Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
    Bu səhifədəki naviqasiya:
  • II.2.Az

 əqli  mülkiyyət  kommersiyasını  inkişaf  etdirmək,  elmi  potensialdan  səmərəli 

istifadəni sürətləndirmək; 

 texnoloji və əqli resursların təsərrüfat dövriyyəsinə cəlb edilmə mexanizminin 

səmərəliliyini artırmaq; 

 innovasiyanın idarə olunması sahəsində kadr hazırlığını genişləndirmək; 

 innovasiya  tətbiqini  genişləndirmək  üçün  vençur  maliyyələşməsini  inkişaf 

etdirmək; 

 innovasiya infrastrukturunun yaradılmasının masştabını genişləndirmək; 

 elmi  kadrların  yaş  həddinin  yüksəkliyini  nəzərə  alaraq,  elmi-texniki  mühitə 

gənclərin axınını artırmaq məqsədilə elmin maliyyələşməsini gücləndirmək. 

Sadaladığımız  problemlərin  aradan  qaldırılması  M S-in  kompleks  şəkildə 

dövlətin  iqtisadiyyatının  dayanıqlı  inkişafını  təmin  edər  və  əhalinin  sosial-iqtisadi 

səviyyəsini daim yüksəldər. 



II.2.Azərbaycanda milli iqtisadi inkişafın innovasiya istiqamətinin mövcud 

vəziyyətinin təhlili 

Azərbaycan  dövlətinin  qeyri-neft  sektoruna  diqqət  artırmasının  mahiyyətində 

davamlı  iqtisadi  inkişafı  təmin  etmək  istəyinin  dayanması  hamıya  məlumdur.  Uzun 

illərdir iqtisadiyyatın hərtərəfli inkişafı üçün ciddi mənbə rolunu oynayan neft və qazın 

tükənən  sərvətlər  olması  dövlətimizi  qeyri-neft  sektorunun  aparıcı  qüvvəyə  çevrilməsi 

istiqamətində fəaliyyətini daha da gücləndirməyə sövq edir. Belə ki, yeni artım mənbəyi 

kimi  informasiya-kommunikasiya  texnologiyalarının  ( KT),  turizm  və  kənd  təsərrüfatı 

sahələrinin  inkişafına  diqqət  ayrılması  nəticəsində  müasir  şəraitdə  səmərəli  iqtisadi 

münasibətlərin formalaşması üçün güclü zəmin yaranmış və yeni iqtisadiyyatın əsasını 

təşkil edən bilik iqtisadiyyatının güclənməsinə təkan vermişdir. 

Ümumiyyətlə,  “bilik  iqtisadiyyatı”  və  ya  “biliyə  əsaslanan  iqtisadiyyat” 

terminləri  ötən  əsrin  90-cı  illərindən  elmdə  geniş  istifadə  olunmağa  başlanmışdı.  Bu 

yeni növ iqtisadiyyatı fərqləndirən əsas amil də bilik və insan kapitalına söykənməsidir. 

Hazırda inkişaf etmiş ölkələrdə iqtisadi artım tempinin əsas mənbəyinin də məhz bilik 

istehsalının  olması  heç  kimə  sirr  deyil.  Dinamik  inkişaf  edən  dünyada  iqtisadiyyatın 

rəqabət  qabiliyyəti  və  sosial-iqtisadi  inkişaf  tempinin  təmin  edilməsinin  iqtisadi 

subyektlərin  müasir  KT-in,  yeni  bazarların  öyrənilməsi  və  tətbiqindən,  biliklərin 

artırılması və onun əqli kapitala çevrlməsindən asılı olduğu da məlumdur. Qeyd etmək 

vacibdir ki, hər hansı bir ölkənin iqtisadi artımı həm dövlət, həm də cəmiyyət tərəfindən 

uzunmüddətli  cəhdlər  göstərilməsini  tələb  edir.  Bu  cəhdlərin  də  əsasında  elm  və 

innovasiyalar  sahəsində  təsirli  dövlət  siyasəti  dayanır.  Dünyanın  qabaqcıl  ölkələrində 

innovasiyalar sahəsində həyata keçirilən siyasət dövlətin iqtisadi siyasətinin vacib tərkib 

hissəsindən  biridir  və  yeni  məqsədlər  nəzərə  alınaraq,  hər  5-10  ildən  bir  yenidən 

formalaşdırılır.  Məsələn,  elm,  KT  və  innovasiyalar  sahəsində  uzun  illərdir  liderliyini 

qoruyan  ABŞ-ın  son  30  il  ərzində  elm  və  innovasiyalar  sahəsindəki  siyasəti  dəfələrlə 

dəyişikliklərə  məruz  qalmışdır.  Avropa  Birliyi,  Yaponiya  və  yeni  sənaye  ölkələri  də 

innovasiya siyasətinin formalaşmasına böyük diqqət ayırır. Keçid iqtisadiyyatı dövrünü 

yaşayan  ölkələrdə  də  elm  və  innovasiyalar  sahəsində  dövlət  siyasətinin  formalaşması 

birinci dərəcəli əhəmiyyət kəsb edir. 



Azərbaycan  da  “bilik  istehsal  edən”  ölkələr  sırasında  layiqli  yerini  tutur  . 

Prezident  lham Əliyev bununla bağlı çıxışlarında qeyd etmişdir ki, “qara qızıl”ın insan 

kapitalına  çevrilməsi  Azərbaycanda  real  vəziyyətdir.  Buna  görə  də,  təsadüfi  deyil  ki, 

qeyri-neft  sektorunun  inkişafında  böyük  rol  oynayan  KT  və  innovativ  fəaliyyəti 

dəstəkləyən  dövlət  milli  iqtisadiyyatımızın  modern  relslər  üzərində  irəliləməsi  üçün 

strateji istiqamətlər müəyyənləşdirmişdir. Belə istiqamətlərdən biri innovativ inkişafdır 

və  bu  inkişaf  Azərbaycanda  fəaliyyət  göstərən  şirkətlərin  müasir 

KT-in 


mənimsənilməsini,  rəqabətqabiliyyətli  məhsulların  istehsalını  və  ixracat  bazarlarının 

genişləndirilməsini  əhatə  edir.  Dinamik  inkişaf  edən  bazarların  gücləndirilməsi  və 

rəqabəti  təmin  edən  fəaliyyətin  dəstəklənməsi  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 

istiqamətdə  fəaliyyətini  günün  tələbləri  səviyyəsində  quran  Azərbaycan  dövləti 

investisiyaların  cəlb  olunması  üçün  ölkəmizin  cəlbediciliyini  artırır.  Növbəti  vacib 

istiqamət  kimi  yeni  KT-in  tətbiqi  ilə  istehsalatın  genişləndirilməsini  göstərmək  olar. 

Daha  ətraflı  qeyd  etsək,  bu  istiqamətdə  yeni  texnologiyaların  tətbiqi  ilə  istehsalatın 

genişləndirilməsi  milli  iqtisadiyyatın  sonrakı  mərhələlərində  iqtiadiyyatın  dirçəlməsi, 

bilik  iqtisadiyyatı  və  sənayedə  rəqabət  qabiliyyətinin  artması  güman  olunur.  nsan 

kapitalının  inkişafı  və  iqtisadi  artımı  təmin  edən  yeni  mənbələrin  yaradılmasını  da 

mühüm istiqamətlər kimi qeyd etmək mümkündür. 

Bu gün artıq şühbə doğurmur ki, müasir dövrdə mühüm məsələlərdən biri dünya 

ölkələrinin inkişaf prosesindən geri qalmamaq, iqtisadiyyarın səmərəliliyini və rəqabət 

qabiliyyətini  artırmaq  və  onun  innovasiya  əsaslı  irəliləyişini  təmin  etməkdir.  Yəni 

ə

nənəvi  iqtisadiyyatdan  bilik  iqtisadiyyatına  keçidi  təmin  etmək  strateji  məqsəd  kimi 



dövlət qarşısında dayanmışdır. Belə bir vacib tapşırığın yerinə yetirilməsi üçün də yeni 

iqtisadi  modelin  formalaşdırılması  zərurət  kimi  ortaya  çıxır.  Təhsil  sistemində 

yeniliklərin tətbiqini və  KT-nin, həmçinin elmin inkişafını özündə ehtiva edən bu yeni 

iqtisadi  modeldən  də  istifadə  sağlam  rəqabəti  təmin  edən  səmərəli  dövlət 

tənzimlənməsinin  və  sosial-iqtisadi  inkişafa  kompleks  yanaşılmasının  vacib  prinsiplər 

kimi  rəhbər  tutulmasını  və  iqtisadiyyatın  innovasiya  inkişafının  əsas  götürülməsini 

zəruri  edir.  Buna  görə  də,  strateji  məqsədə  nail  olmaq  istiqamətində  atılmış  addımlar 

nəticəsində bu gün Azərbaycanda real imkanlar yaranmış və ölkəmiz innovasiyaların və 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə