Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   2   3   4   5   6   7   8   9   ...   24

ə

mtəələrin  (xidmətlərin)  reallaşdırılmasının  yeni  forma  və  metodlarından  istifadə 

edilməsi və s. çıxış edir. 

Azərbaycanın  innovasiya  sisteminin  yaradılmasını  və  innovasiya  fəaliyyətinin 

genişləndirilməsini şərtləndirən əsas amillər aşağıdakılardan ibarətdir: 

- iqtisadi təhlükəsizliyin təmin edilməsi, yeni texnologiyalar sahəsində imkanların 

beynəlxalq iqtisadi əlaqələrdə istifadəsi; 

- elmi-texniki və innovasiya sferalarında dövlət siyasətinin aparılması; 

-  elmi  nəticələrin  ənənəvi  inzbati-amirlik  metodları  ilə  tətbiqinin  yenisi  ilə  əvəz 

edilməsinin labüdlüyü; 

- ölkənin əmək potensialının bütün növləri və ilk növbədə yüksək ixtisaslı kadrlar 

üçün iş yerlərinin yaradılması zərurəti; 

- elm tutumlu istehsal mədəniyyətinin yenidən bərpa edilməsi. 

Yuxarıda sadaladığımız faktorlar və həmçinin bu mövzunun bütün aspektlərinin 

lazımınca araşdırılması tədqiqat işinin mövzusunun aktuallığını şərtləndirir. 

Tədqiqatın məqsəd və vəzifələri. Magistr işinin əsas məqsədi milli iqtisadiyyatın 

inkişafında  innovasiyanın  mahiyyəti  və  xüsusiyyətləri,  mövcud  vəziyyətinin  təhlili, 

innovasiya  siyasətinin  perspektivləri,    ölkəmizdə  innovasiya  iqtisadiyyatının 

formalaşma istiqamətlərinin araşdırılması və öyrənilməsidir. 



Tədqiqatın  informasiya  və  nəzəri  əsasları.  nformasiya  mənbəyi  kimi  mövzu 

ilə  əlaqədar  mövcud  milli  və  xarici  elmi  və  dərslik  ədəbiyyatından,  yerli  və  xarici 

alimlərin və mütəxəssislərin araşdırmalarından, internet saytlarından istifadə edilmişdir.  

Ölkəmizdə  özəl  sektorun  daha  da  inkişaf  etdirilməsi  istiqamətində  həyata 

keçirilən  məqsədyönlü  tədbirlər  nəticəsində  bu  gün  sahibkarlıq  Azərbaycan 

iqtisadiyyatının  inkişafında başlıca  rol  oynayır.  Müasir  dünya  iqtisadiyyatı  göstərir ki, 

iqtisadi və sosial inkişafın aparıcı amillərindən birinə çevrilən sahibkarlıq fəaliyyəti, o 

cümlədən özəl sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi mümkün 

deyil.  Çünki  sahibkarlıq  dinamizm,  təşəbbüs,  yenilik,  yüksək  məhsuldarlıq  anlayışları 

ilə sıx bağlıdır.  

Bütün  beynəlxalq  aparıcı  qurumlar  iqtisadi  inkişafla  bağlı  Azərbaycanı 

nümunəvi  ölkə  kimi  qiymətləndirir.  Son  10  il  ərzində  Azərbaycan  qədər  inkişaf  edən 




ikinci ölkə olmayıb. On ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Əgər ilk illərdə bu 

artım  daha  çox  neft amili  sayəsində  olmuşdusa,  hazırda  qeyri-neft  sektorunun  inkişafı 

bu artımı təmin edir və gələcəkdə də təmin edəcək. 

Cəmiyyət  inkişaf  prosesinin  elmi-intellektual  əsaslar  üzərində  qurulmuş  yeni 

innovasion  mərhələsinə  qədəm  qoymuş,  Azərbaycanda  yüksək  ixtisaslı  kadrlar 

hazırlayan yeni-yeni ali və orta ixtisas məktəbləri açılmışdır. Ulu öndərin 2003-cü il 17 

fevral  tarixdə  imzaladığı  "Azərbaycan  Respublikasının  inkişafı  naminə  informasiya-

kommunikasiya  texnologiyaları  üzrə  Milli  Strategiya  (2003-2012-ci  illər)"  müasir 

informasiya  texnologiyalarının  Azərbaycanda  tətbiqi  sahəsində  strateji  vəzifələri 

müəyyənləşdirmişdir.  lk dəfə olaraq məhz bu sənəddə dövlətin innovasiya inkişafında 

elmin rolu önə çəkilmiş, elmtutumlu yeni texnologiyaların inkişafı məsələsi zəruri tələb 

kimi əksini tapmışdır. 



Tədqiqatın elmi-praktiki əhəmiyyəti. Tədqiqatın elmi-nəzəri müddəaları gələcək 

elmi tədqiqatın işlərində, elmi və pedaqoji fəaliyyət sahəsində istifadə oluna bilər. 

Bu  dissertasiya  işində  əsasən,  ölkəmizin  iqtisadi  inkişafında  innovasiya 

siyasətinin perspektivlərindən bəhs edilir, innovasiya proseslərinin mövcud vəziyyətinin 

təhlili aparılmış və müəyyən nəticəyə gəlinmişdir. 

Dissertasiyanın  strukturu.  Dissertasiya    işi  giriş,  3  fəsil,  nəticə  və  istifadə 

olunmuş ədəbiyyat siyahısından ibarətdir.  

 



I FƏS L 

M LL   QT SAD YYATIN  NK ŞAFINDA  NNOVAS YA AM LLƏR N N 

ÖYRƏN LMƏS N N NƏZƏR  ƏSASLARI 

I.1.Milli iqtisadiyyata, onun inkişafına dair nəzəriyyələr və konsepsiyalar 

qtisadi  ədəbiyyatda  milli  iqtisadiyyat  təliminin  ilkin  tədqiqatçıları  kapitalizm 

cəmmiyyətinin nümayəndələri, klassik iqtisadi nəzəriyyə məktəbinin yaradıcıları A.Smit 

və  D.Rikardo  olmuşlar.  Onlar  hesab  edirdilər  ki,  milli  iqtisadiyyatın  formalaşması 

cəmiyyətin iqtisadi inkişafınmın qanunauyğun nəticəsidir. Нər bir ölkə iqtisadi inkişafının 

müəyyən  mərhələsində  müstəqil  milli  iqtisadiyyat  formalaşdırmaq  səviyyəsinə  gəlib 

çıxacaqdır.  Ölkələr  iqtisadi  inkişaf  səviyyələrinə  görə  bir-birindən  fərqləndikləri  üçün 

milli iqtisadiyyatın formalaşmasına bir qrup ölkələr tez, digər qrup ölkələr isə gec gəlib 

çıxırlar. Milli iqtisadiyyat ölkənin istehsal sahələri arasında iqtisadi əlaqələrin çevikliyini, 

təkrarlığını,  milli  maraqların  ödənilməsini  tələb  etdiyindən  onun  formalaşması  da  bu 

münasibətlərin  kifayət  dərəcədə  yetkinləşdiyi  kapitalizm  cəmiyyətində  baş  verir. 

Kapitalist  istehsal  münasibətləri  müxtəlif  iqtisadi  alətləri  hərəkətə  gətirməklə  (kapitalın 

sərbəst şəkildə bir sahədən digərinə axması, milli resurslardan səmərəli istifadənin bazar 

mexanizmi, əmək bölgüsünün dərinləşməsi) iqtisadiyyatın bir tam kimi inkişaf etməsini 

stimullaşdrır.  qtisadiyyatın  bütün  sahələri  istehsal  amillərinin  səfərbər  edilməsi 

nəticəsində gəlir gətirmək imkanına malik olduğundan heç bir saə kapitalın diqqətindən 

kənarda qalmır. A.Smit, D.Rikardo öz dövrlərinin irıkişaf etmiş ölkəsi  olan   ngiltərənin  

iqtisadiyyatını  tədqiq  edərək  bu  qənaətə  gəlmişlər  ki,  bazar  iqtisadi  münasibətlərinin 

sistemli  inkişafı  ngiltərənin  iqtisadi  həyatında  bir  tamlıq  yaratmışdır  ki,  bu  da  milli 

iqtisadiyyat üçün səciyyəvidır  

Artıq  XVII-XVIII  əsrlərdə  ngiltərədə  kapitalist  münasibətləri  kifayət  dərəcədə 

inkişaf  etmişdi.  nkişaf  etmiş  ölkənin  iqtisadiyyatı  onu  təşkil  edən  struktur  ünsürlərinin 

qarşılıqlı əlaqə və təsiri şəklində fəaliyyət göstərirdi. Həm də bu fəaliyyət xarici aləmdən 

təcrid  olunmuş  şəkildə  deyil,  onunla  sıx  əlaqədə  baş  verirdi.  Bu  baxımdan,  milli 

iqtisadiyyat  dedikdə  daxili  və  xarici  iqtisadi  amillərin  təsiri  altında  qarşılıqlı  əlaqə  və 

asılılıqda  olan  və  fəaliyyət  göstərən  təsərrüfat  ünsürlərinin  ölkə  miqyasında  mövcud 

xüsusi  kompleksini  başa  düşmək  olar.  Milli  iqtisadiyyat  daha  çox  mənafelərin 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə