Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
    Bu səhifədəki naviqasiya:
  • II.3.Az

nümunələri  aiddir.  nnovasiya  məhsullarmm  tərkibinə  həm  də  elmi-texniki  xidmət  və 

məsləhətlər də daxildir. 

Dünyada  innovasiya  məhsullarına  tələbat  daimi  artır.  Çünki  o,  bir  tərəfdən, 

mövcud  istehsalın  texniki  səviyyəsini  və  iqtisadi  səmərəliliyini  yüksəltmək  məqsədilə 

onun  təkmilləşdirilməsi  və  inkişafına,  digər  tərəfdən  isə  buraxılan  məhsulların 

yeniləşdirilməsinə, yeni rəqabət qabiliyyətli məmulatların istehsala daxil olmasına şərait 

yaradır.  nnovasiya  məhsullarınm  işlənib  hazırlanması  və  yaradılması  ən  çox  istehsal 

müəssisələri(firmaları)  arasında  bağlanan  müqavilələr  çərçivəsində,  habelə  dövlət 

sifarişləri çərçivəsində həyata keçirildiyinə baxmayaraq, bu məhsulların daha çox həcmi 

xarici bazara göndərilir. 

nnovasiya məhsulunu öz xarakterinə görə fərdi istehsalın məhsuluna aid etmək 

olar.  Buna  görə  də  onun  satış  bazarı  xalis  inhisarın  əlamətlərinə  uyğun  gəlir  və  hər 

ş

eydən əvvəl satıcılar qiymətə əhəmiyyətli təsir göstərmək qabiliyyətinə malikdirlər. 



nnovasiya  planlarının  işlənib  hazırlanması  və  praktiki  olaraq  reallaşdırılması 

bazar  şəraitində  Azərbaycan  firmalarınm  zəruri  həyat  atributuna,  başlıca  salamatlıq 

amilinə çevrilməkdədir.  

Hazırda  respublikamızda  innovasiya  prosesinin  planlaşdırılması  sferasında 

müəyyən  qanunauyğunluqlar  və  meyllər  müşaiyət  olunur:  Belə  ki,  innovasiya 

prosesinin  formalaşmasında  plan  metodlarınm  istifadəsi  firmanın  fəaliyyətinin  bütün 

tərəflərinin əsaslı surətdə yeniləşdirilməsinin mütləq şərti kimi çıxış edir. Müəssisənin 

fəaliyyətinin  əsası  sayılan  planlaşdırma  onun  bütün  sferalarına,  bütün  həlqələrinə, 

bölmələrinə, firmalarına aiddir. Biznesə planlı rəhbərliyin əsası-onun təminatınm maddi 

bazası  əsasında  inkişafınm  əsas  məqsədlərinin,  istiqamət  və  proporsiyalarınm  və 

bazarda  vəziyyətin  təhlilinin  müəyyən  edilməsidən  ibarətdir.  nkişafın  plan  alətlərinin 

tətbiqində  ən  başlıcası  daha  radikal  üsulla  bütün  mövcud  resursların  istifadə  üçün 

səfərbər  edilməsi  sayılır  ki,  bu  da  firmanı  istənilən  bazar  döngələrində  öz  mövqeyini 

qoruyub  saxlamaq  və  artırmaq  iqtidarında  olmağa  və  planda  nəzərdə  tutulan  mənfəəti 

almağa  səbəb  olur.  Müəssisənin  məcmu  iş  proseslərinin  planlaşdırılmasmı  yalnız 

marketinq  siyasəti  və  nəzarətin  təşkili  ilə  üzvi  vəhdətdə  həyata  keçirmək  olar. 

nnovasiya  planlaşdırılmasınm  əsasını  strateji  perspektivlər,  firmanın  miqyasına 



ə

saslanan plan proqramlar təşkil edir. Cari planlar strateji planlara əlavə kimi çıxış edir. 

Müəssisələrdə tez-tez həm strateji, həm də təşkilati strukturun bütün elementlərini əhatə 

edən  cari  proqramlar  kimi  xüsusi  proqramlar  yaradılır  və  reallaşdırılır.  nnovasiya 

planları  daha  böyük  son  nəticəni  təmin  edən  əsas  yeniliklərin  işlənib  hazırlanması  və 

tətbiqində  bütün  xidmət  və  bölmə  əməkdaşlarmm  qüvvələrini  birləşdirməyə  imkan 

verir.  nnovasiyanın planlaşdırılması təkcə iri şirkətlər üçün səciyyəvi deyildir. O həm 

də  xeyli  dərəcədə  salamat  qalmalarının  əsas  arqumenti  kimi  orta  və  xırda  firmalara 

lazımdır. Bütün artan ölçülərdə firmanın fəaliyyətinin müxtəlif sferalarmm təzələnməsi 

üçün  plan  metodlarının  tətbiqi  rəqabət  mübarizəsində  başlıca  vasitə  sayılır. 

nnovasiyanın plan metodları daha yüksək nəticələrə nail olmuş və və işlərin daim yaxşı 

səmtə  yönəlməsinə  çalışmış  əməkdaşların  bütün  maddi  və  qeyri-maddi 

stimullaşdırılmasmı dəqiq təşkil etməyə verir. 

nnovasiya 

prosesinin 

idarə 


edilməsi 

sahəsində 

mövcud 

olan 


qanunauyğunluqları haqqında danışarkən qeyd etmək lazımdır ki, innovasiyanın işlənib 

hazırlanması və praktiki reallaşması prosesinin idarə edilməsi elmdə müstəqil istiqamətə 

çevrilir.  nnovasiya  prosesinin  daim  inkişaf  təmayülü  müasir  müəssisə  üçün  başlıca 

obyektiv zərurətə çevrilmişdir. Azərbaycanın istənilən kommersiya strukturunun həyat 

qabiliyyəti  işlərin  innovasiya  cəhətdən  yenidən  qurulmasındakı  nailiyyətlərin 

dərəcəsindən  birbaşa  proporsional  asılılıqda  yerləşir.  Şirkətin  fəaliyyətinin  bütün 

funksional  sferalarında  yeniliklərin  yaradılması  və  səmərəliliyin  yüksəldilməsi  prosesi 

planlaşdırmanın,  elmi  tədqiqatların,  layihələrin  işlənib  hazırlanmasmm,  məhsul 

istehsalmm,  marketinqin,  bir  sözlə  bazarda  bütün  salamatqalma  prosesinin  ayrılmaz 

sisteminə  çevrilmişdir.  Müəssisələrin  əksəriyyətində  innovasiya  tədbirlərinin  tətbiq 

sferasmm  genişlənməsini  və  səmərəliliyin  keyfiyyətinin  yüksəldilməsini  təmin  edən 

xüsusi bölmələr, xidmətlər yaradılmalıdır.  nnovasiya sisteminə çox tez-tez, yeniliklərin 

yaradılması  prosesinin  idarə  edilməsi,  kollektivin  yaradıcılıq  potensialmm  daha  yaxşı 

istifadə edilməsi daxil olunur. 

 

 

  




II.3.Azərbaycanda innovasiya iqtisadiyyatının formalaşma prosesinin 

qiymətləndirilməsi 

nnovasiya proseslərinin intensivliyinin artması hazırda qlobal iqtisadi sistemdə 

baş verən dəyişikliklərin mühüm istiqamətlərindəndir.  nkişaf etmiş ölkələrdə ÜDM-in 

artımının 75-90 faizi, MDB ölkələrində isə 10 faizi innovasiya sektoru hesabına təmin 

olunur.  Mövcud  qiymətləndirmələrə  əsasən,  MDB  ölkələri  innovasiya  sahəsindəki 

gerilik nəticəsində ildə orta hesabla 1214 milyard dollar vəsait itirir. 

Ə

gər  ölkə  yeni  dünya  bazarlarına  çıxışı  planlaşdırırsa,  onda  məhz  innovativ 



iqtisadi  artım  ona  belə  imkanı  təmin  edə  bilər,  çünki  innovasiyalar  yeni  malların 

yaradılmasını  təklif  edir,  bu  halda  sərt  rəqabətlə  artıq  mövcud  olan  bazarlarda 

möhkəmlənməyə çalışmaqdansa yeni bazarların yaradılması və onlarda lider mövqeləri 

tutmaq daha məqsədəuyğundur. 

Milli müəssisələrin və iqtisadiyyatın rəqabətə davamlılığının artırılması məqsədi 

ilə  ölkəmizin  istehsal  və  innovasiya  texnologiyalarımn  tətbiqi  sahəsində  başqa  aparıcı 

ölkələrdən  geriliyini  minimuma  endirmək  əsas  hədələrdən  biridir.  Bununla  əlaqədar 

olaraq  innovasiya  fəaliyyətinin  inkişafının  stimullaşdırılmasına  yönəldilmiş  müxtəlif 

tədbirlər işlənməli və tətbiq edilməlidir. 

Hazırda  müstəqillik  şəraitində  Azərbaycan  iqtisadiyyatının  inkişafının  əsas 

amillərindən  birini  ölkənin  innovasiya  potensialı  təşkil  edir.  Məhz  ona  görə  də 

respublikanın  gələcək  sosial-iqtisadi  inkişafı  ilk  növbədə  iqtisadiyyatın  innovasiya 

yoluna  keçirilməsindən,  yeni  texnoloji  proseslərin  yaradılması  və  tətbiqi  ilə  rəqabətə 

davamlı  məhsulların,  əmək  və  maliyyə  ehtiyatlarının  artırılmasından  asılıdır.  Yalnız 

effektiv  elmi  biliklərin  olması  şəraitində  dövlət  istehsala  elmi-texniki  tərəqqinin 

nəticələrini tətbiq edə bilər. 

Elmi  biliklərin  əldə  edilməsində  həmişə  elmi  işçilər  həlledici  rol  oynayır. 

Onların  hazırlanması  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  dövlətlərin  elmi-texniki 

siyasətində aparıcı yer tutur (cədvəl II.1). 

Ölkənin  elmi-kadr  potensialı  innovasiya  prosesinin  bütün  mərhələlərində  əsas 

elementlərdən  biri  kimi  iştirak  etməklə  fundamental  və  tətbiqi  tədqiqatların  əsasını 

təşkil edir. 



 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə