Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

III FƏS L 

AZƏRBAYCANIN M LL   QT SAD YYATININ  NK ŞAFINDA  NNOVAS YA 

S YASƏT N N PERSPEKT VLƏR  

III.1. Azərbaycanda innovasiya iqtisadiyyatının formalaşma istiqamətləri 

 

Azərbaycanda  innovasiyaya  əsaslanan  iqtisadi  sistemin  qurulması,  ölkə 

iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məqsədilə bir sıra kompleks tədbirlər 

həyata keçirilmişdir. 

“2002-2005-ci  illərdə  Azərbaycan  Respublikasında  kiçik  və  orta  biznesin 

inkişafı  Dövlət  Proqramı”nda  ölkə  iqtisadiyyatında  özəl  bölmənin  inkişafını 

sürətləndirmək,  bu  sahəyə  investisiyaların  cəlb  olunmasını  həvəsləndirmək  məqsədilə 

kiçik  və  orta  biznes  subyektlərinin  innovasiya  layihələrinin  maliyyələşdirilməsinə 

kömək  göstərilməsi,  Vençur  fondundan  istifadə  mexanizminin  yaradılması,  Bakı 

şə

hərində  texnoloji  biznes  inkubatorun  yaradılması  istiqamətində  innovasiya  yönümlü 



sahibkarlığın  inkişafına  əlverişli  şərait  yaradılması  üzrə  dövlət  orqanları,  nazirliklərə 

konkret  tapşırıqlar  verilmiş,  nəticədə  srailin  müxtəlif  növlü  texnoloji  inkubatorların 

yaradılması, ikitərəfli fondların təşkili, biznes və investisiya üzrə məsləhət xidmətlərinin 

göstərilməsi  sahələrində  fəaliyyət  göstərən  “Wazana  Group  Ltd”  şirkətinin  qtisadi 

nkişaf Nazirliyinə müraciət edərək Azərbaycanda texnoloji inkubatorun yaradılmasında 

marağını  ifadə  etmişdir.  Şirkət  texnoloji  inkubatorun  fəaliyyəti  ilə  əlaqədar  qarşılıqlı 

razılıq  əsasında  innovativ  texnologiyaların  tətbiqi  əsasında  inkubatorun  tam  fəaliyyət 

göstərməsi  üçün  mexanizmin  yaradılması,  inkubatorun  fəaliyyəti  ilə  bağlı  hər  hansı 

layihə və ya ideya üzrə hüquqi şəxsin təsis olunması  təkliflərini irəli sürmüşlər. 

2007-ci  ildə  qəbul  edilmiş  “Azərbaycan  Respublikasında  nanotexnologiyanın 

inkişaf proqramı” 3 mərhələdə  (I mərhələ - 2010-cu ilə qədərki dövr, II mərhələ - 2010- 

2012-ci  illər,  III  mərhələ  -  2012-2015-ci  illər)  Azərbaycanda  nanomaterialların  və 

nanotexnologiyanın  elmi,  təhsil  və  texnoloji  bazasının  əsaslarını  hazırlamağı, 

nanotexnologiya  sahəsində  işlərin  inkişafı  üçün  elmi  tədqiqat,  innovasiya 

infrastrukturlarının yaradılması və təkmilləşdirilməsini qarşıya məqsəd qoymuşdur. 

Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 15.09.2008-ci il tarixli 

3043  nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə  Azərbaycan 



Respublikasında  yoxsulluğun  azaldılması  və  davamlı  inkişaf  Dövlət  Proqramı”nda 

Sənaye  və  Energetika  Nazirliyinə,  qtisadi  nkişaf  Nazirliyinə  və  Azərbaycan  Milli 

Elmlər  Akademiyasına  sahibkarlığın,  xüsusilə  regionlar  üzrə  inkişaf  etdirilməsində 

“Mövcud  və  yaradılacaq  sənaye  müəssisələrində  innovasiya  yönümlü  texnologiyaların 

tətbiqinin stimullaşdırılması” tapşırılmışdır. 

Azərbaycan  Respublikası  Prezidentinin  11  avqust  2010-cu  il  tarixli  1056 

nömrəli  Sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  rabitə  və 

informasiya  texnologiyalarının  inkişafı  üzrə  2010-2012-ci  illər  üçün  Dövlət 

Proqramı”nda  isə  “Elektron  Azərbaycan”  informasiya  cəmiyyətinin  qurulması 

istiqamətində  vahid  elmi-texniki  və  innovasiya  siyasətinin  həyata  keçirilməsi  əsas 

məqsəd kimi qoyulmuşdur. 

Dövlətin 

innovasiya 

siyasətinin 

müəyyənləşdirilməsində 

Azərbaycan 

Respublikası  Prezidentinin  04.05.2009-ci  il  tarixli  255  nömrəli  Sərəncamı  ilə  təsdiq 

edilmiş  “Azərbaycan  Respublikasında  2009-2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli 

Strategiya”  xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Milli strategiyada innovasiya fəaliyyəti 

infrastrukturunun  inkişaf  etdirilməsi,  o  cümlədən  texnoparklar,  texnoloji  inkubatorlar 

şə

bəkəsinin genişləndirilməsi nəzərdə tutulmuşdur. 



Qeyd olunanlardan əlavə dünyanın qabaqcıl ölkələrinin də innovasiya sahəsində 

təcrübəsi mühüm əhəmiyyət daşıyır. 

Sənaye  parklarının  yaradılması  ölkə  iqtisadiyyatının  inkişafına  və 

modernləşməsinə,  sahibkarlığın  dəstəklənməsinə,  ölkənin  ixrac  qabiliyyətinin 

genişlənməsinə, məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərir. Qlobal 

trendlərə  effektiv  uyğunlaşdırılan  çevik  iqtisadi  siyasətin  prioritet  sahələrindən  biri  də 

sənaye  sektoru  olduğundan,  ölkəmizdə  də  bu  sahənin  inkişafı  diqqət  mərkəzində 

saxlanılır.  “ nkişaf  etmiş  ölkəyə  çevrilmək”  məramını  tərəqqinin  yeni  hədəfi  kimi 

müəyyənləşdirən  Azərbaycanda  iqtisadi  inkişaf  strategiyası  artıq  modernləşmə  xəttinə 

ə

saslanmaqla  tam  innovativ  yönümdə  həyata  keçirilir.  “Azərbaycan  2020  gələcəyə 



baxış”  nkişaf  Konsepsiyasının  əsas  istiqamətlərindən  olan  sənayenin  davamlı 

inkişafının təmin edilməsi məqsədilə dövlət tərəfindən çoxsaylı layihələr hazırlanır, ən 

müasir  infrastruktur  yaradılır,  islahatlar  aparılır.  Ölkə  rəhbərliyinin  müəyyənləşdirdiyi 



sosial-iqtisadi  inkişaf  siyasətinin  prioritet  istiqaməti  iqtisadiyyatın  şaxələndirilməsi, 

qeyri-neft  sektorunun  dinamik  inkişafının  təmin  edilməsi,  rəqabətqabiliyyətliliyinin 

artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsidir. Qeyd edim ki, bu 

sahədə  artıq  müvafiq  qanunvericilik  bazası  yaradılmışdır.  Azərbaycan  Respublikası 

Prezidentinin  24  aprel  2013-cü  il  tarixli  fərmanı  ilə  təsdiq  edilmiş  “Sənaye  parkları 

haqqında  Nümunəvi  Əsasnamə”  sənaye  parklarının  yaradılması,  idarə  edilməsi  və 

onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox 

mühüm baza sənədidir. Bu siyahıya həm də, “Azərbaycan Respublikasında  2014-cü ilin 

“Sənaye  ili”  elan  edilməsi  ilə  bağlı  Tədbirlər  Planı”nın  təsdiq  edilməsi  haqqında  və 

“Azərbaycan  Respublikasında  kosmik  sənayenin  yaradılması  və  telekommunikasiya 

peyklərinin  orbitə  çıxarılması”  haqqında  Azərbaycan  Respublikası  Prezidentinin 

sərəncamlarını  əlavə  etmək  olar.  Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  Azərbaycanda 

kosmik  sənayenin  yaradılması  ölkədə  iqdisadiyyatın  yeni  sahəsinin  inkişafına  təkan 

verməklə ölkə iqdisadiyyatının müasir dünyaya inteqrasiyasını sürətləndirir. 

Qeyd  etmək  lazımdır  ki,  “Azərbaycan  Respublikasında  kosmik  sənayenin 

yaradılması  və  telekommunikasiya  peyklərinin  orbitə  çıxarılması  haqqında”  ölkə 

başçısının  sərəncamı,  həmçinin,  “Kosmik  sənayenin  yaradılması  və  inkişafı  üzrə” 

Dövlət  proqramının  təsdiq  edilməsi  ölkədə  kosmik  sahənin  inkişafına  xüsusi  zəmin 

yaratmışdır. 

Azərbaycanda  kosmik  sənayenin  yaradılması  və  telekommunikasiya 

peyklərinin,  o  cümlədən  digər  çoxməqsədli  peyklərin  orbitə  çıxarılması  ilk  növbədə 

informasiya  mübadiləsinin  xarici  ölkələrdən  asılılığının  aradan  qaldırılması  və 

informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr 

üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu 

yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın 

formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti 

ilə seçilir. 

Azərbaycanın  ilk  peyki  olan  “Azerspace-1”  telekommunikasiya  peyki  7  fevral 

2013-cü  il  tarixində  Fransız  Qvianasında  (Cənubi  Amerikada,  Fransanın  inzibati 

idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə