Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə4/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   2   3   4   5   6   7   8   9   ...   15

 

14

də onun bu fikri ilə öz dövrünün bir çox alimləri nəinki razı-



laşmayıblar, hətta onun səhv də olduğunu hesab etmişlər. 

Keçmiş SSRİ ölkələrində  dərc olunmuş  dərsliklərdə Darvin 

nəzəriyyəsi yeganə nəzəriyyə kimi tədris olunmuşdur və bu indi 

də ölkəmizdə davam edir. Bu nəzəriyyə doğrudanmı yeganə 

nəzəriyyədir? Darvin nəzəriyyəsini təkzib edən elmi fikirlər 

mövcuddurmu? 

Bu suallara cavab vermək üçün gəlin, Darvin nəzəriyyəsinə 

nəzər salaq. Hər şeydən əvvəl, oxuculara bildirmək istərdim ki, 

insanın meymundan əmələ gəlməsi haqda Darvin (1809-1882) 

nəzəriyyəsi yeganə  nəzəriyyə deyildir. Digər ingilis alimi 

Fredrik D. S. (1916) Darvin nəzəriyyəsinin tam inandırıcı ol-

madığını qeyd edir və insanın qədim uzundaban pəncəli mey-

mundan  əmələ  gəlmə  nəzəriyyəsini irəli sürmüşdür. Bunlar 

digər meymunlardan fərqli olaraq insanlar kimi dik (iki ayaq 

üstə) gəzirlər. Fredrikin  sübut üçün gətirdiyi dəlillər Darvinin 

dəlillərindən heç də az inandırıcı deyil. Bu nəzəriyyənin də 

Darvin nəzəriyyəsi kimi həm tərəfdarları, həm də  əleyhdarları 

vardır. 


Darvin (və eləcə də Fredrikin) nəzəriyyəsinin dünyanın bir 

çox tanınmış alimləri qəbul etməmişlər və insanın meymundan 

əmələ  gəlməsi fikrini inkar edən fikirlər söyləmiş, sübutlar 

gətirmişlər. Darvinin həmyerlisi (ingilis) bioloq-təkamülçü alim 

Alfred Uolles (1823-1913) hesab etmişdir ki, insan psixikasının 

inkişafı meymunların ali sinir fəaliyyəti  əsasında yarana 

bilməz. 

Alman alimi F. Kox (1926) Darvin nəzəriyyəsinin mü-

kəmməl nəzəriyyə olmadığını  əsaslandırır və burada insanın 

daxili aləminin nəzərə alınmadığını söyləyir. Digər alman 

alimləri Vestenqofer və Kleynşmidt müqayisəli anatomik 

dəlillər  əsasında, məsələn, böyrəyin quruluşuna görə insanın 

meymunlardan və ya onların  əcdadlarından  əmələ  gələ 

bilməsinin qeyri-mümkünlüyünü sübut etmişlər.  

 

15

Elmin sürətlə inkişaf etdiyi əksər ölkələrdə insanın mey-



mundan  əmələ  gəlməsi nəzəriyyəsi qəbul edilməmişdir. Hətta 

Amerika Birləşmiş Ştatlarında bu nəzəriyyənin təbliği və tədrisi 

Dövlət qanunu ilə qadağan olunmuşdur. Məhşur Amerika pale-

ontoloq – alimi H. Osborn (1857-1935) hesab etmişdir ki, in-

sanın əmələ gəlməsi heç vaxt insanabənzər meymunlarla bağlı 

olmamışdır. 

Darvin nəzəriyyəsinin  əsas tərəfdarları Kommunist parti-

yasının hökm sürdüyü keçmiş SSRİ-də və Sosialist ölkələrində 

olmuşdur. Kommunistlər xalqın  şüurunu ateizmin (al-

lahsızlığın) köməyi ilə qondarma Kommunist partiyası 

əqidəsinə tabe etmək ideyasını irəli sürmüşlər. Bu ideyanı 

həyata keçirmək üçün onlara allahsızlığa gətirib çıxaran bir 

nəzəriyyə lazım idi. Buna görə  də Kommunist partiyasının 

təzyiqi altında bu ölkələrin alimləri Darvinizmi qəbul etmək 

məcburiyyətində qalmışdılar.  Əlbəttə, bu ölkələrdə könüllü 

surətdə Darvinizmi qəbul edən alimlərin də olmasını biz inkar 

etmirik. Lakin bu faktı demək kifayətdir ki, keçmiş SSRİ 

yeganə ölkə idi ki, orada Darvinizmi bütün alimlər hamılıqla 

qəbul etmişdilər. Halbuki, Darvinin öz vətənində bir çox tan-

ınmış alimlər onun nəzəriyyəsini yanlış hesab edib qəbul 

etməmişlər. 

Keçmiş sosialist ölkələrində Kommunist partiyasının təz-

yiqi ilə bu nəzəriyyəyə orta və ali məktəb dərsliklərində geniş 

yer verildi və müsəlmanlar müqəddəs Qurandan uzaq salındı. 

Yəni Quranın Azərbaycan dilinə  tərcüməsi qeyri-rəsmi tərzdə 

qadağan olundu. SSRİ dağılandan sonra Azərbaycanın 

görkəmli  ərəbşünas alimləri tərəfindən Quran Azərbaycan 

dilinə tərcümə olunub çap edildi və geniş oxucu kütləsinə çat-

dırıldı.  

İndi Azərbaycanda demək olar ki, əksər adamlar Qurani-

Kərimi oxuyur və onun ayələrini dərk etməyə  səy göstərirlər. 

Bununla bağlı olaraq mətbuat səhifələrində çoxlu yazılara rast 

gəlmək olur. Belə yazılardan biri Hacı  Əyyub Heydərovun 



 

16

“Qurani-Kərim və Darvin nəzəriyyəsi” adlı yazısı ilə alimlərə 



müraciətidir. Bu yazı, yuxarıda olduğu kimi sizin diqqətinizə 

verilib. 

Qurani-Kərimdə Darvin nəzəriyyəsi ilə bağlı olaraq nə 

kimi məlumatlar var? Bu barədə məlumat almaq üçün Quranın 

ayələrinə müraciət edək.  

Əl-Bəqərə (2-ci - İnək) surəsi:  

-  65-ci ayə – «Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi 

kəslər  şənbə günü əmrdən kənar çıxdılar. Biz də onlara: 



zəlil və həqir meymunlar olun dedik».

 

Əl-Əraf (7-ci) surəsi: 



-

 

163-cü ayə  – “Onlardan (yəhudilərdən) dəniz kənarında 



yerləşən qəsəbə haqqında xəbər al, o zaman onlar şənbə 

günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdı-

lar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, 

ibadətlə  məşğul olmaq buyurulduğu üçün) balıqlar dəstə-

dəstə onlar tərəfə axışır,  şənbədən başqa günlərdə  isə 

gəlmirdi.  İtaətdən çıxdıqları üçün, günah işlətdikləri 



üçün biz onları belə imtahana çəkirik”. 

-

 



166-cı ayə – Qadağan olunduqları  işə (balıq ovuna) say-

mazyana münasibət bəslədikləri vaxt onlara: “həqir, zəlil 



(murdar) meymunlar olun.” – deyə əmr etdik

Beləliklə, Əl-Bəqərə surəsinin 65-ci və Əl-Əraf surnəsinin 



166-cı ayələrində meymunların insanlardan törənməsi fikri ver-

ilmişdir. Bu fikrin elmi əsasa malik olması (həqiqət olması) 

bəzi adamlarda, bəlkə də çoxlarında şübhə doğurur. Bəziləri elə 

hesab edə bilər ki, bu fikir bəlkə  də  məcazi mənada verilib. 

Görəsən müasir elmdə 1400 il bundan qabaq söylənilmiş 

“meymunun insandan əmələ  gəlməsi”

 fikrinin doğruluğunu 

sübut edəcək dəlillər vardırmı? 

Hər  şeydən  əvvəl onu qeyd edək ki, Darvin öz 

nəzəriyyəsini təkamül əsasında qoymuşdur, (təkamül prosesini 

təsdiq edən bir çox fikirlər Quranda da mövcuddur. Bu barədə 

yuxarıda məlumat verilir). Yəni inkişafın sadədən mürəkkəbə, 

 

17



ibtidaidən aliyə doğru getdiyini qəbul etmişdir. Təkamülün bu 

yolla getməsinə elmdə aromorfoz deyilir. Müasir elmdə aro-

morfoz təkamülün getdiyi yeganə istiqamət deyil. Elmdə artıq 

çoxdan sübut olunub ki, təkamül həmişə canlıların sadədən 

mürəkkəbə, yəni mürəkkəbləşməsi yolu ilə getmir. Bəzən can-

lıların tərəqqisi, yəni onların inkişafı (uyğunlaşma zonası tut-

ması) mürəkkəbdən sadə quruluşun meydana çıxması ilə gedir. 

Nəticədə mürəkkəb qüruluşlu canlıdan sadə quruluşlusu 

yaranır. Təkamülün bu yoluna müasir elmdə degenerasiya və ya 

reqres deyilir.  

Təkamül prosesi geriqayıtmazdır.  Əgər balıqlardan suda-

quruda yaşayanlar, sonra sürünənlər və sürünənlərdən 

məməlilər yaranıbsa, təkamülün hansı istiqamətdə getməsindən 

asılı olmayaraq, məməlilər balıqlara çevrilə bilməzlər.  

Lakin, bununla bərabər elmə məlumdur ki, suda yaşamağa 

keçmələri ilə bağlı olaraq məməlilərdə balıqlara oxşar əlamətlər 

meydana gəlib. Məsələn, balina və delfində  ətraflar (əl və 

ayaqlar) yan üzgəclərə, quyruq isə quyruq üzgəcinə çevrilib. 

Biz bilirik ki, insan ilə meymun orqanizmi arasında mor-

foloji cəhətdən oxşarlıq var. Əlbəttə, insanın meymuna 

çevrilməsi dedikdə, burada insanın bəzi  əlamətlərinin  şəkil 

dəyişməsindən söhbət gedir. Planetimizin tarixində  təkamül 

prosesində canlıların bəzi əlamətlərinin çevrilib primitivləşməsi 

(və ya geriyə qayıtması) faktları  məlumdur. Bunlara yuxarıda 

göstərdiyimiz balina və delfini misal gətirmək olar. İnsanın 

meymuna çevrilməsi də filogenezdə əlamətlərin geri qayıtması 

kimi qəbul edilə bilər. Bu heç də  təkamülün geri qayıtması 

demək deyil. 

Bu sübut olunmuş elmi fakt (dekenerasiya) onu göstərir ki, 

insanlar müəyyən ekoloji uyğunlaşma zonasına düşərək tam 

təcrid olunduqda, bir çox əlamətlərini dəyişərək meymunlara 

dekenerasiya edə bilərlər. Meymunun insandan əmələ 

gəlməsini sübut edən digər elmi faktlar da vardır. Məsələn, al-

man alimi İ. Kolman (1906) sübut etmişdir ki, doğulmamış və 




Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə