Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

Cədvəl II.1.  

Azərbaycan Respublikasında elmin əsas göstəriciləri 

 

2000  2005  2008  2009  2010  2011  2012 



lın sonuna 

Tədqiqat və işləmələri yerinə  

yetirən təşkilatların sayı 

137  146  146  148  145  143 

140 

Tədqiqat və işləmələrlə məşğul olan  



heyətin sayı, nəfər 

15809 18164 17942 17401 17924 18687  21573 

elmlər doktorları 

678  705  750  777  843  933 

1329 

fəlsəfə doktorları 



3343  3322  3360  3321  3554  3727  5443 

Bundan başqa, elmı-tədqıqat  

bölmələnnın 

ş

tatında 



oimayan, 

lakin 


tədqiqat  

və işləmələri yerinə yetirən ali  

təhsil müəssisələrində çahşan elmi  

pedaqoji işçilərin sayı, nəfər 

10561 11583 11882 12640 10379 10229  10217 

onlardan: 

elmlər doktorları 

834  956  1 074  1 141  1 045  1 016  938 

fəlsəfə doktorları 

5037  5269  5404  5652  4847  4787  5011 

Akademiklərin sayı - cəmi 

31 


58 

65 


62 

57 


55 

52 


Müxbir üzvlərin sayı - cəmi 

48 


102  113  111  109  105 

100 


I ərzində 

Dövlət büdcəsindən elmə çəkilən xərclər: 

milyon manat 

9.3 


28.8  62.1  83.3  92.8  106.1  116.7 

Umumi daxih məhsula nisbətən, faizlə 

0.2 

0.2 


0.2 

0.2 


0.2 

0.2 


0.2 

dövlət büdcəsinin xərclərinə nisbətən, faizlə  1.2 

1.3 

0.6 


0.8 

0.8 


0.7 

0.7 


Tədqiqat və işləmələrə çəkilən daxili xərclər: 

milyon manat 

15.9  27.5  66.4  88.9  92.1  109.8  117.3 

Umumi daxih məhsula nisbətən, faizlə 

0.3 

0.2 


0.2 

0.3 


0.2 

0.2 


0.2 

Tədqiqat və işləmələrdə istifadə olunan  

ə

sas vəsaitlər, milyon manat 



54.9  79.9  85.1  82.3  97.6  95.2 

88 


 

2011-ci ildə respublika üzrə tədqiqat və işləmələri yeri- nə yetirən təşkilatların sayı 

143, bu işlərlə məşğul olan heyətin sayı isə 18687 nəfər təşkil etmişdir. 

nnovasiya mühiti üçün əlverişli şəraitin yaradılması prosesi olduqca mürəkkəb 

və resurs həcmlidir və əsas rol dövlətə məxsusdur. Buna görə innovasiya fəaliyyətinin 

stimullaşdırılması  üsullarından  biri  əlverişli  vergi  mühitinin  yaradılmasıdır.  Bu 

innovasiya  fəaliyyətli  müəssisələrə  müxtəlif  əlavə  vergi  güzəşti  və  imtiyazların 

verilməsi mexanizmi vasitəsilə baş verir. 

qtisadiyyatın  inkişaf  etdirilməsində  innovasiyaların,  yeni  texnologiyaların 

tətbiqi  ilə  yanaşı,  iqtisadi  münasibətlərin  etibarlılığı  və  sabitliyini  təmin  edən, 




cəmiyyətin praktik olaraq əhəmiyyətli məsələlərinin ən effektiv həllinə imkan yaradan 

hüquqi vasitələr də xüsusi əhəmiyyət daşıyır. 

Qeyd  etmək  lazımdır  ki,  innovasiya  inkişafına  həsr  olunmuş  işlərin 

ə

ksəriyyətində  əsas  nəzərə  çarpdırılan  məsələ  innovasiya  fəaliyyətinin  həyata 



keçirilməsi üçün iqtisadi sistemin resurs imkanlarının qiymətləndirilməsi sayılır. Lakin 

ə

gər  təkcə  resurs  tərkibi  yox,  həm  də  innovasiya  fəaliyyəti  (texnologiya  transferi) 



çərçivəsində resurs axını prosesinin effektivliyi son həllini tapacaqdır. Bununla əlaqədar 

olaraq,  innovasiya  inkişafının  qiymətləndirilməsi  monitorinqinin  aşağıdakı  növlərini 

ayırmaq məqsədəuyğundur: 

1. qtisadi   sistemin  innovasiya  potensialı  monitorinqi.  nnovasiya  inkişaf 

tərkibinin  vəziyyəti  müəyyən  edilir.  Maddi-texniki,  əmək,  informasiya  və  maliyyə 

resursları  kompleksini(    tədqiqatçıların  sayı,  elmi  kadrların  hazırlanması,  tədqiqat  və 

işləmələrə xərclər), eləcə də innovasiya fəaliyyətinə kömək infrastrukturunu xarakterizə 

edən  götəriciləri(innovasiya  strukturlarının,  o  cümlədən  texnologiya  transferi 

mərkəzlərinin  işinin  mövcudluğu  və  effektivliyi,  innovasiya  fəaliyyəti  altında  olan 

sahənin həcmi və s.) istifadə olunur. 

2.  Texnologiyanın  transferi  monitorinqi.  qtisadi  sistemdə  texnologiyanın 

transferi  effektivliyini  xarakterizə  edən  funksional  indeks  qiymətləndirilir.  Bu, 

innovasiya tsikli üzrə hərəkətin kəmiyyətcə yetərliyi və sürəti ilə müəyyən olunur. 

Ölkədə  innovativ  və  yüksək  texnologiyalar  əsasında  rəqabətqabiliyyətli  sənaye 

istehsalının  inkişafı  üçün  münbit  şəraitin  formalaşdırılması,  bu  sahədə  sahibkarlığın 

dəstəklənməsi,  qeyri-neft  sektorunun  davamlı  inkişafının  təmin  edilməsi  və  əhalinin 

istehsal  sahəsində  məşğulluğunun  artırılması  məqsədilə  sahibkarlara  güzəştlər  tətbiq 

edilmişdir. 

nnovasiya  fəaliyyətinin  stimullaşdırılmasına  yönələn  norma  kimi  Vergi 

Məcəlləsinin  113-cü  maddəsini  qeyd  edə  bilərik.  Həmin  maddəyə  əsasən,  gəlir 

götürmək  məqsədi  ilə  aparılan  elmi-tədqiqat,  layihə-axtarış  və  təcrübə-konstruktor 

işlərinə çəkilən xərclər (əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər, habelə 

kapital xarakterli xərclər istisna olmaqla) gəlirdən çıxılır. Bu da vergi ödəyicisinin vergi 



tutulan  gəlirini  azaltmaqla  onun  sərəncamında  əlavə  maliyyə  vəsaitinin  qalmasına 

gətirib çıxarır və bununla da innovasiya yönümlü investisiya fəaliyyətini təşviq edir. 

Bundan  əlavə,  innovasiya  fəaliyyətinin  əsas  elementlərindən  olan  təhsil 

müəssisələrinə  ƏDV  ilə  bağlı  tətbiq  olunan  vergi  güzəştlərini  də  xüsusilə  qeyd  etmək 

lazımdır.  Həmin  güzəştlə  ödənişli  təhsil  xidmətlərinin  göstərilməsi  ƏDV-dən  azad 

edilmişdir.  Buna,  əsasən,  təhsil  xidmətləri  göstərən  müəssisələrin  maliyyə  imkanları 

genişlənməklə  onların  elmi-texniki  bazasının  təkmilləşdirilməsinə,  yeni  texniki 

avadanlıqların  alınıb  quraşdırılmasına,  labora-  toriyaların  zənginləşdirilməsinə,  elmi 

tədqiqatların  miqyasının  genişləndirilməsinə  və  bu  sahədə  fəaliyyət  göstərən  işçilərin 

sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına münbit şərait yaradılmış olur. 

Göründüyü kimi, vergi qanunvericiliyində innovasiya fəaliyyətini həm birbaşa, 

həm  də  dolayısı  ilə  stimullaşdıran  vergi  güzəştləri  öz  əksini  tapmışdır.  Lakin  bu 

stimullaşdırma tədbirləri innovasiya fəaliyyətinin tam olaraq mövcud dövrün tələblərinə 

uyğun  stimullaşdırma  imkanında  deyildir.  Bununla  əlaqədar  olaraq  xarici  ölkələrin 

qüvvədə  olan  qanunvericilik  təcrübəsi  öyrənilməklə  vergi  qanunvericiliyinə  birbaşa 

olaraq  innovasiya  fəaliyyətini  stimullaşdıracaq,  bu  fəaliyyətin  miqyasının  və  sürətinin 

artımına müsbət təsir edəcək vergi güzəştlərinin tətbiqi üçün zəmin yaranmışdır. 

nnovativ  fəaliyyətinin  iqtisadi  tənzimlənməsində  əsas  yeri  dövlət  nöqteyi 

nəzərindən  inkişafı  zəruri  olan  korporasiyaların  fəaliyyətini  həvəsləndirmə  istiqamətli 

vergi güzəştləri tutur. Bu güzəştlərə elmi-texniki inkişafın, ixracat və innovativ biznesin 

işgüzar aktivliyinin stimullaşdırılması aiddir. 

Dünya  ölkələrinin  qanunvericiliklərində  iqtisadi  inkişafın  stimullaşdırılması, 

ə

lverişli  investisiya  mühitinin  formalaşdırılması  və  vergi  ödəyicilərinin  hüquqlarının 



genişləndirilməsi  məqsədləri  üçün  müxtəlif  növ  və  formalı  vergi  güzəştləri  nəzərdə 

tutulur.  Vergi  güzəştlərinin  tətbiqi  dövlətin  iqtisadi  siyasətində  innovasiya  sahəsində 

fəaliyyətin stimullaşdırılmasının mükəmməl və geniş istifadə olunan alətlərindən biridir. 

nnovasiya  fəallığının  stimullaşdırılması  üçün  vergi  güzəştlərindən  istifadəyə 

qarşı  müəyyən  arqumentlər  də  mövcuddur.  Xüsusən  də,  təsərrüfat  fəaliyyətinin 

subyektləri  innovasiya  layihələrini  onlara  güzəştlərin  verilməsindən  asılı  olmayaraq 

həyata keçirə bilərlər. Bu halda innovasiya fəaliyyətini həyata keçirən müəssisəyə vergi 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə