Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

Ömürdən düşən yarpaqlar 
 
103
 
Qalx Xocalı, qalx ayağa döyüşə get, 
Qoç Koroğlu, Nəbilərlə yürüşə get. 
Nətavanla cıdır düzdə  görüşə get, 
Azərbaycan yaxasında solmaz ətri, 
Bilirsən ki, hey udubdu xeyir-şəri... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
104
 
QEYRƏT 
 
Gəlmişəm qeyrətlə  cəngə, söhbətə, 
Qeyrət, od parçası düşə  qismətə. 
Çatdırar insanı abır-ismətə... 
Qeyrətim hər zaman parla, işıq saç, 
Haqqa gedən yolda xarüqələr aç. 
Qeyrət ki, dil açdı dindi, danışdı, 
Babayla, balayla həmsöhbət oldu. 
Şöhrəti, ziyası aləmə doldu, 
Uşaq sordu baba, söylə de, görüm, 
O gəzdiyin nədir, torpaqda, yerdə? 
Baba  dedi, bala qeyrətdi, qeyrət, 
Qeyrətə bağlıdır, kişilik, ismət. 
Sızlayan yaraya o edər məlhəm, 
Sanki, təzələnər gözündə aləm. 
Həzrət Abbas məktəbidi, o miras, 
Unutma bunları, yaxşı qulaq as! 
Qeyrətli dilimdə müdhiş həqiqət, 
Pozulmaz ülviyyət, bitməz şeiriyyət. 
Odur hakimlərin sübut dərmanı, 
Odur neçə ömrün solmaz baharı. 
Nadanlar sözümə tutublar irad, 
Qoymayıblar arzum açsın qol-qanad. 
Haqq işini tutsan, düz olar yolun
O dünyada yanmaz, məzarın, gorun. 
İmkanım olsaydı, Allah, deyərdim,  
Biqeyrətlərə ver, qeyrət deyərdim. 
Biqeyrətin ağır, möhnəti, zülmü, 
Qeyrətlinin məğrur qartal ölümü. 
Biqeyrət bir ömür yerdə sürünər, 
Qeyrətli zirvədə, uca görünər. 
 


Ömürdən düşən yarpaqlar 
 
105
 
DÜNYADAN KÜSMƏ 
 
Ağlını cəm elə, yolunu çaşma, 
Pislərə gileyim, var umu-küsüm. 
Xəzri küləyi tək hər səmtə əsmə, 
Gəzirəm çöhrəndə şirin təbəssüm. 
 
Baxmağa macal yox, cana səhhətə, 
Hayıflar, çox hayıf, paya, qismətə. 
İnsanlıq nə gözəl, həyat nə dadlı, 
Ürək  hərarətli, ruhum qanadlı. 
 
Aqilə yaraşır, idrak, mərhəmət, 
İnsanın bəzəyi sevgi-məhəbbət. 
O ötən  fəsillər gələn deyildi,  
Qəlbin itkisini bilən deyildi. 
 
Bu yolun bu başı, o başı oddu, 
Anlayan söz qanan azalıb, yoxdu. 
Çiçəklər açılır qalanlar üçün, 
Ülvi sevdalara dalanlar üçün. 
 
Bəylər, bu dünyadan küsmə, incimə, 
Təkəri pas atıb, dönüb əlçimə. 
Həyatda yaşatdın, ovutdun məni, 
Bəs niyə dəyişdin, unutdun məni? 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
106
 
ÖMÜR 
Qardaşım Xanbabaya ithaf 
 
Bir zaman ad günün bayram olardı, 
Yüz qədəh boşalıb, yüzü dolardı. 
Gələnlər getməzdi, qonaq qalardı, 
Buludlar boşalıb, şimşək çaxardı. 
 
Söhbət eləməzdin, ya iri, xırda, 
Dinərdin, məclisdə əvvəl-axırda. 
Bir əlin olardı yetim-yağırda, 
Könlündə yüz çeşmə bulaq axardı, 
Buludlar boşalıb, şimşək çaxardı. 
 
Qorxusuz yaşadın, qorxu bilmədin, 
Düşmənə əyilib, sınıb, enmədin. 
Verdiyin vədədən qaçıb, dönmədin, 
Buludlar boşalıb, şimşək çaxardı. 
 
Çörəyə çatdırdın vəfasızları, 
Artdı pul-parası, dövləti-varı. 
Ürəyi cəhənnəm, gözü korları, 
Ruhuna axmadı, oda atardı, 
Buludlar boşalıb, şimşək çaxardı. 
Ömrün çox olmadı, yaşadın çox az, 
Könlümdə açardı min bahar, min yaz. 
Deyərdin, olaydı bir aşıq, bir saz, 
Yaxana “anaşın” çiçək taxardı, 
Buludlar boşalıb, şimşək çaxardı. 
 
 


Ömürdən düşən yarpaqlar 
 
107
 
Ruhun narahatdı bəlkə də hələ
Düşdü var dövlətin çox əldən-ələ. 
Süleyman mülkü də, dağıldı belə, 
Elə bu var-gələ çoxu baxardı, 
Buludlar boşalıb, şimşək çaxardı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
108
  
TƏNHA QADINLAR 
 
Taleyin oyununu söyər, lənətlər, 
Oduyla çırpınar tənha qadınlar. 
Gecələr alova, təndirə dönər, 
Oduyla çırpınar tənha qadınlar. 
 
Bir xırda pıçıltı kövrəldər, yaxar, 
Qəlbi şimşək olar, gurlayar, çaxar, 
Xəzərdə boğular, Arazda axar
Oduyla çırpınar tənha qadınlar. 
 
Ürəyi min yerdən sınar, qırılar, 
Yuxu ərşə çıxar, qəlbi  sıxılar. 
Əli boşa çıxar, qaçar, yıxılar, 
Oduyla çırpınar tənha qadınlar. 
 
Əyin-paltarını qurdalar, sökər, 
Qulağı cingildər, gözü yol çəkər. 
Dərdi-dərd üstündən çiyninə çökər, 
Oduyla çırpınar tənha qadınlar. 
 
Hər sözün başına durar ip atar, 
Atadan, anadan incimiş baxar. 
Hisslərə qapılar, xəyala dalar, 
Oduyla çırpınar tənha qadınlar. 
 
    
     


Ömürdən düşən yarpaqlar 
 
109
 
İBLİS 
 
Bu gədanı doğan ana, iblis doğub
İddiası haqq üstünə yeriməyə. 
Əlindəki nizə-oxu gözə soxur, 
Macal tapmır ağzın yumub, kiriməyə. 
 
Mən biləni sən bilmirsən gərək ki? 
Süfrə üstə çörək gətir, kəsilsin. 
İcazə ver, nəfəs alıb dərək ki, 
Ürəklərdə ağrı-acı əskilsin. 
 
Çox adamın simasında iç üzü, 
Çörək kəsir, çox iblislə, nadanla. 
Təhqir bilir, güllə bilir düz sözü, 
Vicdan olmaz, iblislərdə bir damla. 
 
Yaxşı işə heç sevinməz şər-iblis, 
Qohuma da, qardaşa da, yaddı, yad. 
Yer tapmayıb xislətində yaxşı iş, 
Lənət gəlib ünvanına, çapıb at. 
 
Dünya onun olmuş, olsa əlində, 
Bir qətrəyə möhtac qalsan, su verməz. 
İlan  yatar, zəhər olar dilində, 
Cahan ona darlıq edər, bəs etməz. 
 
Bu dünyada namaz, oruc tutsa da, 
Cəhənnəmdir axır yeri iblisin. 
Yan-yörədə arvad uşaq batsa da, 
Xeyri üçün dinməz, kəsər öz səsin. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə