Microsoft Word matn-x. Qanbarov doc



Yüklə 390,3 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix10.11.2017
ölçüsü390,3 Kb.
#9295
1   2   3   4   5   6   7   8   9   ...   15

 

18

ya təzə doğulmuş meymun balasının kəllə quruluşu müasir in-



sanın kəlləsinə daha çox oxşayır, nəinki meymunun kəlləsinə. 

Yəni meymunun ontogenezi insana daha yaxındır. Bioloqlara 

yaxşı  məlum olan “Biogenetik qanun”da belə deyilir: “Onto-

genez (orqanizmin fərdi inkişafı) filogenezin (orqanizmin tarixi 

inkişafının) qısa təkrarıdır”. Yəni fərdi inkişaf zamanı orqanizm 

öz  əcdadlarının  əlamətlərini qısa da olsa təkrar edir. Kolman 

göstərir ki, meymun öz fərdi inkişafında ilk əcdadının (yəni in-

sanın) əlamətini təkrar edir.  

Yuxarıda göstərilən bu elmi faktlar meymunun insandan 

törənə bilməsi imkanını sübut etməyə xidmət edir. Əlbəttə bu-

rada indiki meymunlardan və indiki insanlardan söhbət getmir. 

Onların çox qədim  əcdadlarından söhbət gedir. Yəni ilk mey-

munların insaların ilkin əcdadlarından törənməsindən söhbət 

gedir.  


 

“… O, sizi bu minvalla çoxaldır…” 

 

Canlıların əmələ gəlməsi və çoxalmasının necə baş verməsi 



qədim dövrlərdən bəri insanları maraqlandıran məsələlərdən 

biri olmuşdur. Hələ bizim eradan əvvəl qədim yunan filosofları, 

o cümlədən Aristotel həyatın (canlıların) öz-özünə  əmələ 

gəlməsini söyləmişlər. Onlar elə hesab edirdilər ki, qurdlar, 

ilbizlər, həşəratlar çürümüş ətdən, peyindən və bitkidən əmələ 

gəlirlər. Aristotelə görə bitkilər cansız materiyadan (torpaqdan) 

törəyirlər, sonra bitkilərdən də müxtəlif heyvanlar əmələ gəlir. 

16-cı  əsrdə  İsveçrə alimi F.Parasels hesab edirdi ki, 

balıqlar və siçovullar çürüntülü sudan, siçanlar isə kirli paltar-

dan törəyirlər. Hətta o, kiçik canlı insanın (homunkulusun) 

əmələ  gəlmə sxemini də  tərtib etmişdi. Bu sxemə görə köhnə 

sidiyi müəyyən qədər boranı içində saxlasaq, sonra at mədəsinə 

yerləşdirsək, burada qanla qidalana bilən və bütün orqanlara 

malik homunkulus (insan) inkişaf edəcək. 

 

19

Canlıların öz-özünə törəməsi fikri 17-ci əsrə qədər alimlər 



tərəfindən qəbul edilmiş bir nəzəriyyə kimi mövcud olmuşdur. 

İngilis alimi V. Harvey 1651-ci ildə “Heyvanların 

törənməsi barədə tədqiqatlar” kitabında bu nəzəriyyənin əksinə 

olaraq göstərir ki, bütün canlılar yumurtadan (yumurta 

hüceyrəsindən) törənirlər. 

İtaliya alimi F. Redi 1665-ci ildə öz təcrübələri ilə 

həşəratların və digər heyvanların öz-özünə cansız materiyadan 

törənə bilməməsini sübut etdi. O, iki ət parçası götürmüş, bir-

inin üzərini tənziflə örtmüş, digərini isə açıq saxlamışdır. 

Milçəklər üstü açıq olan ət parçası üzərinə qonaraq oraya öz 

yumurtalarını qoymuşlar. Bir müddətdən sonra bu ətin içindən 

qurdlar (milçəyin sürfələri) çıxmışdır. Lakin üstü örtülü olan 

ətdən isə heç nə əmələ gəlməmişdir. 

F.Redinin bu tədqiqatları  əsasında canlıların öz-özünə 

törənməsi nəzəriyyəsini süquta yetmiş hesab etmək olardı. 

Lakin Hollandiya təbiətşünası A.Levenhuk 1676-cı ildə 

mikroorqanizmləri kəşf etdikdən sonra, bir çox alimlər elə he-

sab edirdilər ki, bütün mikroorqanizmlər, digər canlılardan 

fərqli olaraq, öz-özünə törəyirlər. Məsələn, 1745-ci ildə Nid-

hem apardığı  təcrübələri ilə göstərdi ki, saman həlimindən,  ət 

suyundan öz-özünə müxtəlif mikroorqanizmlər (bakteriyalar, 

infuzorlar və b.) əmələ gəlir. Doğrudan da o, saman həlimini, ət 

suyunu qaynatmaqla orada bütün canlıları öldürməsinə baxma-

yaraq, bir müddətdən sonra orada yenidən mikroorqanizmlər 

əmələ gəlmişdir. 

Nidhemin bu təcrübələrini tanınmış Fransız alimi Lamark 

da dəstəkləmişdir.  İyirmi ilə yaxın onun bu təcrübələrini heç 

kim inkar edə bilməmişdir. 

Nidhemin təcrübələrinə inanmayan İtaliya təbiətşünası 

Spalansani onun təcrübələrini özü təkrar etmək qərarına gəlir. 

O, ət suyunu qaynatdıqdan sonra, hələ soyumamış (ora havadan 

mikroblar düşməsin deyə) kolbanın ağzını alov üzərində 

əritməklə qapayır. Belə  ət suyu uzun müddət xarab olmadan 

şəffaf qalır və orada heç bir mikrob yaranmır. Lakin, Nidhem 




 

20

onun bu təcrübələrinə etirazını bildirir və deyir ki, ət suyundan 



mikrobun əmələ gəlməsi üçün hava lazımdır. Doğrudan da kol-

banın ağzını açandan bir neçə saat sonra ət suyu bulanır, yəni 

orada çoxlu mikroorqanizmlər  əmələ  gəlir. Spalansani başa 

düşür ki, ət suyuna mikroblar havadan düşür və orada çoxalıb 

artır. O, inanır ki, canlı yalnız canlıdan törənməklə əmələ gəlir, 

lakin bunu sübut etməyə çətinlik çəkir.  

Fransız alimi L. Paster, hər  şeydən  əvvəl, sübut etdi ki, 

havada həmişə çoxlu miqdarda mikroorqanizmlər mövcuddur. 

O, xüsusi təcrübələrlə göstərdi  ki, ət suyundan və ya bitki 

həlimindən mikroorqanizm əmələ gəlmir. Onlar yalnız havadan 

ət suyuna düşdükdən sonra çoxalıb artırlar. Öz təcrübələrində o, 

boğazı çox uzun və nazik “S”-vari əyilmiş  şüşə qab (kolba) 

hazırlayır (şək. 1).  

 

 



 

Şəkil 1.  Mikroorqanizmlərin öz-özünə  əmələ  gəlmə 

imkanını inkar etmək üçün Pasterin istifadə 

etdiyi kolba. 

 

21

 



Ora 

ət suyu töküb qaynatmaqla tərkibində olan 

mikroorqanizmləri öldürür. Qaynama zamanı su buxarı  “əyri-

üyrü” boğazdan xaricə  çıxarkən divarları soyuq olan şüşəyə 

toxunaraq orada damlaya çevrilərək qalır.  Ət suyu soyuduqca 

onun üst hissəsində olan hava sıxılır və xaricdən hava daxilə 

keçir. Xaricdən daxilə keçən hava “əyri-üyrü” boğazın 

divarlarına toxunduqca onun tərkibində olan mikroblar su 

damlalarına yapışıb qalır və kolbaya steril (mikrobsuz) hava 

daxil olur. Kolbanın ağzı açıq qalmasına baxmayaraq burada 

ətsuyu uzun müddət bulanmır, yəni öz-özünə mikrob əmələ 

gəlmir. Paster bu təcrübəsini 1860-cı ildə Nidhemin iştirakı ilə 

Paris Akademiyasında nümayiş etdirmiş və canlıların öz-özünə 

əmələ gəlmə nəzəriyyəsinə əsas və son zərbəni vurduğuna görə 

Akademiyanın xüsusi mükafatına layiq görülmüşdür. 

Müqəddəs Qurani-Kərimin 8 surəsinin ayələrində deyilir: 

-

 

Ər-Rəd (13-cü) surəsinin 3-cü ayəsi – “Yeri döşəyən, orada 



möhkəm dağlar, çaylar yaradan, bütün meyvələrdən cüt-

cüt (erkək-dişi) yetişdirən

, gecəni gündüzlə örtüb bürüyən 

odur. Şübhəsiz ki, bunda düşünən insanlar üçün neçə-neçə 

dəlillər vardır!”; 

-

 

Taha (20-ci) surəsinin 3-cü ayəsi – “O ki, yer üzünü sizin 



üçün döşəmiş, orada sizin üçün yollar salmış,göydən 

yağmur yağdırmışdır. Biz, o yağmurla növbənöv 



bitkilərdən cütlər yetişdirmişik”

-



 

Yasin (36-cı) surəsinin 36-cı ayəsi – “Yerin 



yetişdirdiklərindən, onların (insanların) özlərindən və 

bilmədiklərindən (erkək və dişi) olmaqla cütlər yaradan 

Allah pak və müqəddəsdir”

-



 

Əş-Şura (42-ci) surəsinin 11-ci ayəsi – “Göyləri və yeri 

yaradan, sizin üçün özünüzdən zövcələr, heyvanlardan da 

(erkək və dişi olmaqla) ciftlər yaratmışdır.  O,  sizi  bu 

minvalla çoxaldır.

 Ona bənzər heç bir şey yoxdur. O, 

eşidəndir, görəndir”; 



Yüklə 390,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə