Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

nnovasiya  prosesi  yeni növ  məhsulun  mənimsənilməsi  və  buraxılan  məhsulun 

modernləşdirilməsini,  yeni  maşın,  avadanlıq  və  maerialların  istehsalata  tətbiqini,  yeni 

texnologiyalardan  və  məhsulun  istehsalı  üsullarından  istifadə  edilməsini,  habelə 

istehsalın  təşkilinin  və  mütərəqqi  idarəetmə  metodlarınm,  vasitə  və  qaydalarınm 

tətbiqini nəzərdə tutur. 

nnovasiya prosesi müxtəlif yollarla həyata keçirilə bilər. Hər bir konkret halda 

daha  səmərəli  yolun  seçilməsi  texnologiyanın  xarakteri,  son  məhsul  bazarı,  firmanın 

potensialı, iqtisadi iqlim, rəhbərliyin səriştəlilik dərəcəsi kimi şərt və amillərdən asılıdır. 

stənilən  halda  müxtəlif  qruplar  tərəfindən  həyata  keçirilən  çoxüzlü  və  çoxmərhələli 

proseslərin, bir çox insanlar, bölmə və təşkilatlar arasında dinamik qarşılıqlı təsirin rolu 

böyükdür.  Bununla  yanaşı,  həmişə  uğur  qazanılması  maneə  və  müqavimətin  aradan 

qaldırılması ilə bağlıdır. Odur ki, innovasiyalar təşəbbüssüz və inadsız, habelə istehsal, 

insan, təşkilati və sosial amillər sahəsində iri xərclər çəkmədən mümkün deyildir. 

nnovasiyaların mahiyyəti həmişə eksperiment olmuş və olaraq da qalır. Planlar, 

tədqiqatlar, resursların düşünülmüş bölgüsü nə qədər vacib olsa da bazarın marketinqi 

bundan da vacibdir.  nnovasiya prosesi daxili ziddiyyətlərlə dolu bir prosesdir. 

nnovasiya  prosesini  fundamental,  tətbiqi  tədqiqat,  konstruktor  işləmələri, 

marketinq,  istehsal,  nəhayət  satış  mərhələlərini  keçən,  ardıcıl  olaraq  ideyanı  əmtəəyə 

çevirən  proses  kimi-texnologiyanın  kommersiyalaşdırılması  prosesi  kimi  müəyyən 

etmək olar. 

nnovasiya  prosesi  müxtəlif  mövqelərdən  müxtəlif  detallaşdırma  dərəcəsi  ilə 

baxıla  bilər.  Birincisi,  elmi-tədqiqat,  elmi-texniki,  innovasiya,  istehsal  fəaliyyətinin və 

marktetinqin  paralel-ardıcıl  həyata  keçirilməsi  kimi  nəzərdən  keçirilə  bilər.  kincisi, 

ideyanın  meydana  çıxmasından  onun  işlənib  hazırlanmasına  qədər  yeniliklərin  həyat 

tsiklinin müvəqqəti mərhələləri kimi baxıla bilər. Üçüncüsü, məhsul və ya xidmətlərin 

yeni  növünün  işlənib  hazırlanması  və  yayılmasınm  maliyyələşdirilməsi  və 

investisiyalaşdırılması  prosesi  kimi  verilə  bilər.  Bu  halda  o,  investisiya  layihəsinin 

təsərrüfat təcrübəsində geniş yayılmış xüsusi halı kimi çıxış edir. 




Ümumi  şəkildə  innovasiya  prosesi  ixtiraların,  yeni  texnologiyanın,  məhsul  və 

xidmət  növlərinin,  istehsal,  maliyyə  inzibati  və  s.  xarakterli  qərarların  və  intelektual 

fəaliyyətin digər nəticələrinin alınması və kommersiyalaşdırılmasından ibarətdir. 

Yeni  texnikanın  yaradılması  və  mənimsənilməsi  prosesi  yeni  elmi  biliklərin 

alınmasına  və  daha  mühüm  qanunauyğunluqların  aşkara  çıxarılmasına  yönəldilmiş 

fundamental  tədqiqatlardan(FT)  başlayır.  FT-nin  məqsədi  hadisələr  arasındakı  yeni 

ə

laqələri  açmaqdan,  onların  konkret  istifadəsinə  rəğmən  təbiət  və  cəmiyyətin  inkişaf 



qanunauyğunluqlarım  dərk  etməkdən  ibarətdir.  FT  nəzəri  və  axtarış  tədqiqatlarına 

bölünür. 

Nəzəri  tədqiqatların  nəticələri  elmi  kəşflərdə,  yeni  anlayış  və  təsəvvürlərin 

ə

saslandırılmasında,  yeni  nəzəriyyələrin  yaradılmasında  meydana  çıxır.  Axtarış 



tədqiqatlarına vəzifəsi ideya və texnologiyaların yaradılmasının yeni prinsiplərinin kəşfi 

sayılan  tədqiqatlar  aiddir.  Axtarış  tədqiqatları  ictimai  tələbatın  ödənilməsinin  yeni 

metodlarmm  əsaslandırılması  və  təcrübi  yoxlanması  ilə  başa  çatır.  Bütün  axtarış  FT 

akademik idarələrdə və ali təhsil müəssisələrində olduğu kimi sənayenin iri elmi-texniki 

təşkilatlarında  da  yüksək  elmi  ixtisaslaşma  keçmiş  heyətlə  aparılır.  nnovasiya 

proseslərinin inkişafında fundamental elmin prioritet əhəmiyyəti onunla müəyyən edilir 

ki, bu elm ideyanın generatoru kimi çıxış edir və yeni bilik sahələrinə yollar açır. 

nnovasiya  prosesinin  növbəti  mərhələsi  tətbiqi  elmi-tədqiqat  işləri  sayılır. 

Onların yerinə yetirilməsi mənfi nəticələrin alınmasmm yüksək ehtimalı ilə əlaqədardır. 

Vəsaitlərin  tətbiqi  ET -nin  aparılmasına  qoyulması  zamanı  itkilərin  baş  verməsi  riski 

meydana  çıxır.  nnovasiyaya  investisiyalar  riskli  xarakter  daşıdıqda  onları  risk 

investisiyaları adlandırırlar. 

Təcrübi-konstruktor  və  layihə-konstruktor  işləri  mərhələsi  məhsulun  yeni 

növünün  işlənməsi  ilə  bağlıdır.  Bu  mərhələ  aşağıdakıları  özündə  ehtiva  edir:eskiz-

texniki 

layihələşdirmə, 

işçikonstruktor 

sənədləşməsinin 

buraxılışı, 

təcrübə 


nümunələrinin hazırlanması və sınağı. 

Təcrübi-konstruktor işləri (TK ) adı altında tətbiqi tədqiqatın nəticələrinin yeni 

texnika,  material,  texnologiya  nümunələrinin  yaradılması(və  ya  modernizasiyası, 

təkmilləşdirilməsi)  üçün  tətbiqi  başa  düşülür.  TK -elmi  tədqiqatların  yekun 




mərhələsidir,  laboratoriya  şəraitindən  və  eksperimental  istehsaldan  sənaye  istehsalına 

özünəməxsus şəkildə keçiddir. TK -yə aşağıdakıları aid etmk olar: mühəndis obyektinin 

və  ya  texnikisistemin(konstruktor  işlərinin)  müəyyən  konstruksiyasınm  işlənib 

hazırlanması;yeni  obyektin  ideya  və  variantlarınm  işlənib  hazırlanması;  texnoloji 

proseslərin  işlənib  hazırlanması,  daha  doğrusu,  fiziki,  kimyəvi,  texnoloji  və  digər 

proseslərin əmək prosesi ilə bütöv sistemə birləşdirilməsi üsulları. 

nnovasiya  layihəsinin  mürəkkəbliyindən  asılı  olaraq  innovasiya  fəaliyyətinin 

ilkin mərhələsində həll edilən vəzifələr kifayət qədər müxtəlif ola bilər.  lkin mərhələdə 

işlərin  icraçıları  ali  təhsil  müəssisələrinin,  universitetlərin,  AMEA-nın  institutlarınm, 

dövlət  və  elmi-texniki  mərkəzlərin  alim  və  mühəndis-texniki  işçilərinin  yaradıcı 

kollektivləri sayılır. 

nnovasiya  fəaliyyətinin  nəticələrinin  praktiki  reallaşması  bazar  mərhələsində 

həyata  keçirilməklə  özündə  aşağıdakıları  birləşdirir:  bazara  tətbiq,  bazarın 

genişləndirilməsi, məhsulun yetkinliyi və tənəzzülü. 

nnovasiya  məhsullarmm  işlənib  hazırlanması  prosesində  çox  vaxt  daha 

səmərəli variantların seçilməsi lazım gəlir ki, bu da onların müqayisəsini nəzərdə tutur. 

Tutuşdurulan variantların müqayisəyə gətirilməsi(texnologiya, avadanlıq və s.) istehsal 

olunan məhsul və xidmətlərin həcmi, istehsal resurslarına, məhsul və xidmətlərə qiymət 

və tariflərin səviyyəsi, vaxt amili üzrə təmin edilir. 

nnovasiya məhsulları üzrə müqayisə olunan variantların təhlili imkan verir ki, 

onlardan  hər  birinin  səmərəlilik  səviyyəsi  müəyyən  olunsun.  Belə  informasiya  təkcə 

məsələnin  yekun  həlli  üçün  deyil,  həm  də  innovasiya  məhsulunun  bu  və  ya  digər 

variantmm tətbiqi üçün vacibdir. 

Elmi  tədqiqat  və  təcrübi-konstruktor  işləmələrinin  nəticələri  innovasiya 

məhsulları  kimi  çıxış  edir.  Ona  görə  də  bu  məhsullar  yüksək  yenilik  dərəcəsi  və 

elmtutumluluğunun  adekvat  səviyyəsi  ilə  seçilir.  nnovasiya  məhsullarmm  siyahısı 

kifayət  qədər  geniş  və  müxtəlifdir.  Buraya  nəzəri  və  təcrübi  biliklər,  elmi-tədqiqat 

prosesinin  nəticələri,  yeni  texnika  və  yaxud  texnologiyanın  işlənməsi  nəticəsində 

hazırlanan  elmi-texniki  sənədləşmə,  yeni  əmək  alətlərinin  və  materiallarmm  təcrübi 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə