Genetik alqoritm



Yüklə 75,82 Kb.
səhifə1/7
tarix20.01.2022
ölçüsü75,82 Kb.
#83019
  1   2   3   4   5   6   7
5 ULDUZ


Genetik alqoritm – təbiətdə təkamül prosesinin

kompyüter proqramları şəklində reallaşdırılan sadə modelidir.

Burada genetik varislik mexanizmi və təbii seçmənin analo

qundan istifadə edilir. Genetik alqoritmlərdə bioloji terminlər

tətbiq edilir. Genetik alqoritmlərdə tətbiq olunmuş əsas anlayışlar haqqında aşağıdakı məlumatları verməyi lazım bilirik.

Xromosom – nizamlanmış (sıralanmış) ədədlərdən ibarət

sətirdir (və ya vektordur). Xromosomun hər bir mövqeyi (bit) gen adlanır.



Fərd (genetik kod) – xromosomlar dəstidir (məsələnin

həlli variantı). Adətən fərd bir xromosomdan ibarət olur, ona görə bundan sonra fərd və xromosom anlayışlarını eyni qəbul edəcəyik.



Populyasiya – fərdlərin (xromosomların) məcmusudur.

Lokus – xromosomda genin mövqeyidir.

Allel – genlərin mümkün qiymətləri.

Uyğunlaşma funksiyası (fitness function) – ekstremumu

tapılacaq funksiya və ya əlamətdir (şərt)



Vektor – vektorun1 komponentləri adlanan sıralanmış

ədədlər dəstidir. Bundan sonra vektor və sətir anlayışları eyni

sayılacaq.

Bul vektoru – komponentləri iki elementli bul

çoxluğundan {0,1} qiymətlər alan vektordur.



Xemminq məsafəsi – eyni ölçülü bul vektorları üçün

istifadə edilir və iki bul vektorunda fərqlənən komponentlərin

sayına (fərqli lokusların sayına) bərabərdir. Məsələn, 1001101

və 1100111 üçün xemminq məsafəsi 3-dür.



Epistaz – genlərin qarşılıqlı təsiridir. Genin, digər yerdə

olan genin qiymətindən asılı olaraq, fərdin uyğunlaşmasına təsir edir. Gen o zaman epistatik sayılır ki, o, digər lokusda olan genin təsirinə üstün gəlir. Genin təzahürünün ona allel olmayan gen tərəfindən üstələnməsi hipostaz, həmin genin özü isə hipostatik gen adlanır.

Beləliklə operatorları ardıcıl olaraq nəzərdən keçirək:

Ø


Yüklə 75,82 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə