləmeyvə şirniyyatı; 

ş

oкolad və кaкao tozu; кaramel məmulatı; кonfet məmulatları və. s daxildir ki, onlar 



da  yüksək  keyfiyyət  göstəricilərinə  malikdirlər.  Konfet  məmulatlarının  əsas 

xammallarına şəkər, nişasta, bal, süd, şokolad, patka və. s aiddir. Bu qida xammalları 

insan  orqanizmi  üçün  əsas  enerji  mənbəyinə,  yüksək  qidalılıq  dəyərinə  malik 

təhlükəsiz  təbii  qida  məhsullarıdır.  Belə  ki,  bu  xammallardan  müxtəlif  çeşiddə 

ş

okoladla şirələnən və şirələnməyən konfet məmulatları hazırlanır.  



 

2.2. Tədqiqat üsulları 

Orqanoleptiki,  fiziki-kimvəyi  tədqiqat  üsullarından  istifadə  edərək  konfet 

məmulatlarının  keyfiyyət  göstəriciləri  yoxlanılır.  Konfetlərin  orqanoleptiki 

göstəricilərinə forması, xarici görünüşü, konsistensiyası, quruluşu, dadı və iyi aiddir. 

Fiziki-kimyəvi  göstəricilərinə  isə  nəmliyi,  ümumi  şəkərin  və  reduksiya  olunan 

şə

kərlərin miqdarı, yağı və turşuluğu aid edilir. (DÜST 4570-93). 



 

 

Konfetin  forması  növünə  uyğun  olmaqla  bərabər  zədəsiz  və  deformasiyasız, 



səthi  quru,  ələ  yapışmayan,  çirksiz,  ləkəsiz  və.  s,  konsistensiyası  zərif  və  yumşaq 

olmalıdır.  Konfetlərin  dadı  və  iyi  aydın  hiss  olunan,  hər  bir  sort  üçün  spesifik  və 

xoşagələn olmalıdır. 

Konfetlərin  fiziki-kimyəvi  keyfiyyət  göstəricilərindən 

nəmliyi,  ümumi  şəkərin  və  reduksiyaedici  şəkərlərin  miqdarı,  yağı  və  kakao  tozu 

müvafiq standartlarda normalaşdırılır. 

 

 

 



 

 

 



 

Ş

irələnmədən  sonra  konfetlərin  korpusunda  ən  azı  22  %  şokolad  şirəsi 




29 

 

olmalıdır.  Konfet  məmulatlarının  keyfiyyət  göstəriciləri  üzrə  daha  ətraflı  məlumat 



DÜST 4570-93 standartında verilmişdir. 

 

 



 

 

 



 

 

Ə



ldə  etdiyim  nəticələr  aşağıda  göstərilən  təyinat  üsullarından  istifadə 

edilməklə alınmışdır.  

 

 

 



 

 

 



 

 

 



 

1. Şəkərlərin ümumi miqdarı yodometrik üsulla təyin edilmişdir.

 

 

 



2. Şəkərlərin ümumi miqdarının yodometrik üsulla təyini.  

 

 



 

3. Qənnadı yağının orqanoleptiki, fiziki və kimyəvi keyfiyyət göstəriciləri.

 

 

4. Şokolad şirəsində yağlılığın refraktometr üsulu ilə təyini.    



 

 

5. Konfetlərdə şokolad örtüyünün miqdarının çəki üsulu ilə təyini [7].   



 

2.3. Qida məhsullarının dövlət standartlarının, texniki şərtlərin və texnoloji 

təlimatların tələblərinə uyğunluğunun tədqiqi 

 

Dövlət  standartları  qida  məhsullarına  bir  sıra  mühüm  tələblər  qoyur.  Bu 

tələblər  ilk  növbədə  qida  məhsullarının  təhlükəsiz,  insanların  həyatı,  sağlamlığı  və 

ə

traf mühit üçün zərərsiz olmasına yönəldilir. Odur ki, onlar məcburi sürətdə yerinə 



yetirilməlidir. 

 

 



 

 

 



 

 

 



 

 

Qida məhsullarının keyfiyyətinin yüksəldilməsini təmin edən normativ-texniki 



sənədlər sistemində standartlar əsas yerlərdən birini tutur. 

 

 



Normativ-teхniki sənəd – qida məhsulları istehsal edən sahələrdə istifadə üçün 

məcburi  olan  standartlaşdırma  tələblərinə  uyğunluğu  müəyyən  edən  sənəddir.  Bu 

sənəd  müəyyən  olunmuş  qaydada  hazırlanır  və  səlahiyyətli  təşkilatlar  tərəfindən 

təsdiq  olunur.  Standartlaşdırma  üzrə  mövcud  normativ-teхniki  sənədlərə  standartlar 

vəteхniki  şərtlər  misal  ola  bilər.  Normativ-teхniki  sənədlər  qidanın  istehsalından 

tutmuş,  onun  istehlakına  kimi  olan  bütün  mərhələlərdə  məhsulların  keyfiyyətinə 

nəzarəti  təşkil  edən  vasitəsidir.Standartlarda  keyfiyyətin  əsas  göstəriciləri  və  bu 



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə