Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   2   3   4   5   6   7   8   9   ...   15

 

10

kül palçıq yalnız qeyri-üzvi maddələr qarışığından ibarət 



olduğu üçün «qeyri-üzvi maddələr» termininin əvəzedicisi (si-

nonimi) kimi istifadə oluna bilər. (Qeyd etmək lazımdır ki, 

yerin torpaq adlanan üst münbit qatında olan üzvi maddələr 

ölmüş canlıların – bakteriya, göbələk, bitki və heyvanların 

qalıqlarıdır). 

Müasir elmi-nöqteyi nəzərdən yer üzərində  həyat 4-4,5 

milyard il bundan əvvəl yaranıb, 3 milyard il bundan əvvəl 

(arxey erasında) yer üzərində ilk bitkilər (yaşıl yosunlar) əmələ 

gəlib. İlk heyvanlar isə çox-çox sonralar, yəni 1,5 milyard il əv-

vəl yaranıb. Yer üzərində yaranan ilk canlı müxtəlif şəklə düşə-

düşə (bir canlıdan digəri  əmələ  gələ-gələ) inkişaf etmişdir və 

nəhayət, bütün canlıların ən ali forması kimi insan yaranmışdır. 

Bu fikir Ç. Darvinin təkamül nəzəriyyəsində də öz əksini tap-

mışdır.  

Bu fikirlərə  də Qurani-Kərimin Nuh (71-ci) surəsinin 

ayələrində rast gəlirik:  

-

 

14-cü ayə – «Bir  şəkildən başqa  şəklə sala-sala 



(mərhələlərlə) sizi O yaratmış axı»

-



 

17-ci ayə – «Və Allah sizi torpaqdan (yerdən) yaratmış, 



bitki tək bitirmiş sizi»

Bu iki ayələrə diqqətlə nəzər yetirdikdə aydın olur ki, Al-



lah insanı heç də birdən-birə indiki görünüşü formasında yarat-

mayıb. İlk yaranan canlı tamam başqa şəkildə olub. O, bir şə-

kildən başqa  şəkilə düşə-düşə, mərhələlərlə inkişaf etmiş, 

bitkiyə çevrilmiş  və son nəhayətdə müasir həyat formalaşmış 

və insan təşəkkül tapmışdır. 

Qurani-Kərimin aşağıdakı ayələrində deyilir: 

-

 

Əl-Həcc (22-ci) surəsinin 47-ci ayəsi “(Ya Məhəmməd!) 



Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah öz 

vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında olan bir gün 



sizin saydıqlarınızın (hesabladığınız vaxt) min ili kimidir”

-



 

Səcdə (32-ci) surəsinin 5-ci ayəsi – “O, göydən yerə qədər 

olan bütün işləri  idarə edir. Sonra sizin saydığınız (dünya 

 

11



ilinin) min ilinə bərabər olan bir gündə ona (Allah dər-

gahına) yüksələr”

Bu ayələrdən aydındır ki, Qurani-Kərimdə bir gün dedikdə 



bizim min ilimiz (bəlkə daha çox) nəzərdə tutulur. Deməli, ilk 

həyat yaranandan sonra çox uzun sürən tarixi inkişaf yolu 

keçmişdir, yəni təkamül etmişdir. 

Beləliklə, Qurani-Kərimdə həyatın qeyri-üzvi maddələrdən 

(gildən)  əmələ  gəlməsi və bir şəkildən başqa  şəklə düşə-düşə

mərhələlərlə inkişafı – təkamül etməsi göstərilib. Həyatın 

yaranması və təkamülü barədə 1400 il bundan əvvəl yazılan bu 

fikirlər öz müasir elmi sübutlarını 20-ci əsrdə tapa bilmişdir. 



 

İnsanın mənşəyi barədə  

Darvin nəzəriyyəsinə münasibət 

 

Hər  şeydən  əvvəl onu qeyd etmək lazımdır ki, Darvin 

nəzəriyyəsinə bir çoxları, hətta bu nəzəriyyə barədə və eləcə də 

Darvinin özü haqqında az məlumata malik olanlar öz 

münasibətlərini, bəzən də etirazlarını bildirirlər. Belə yazılar-

dan birinin mahiyyətini sizin diqqətinizə çatdırmazdan  əvvəl 

Darvin barədə bəzi məlumatları verməyi lazım bilirik. 

İngilis alimi Çarlz Darvin, təbiətən sakit və kəskinehtiraslı 

fikir mübarizəsindən çəkinən adam olub. Öz əsərlərində həmişə 

çalışıb ki, az mübahisəli sübutlardan istifadə etsin. 

Onun “Növlərin mənşəyi” kitabı çox fundamental bir 

əsərdir. Bu əsərdə o, göstərir ki, təkamül təlimi insana da aid-

dir. Onun nəzəriyyəsi insanın mənşəyinə  və tarixinə  də 

müəyyən bir aydınlıq gətirir. Bu nəzəriyyəyə görə bütün 

canlılar yerdə ümumi mənşəyə malikdirlər və onların nəsil 

ardıcıllığını qazıntı qalıqları ilə tapıb sübut etmək olar.  

Darvinin bu fikirləri Qurani-Kərimin Nuh (71-ci) surəsinin 

14-cü və 17-ci ayələrində verilən fikirlərlə üst-üstə düşür və 

onları təsdiqləyir (bax. səh.10 ). 

 



 

12

Bir məktubun izi ilə 



(Qurani-Kərim və Darvin nəzəriyyəsi) 

 

Darvin nəzəriyyəsinə görə insanla meymun orqanizmi çox 

oxşardır, meymunlar müəyyən inkişaf mərhələsindən sonra in-

sana çevrilmişlər.  Əgər Darvin insanın meymundan əmələ 

gəlməsini onların orqanizminin oxşarlığı ilə sübut edirdisə, 

onda məhz elə bunun əsasında həmin nəzəriyyənin  əksinə, 

meymunun insandan əmələ gəlməsini demək olmazdımı? İnsan 

meymundan  əmələ  gəlibsə, bəs meymun kimdən və ya nədən 

əmələ gəlmişdir? Bu suallar verilibsə də, onların cavabı indiyə 

kimi öz həllini tapmamışdır.  

Əlbəttə onu qeyd etmək lazımdır ki, həm psixoloji, həm də 

fiziki cəhətdən həyat sadədən mürəkkəbə doğru inkişaf edir. 

Bunun əksinə olması isə yəqin ki, qəbul edilməzdir. Yəqin ki, 

Darvin də, elə  nəzəriyyəsini bu fikir əsasında qurmuşdur. O, 

insanların  əvvəlcə meymunabənzər bir məxluq olduğunu və 

sonradan inkişaf edib formalaşmış bir insana çevrildiyini əsas 

tutmuşdur.  Əlbəttə indiki insanlarla milyon il bundan qabaqkı 

insanlar arasında həm fiziki, həm də əqli cəhətdən fərqlər vardır 

və bunu inkar etmək olmaz. Lakin eyni zamanda meymunla 

insanın bir mənşədən olmaları, yəni insanın meymun tayfasın-

dan əmələ gəlməsi tamamilə ağılabatmazdır.  

Əksinə, Allah təala Qurani-Kərimdə qeyd edir ki, müəyyən 

bir dövrdə bir tayfanın bəzi insanları günah işlədib, hədlərini 

aşdıqlarına görə onları meymuna çevirmişdir.  

Qurani-Kərimin “Əl-Əraf” (7-ci) surəsinin aşağıdakı 

ayələrində deyilir:  

165-ci ayə – “Onlar (balıq ovlayanlar) özlərinə verilən 

öyüdü unutduqları zaman biz də (onları) pislikdən 

çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətdən 

çıxdıqları, günah işlətdikləri üçün şiddətli  əzabla məhv et-

dik. “ 

 

13



166-cı ayə – “Qadağan olunduqları  işə (balıq ovuna) 

saymazyana münasibət bəslədikləri vaxt onlara: “Həqir, 

zəlil meymunlar olun!” – deyə əmr etdik. “ 

Həmin meymuna dönən tayfa yer üzünə  səpələnmiş  və 

onlar da insanlar kimi müxtəlifləşmişlər, indiyə kimi də mey-

mun olaraq qalırlar.  

Qurani-Kərimin bir çox ayələri elmi nəticə olaraq Allah 

təala tərəfindən insanlara bir informasiya kimi verildiyindən

müasir elmimizin inkişafı nəticəsində onların bir çoxu artıq öz 

elmi təsdiqini tapmışdır və bu davam etməkdədir.  

Yəqin ki, yuxarıda göstərilənlərin əyani elmi təsdiqi üçün 

də müəyyən vaxt lazımdır və ümid bəsləmək olar ki, məhz 

bizim ölkənin alimləri bunu etməyə nail olacaqlar. 

 

Hacı Əyyub Heydərov. 

İdeal. 2-9 mart, 1999-cu il.

 

 

 

"… Onlara: Həqir, zəlil meymunlar olun –  

deyə

 

əmr etdik». 

 

İnsan meymundan, yoxsa meymun insandan əmələ 

gəlmişdir? 

Bu suala müasir elm bir mənalı cavab verə bilirmi? Darvin 

göstərir ki, meymun və insan ümumi bir mənşədən (əcdaddan) 

yaranan və bir-birinə qohum olan iki şaxədir. Lakin bu ümumi 

əcdadın görünüşü barədə o, heç bir söz deyə bilməzdi və bunu 

indi də demək çox çətindir. Aparılan poleontoloji tədqiqatlara 

görə, bu ilk əcdad nə indiki meymunlara, nə də indiki insanlara 

oxşar olmamışlar. Bunlara bəzi alimlər insanabənzər mey-

munlar, bəziləri isə meymunabənzər insanlar adı vermişlər. 

Darvin insanların əmələ gəldikləri əcdadın daha çox mey-

muna oxşar olduğunu hesab etmiş  və beləliklə, insanın mey-

mundan törənməsi fikri formalaşmışdır. Darvinin bu fikri əldə 

etdiyi bir çox faktlara əsaslansa da, çox subyektivdir. Buna görə 



Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə