Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   16   17   18   19   20   21   22   23   24

 xalq  təsərrüfatının  inkişafı  strategiyasını,  temp  və  proporsiyalarını  müəyyən 

edən  başlıca  istiqamətlərdə  iqtisadiyyatın  inkişafının  stabilləşdirilməsi  üçün  elmi-

texniki potensialın effektiv istifadəsinin və onun strukur tarazlığının təmin olunması. 

nnovasiya  sferasında  dövlət  orqanlarının  əsas  funksiyalarına  aşağıdakıları  aid 

etmək olar: 

  dövlət innovasiya siyasətinin formalaşdırılması; 

  innovasiya  proseslərinin  hüquqi  bazasının  yaradılması,  xüsusilə 

innovatorların  müəlliflik  hüquqlarının  qorunması  və  intellektual  mülkiyyətin 

mühafizəsi; 

  bu sferada innovasiyanın, rəqabətin stimullaşdırılması, innovasiya risklərinin 

sığortası, köhnəlmiş məhsulların buraxılışına görə dövlət sanksiyasının tətbiqi; 

  innovasiya sferası infrastrukturunun formalaşdırılmasında iştirak; 

  innovasiyanın sosial və ekoloji yönümlüyü təmin olunmaqla elm, texnika və 

texnologiyanın prioritet istiqamətlərinin müəyyən edilməsi; 

  prioritet elmi tədqiqatlara və innovasiyalara resursların ayrılması; 

  dövlət  sektorunun  təşkilatlarında  innovasiya  proseslərinin  institusional 

təminatı; 

  innovasiya  və  elmi-texniki  fəaliyyət  ilə  məşğul  olan  şəxslərin  ictimai 

statusunun yüksəldilməsi; 

  innovasiya sferası üçün kadrların hazırlanması; 

  Azərbaycan regionlarında innovasiya proseslərinin tənzimlənməsi; 

  innovasiya proseslərinin beynəlxalq aspektlərinin tənzimlənməsi; 

  milli innovasiya sahibkarlığının maraqlarının müdafiə edilməsi. 

Dövlətin innovasiya siyasətinin ən mühüm prinsipləri aşağıdakılardır: 

 milli elmi potensiala dayaq olmaq; 

 elmi  yaradıcılıq  azadlığı,  elmi  sferanın  ardıcıl  demokratikləşdirilməsi,  elmi 

siyasətin formalaşması və reallaşması zamanı açıqlıq və aşkarlıq; 

 fundamental elmi tədqiqatların inkişafının stimullaşdırılması; 

 aparıcı milli elmi məktəblərin qorunub saxlanması və inkişafı; 



 elm  və  texnika  sferasında  sağlam,  rəqabət  və  sahibkarlıq  üçün  şərait 

yaradılması, innovasiya fəaliyyətinin stimullaşdırılması və ona köməklik göstərilməsi; 

 ölkənin zəruri müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin təmin edilməsi 

məqsədilə elmi tədqiqatların və işləmələrin təşkili üçün şərait yaradılması; 

 elm  və  təhsilin inteqrasiyası,  bütün səviyyələrdə ixtisaslaşmış elmi  kadrların 

hazırlanmasının bütöv sisteminin inkişafı; 

 tədqiqatçının,  təşkilatın  və  dövlətin  intellektual  mülkiyyət  hüquqlarının 

müdafiəsi; 

 açıq  informasiyaya  maneəsiz  girişinin  və  onunla  azad  mübadilə  hüququnun 

təmin olunması; 

 müxtəlif  mülkiyyət  formasına  malik  elmi-tədqiqat  və  təcrübi-  konstruktor 

təşkilatlarının inkişafı; 

 elmin nailiyyətlərindən geniş istifadə üçün iqtisadi şəraitin formalaşdırılması 

Azərbaycan  iqtisadiyyatı  üçün  əsas  elmi-texniki  nailiyyətlərin  yayılmasına  yardım 

göstərilməsi; 

 elmi  əməyin  nüfuzunun  yüksəldilməsi,  alim  və  mütəxəssislər  üçün  layiqli 

həyat və iş şəraitinin yaradılması; 

 müasir elmi nailiyyətlərinin, onların Azərbaycanın gələcəyi üçün əhəmiyyətin 

tətbiqi. 

nnovasiya  siyasətinin  vəziyyətə  real  iqtisadi,  sosial  və  siyasi  vəziyyətə  uyğun 

qanunvericilik  aktlarının  qəbul  edilməsi  yolu  ilə  qoyulur.  Məhz  bu  aktlarda  idarəetmə 

subyektləri  və  obyektləri  onların  hüquqları,  vəzifə  və  məsuliyyəti  müəyyən  edilir. 

Qanunvericilik innovasiyanın və elmi-texniki fəaliyyətin əsas tənzimləyicisi sayılır. 

Müasir şəraitdə innovasiya fəaliyyətinin normativ-hüquqi tənzimlənməsi, qanun 

və normativ aktların işlənib hazırlanmasını və işə salınmasını nəzərdə tutur. 

Son  illər  ərzində,  həyata  keçirilmiş  uğurlu  iqtisadi  islahatlar  cəmiyyətin  bütün 

həyat  fəaliyyəti  sahələrinə,  o  cümlədən  də  müsbət  elmə  yaxşı  təsir  göstərmişdir.  Ölkə 

Prezidenti  tərəfindən  elmin  inkişafına  dair  20-dən  artıq  qərarın  qəbul  edilməsi 

innovasiya  yönümlü  inkişaf  üçün  stimullaşdırıcı  amil  oldu.  Ümumiyyətlə,  elm  hər 

zaman dövlət qayğısının mərkəzində olub və olmaqdadır. Prezidentin “Azərbaycan elmi 




sahəsində  islahatların  həyata  keçirilməsi  üzrə  Dövlət  Komissiyasının  yaradılması 

haqqında” 10 aprel 2008- ci il tarixli Sərəncamına müvafiq olaraq, müxtəlif nazirliklərin 

nümayəndələrindən  ibarət  olan  işçi  qrupunun  fəaliyyət  göstərdiyi  müvafiq  Dövlət 

Komissiyası yaradılmışdır. Qrup tərəfindən respublikanın elmi- tədqiqat müəssisələrinin 

potensialının ilkin qiymətləndirilməsi aparılmış və müxtəlif nazirlik və idarələrdən daxil 

olmuş  təkliflər  əsasında  “Azərbaycan  Respublikasında  elmin  inkişafı  üzrə  milli 

strategiya  (2009-2015-ci  illər)”  və  “Azərbaycan  Respublikasında  elmin  inkişafı  üzrə 

milli  strategiyanın  (2009-2015-ci  illər)  reallaşdırılmasına  dair  Dövlət  Proqramı”  adlı 

layihələr hazırlanmışdır.  

Dövlətin  innovasiya  siyasətinin  reallaşdırılması  birbaşa  və  dolayı  tənzimləmə 

metodlarından  istifadə  etməklə  həyata  keçirilir.  Innovasiya  fəaliyyətinin  dövlət 

tənzimlənməsinin birbaşa metodlarına aşağıdakılar aid edilir: 

-dövlət  büdcəsi  hesabına  ETTK -nin  və  innovasiya  layihələrinin  (üstün  olaraq 

ümumdövlət,  sahələrarası  və  sosial  təyinatlı  fundamental  və  tətbiqi  tədqiqatların) 

maliyyələşdirilməsi; 

- uzunmüddətli  perspektivə  elm  və  texnikanın  inkişaf  proqnozlarının  işlənib 

hazırlanması,  eləcə  də  innovasiya  proseslərinin  orta  müddətli  inkişaf  meyllərinin 

qiymətləndirilməsi; 

- dövlət  innovasiya  infrastrukturunun(yeniliyin  yayılması  mərkəzləri,  məsləhət 

mərkəzləri,  innovasiya  birjaları,  elmi-texniki  kitabxana,  informasiya  şəbəkələri  və  s.) 

formalaşdırılması; 

- sənaye  mülkiyyətinə  hüquqların  müdafiəsi,  eləcə  də  elmi-texniki  fəaliyyət 

nəticələrinin verilməsinə hüquqların təmin olunması; 

-  innovasiya  təkliyinin  rəqabətəqədərki  fazasında  inhisara  qarşı  tədbirlərin 

görülməsinin məhdudlaşdırılması; 

- iqtisadiyyatın özəl sahibkarlıq sektoru üçün innovasiya menecmenti sferasında 

kadrların hazırlanması; 

-ETTK  nəticələrin istehsala tətbiqinə yardım göstərmək. 

Dövlətin  innovasiya  proseslərinə  birbaşa  iqtisadi  təsir  sistemində  elmi- 

tədqiqatlar  sahəsində  son  məqsədi  sənaye  korporasiyalarının  kooperasiyasını 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə