Məhəmməd əxlaqı Böyük Rəhbər Ayətullah Xamenei Tərtib edən: Seyid Əli Musəvi



Yüklə 248,73 Kb.
səhifə1/10
tarix14.06.2018
ölçüsü248,73 Kb.
#49092
  1   2   3   4   5   6   7   8   9   10



Məhəmməd əxlaqı
Böyük Rəhbər Ayətullah Xamenei

Tərtib edən: Seyid Əli Musəvi

Buyurdu: "Mən yalnız gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm". Bu "yalnız" sözünün mənası odur ki, mənim peyğəmbərliyim ümumiyyətlə, bunun üçündür, məqsəd budur, digərləri müqəddimədir. Yəni cəmiyyətdə, insanların və bu ümmətin arasında gözəl əxlaq kamilləşsin, inkişaf etsin, hamı ondan bəhrələnsin və insan olaq.1



Bir neçə saniyə!


Bu gün İslam ümməti və bizim xalqımız özünün əzəmətli Peyğəmbərinə (s) həmişəkindən daha çox ehtiyaclıdır; onun hidayətinə, onun müjdə verməsinə və qorxutmasına, onun sözünə və mənəviyyatına və onun insanlara dərs və təlimlə göstərdiyi mərhəmətə ehtiyaclıdır. Bu gün İslam Peyğəmbərinin (s) öz ümmətinə və bütün bəşəriyyətə dərsi alim və güclü olmaq dərsi, əxlaq və ucalıq dərsi, mərhəmət dərsi, cihad, izzət və müqavimət dərsidir. Bizim xalqımız Peyğəmbərin (s) dərslərini nəzərdən keçirməli və onları özünün həyat dərslərinə və cari proqramlarına çevirməlidir. Bizim xalqımız Peyğəmbər (s) məktəbinin şagirdliyi və Peyğəmbər (s) dərsi ilə fəxr edir... Biz Peyğəmbərin (s) əxlaq dərsini, əzəmətli Peyğəmbərin (s) izzət dərsini, onun bizə öyrətdiyi və bizim həyat dərslərimizdən olan elm öyrənmək dərsini, mərhəmət, ucalıq və birlik dərsini öz həyatımızın proqramlarına salmalıyıq.1

Bizim müsəlman cəmiyyətimiz o zaman sözün həqiqi mənasında kamil müsəlman cəmiyyəti olar ki, özünü Peyğəmbərin (s) rəftarı ilə uyğunlaşdırsın. Əgər o həzrətin rəftarına yüz faiz uyğun olmasa da - təbii ki, uyğun deyil - ən azı ona bənzəsin. Əziz Peyğəmbərin (s) həyat axınının əksi bizim həyatımıza hakim olmasın; o xətdə hərəkət edək.2



Süqutun zirvəsində


O həzrətin doğumu dünyanın və tarixin elə bir dövründə baş verdi ki, bəşəriyyət iki aşkar xüsusiyyətə malik idi. Bu iki xüsusiyyətin biri o idi ki, elm, ağıl və düşüncə baxımından özündən öncəki dövrlərdə yaşayan insanlara nisbətən çox inkişaf etmişdi. Onların arasında filosoflar yaranmış və alimlər meydana çıxmışdı. Böyük riyaziyyatçılar, həkimlər, mühəndislər və sivilizasiyalar baş qaldırmışdı. Bu sivilizasiyalar təbii ki, elmsiz yarana bilməzdi. Qərbdə akademiyalar, Şərqdə hikmətxanalar, Çin sivilizasiyası, Misir sivilizasiyası və böyük tarixi sivilizasiyalar olmuşdu; yəni bəşər kamilləşmişdi. Bu bir xüsusiyyət.

İkinci xüsusiyyətin birinci xüsusiyyətlə birləşməsi çox qəribə haldır. O da budur ki, o zaman bəşər əxlaq baxımından həmişə olduğunda daha aşağıda idi. Yaxud əgər bu müqayisəni söyləmək istəməsək, deməliyik ki, süqutun zirvəsində idi. Elm və biliyə malik olan həmin insan kəskin şəkildə təəssüblərin, xurafatın, eqoistliklərin, zülmün, xalqa qənim kəsilən antibəşəri hökumətlərin əsiri idi. Dünyada belə bir vəziyyət hakim idi. Əgər insan tarixə nəzər salsa, görəcək ki, o dövrdə bütün bəşəriyyət əsir idi. Əmirəlmömininin (ə) kəlamında deyildiyi kimi, bəşəriyyət fitnənin, çətinliyin, problemlərin və qardaş qırğınının zirvəsində idi.1 Əmirəlmöminin (ə) həmin xütbədə buyurur: "Xalqın gözünə rahat yuxu getmirdi".2



Mərkəz nöqtə


Əziz Peyğəmbərin (s) adı, xatirəsi, sevgisi və hörməti bütün İslam dövrlərində bütün müsəlmanların birliyi üçün əsas mehvər olmuşdur. Dində bütün müsəlmanların və müsəlman firqələrinin bütün cəhətlərdən - həm əqli cəhətlərdən, həm duyğusal cəhətlərdən, həm psixoloji, mənəvi və əxlaqi cəhətlərdən bu şəkildə qəbul etdiyi, razılaşdığı və anlaşdığı başqa heç bir nöqtə yoxdur. Bu, mərkəz və mehvər nöqtədir.

Quran, Kəbə, vacib əməllər və etiqadlar müştərəkdir, amma bunların hər biri insan şəxsiyyətinin etiqad, məhəbbət, psixoloji təmayül, təqlid haləti və əməli oxşarlıq kimi bir cəhətini özünə cəlb edir. Bu deyilənlərin əksəriyyətinə müsəlmanların arasında müxtəlif izah və baxışlarla diqqət yetirilir. Lakin bütün müsəlmanların düşüncə, etiqad, hamısından mühüm, emosiya və hissiyyat baxımından birləşdiyi və anlaşdığı nöqtə sonuncu peyğəmbər və əziz elçi olan həzrət Məhəmməd ibn Abdullahın (s) müqəddəs varlığıdır. Bu nöqtəni uca tutmaq lazımdır. Bu sevgini günbəgün artırmaq, müsəlmanların və bütün xalqın zehnində o müqəddəs varlığa mənəvi və psixoloji təmayülü gücləndirmək lazımdır.1



Yaxşı əxlaq nədir?


Bizim cəmiyyətimiz - fərdlər və toplumlar özlərini Peyğəmbərin (s) istədiyinə və çalışıb səy göstərdiyinə günbəgün yaxınlaşdırmalıdırlar. İslam Peyğəmbərinin (s) uca məqsədlərini bir cümləyə sığışdırmaq olmaz. Lakin onun bəzi başlıqlarını bir il, bir onillik və bir ömür boyunca nümunə götürmək olar.

Bir başlıq gözəl əxlaqı təkmilləşdirməkdən ibarətdir: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm".1 İnsanların yaxşı əxlaq və xarakterlərdən bəhrələnmədiyi cəmiyyət peyğəmbərliyin uca məqsədlərinə nail ola bilməz. Fərdi və cəmiyyəti uca insani məqamlara catdıran amil gözəl əxlaqdır. Gözəl əxlaq da yalnız xalqla yaxşı rəftar demək deyil, insanın öz qəlbində və ruhunda yaxşı xüsusiyyətləri və dəyərli xarakterləri yetişdirmək, onu öz əməlində əks etdirmək deməkdir. Öz aralarında paxıllığa düçar olan, bir-birinə qarşı bədxahlıq edən, hiyləgərlik edən, dünyagirliyə və dünya malına qarşı xəsisliyə düçar olan, bir-birinə kin bəsləyən bir cəmiyyətdə - hətta əgər qanuna dəqiq şəkildə əməl olunsa belə - səadət ola bilməz. Əgər elm inkişaf etsə və zahiri sivilizasiya əzəmətin sonuna çatsa da, bu cəmiyyət ideal bəşər cəmiyyəti deyil. İnsanların bir-birindən təhlükə hiss etdiyi, hər bir insanın ona paxıllıq edildiyini, bədxahlıq edildiyini, ona qarşı kin bəslənildiyini, təxribat aparıldığını, sərvətlərinə göz dikildiyini hiss etdiyi bir cəmiyyətdə rahatlıq ola bilməz. Amma əgər bir cəmiyyətdə xalqın qəlbinə və ruhuna əxlaqi dəyərlər hakim olsa, insanlar bir-birinə qarşı mehriban olsalar, bir-birinə bağışları, əfvləri və güzəştə getmələri olsa, dünya malına həris olmasalar, malik olduqlarına qarşı xəsislik göstərməsələr, bir-birinə paxıllıq etməsələr, bir-birinin inkişafı qarşısında maneə törətməsələr, xalqı dözümlü, hövsələli və səbirli osla, bu cəmiyyət hətta maddi baxımdan çox mütərəqqi olmasa da, insanlar orada aramlıq, dinclik və səadət hiss edərlər. Əxlaq budur. Bizim buna ehiyacımız var. Biz öz qəlbimizdə İslam əxlaqını günbəgün yetişdirməliyik. İslamın fərdi və ictimai qanunları öz yerində bəşərin səadəti üçün vasitələrdir. Buna şübhə yoxdur. Amma həmin qanunların düzgün icrası üçün də yaxşı əxlaqa ehtiyac var.2




Yüklə 248,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə