Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   16   17   18   19   20   21   22   23   24

inkişaf  tempinin  daha  da  sürətləndirilməsi  bu  sektorda  innovasiya  fəaliyyətinin 

səmərəliliyinin  daha  da  artırılmasından  asılıdır.  Bank  sektorunda  innovasiya 

fəaliyyətinin  qiymətləndirilməsi  və  innovasiya  fəaliyyətində  mövcud  olan  maneələrin 

aradan qaldırılması aktual məsələlərdən biridir.  

Dünya  inkişafının  müasir  mərhələsinin  səciyyəvi  xüsusiyyəti  insan 

sivilizasiyasının sənaye cəmiyyətindən postsənaye cəmiyyətinə keçid sayılır. Bu isə, hər 

ş

eydən  əvvəl  elm  və  texnikanın  cəmiyyət  həyatının  bütün  tərəflərinə  daha  da 



güclənməkdə  olan  təsirinin  qlobal  xarakteri  ilə,  irimiqyaslı  sosial-  iqtisadi  və  tarixi 

dəyişikliklərə  aparan  elmi  texnoloji  irəliləyişlərə  əlaqədardır.  Buna  uyğun  olaraq, 

iqtisadi  artımın  əsas  amillər  və  mənbələr  dəsti  də  dəyişir.  Bunlar  içərisində  iqtisadi 

sistemin  inkişafı  səviyyəsinə  təsir  göstərmək  qabiliyyətinə  malik  təbii  resurslar  və 

kapitalla yanaşı, inteqral resursa çevrilə bilən elmi biliklər daha mühüm əhəmiyyət kəsb 

etməyə  başlayır.  Təcrübə  müstəvisində  bu,  yeni  biliklərin  məhsul  və  ya  texnoloji 

yeniliklərə  çevrilməsini  təmin  edən  innovasiya  prosesini  ön  plana  keçirir.  nnovasiya 

prosesi  əslində  təkrar  istehsal  tipini,  sosial-iqtisadi  münasibətlərin  keyfıyyətini 

dəyişməklə  və  özünəməxsus  yığım  forması,  xüsusi  sərvət  strukturu  və  yığım 

effektivliyinin  xüsusi  qiymətləndirmə  meyarları  kəsb  edən  yeni  innovasiya  yönümlü 

iqtisadiyyatı  yaratmaqla  bütün  təsərrüfatçılıq  sisteminin  fəaliyyətində  hakim  rol 

oynamağa  başlayır.  Nəzəri  cəhətdən  hazırda  innovasiya  iqtisadiyyatının  formalaşması 

haqqında  danışmaq  olar.  Bu  zaman  ıqtısadı  artım  kımı  istehsalın  intellektləşdirilməsi 

çıxış  edir,  yəni  ÜDM  artımı,  əsasən,  elmtutumlu  məhsul  və  xidmətlərin  buraxılışı  və 

reallaşdırılması  hesabına  əldə  edilir.  Ümumən,  bu  tipli  iqtisadiyyatın  maddi  bazası 

yüksək inkişaf etmiş maşınqayırma ilə keyfıyyətcə istehsalın yeni təşkili ilə xarakterizə 

olunur  ki,  bunun  da  əsasında  istehsal  proseslərinin  avtomatlaşdırılmasını, 

informasiyalaşdırılmasını  və  intellektləşdirilməsini  təmin  edən  elmtutumlu  sahələr 

dayanır. 

Beləliklə,  innovasiyaya  yeniliyin  yaradılması,  yayılması  və  istifadəsi  üzrə 

inkişaf  etməkdə  olan  kompleks  sistem  kimi  baxılır  və  o,  innovasiya  fəaliyyətinin 

inkişafına  və  səmərəliliyin  yüksəldilməsinə  kömək  edir.  nnovasiya  adı  altında 




aparılmış elmi-tədqiqat nəticəsində istehsala tətbiq olunan obyekt və yaxud da özündən 

ə

vvəlki analoqundan keyfiyyətcə fərqli edilmiş kəşf başa düşülür. 



nnovasiya  menecmentində  iki  əsas  istiqamət  ayrılır.  Birinci  istiqamətin 

mahiyyəti ondan ibarətdir ki, innovasiya öz inkişafında ideyadan tətbiqə qədər hərəkət 

etməklə  formasını  dəyişir.  stənilən  digər  proses  kimi  innovasiyanın  da  formalaşması 

amillər çoxluğunun mürəkkəb qarşılıqlı təsırı ilə şərtlənır.  kinci istiqamət Azərbaycan 

üçün də son dərəcə aktual olan innovasiyadan sahibkarlığa hərəkətdır. 

 



NƏT CƏ 

 Ölkəmizdə  davamlı  sosial-iqtisadi  inkişafın  təmin  edilməsi  Azərbaycan 

hökumətinin  qarşıya  qoyduğu  və  çox  böyük  müvəffəqiyyətlə  həyata  keçirdiyi  mühüm 

prioritetlərdən  biridir.  Bəlli  olduğu  kimi,  bu,  ölkə  iqtisadiyyatının  hərtərəfli, 

ş

axələndirilmiş  şəkildə  inkişafını  nəzərdə  tutur.  Burada  neft  sektorundan  əldə  edilən 



gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə 

iqtisadiyyatının  müxtəlif  sahələrinin  davamlı  şəkildə  inkişaf  etdirilməsi  başlıca  hədəf 

kimi götürülür.  

Bu  baxımdan,  bilavasitə,  Prezident  lham  Əliyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə 

regionların  davamlı  sosial-iqtisadi  inkişafının  təmin  edilməsi  ilə  bağlı  hazırlanan  və 

müvəffəqiyyətlə  həyata  keçirilən  dövlət  proqramları  olduqca  təqdirəlayiqdir.  Bütün 

incəliklərinə görə, yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini 

tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə 

yaşayış  səviyyəsinin  əhəmiyyətli  dərəcədə  yaxşılaşmasına,  Azərbaycanın  regionlarının 

hərtərəfli tərəqqisinə yol açır.  

Prinsip  etibarı  ilə,  ölkə  regionlarının  davamlı,  sürətli  inkişafının  reallaşması 

təkcə  iqtisadi  deyil,  həm  də  mənəvi  məsələdir.  Başqa  sözlə,  burada  insan  amili  öz 

həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol 

oynayır. Müvafiq məqamlar regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən hər 

iki  Dövlət  Proqramında  ciddi  nəzərə  alınıb.  Burada  bölgələrdə  işgüzar  sahibkarlıq 

təşəbbüslərinin  yüksək  səviyyədə  dəstəklənməsi,  regionlarda  ən  yeni  texnologiyalara 

söykənən  aqrar-sənaye  komplekslərinin  yaradılması,  yüngül  sənayenin,  qida 

sənayesinin inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin tam aradan qaldırılması, əhalinin 

yüksək məşğulluğun təmin edilməsi nəzərdə tutulub.  

Hazırda ölkəmizin davamlı inkişaf sahəsində əldə etdiyi böyük uğurlar inkişafın 

Azərbaycan modelindən danışmağa imkan verir. 

Dünya  təcrübəsi  göstərir  ki,  innovasiya  texnologiyalarından  geniş  istifadə 

olunması  ölkənin  hərtərəfli  inkişafına  xidmət  edir.  Bu  texnologiyalar  əhalinin  sosial-

iqtisadi  vəziyyətində  müşahidə  olunan  problemlərin  həlli,  həmçinin  yoxsulluq 

səviyyəsinin azaldılması üçün tutarlı vasitələrdəndir. 



qtisadiyyatın  inkişafının  innovasiya  mərhələsinin  əsas  hədəfi  milli 

iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə 

səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-

iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Bunlara ölkənin malik olduğu 

iqtisadi  potensialın  gücləndirilməsi  və  bu  potensialın  kompleks  şəkildə  səmərəli 

reallaşdırılması,  o  cümlədən  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  (neftdən  asılı 

olmayan  güclü  Azərbaycan  iqtisadiyyatının  formalaşdırılması),  hər  bir  regionun  malik 

olduğu  potensialdan  tam  və  səmərəli  istifadə  olunması  və  onların  inkişafının 

tarazlaşdırılması,  çoxlu  sayda  yeni  iş  yerlərinin  açılmasına  şərait  yaradılması, 

sahibkarlığın  inkişaf  etdirilməsi,  sosial  xidmətlərin  həcminin,  keyfiyyətinin  və 

ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələri 

aid etmək olar. 

Azərbaycanın  iqtisadi  strategiyasında  insan  kapitalının  formalaşdırılması 

prioritet  məqsəd  kimi,  müasir  bilik  və  nanotexnologiyalar  isə  innovasiyanın  inkişaf 

vasitələri kimi müəyyən edilmiş, strategiyanın elmi cəhətdən təhlili və əsaslandırılması 

mövcud uğurların davamlılığının və effektivliyinin təminatı kimi qiymətləndirilir. 

Ölkənin hər hansı bir fəaliyyət sahəsində innovasiyanı tətbiq etməzdən əvvəl bu 

sahənin  innovasiya  potensialını  müəyyən  edirlər.  nnovasiya  potensialı  innovasiya 

fəaliyyətinin  həyata  keçirilməsi  üçün  zəruri  olan  maddi,  maliyyə,  intellektual,  elmi-

texniki və digər resursların məcmusudur.  

nnovasiya  inkişafını  yeni  və  daha  yaxşılaşdırıcı  texnologiyaların  işlənib 

hazırlanması  və  reallaşdırılması  əsasında  təsərrüfat  subyektinin  iqtisadi  artımı  kimi 

müəyyən etmək olar.  nnovasiya inkişafının səviyyəsi həm innovasiya prosesinin resurs 

tərkibi  (innovasiya  potensialı)  kimi,  həm  də  innovasiya  texnologiyaları  transferinin 

effektivliyi ilə müəyyən edilir. 

Hazırda  müstəqillik  şəraitində  Azərbaycan  iqtisadiyyatının  inkişafının  əsas 

amillərindən  birini  ölkənin  innovasiya  potensialı  təşkil  edir.  Məhz  ona  görə  də 

respublikanın  gələcək  sosial-iqtisadi  inkişafı  ilk  növbədə  iqtisadiyyatın  innovasiya 

yoluna  keçirilməsindən,  yeni  texnoloji  proseslərin  yaradılması  və  tətbiqi  ilə  rəqabətə 

davamlı  məhsulların,  əmək  və  maliyyə  ehtiyatlarının  artırılmasından  asılıdır.  Yalnız 




effektiv  elmi  biliklərin  olması  şəraitində  dövlət  istehsala  elmi-texniki  tərəqqinin 

nəticələrini tətbiq edə bilər. 

Müasir  dövrdə  istənilən  dövlətin  iqtisadi  vəziyyəti  elmin,  texnikanın  və 

texnologiyanın inkişafı, eləcə də onların tətbiqi ilə birbaşa qarşılıqlı surətdə əlaqəlidir. 

Qabaqcıl  ölkələrdə  iqtisadiyyatın  inkişafında  innovasiya  siyasətinin  formalaşması  əsas 

məsələlərdən biri hesab olunur.  nnovasiyalara əsaslanan iqtisadiyyatın bir xüsusi cəhəti 

ondadır ki, fundamental və tətbiqi elmi tədqiqat işlərinin çoxunun yerinə yetirilməsi ilə 

bağlı böyük xərcləri bir təşkilat çəkir, mühüm nəticələri isə başqa müəssisələr əldə edə 

bilirlər. Odur ki, innovasiya proseslərinin təhlil olunması və tənzimlənməsi ciddi zəruri 

məsələlərdən  birinə  çevrilmişdir.  Belə  olan  halda  innovasiyaların,  innovasiya 

proseslərinin və strukturlarının həm iqtisadiyyat və cəmiyyət üçün əhəmiyyətini, həm də 

onların iqtisadi mahiyyət və məzmununu, həmçinin onların fəaliyyətinin səmərəliliyini 

və nəticəni qiymətləndirməyə ehtiyac yaranmışdır. 

nnovasiya  proseslərinin  tənzimlənməsi  Azərbaycan  Respublikasında  dövlətin 

sosial-iqtisadi  siyasətinin  əsas  tərkib  hissəsi  olan  innovasiya  siyasəti  vasitəsilə  həyata 

keçirilir.  Bu  siyasətə  uyğun  olaraq  ölkədə  investisiya  mühitinin  daha  da 

yaxşılaşdırılması  üçün  müvafiq  innovasiya  strukturlarının,  başqa  sözlə  innovasiya 

mərkəzlərinin,  texnoloji  biznes-inkubatorların,  texnoparkların  yaradılması  nəzərdə 

tutulmuşdur.  Bundan  başqa,  “Azərbaycan  Respublikasında  2009-2015-ci illərdə  Elmin 

inkişafı  üzrə  Milli  Strategiya”  da  innovasiya  fəaliyyəti  infrastrukturunun  inkişaf 

etdirilməsi,  o  cümlədən  texnoparklar,  texnoloji  mərkəzlər,  biznes  inkubatorları 

şə

bəkəsinin genişləndirilməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur. 



 

 

 




Ə

DƏB YYAT S YAHISI 

1.  Ə.Bayramov. Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika. Bakı-1997. 

2.  R.T.Qasanov.  Azərbaycan  Respublikasının  sosial-iqtisadi  inkişafının  bazar 

modelinin konseptual əsasları. Bakı,”Elm», 1998. 

3.  B.Nuriyev. Bazar iqtisadiyyatı və Azərbaycan. Bakı-1999. 

4.  Ü.Q.Əliyev. Bazar mexanizmi. Bakı-2000. 

5.  A.Ə.Əliyev Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələri. Bakı.2001 

6.  Azərbaycan Dövlət Statistika Komitəsi. Bakı-2002 

7.  A.Ə.Əliyev.  Xarici  ticarət  iqtisadi  əlaqələrə  gömrük  nəzarəti.  Azərbaycan 

iqtisadiyyatı: problemlər, perspektivlər. Bakı, “Elm”,2002 

8.  A.Ə.Əliyev. Azərbaycanın iqtisadi siyasəti. Bakı, 2003 

9.  T.F.Mirkişili.  Azərbaycanın  xarici  ticarət  siyasəti:  reallıqlar  və  perspektivlər. 

Bakı, 2004 

10.  Z.Məmmədov  “Azərbaycan  Respublikasının  xarici  iqtisadi  əlaqələri”.  Bakı-

2004. 

11. M.Atakişiyev, Q.Süleymanov “ nnovasiya menecmenti”, Bakı-2004 



12.  .A.Kərimli.  Beynəlxalq  iqtisadi  münasibətlərin  müasir  problemləri.  Bakı, 

2006. 


13.   .A.Kərimli. Dünya iqtisadiyyatı: beynəlxalq ticarət, maliyyə və inkişaf, Bakı, 

2006. 


14. Ə.C.Muradov. Azərbaycan və Ümumdünya Ticarət təşkilatı. Bakı, 2006 

15. A.F.Musayev.  nnovasiya  siyasəti:  Avropa  Birliyi  təcrübəsi  və  Azərbaycan 

şə

raitinə adaptasiya imkanları. “Azərbaycanın vergi xəbərləri”, Bakı -2010 



16. A.F.Musayev.  nnovasiya  iqtisadiyyatının  formalaşmasında  vergi  siyasətinin 

ə

sas  istiqamətləri,  AMEA,  Elmi  nnovasiyalar  Mərkəzi,  Korporativ  idarəetmə  və 



iqtisadiyyatın  innovasiya  inkişafı.  Beynəlxalq  elmi-praktiki  konfansın  materialları. 

Bakı-2011 

17. A.Hüseynova.  Azərbaycanda  innovasiya  potensialının  təhlili.  Elm  və  təhsil, 

Bakı-2013 




18. T.Əliyev,  L.Babayev. Regional innovasiya sisteminin təşkili və idarə edilməsi, 

Elm və təhsil, Bakı-2013. 

19. F.Qasımov, 

T.Əliyev,  Z.Nəcəfov.  Milli  innovasiya  sisteminin  təşkili  və 

idarə edilməsi, Elm və təhsil. Bakı-2013. 

20. Д.Рикардо.  Начало  политической  экономии  и  налогового  обложения. 

Соч

.т.1., 1955. 



21. А.Смит. Исследование о природе и причина богатства народов. М., 1962. 

22. С.А.Саядов.  Азербайджан:  международные  связи  и  взаимоотношения. 

Баку

-1994,  


23.  Управление  внешнеэкономической  деятелğностğю.  Под  редакцией 

Кредисова

 А.И.”Феникс», 1996. 

24.  Кругмен  Л.Р.,  Обстфелğд  М.  Международная  экономика:  теория  и 

политика

. М., ЮНИТИ, 1997. 

25. Международные  эканомические  отношения.  Под  общей  редакцией 

В

.Е.Рыбалкина. М.,1997. 



26.  Меморандум  о  режиме  внешней  торговали    Азербайджанской 

республики

. Баку, 1998. 

27.  Ш.Гаджиев.  Азербайджан  на  пути  к  мировому  соотществу:  стратегия 

внешнеэкономического

 развития. Киев-2000. 

28. Мировая  экономика.  Экономика  зарубежных  стран.  Учебник.  Под 

редакцией

 профессора В.П.Колесова и профессора Осğмовой. М., 2000. 

29.  Н.Иванов.  Глобализация  и  Проблемы  оптималной  стратегии  развития. 

М

.Мировая Экономика и Международные Отношения, 2000. 



30.  Р.Павлическо.  Регулирование  прямых  иностранных  инвестиций: 

тенденции

 и проблемы. М., МЭ и МО, 2001. 

31. А.Элğянов. К вопросу об интеграции России и мировую экономику. М., 

МЭ

 и МО, 2001. 



32.  О.Петрукин.  Подводные  кямни  либерализации  внешней  торговли.  М., 

МЭ

 и МО, 2001. 




33.  Ю.Нданов Европейские корпорации в условиях глобадизации. М., МЭ и 

МО

, 2001. 



34.  М.Бобина. Стратегические алğянсы в глобалбной эканомике.  М., МЭ и 

МО

, 2001. 



Internet mənbələri 

29. Azərbaycan Dövlət Statistika Komitəsinin internet saytı - 

www.azstat.org

 

30.  qtisadi  nkişaf Nazirliyinin internet saytı - 



www.economy.gov.az

 

31. Ümumdünya Ticarət Təşkilatının internet saytı - 



www.wto.org

 

32. Azərbaycan və Ümumdünya Ticarət Təşkilatının internet saytı - 



www.wto.az

 

 



 

 

 



 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə