Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
68
 
Hicran məni qoy yandırsın, 
Dil bilməzi qoy qandırsın. 
Məzarımda şam yandırsın, 
Yuxularda yozam səni
Ürəyimə yazam səni. 
 
İtib-batmaz, haqqı-sayım, 
Müqəddəsdir  ilim, ayım. 
Bu nəğməni gərək yayım, 
Yuxularda yozam səni, 
Ürəyimə yazam səni. 
 
             
 
   
 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
69
 
HAYANDA QALDI 
   
Baxışın gözümü yandırdı, yaxdı, 
Könlümə od saldı, canımı aldı. 
Görürəm ulduzun aldandı, aldı, 
İnsafın, mürvətin hayanda qaldı? 
 
Sən ahu bir maral, bənzərin yoxdu, 
Gözlərin dəryadı, kipriyin oxdu. 
Demirəm, demədə gözəllər çoxdu
İnsafın, mürvətin hayanda qaldı? 
 
Bəyləri yolundan çıxartdın, əydin, 
Qəlbinə arabir nazınla dəydin. 
Görüşə gəlmədin, elə yox dedin, 
İnsafın, mürvətin hayanda qaldı?! 
 
              
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
70
 
QAÇMA UZAQ 
 
Sitəm gördüm eşq-məhəbbət arasında, 
Topa-topa gül-çiçəyin talasında. 
Könlüm qaldı  o məhəbbət qalasında, 
Dinlə məni, mələyim ,qaçma uzaq, 
Sənsiz qəlbə hakim olar, qar-sazaq. 
 
Sədaqətdən yoğrulubdu, qəlbim, canım, 
Şeyda bülbül avazıyla açdı danım. 
Riqqətdən alışır yanır bu canım, 
Dinlə məni,  mələyim ,qaçma uzaq, 
Sənsiz qəlbə hakim olar, qar-sazaq. 
 
Nə and içmək, qulunam ölənəcən, 
Sevdiyini demisən, dünənəcən. 
Küsdüyünü bilmədim bu günəcən, 
Dinlə məni,  mələyim, qaçma uzaq, 
Sənsiz qəlbə hakim olar, qar-sazaq. 
 
Parça-parça parçalanıb dil-dodağ
Əllərinə möhtac qalıb, od-ocaq, 
Geridədi vurub-tutan ötən çağ, 
Dinlə məni,  mələyim ,qaçma uzaq, 
Sənsiz qəlbə hakim olar, qar-sazaq. 
          
            


Ömürdən düşən yarpaqlar 
 
71
    
GETDİN 
 
Gözlərin gözümə dikili qaldı, 
Üzündə əlimin izləri qaldı, 
Pərdələr eləcə çəkili qaldı, 
Sənsiz göz yaşlarım ovucumdadı, 
Həsrətin yaralı vücudumdadı. 
 
Dönüb xatirəyə bu görüş, bu an, 
Durdu tamaşaya sökülən al dan. 
Dedim ürəyimə alış-alış yan, 
Sənsiz göz yaşlarım ovucumdadı, 
Həsrətin yaralı vücudumdadı. 
 
Hanı vəsf olunan sənətkar, sənət? 
Bəzəyin-düzəyin bir dünya,cənnət! 
Yüz fikir bir borcu ödəmir heyhat, 
Sənsiz göz yaşlarım ovucumdadı, 
Həsrətin yaralı vücudumdadı. 
 
Nəyimə gərəkdir, bu sitəm, bu qal? 
İstəsən canımı elə özün al. 
Dəyişdi əhvalım, oldu halbahal
Sənsiz göz yaşlarım ovucumdadı, 
Həsrətin yaralı vücudumdadı. 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
72
 
HƏSRƏT ÖTÜB 
 
Fəsillər dəyişib, vaxt ötüb heyhat, 
Xəyalən, bir azca, keçmişə qayıt. 
Yatan ürəyimi silkələ oyat, 
Həsrət bitib,qovuşmağa az qalıb, 
Sinəmdə alışan, telli saz qalıb. 
 
Ərşə dirənibdi kədərim,tüstüm, 
Nisgilim, hicranım, olubdu dostum. 
Gözümün yaşından islanıb üstüm, 
Həsrət bitib,qovuşmağa az qalıb, 
Sinəmdə alışan, telli saz qalıb. 
 
Verib verəcəyim sənə canımdı, 
Sökülən səhərim, bir də, danımdı. 
Damarda axan qan sənin qanındı, 
Həsrət bitib, qovuşmağa az qalıb, 
Sinəmdə alışan, telli saz qalıb. 
 
Aranlı ömrünü yara veribdi, 
Əkdiyin güllərdən qönçə dəribdi. 
Könlümün üstündə süfrə səribdi
Həsrət bitib, qovuşmağa az qalıb, 
Sinəmdə alışan, telli saz qalıb. 
 
 
 
 
     
         


Ömürdən düşən yarpaqlar 
 
73
 
XƏYALA DÖNDÜN 
  
Görüşdük, ayrıldıq, geri dönmədin, 
Dedim gözləyəcəm, susdun dinmədin. 
Könlümdə parlayıb, yandın, sönmədin, 
Acı çəkdiyimi niyə bilmədin
O görüş yerinə bir də, gəlmədin.   
 
Çoxalıbdı ürəyimin dərd-səri
Sən nazənin incə, zərif bir pəri. 
Yanağında dodağımın izləri, 
Acı çəkdiyimi niyə bilmədin, 
O görüş yerinə bir də, gəlmədin.   
 
Asta yeri, qapını asta bağla, 
Ürəyində ürəyimə yer saxla. 
 Bəyləri xatırla,  gizlicə ağla, 
 Acı çəkdiyimi niyə bilmədin, 
O görüş yerinə bir də, gəlmədin.   
 
   
 
 
 
 
 
 
       


Məhəmməd Bəylər Aranlı  
 
74
 
NƏDİR İSTƏDİYİN 
 
Günəşin qürubu əyilib, yatıb, 
Ay dolanıb, illər keçib, yaş ötüb. 
Ürəyimi alov alıb, köz tutub, 
Nədir istədiyin bu əhli dərddən?! 
 
Baxışın qəlbimi oxladı, çaldı, 
Əllərim uzanmış açılı qaldı. 
Qəfləti gəlişin canımı aldı, 
Nədir istədiyin bu əhli dərddən?! 
 
Gəldiyin yollara gül-çiçək səpib, 
Hisslərə qapılıb, olmuşam qərib. 
Bəylərə qüdrəti yaradan verib
Nədir istədiyin bu əhli dərddən?! 
 
 
 
 
 
 
 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə