Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə17/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
110
 
GÖRÜŞ 
 
Uyuyubdur burda çiçək,burda yer, 
Gəl, mənimlə otur dincəl, nəfəs dər. 
Yanağından puçur-puçur axır tər, 
Tələsirsən, gəl, tələsmə bircə an, 
Günəş çıxar, sökülər şəfəqli dan. 
 
Eşit, dinlə öz qulunu, yarını, 
Qoru, saxla tükənməyən varını. 
İçazə ver, üzüm, dərim barını, 
Söküləndə, açılanda səhər-dan, 
Tələsirsən, gəl, tələsmə bircə an. 
 
Ay zalımın gül balası, gül əndam, 
Cazibəndən bax, utanır çıraq, şam. 
Mənə saqi, şərab gətir, dolu cam
Bu alovdan qoy sönməsin bədən, can, 
Günəş çıxar, sökülər şəfəqli dan. 
 
Xəbəri var, hər çəmənin, hər tinin, 
Dərmanı yox, bədbinliyin, bədbinin. 
Vaxtı çatıb, çal-çağırın, tədbirin, 
Tez ötüşdü,nə tez keçdi bu zaman, 
Tələsirsən, gəl, tələsmə bircə an. 
 
Səni səndən mən qoruyam, gərək mən, 
Özün boyda ay parçası, günəşsən. 
Başın üstün alsa bulud, alsa, çən, 
Buzlamışam, bədənimdə yoxdu qan, 
Günəş çıxar, sökülər şəfəqli dan. 


Ömürdən düşən yarpaqlar 
 
111
 
QƏHƏTƏ ÇIXIB 
 
Bir gözəl xanımın gözündə yaşam, 
Yollara səpilən kəsəyəm, daşam. 
Cüyürsüz, maralsız yamacam, daşam, 
Olan olmayanım qəhətə çıxıb. 
Gözümün yaşları qəlbimə axıb. 
 
 Yuxusuz gecələr əzabım, qəmim, 
Şirin duyğularım ormanım, zəmim. 
Yatmış mələkləri oyadar bəmim
Olan olmayanım qəhətə çıxıb. 
Gözümün yaşları qəlbimə axıb. 
 
Batdım dəryasına uca sevginin, 
Odur səbəbkarı saçımda dənin. 
Bilmədim qədrini vüsallı günün, 
Olan olmayanım qəhətə çıxıb. 
Gözümün yaşları qəlbimə axıb. 
 
Dərdi-dərd üstünə qalaq etmişəm, 
Gözümün yaşını bulaq etmişəm. 
Özüm-özüm boyda böyük dərdmişəm, 
Olan olmayanım qəhətə çıxıb. 
Gözümün yaşları qəlbimə axıb. 
 
İçimdə doludur  sevinc, fərəh, dərd, 
Satqının, xainin qənimidir  mərd. 
Gah sərt, gah yumşaqdır şair Məhəmməd, 
Olan olmayanım qəhətə çıxıb. 
Gözümün yaşları qəlbimə axıb. 


Məhəmməd Bəylər Aranlı  
 
112
 
OLMUŞAM 
 
Min büsat qurulub, könlümdə yenə
Gördüyüm yuxular çıxıbdı çinə. 
Dərd  ələm çəkilib, qısılıb tinə. 
Səni görməyimə xoşhal olmuşam. 
 
Əllərim içində saxlaram səni, 
Bağımın-bağçamın gülü, çəməni. 
Bir dəfə açsana billur sinəni, 
Solmuşam, içimdə donub qalmışam. 
 
Çöhrəndə bərq vurur,günəşin nuru, 
Qəlbində sevgini, alovu qoru. 
Hüsnü bədnzərdən a zalım, qoru, 
Hissin təlaşında yanıb-solmuşam. 
 
Zaman yel qanadlı verməyir aman, 
Yanında qalmağa qorxuram yaman. 
Qoy yola düzəlim, açılmamış dan, 
Qəlbimdə sevgidən heykəl  yonmuşam. 
 
 
 
 
 
 
 
 
              


Ömürdən düşən yarpaqlar 
 
113
 
GÜNAHKAR 
 
Əl-qolumu bağlayıbsan, ey həyat, 
Bəxtim yatıb, çalış ki, onu oyat. 
Ot-ələfsiz əldən düşüb kəhər at, 
Əsən külək, riyakarsan, riyakar, 
Zalım fələk, günahkarsan, günahkar! 
 
Gah şirindir, gah acıdır yuxular, 
Kəndirbaza toxunma ki, yıxılar. 
Qarğış dolu bayatılar, ağılar, 
Əsən külək, riyakarsan, riyakar, 
Zalım fələk, günahkarsan, günahkar! 
 
Dinlə məni, a yurd yeri, a torpaq, 
Gələcəkdən, gedəcəkdən ver soraq. 
Unudulub köhnə, doğma od-ocaq, 
Əsən külək, riyakarsan, riyakar, 
Zalım fələk, günahkarsan, günahkar! 
 
Bir qarnı ac, bir qarnı tox sağırlar, 
Hey döyülən, hey söyülən fağırlar. 
Örüşlərdən ac qayıdır naxırlar, 
Əsən külək, riyakarsan, riyakar, 
Zalım fələk, günahkarsan, günahkar! 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
114
 
İÇİMİ KƏSDİ 
 
Yenə kövrəlmişəm, fikrə dalmışam, 
Taqətsiz, gümansız xoşhal olmuşam. 
Özümə qapılıb bihal olmuşam
Səbrim ta tükəndi, içimi kəsdi. 
 
Yetiş harayıma, yetiş ünümə, 
Gün çatmaz neyləsən, daha günümə. 
Bu halsız canıma, boylanıb zülmə, 
Səbrim  ta tükəndi, içimi kəsdi. 
 
Mən sənə can verdim canımdan artıq, 
Sən isə çalırsan çəpiki-çırtıq. 
Bilmədim, intizar hayandan əsdi, 
Səbrim ta tükəndi, içimi kəsdi. 
 
Bəylərəm, bağbanam, yüküm yemişdən, 
O xumar gözlərin ləli nəmişdən. 
Bəzəyi ipəkdən, qızıl-gümüşdən, 
Gəl, məni incitmə, bir belə bəsdi, 
Səbrim ta tükəndi, içimi kəsdi. 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
115
 
FƏRMANI  OLSUN 
 
Saqi, şərab gətir, şux afət gətir, 
Könüllər riqqətə qoy gəlsin, bir az. 
Şadlıq həvəsiylə bülbüllər ötür, 
Cuşə gəlsin, havalansın, kaman, saz. 
 
Götür badələri qaldıraq, içək, 
Demə ki, ziyandı bədənə-cana. 
Ləzzətin anlamaz, hər ağzı göyçək, 
Vaxt gələr, bu məclis dönər bir ana... 
 
Xoş  məclisdə ürək sevər birini
Kimsə bilməz bu qəlbimin sirrini. 
Zaman qəsd etməyib gözləlliyinə, 
Mübarək qədəmli bahardır yenə! 
 
Şərabdan tünləşən ağlım ayılsın, 
Ləblərin aşiqin dərmanı olsun. 
Bəylər gözəlliyə baxıb, bayılsın, 
Baxışın qəlbimin fərmanı olsun! 
 
 
 
 
         
 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə