Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   2   3   4   5   6   7   8   9   ...   15

 

22

-



 

Əz-Zuxrur (43-cü ayə) surəsinin 12-ci ayəsi – “Və O Allah 



ki, (bütün canlılardan erkək və dişi olmaqla) ciftlər xəlq 

etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı”

-



 

Ən-Nəcm (53-cü) surəsinin 45-ci ayəsi-“(İnsanlardan və 



heyvanlardan) hər bir cifti erkək və dişi yaradan 

Odur”

-



 

Əl-Qiyamə (75-ci) surəsinin 39-ci ayəsi – “Sonra ondan 



bir kişi, bir qadın olmaqla iki cifti yaratdı ”

-



 

Əl-İnsan (76-cı) surəsinin 2-ci ayəsi – “Həqiqətən, Biz 



insanı (sonrakı  mərhələdə ata-anasının toxumundan 

ibarət) qarışıq bir nütfədən yaratdıq.

 Biz onu imtahana 

çəkəcəyik. Biz onu eşidən,görən yaratdıq.”; 

Bu ayələrdən görünür ki, bütün canlılar Allah tərəfindən 

erkək və dişi olmaqla yaradılıb. Onların çoxalması bu cütlərdən 

(ciftlərdən) oxşar canlılar törənməklə gedir. 

-

 

Əl-Muminun (23-cü) surəsinin 27-ci ayəsində – Biz (Nuha) 



belə  vəhy etdik: “Gözlərimiz önündə  və  vəhyimiz üzrə 

gəmini düzəlt.  Nəhayət,  əmrimiz gəldiyi və  təndir 



qaynadığı zaman hər heyvandan bir erkək, bir dişi 

olmaqla bir cüt,

 həmçinin əleyhinə (ölümünə) əvvəlcədən 

hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini 

gəmiyə mindir. Zülm edənlər barəsində  Mənə müraciət 

etmə. Çünki onlar suya qərq olacaqlar”. 

Nuhun gəmisinə də hər bir canlıdan bir cüt (erkək və dişi) 

götürülməsi ifadəsi də bir daha onu göstərir ki, canlılar bir-

birindən törənirlər. 

Beləliklə, canlıların öz-özünə cansız materiyadan deyil, 

bir-birindən törənmə yolu ilə çoxalması fikri müasir elm 

tərəfindən 19-cu əsrdə tam sübuta yetiriləmsinə baxmayaraq, 

bu fikir 1400 il bundan əvvəl müqəddəs Qurani-Kərimin 

ayələrindən açıq-aşkar verilmişdir. 

 

 

23



EMBRİOLOGİYAYA AİD 

 

İnsan rüşeymi necə əmələ gəlir? 

 

Holland alimi Anton Levehuk 1677-ci ildə ilk dəfə özünün 



düzəltdiyi mikroskopda insan spermatozoidinə baxmış və onun 

görünüşünü təsvir etmişdir. Bu dövrdə alimlər elə hesab 

edirdilər ki, insan rüşeymi yalnız spermatozoiddən yaranır. Bu 

fikrin tərəfdarlarına spermatiklər deyilirdi. Onlar, elə hesab 

edirdilər ki, spermatozoiddə insanın bütün orqanları hazır 

şəkildə mövcuddur. Sonrakı inkişafda yalnız bu orqanların 

böyüməsi gedir. Rüşeymin  əmələ  gəlməsində ananın rolunu 

inkar edən spermatiklər hətta spermatozoidin içində insanın 

miniatür şəklini çəkib təsvir edirdilər (şək 2). 

 

 



Şəkil 2. Spermatozoidin başcığında sxematik olaraq təsvir 

edilmiş homunkulus (rüşeym). 




 

24

 



18-ci  əsrdə mikroskopun köməyi ilə qadınlarda yumurta 

hüceyrəsinin olması aşkarlandı və müəyyən edildi ki, o, ölçücə 

spermatozoiddən çox böyükdür. Bu dövrdə insan rüşeyminin 

yalnız yumurta hüceyrəsindən  əmələ  gəldiyini iddia edən 

alimlər də vardı və onlara “ovistlər” (latınca yumurta sözündən 

götürülüb) deyilirdi. 

Daha sonralar 1886-cı ildə rus alimi A.Tixomirov süni 

partenogenez hadisəsini (yəni yumurta hüceyrəsinin 

mayalanmadan rüşeymə çevrilə bilməsi) kəşf etdi. Buna 

əsaslanaraq, ovistlər rüşeymin əmələ gəlməsində atanın rolunu 

inkar edirdilər. Ovistlər rüşeymin bütün orqanlarının hazır, 

lakin çox kiçik şəkildə yumurta hüceyrəsində mövcud olduğunu 

iddia edirdilər. Onlara görə spermatozoidin rolu yalnız yumurta 

hüceyrəsinə toxunub onu qıcıqlandırmaqdır. Qıcıqlanmadan 

sonra yumurta hüceyrəsi öz-özünə inkişaf edib rüşeymə 

çevrilir. 

Spermatiklərlə ovistlər arasında uzun müddət elmi 

mübahisə davam etmişdir. Həm spermatiklərin, həm də 

ovistlərin fikri preformizm nəzəriyyəsində öz əksini tapdı. Bu 

nəzəriyyəyə görə ilk əmələ  gələn rüşeym içərisində bütün 

orqanlar hazır şəkildə mövcuddur və rüşeymin sonrakı inkişafı 

heç bir keyfiyyəət dəyişikliyi baş vermədən, yalnız bu 

orqanların böyüməsi ilə gedir. 

Müqəddəs Qurani-Kərimdə rüşeymin  əmələ  gəlməsi 

barədə bəzi düzgün elmi fikirlər mövcuddur.  

-

 



Əl-Hücurat (49-cu) surəsi, 13-cü ayə – “Ey insanlar! Biz 

sizi bir kişi və bir qadından yaratdıq.

 Sonra bir-birinizi 

tanıyasınız deyə, sizi xalqlara və  qəbilələrə ayırdıq. Allah 

yanında  ən hörmətli olanınız Allahdan ən çox qorxanınız-

dır. Həqiqətən, Allah (hər  şeyi) biləndir, (hər  şeydən) 

xəbərdardır”. 

-

 

Əl-Zariyat (51-ci) surəsi, 49-cu ayə – “Biz hər şeydən cüt-



cüt yaratdıq.

 Bəlkə, bir düşünüb ibrət alasınız. 

 

25

-



 

Əl-Nəcm (53-cü) surəsi, 45-ci ayə – “(İnsanlardan və hey-



vanlardan) hər bir cifti erkək və dişi yaradan Odur”.

 

-



 

Əl-İnsan və ya Əd-Dəhr (76-cı) surəsi, 2-ci ayə – 



“Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq.

 

Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən 



yaratdıq”. 

-

 



Ət-Tariq (86-cı) surəsi; 5-ci ayə – «Elə isə insan nədən 

yaradıldığına bir baxsın»

-



 

6-cı ayə – «O, axıb tökülən bir sudan yaradılmışdır»

-

 

7-ci ayə – «(O su, kişilərin) bel sümüyündən, (qadınların 



isə) köks sümüyündən çıxır».

 

Bu ayələrdən aydındır ki, insan kişi və qadının bədənindən 



olan nütfələrin (yəni spermatazoid və yumurta hüceyrəsinin) 

qarışmasından yaranmışdır. 1400 il bundan əvvəl deyilən bu elmi 

fikir yalnız 19-cu əsrdə alimlər tərəfindən sübut edilmişdir. Belə 

ki, 1853-cü ildə F.Keber və daha sonralar 1884-cü ildə K.Negeli, 

O.Gertvik, E.Strasburqer və A.Vaysman göstərdilər ki

spermatozoid və yumurta hüceyrəsi ana bətnində birləşdikdən 

(mayalanma baş verdikdən) sonra rüşeym inkişaf edir (şək. 3). 

 

 



Şəkil 3. Mayalanma prosesi. 

                                             1. Yumurta hüceyrəsi 




Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə