Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

Ömürdən düşən yarpaqlar 
 
83
          
TALEH 
 
Atmısan başına qara çarşabı, 
Qəribə taleli adamsan, adam. 
Qalmadı səbrimin tavanı, tabı, 
Mən belə istəyə uzağam, yadam. 
 
Bu necə ürəkdir, bu necə qəlbdir? 
Səni unutmayan ürəkdi, təbdir. 
Mənim harayıma kədər gəlibdir, 
Bax, belə həyanam, ömrünə qadam! 
 
Bilmirəm, dilin var, ya da ki, yoxdur? 
Şahmar baxışların nizədir, oxdur. 
Boya, yaraşığa tamarzı çoxdur, 
Odur ki, hisslərim qoymayır yatam. 
 
Məşuqə can verən aşiqsən, aşiq, 
Bərq vurur gözündə təbəssüm, işıq. 
Nakam məhəbbəti Qeysə yaraşıq, 
Fələyin əlindən dad alam, dadam. 
 
Aranlı can verdi, gözələ, yara, 
Köynəyi həsrətdən qaradan qara. 
Diksinib, üşənib qaçırsan, hara?! 
Dili, gül dodağı qənd, püstə, badam. 
       
 
               
 
 


Məhəmməd Bəylər Aranlı  
 
84
 
ALLAH 
 
Eyni taledədir, pərvanə, çıraq, 
Şeytandan uzaq ol, iblisdən qaçaq. 
Sönməsin heç evdə alışan ocaq, 
Uymayaq iblisə, etməyək günah
Çarə et dərdlərə, ey böyük Allah! 
 
Ağızda dua var, nəfəsdə dilək, 
Götür duz-çörəyi, götür tən bölək. 
Sevincdən şadlanıb, ruhlansın ürək, 
Uymayaq iblisə, etməyək günah, 
Çarə et dərdlərə, ey böyük Allah! 
 
Çərxi-dünya axarında gedəndir, 
Ömrü-günü nə yarıdır, nə təndir. 
Həyatdan keçənlər zamandır, andır, 
Uymayaq iblisə, etməyək günah, 
Çarə et dərdlərə, ey böyük Allah! 
 
Aranlı dostlara xəlvət söz dedi, 
Yanan ürəyinə amma, döz dedi. 
Nəğməli qəlblərə bahar-yaz dedi, 
Uymayaq iblisə, etməyək günah, 
Çarə et dərdlərə, ey böyük Allah! 
 


Ömürdən düşən yarpaqlar 
 
85
 
İGİDLİK 
 
İgidlərin bəzəyidir kişilik
Ürəyə hərarət, qəlbə təskinlik. 
Düz ilqardı yanan cana sərinlik, 
Kişilik bənzəyir bar ağacına, 
Hər zaman ehtiyac var ağacına. 
 
Xeyirxahlıq, yaxşılıqdan əl çəkməz, 
Şər axtarmaz, haqq tapdamaz, qan tökməz. 
Döyüşlərdə məğrur ölər, diz çökməz, 
Kişilik bənzəyir bar ağacına, 
Hər zaman ehtiyac var ağacına. 
 
Dedi-qodu haram qatdı yuxuma, 
Nə dedim ki, o qəlbinə toxuna?! 
Aranlıyam, hər kəsdiyim, bir loxma, 
Kişilik bənzəyir bar ağacına, 
Hər zaman ehtiyac var ağacına. 
 
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
86
 
YOLA GƏLSƏNƏ 
 
Girisən yuxuma hər gecə, hər gün, 
Ayıllam, yoxluğun dərd olur mənə. 
Boylanıb baxıram, çarəsiz, yorğun, 
Şikayət eyləyir ürəyim yenə
Bilmirəm qovuşum mən necə sənə? 
 
Fikirlər yorucu, günlərim uzun, 
Nələr çəkdiyimi bilirsən özün? 
Açılmır gül çöhrən, açılmır üzün, 
Şikayət eyləyir ürəyim yenə, 
Dönmüsən qüzeyə, dönmüsən çənə. 
 
Bu kədər, bu qüssə, kimə gərəkdir? 
Köksündə döyünən axı ürəkdir. 
Bənzərin Ay, uzlduz, lalə, çiçəkdir, 
Şikayət eyləyir ürəyim yenə, 
Bir insaf, bir mürvət, yola gəlsənə! 
 
Bəyləri öldürür naşılıq, qorxu, 
Mənasız çək-çevir, mənasız sorğu. 
Mənim məhəbbətim aşikar, doğru, 
Şikayət eyləyir ürəyim yenə, 
Daşı ətəyindən yerə töksənə. 
 
              
                 
                


Ömürdən düşən yarpaqlar 
 
87
 
FİKİR 
 
Sanki, vücudumda bitib tənhalıq, 
Könlümdə sel-sular axır, bulanıq. 
Dünyanın istəyi, işi dolaşıq, 
Xəyallar qəlbimi tarıma çəkir, 
Yordu ürəyimi düşüncə,fikir. 
 
Hisslərim bürünüb, oda-alova, 
Zəmanə, insanlar yavadan-yava. 
Çatmır nəfəslərdə, oksigen, hava, 
Xəyallar qəlbimi tarıma çəkir, 
Yordu ürəyimi düşüncə,fikir. 
 
Qoca dünya dərd verdi, dərd almadı, 
Dərdini-sərini bilən olmadı. 
Dərdlərə yanmadı, qeydə qalmadı, 
Xəyallar qəlbimi tarıma çəkir, 
Yordu ürəyimi düşüncə,fikir. 
 
Yaşamla ölümün arasındayam, 
Bir quru, bozarmış kəsəyə tayam. 
Çölləri dolaşan avazam, hayam, 
Xəyallar qəlbimi tarıma çəkir, 
Yordu ürəyimi düşüncə,fikir. 
 
Bəylər çəmənlərdə yuxuladı, yatdı, 
Gecəni gündüzə kipriklə qatdı. 
Mənzilin başına yetişdi, çatdı, 
Xəyallar qəlbimi tarıma çəkir, 
Yordu ürəyimi düşüncə,fikir. 


Məhəmməd Bəylər Aranlı  
 
88
 
SINIB QƏLBİM 
 
Əl gəzdirmə, tellərimə, saçıma, 
Qəlbim sınıb, bu taledən, gümandan. 
Ağrı gəlib dizlərimə, canıma, 
Xəbərin yox, od püskürən gürşaddan. 
 
Oxuyuram, üz-gözündə var əzab, 
Tapammıram, bu suala bir cavab. 
Halım dönür, qəlbim açıq taybatay, 
Asılyam, ötüb keçən hər andan. 
 
Sualım var, sualıma cavab ver, 
Ruhu dinlə, qəlbi oxu, nəfəs dər. 
Xatalıdır gizli kədər, acıq şər, 
Doğma olmaz, sənə yanan hər yaddan. 
 
Bəylər düşər əzabına, qəsdinə, 
Sevgi  qatar arzusuna, əhdinə. 
Salma işi sən bu qədər çətinə, 
Qorxan deyil, nə alovdan, nə oddan! 
 
 
 
 
       
 


Ömürdən düşən yarpaqlar 
 
89
 
ÇƏKİL GÖYLƏRƏ 
 
Çox qəribsəmişəm, yoxsuzluğundan, 
Çıxmırsan bir an da,nəsə yuxumdan. 
Odlanıb yanırsan, qəfil ahımdan, 
Çəkil keçmişimdən, çıx sabahımdan. 
 
Burnumu göynədir gəncliyin dəmi
Daha yox, görüşün, söhbətin çəmi. 
İtib dəryalarda mindiyim gəmi, 
Saralıb gəzdiyim o yaşıl zəmi. 
 
Yüz bahar itirdim dumanda, çəndə, 
Bir isti təbəssüm görmədim səndə. 
Məzarım başına gəlmə, öləndə, 
Pərvanələr gəzir sənin şöləndə. 
 
Taqətsiz  yıxılıb yollarda qalsam, 
Fikrim uzaqlarda, xəyala dalsam. 
Eşqindən alışan bir Məcnun olsam, 
Sənli fikirlərdən bitsəm, qurtarsam... 
 
Bəyləri elədin, səfil, didərgin, 
Gördüyü yuxular nə doğru, nə çin. 
İzlərin dolaşır hər dalan, hər tin, 
Gördüyün yuxular, nə doğru, nə çin... 
 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə