Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

texnologiyaların  keyfiyyətcə  yeni  inkişaf  mərhələsinə  qədəm  qoymuş,  ölkəmiz  yeni 

texnologiyalar sahəsində tərəqqiyə nail olmuşdur. Prezident  lham Əliyevin dediyi kimi, 

yeni 

texnologiyaların, 



informasiya-kommunikasiya 

texnologiyalarının 

tətbiqi 

Azərbaycanda  geniş  vüsət  almışdır:  “Biz  bu  sahədə  bölgədə  birinci  yerlərdəyik. 

Ümumiyyətlə, dünya miqyasında reytinq siyahılarında qabaqcıl yerlərdəyik”. 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən “2014-cü il qlobal innovasiya 

indeksi:  innovasiyada  insan  amili”  adlı  hesabatda  da  Azərbaycanın  sözügedən  sahədə 

uğur əldə etdiyi bildirilir.  nstitutlar, insan kapitalı və tədqiqat, infrastruktur, bazarın və 

biznesin  mükəmməlliyi,  bilik  və  texnologiya  səmərəliliyi,  yaradıcı  səmərəlilik  kimi 

qlobal  innovasiya  indeksi  meyarlarına  görə  Azərbaycanın  nəzərəçarpacaq  dərəcədə 

irəliləyişə  nail  olunduğu  qeyd  edilir.  Ölkəmizin  biznesin  qurulmasının  asanlığı  (13-cü 

yer),  bazarın  mükəmməlliyi  (26-cı  yer),  mikromaliyyələşdirmə  kreditləri  (15-ci  yer), 

sərmayə  (10-cu  yer),  sərmayədarların  qorunmasının  asanlığı  (21-ci  yer),  qeyri-kənd 

təsərrüfatı  sahəsində  bazara  giriş  tarifi  (9-cu  yer),  birbaşa  investisiyaların  xaricə  axını 

(8-ci yer), informasiya-kommunikasiya texnologiyaları və təşkilatı modelin yaradılması 

(23-cü yer) göstəriciləri üzrə öncül sıralarda yer alması dövlətin qeyri-neft sektorunun 

inkişafına verdiyi yüksək qiymətin nəticəsi kimi qəbul etmək olar.   

Bundan  başqa,  Vətəndaşlara  Xidmət  və  Sosial  nnovasiyalar  üzrə  Dövlət 

Agentliyinin  təsis  edilməsi  və  uğurla  fəaliyyət  göstərməsi  Prezident  lham  Əliyevin 

innovasiyalar  məsələsinə  önəm  verdiyini  bir  daha  təsdiqləyir.  Vətəndaşlara  dövlət 

qurumları  tərəfindən  göstərilən  xidmətlərin  müasir  innovasiyaları  tətbiq  etməklə  daha 

keyfiyyətli və rahat şəkildə həyata keçirilməsi artıq günün reallığına çevrilmişdir. Qeyd 

etmək vacibdir ki, bütün bunların reallaşdırılması dövlət idarəçiliyində yeni mərhələdir 

və  yüksək  peşə  vərdişlərinə  yiyələnmiş  gənc  kadrların  yetişməsinə  də  böyük  təkan 

verəcəkdir.  Bu  da  etiraf  olunmalıdır  ki,  KT  sahəsində  əldə  olunan  nailiyyətlər 

sayəsində  belə  yeni  imkanlar  yaratmaq  mümkün  olmuşdur.  Dövlət  başçısı  lham 

Ə

liyevin vurğuladığı  kimi,  KT  sahəsində  Azərbaycan son  illər  ərzində böyük  uğurlar 



ə

ldə  editmişdir:  “Bu,  həm  biznes,  həm  zəka,  intellekt  sahəsidir.  Eyni  zamanda, 

innovasiya  və  şəffaflığa  təkan verən, xidmət  göstərən bir  sahədir.  Biz  bu imkanlardan 



daha  da  geniş  şəkildə  istifadə  etməliyik.  Elektron  xidmətlərin  sayı  artmalıdır  və  bu 

sahədə görülən işlər davam etdiriləcəkdir”. 

Beləliklə,  dinamik  inkişaf  mərhələsində  olan  Azərbaycanda  çoxşaxəli  və 

innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, şaxələndirilməsi, əhalinin rifahının 

beynəlxalq  standartlara  çatdırılması  elmin,  mədəniyyətin,  bir  sözlə,  ictimai  həyatın 

bütün  sahələrində  yeni  nailiyyətlərin  əldə  olunmasına  imkanlar  yaradır.  Bilik 

iqtisadiyyatının  güclü  inkişafına  nail  olmaq  üçün  Prezident  lham  Əliyevin  sərəncamı 

ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış”  nkişaf Konsepsiyası da innovasiya 

yönümlü  institutların  yaradılması  və  müasir  modelin  formalaşdırılması,  sosial 

infrastrukturun  təkmilləşdirilməsi  üçün  geniş  imkanlar  açır.  Vacib  məqsədlərə  nail 

olmaq  üçün  ilk  növbədə  təbii  resurslardan  asılılığın  azaldılması  və  qeyri-neft 

sektorunun inkşaf etdirilməsi ilə yanaşı, elmtutumlu istehsal sahələrinə, innovasiyalara 

diqqətin  artırılması  nəzərdə  tutulmuşdur.  Bu  istiqamətlərdə  real  nəticələr  əldə  etmək 

üçün  biliklərə  əsaslanan  iqtisadiyyatın  formalaşması,  KT-dən  səmərəli  istifadə 

edilməsi,  iqtisadi  inkişafda  yüksək  rentabelliyə  nail  olmaq  üçün  yeni  təfəkkürlü, 

yaradıcı gəncliyin formalaşması məsələlərini ön plana çıxarmışdır.  Konsepsiyanın əsas 

strateji  baxışı-  mövcud  imkanları  və  ehtiyatları  nəzərə  alaraq  Azərbaycanda  sabit 

iqtisadi  artımın,  ölkənin  ictimai  həyatında  vətəndaş  cəmiyyətinin  aktiv  statusunun 

üstünlüyünün  tam təminatı ilə xarakterizə olunan inkişaf mərhələsinə nail olmaqdır. Bu 

baxımdan  demək  olar  ki,  həyata  keçirilən  sosial-iqtisadi  siyasət  Azərbaycanda  hər  bir 

vətəndaş üçün geniş imkanlar yaradır. 

Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafını 

təmin  edir.  Ulu  öndər  Heydər  Əliyev  tərəfindən  müəyyənləşdirilmiş,  möhtərəm  cənab 

Prezident  lham  Əliyev  tərəfindən  müasir  qlobal  çağırışlar  əsasında  zəngiləşdirilərək, 

uğurla  davam  etdirilən  milli  inkişaf  strategiyası  ölkəmizin  və  xalqımızın  gələcəyinə 

böyük nikbinliklə baxmağa imkan verir. 

Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən dövlət kimi 

tanınır.  Bunun  başlıca  səbəbi  elmi  əsaslara  söykənən  iqtisadi  islahatların  siyasi 

islahatlarla  tamamlanması,  uzlaşdırılmasıdır.  Azərbaycanın  bu  təcrübəsi  dünyada 

maraqla qarşılanır və öyrənilir. 




Dövlətimizin  başçısının  qarşıya  qoyduğu  ən  mühüm  vəzifələr  sırasında  sosial-

iqtisadi inkişafın innovativ və kreativ vasitələrlə sürətləndirilməsi mühüm yer tutur. 

Müasir  qloballaşma  şəraitində  texnologiya  sahəsində  baş  verən  yeniliklər 

firmalar, xüsusilə də kiçik müəssisələr üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir. 

Innovasiyanın səmərəliliyi xeyli dərəcədə bu sahədə çalışanların, o cümlədən firmaların, 

elmi-tədqiqat  müəssisələrinin,  universitetlərin  peşəkarlıq  fəaliyyətindən,  onların  yerli, 

milli  və  beynəlxalq  səviyyədə  əlaqələrindən  asılıdır.  Digər  tərəfdən,  innovasiya 

sisteminin səmərəliliyinə təsir edən amillər sırasına fərdləri və müəssisələri öyrənməyə 

stimullaşdıran  şərtlər,  maliyyə  sisteminin  etibarlılığı,  bu  sahədə  dövlət 

tənzimlənmələrinin  səmərəliliyi  və  s.  aid  olunur.  Təsadüfi  deyildir  ki,  prof.  D.Ə. 

Vəliyev  innovasiya  prosesinin  milli  iqtisadiyyata  müsbət  təsir  göstərə  bilməsinin 

mühüm şərtlərindən biri kimi elmi-tədqiqat müəssisələri və universitetlər ilə sahibkarlar 

arasında qarşılıqlı  əlaqələrin  yaradılmasını  və  inkişaf  etdirilməsini qeyd  edir.  Alim  bu 

sahədə  dövlətin  vəzifələri  sırasına  innovasiya  sisteminin  gücləndirilməsini,  innovasiya 

üçün  zəruri  şəraitin  yaradılmasını,  yeni  texnologiyanın  yayılmasını,  şəbəkələşmə  və 

təmərküzləşmənin tətbiqini daxil edir. 

Prof.  A.B.Abbasova  görə  innovasiya  prosesini  səciyyələndirən  cəhətlər 

aşağıdakılardan ibarətdir: 

-  qarşıya  qoyulan  məqsədə  çatmaq  üçün  çoxlu  qeyri-müəyyən  yolların  və 

yüksək riskin mövcudluğu; 

dəqiq proqnoz qiymətləndirilməsinin aparılmasmm qeyri- mümkünlüyü; 



iqtisadi münasibətlərin mövcud olduğu sferada gərginliyin aradan qaldırılması; 

innovasiya prosesinin bilavasitə iştirakçılarınm mənafelərini qorumaq zərurəti. 



nnovasiya prosesi dedikdə, müəssisənin hər bir həlqəsinin işinin rentabelliyinə 

nəzarət  zamanı  onun  fəaliyyətinin  müxtəlif  sferalarınm  balanslaşdırılmasınm 

təkmilləndirilməsi  başa  düşülür.  Bütün  yeniliklər  firmanın  işinin  müxtəlif  tərəflərinin 

sistemli, kompleks təhlili əsasında aparılır ki, burada da ən başlıcası alınmış nəticələrin 

artıq əldə edilənlərlə deyil, bazarın həmin vaxtda malik odluğu potensiala(tutumluluqla) 

müqayisə etməkdən ibarətdir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə