Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

“Azərbaycan 

Respublikasında 

1995-1998-ci 

illərdə 


dövlət 

mülkiyyətinin 

özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq olunmuşdu. 

Heydər Əliyevin birbaşa göstərişi ilə müvafiq dövlət orqanları tərəfindən təcili 

olaraq  hökumətin  iqtisadi  proqramı  işlənib  hazırlanmış  və  həyata   keçirilməyə  

başlanmışdı.  1995-1996-cı  illər   ərzində   makroiqtisadi   sabitliyin  təmin  olunması  və 

iqtisadiyyatda  struktur  dəyişikliklərinin   aparılması  tədbirlərini  nəzərdə  tutan  iki 

hökumət  proqramı  müvəffəqiyyətlə  həyata keçirilmişdir. 

Çox  böyük  əhəmiyyəti  olan  beynəlxalq   kontraktların   bağlanması,  dünya  

ölkələri  ilə   iqtisadi  əlaqələrin   genişlənməsi,  Azərbaycana  investisiya  axınının 

güclənməsi,  iqtisadi  inteqrasiyanın  dərinləşməsi   və  s.  məhz  Heydər  Əliyevin  müdrik 

daxili   və  xarici  siyasətinin  məntiqi  nəticəsi  kimi  mümkün  olmuşdur.  Bütün  bunlar 

Azərbaycanın  sabahına  inam  yaratmış,  respublikamızın   ümdə  problemlərinin   həllinə, 

ə

halinin  rifahının   yüksələcəyinə  böyük  ümidlər  doğurmuş,  xalqın   iqtisadi  fəallığının 



artmasına təsir etmişdir.  

Dünya  təcrübəsi  göstərir  ki,  islahatların  müvəffəqiyyəti  düşünülmüş, 

ə

saslandırılmış  strategiya  və  taktikadan  başqa,   bir  çox   sosial-siyasi  və  ideoloji 



amillərdən  də  asılıdır.  Azərbaycandakı  iqtisadi  və  siyasi  durum,  müxtəlif  siyasi 

qüvvələr  arasındakı  ziddiyyətlər  nəzərə  alınmaqla  islahatların  müvəffəqiyyətlə  həyata 

keçirilməsini aşağıdakı  şərtlər mümkün etmişdir: 

-  sosial-iqtisadi  proseslərin  dağılmış  idarəolunma   mexanizmlərinin  

təkmilləşdirilmiş formada  bərpası; 

-  mərkəzi  idarəetmə  aparatı  ilə  ərazi  bölgələri  arasındakı   fəaliyyət 

mexanizminin təkmilləşdirilməsi; 

-  islahatların  sosial  bazasının   genişləndirilməsi  və  onun   tərəfdarlarının 

kütləviliyinin təmin olunması. 

Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev  tərəfindən   müəyyən 

edilmiş  demokratik,  dünyəvi  dövlət  quruculuğu  və  sosial  yönümlü  bazar  prinsiplərinə 

ə

saslanan  sosial-iqtisadi  inkişaf  siyasəti  artıq  on  ilə  yaxındır  ki,   möhtərəm  Prezident 



lham  Əliyevin  rəhbərliyi  altında   uğurla  davam  etdirilir.  Bu   siyasət  Azərbaycanın 

bölgədə  iqtisadi cəhətdən  lider dövlətə  çevrilməsi  və dünya iqtisadi sisteminə uğurla  




inteqrasiya  etməsi,  ölkədə  sosial  problemlərin   həlli   və  əhalinin  həyat   səviyyəsinin 

yaxşılaşdırılması,  yoxsulluğun  sürətlə  azaldılması,   işsizlik   problemlərinin   həlli   və 

infrastrukturun yenidən qurulması  istiqamətində mühüm dövlət proqramlarının ardıcıl  

həyata   keçirilməsi  üçün  möhkəm  təməl  yaratmışdır.  2003-cü  ildən  bəri  ümumi  daxili 

məhsul 3 dəfə, qeyri-neft sektorunda ümumi daxili məhsul isə 2,4 dəfə artmışdır. Son 9 

ildə  Azərbaycanın  strateji  valyuta  ehtiyatları  28,8  dəfə  artaraq,  46  milyard  dolları 

ötmüşdür.  Yoxsulluğun  səviyyəsi  44,7  faizdən  6  faizə,  işsizlik  isə  5,2  faizə  qədər 

azalmışdır.  2003-2012-ci  illərdə  Azərbaycan  iqtisadiyyatına  yönəldilən  128,3  milyard 

dollar  investisiyadan  65,7  milyard  dollarını  daxili  investisiyalar  təşkil  etmiş  və  xarici 

ticarət  dövriyyəsi  6,4  dəfə  artmışdır.  “Qlobal  Rəqabətlilik  Hesabatı”nda  ölkəmiz  144 

ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. 

Ulu  öndərin  əsasını  qoyduğu  inkişaf  strategiyasını  uğurla  davam  etdirən 

Prezident  lham  Əliyevin  səyi  ilə   tarixən  qısa  müddət  ərzində  Azərbaycanın  keçid 

iqtisadiyyatını arxada qoymasına nail olunmuşdur. Ölkədə  həyata keçirilən mükəmməl 

islahatlar  konsepsiyasının  müəllifi  kimi  Prezident  lham  Əliyev  iqtisadi  inkişafın 

Azərbaycan  modelini  yaratmışdır.  Bu,  ölkəmizin  ümumi  siyasətinin  ayrılmaz  tərkib 

hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin 

möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət edir. 

Bu  gün  ölkə  əhalisinin  sosial  rifahının  yaxşılaşdırılması,  yeni  iş  yerlərinin 

getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı  lham 

Ə

liyevin  həyata  keçirdiyi  siyasətin  nəticəsidir.  Yürüdülən  uğurlu,  qətiyyətli  siyasət, 



həyata  keçirilən  makroiqtisadi  layihələr  Azərbaycan  iqtisadiyyatının  daha  da 

yüksələcəyindən  xəbər  verir.  Ayrı-ayrı  dövlət  proqramlarında  nəzərdə  tutulan 

tədbirlərin  həyata  keçirilməsi  Azərbaycanın  sosial-iqtisadi  inkişafında  vacib  mərhələ 

olmaqla,  ölkənin  iqtisadi  inkişafında  və  əhalinin  rifah  halının  yaxşılaşdırılmasında 

getdikcə mühüm rol oynayır. 

Keçid  dövrü  kimi  səciyyələnən  ictimai-iqtisadi  formasiya  dəyişikliyi 

mərhələsini  geridə  qoyan  müstəqil  Azərbaycanın  bütövlükdə  regionun  ən  aparıcı 

dövlətlərindən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində gerçəkləşdirilən milli 

iqtisadi  inkişaf  modelinə  əsaslanır.  Beynəlxalq  maliyyə  qurumlarında  da  maraqla 



qarşılanaraq  ciddi  elmi  müzakirələrə  səbəb  olan  bu  model  özünəməxsus  cəhətləri  ilə 

ə

lverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə 



çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır. 

Ümumiyyətlə,  son  illərdə  respublikada  sosial-iqtisadi  inkişaf  sahəsində 

həqiqətən  də  köklü  inqilabi  nəticələr  əldə  edilmişdir.  Konkret  proqramlar  əsasında 

həyata  keçirilmiş  genişmiqyaslı  tədbirlər  nəticəsində  Azərbaycanda  müasir  dövlət  və  

cəmiyyət  formalaşmaqdadır.  Ölkədə  yol,  nəqliyyat,  kommunal  təchizat,  elm,  təhsil, 

səhiyyə,  informasiya-kommunikasiya  texnologiyaları,  qısası,  bütün  sosial-iqtisadi, 

mədəni  və  digər  sahələri  əhatə  edən  nəhəng  infrastruktur  layihələri  reallaşdırılıb, 

Azərbaycanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilib. Bu 

dövr  ərzində  iqtisadiyyatımız  üç  dəfə,  dövlət  büdcəsi  20  dəfə  artıb,  50  milyard  dollar 

həcmində valyuta ehtiyatı formalaşıb. Hazırda ölkənin enerji potensialı güclənib, qeyri-

neft  sektoru,  sənaye  sürətlə  inkişaf  edir.  Respublikada  makroiqtisadi  sabitlik  qorunur, 

inflyasiya  birrəqəmli  səviyyədə  saxlanılır.  Ötən  dövrdə  minlərlə  müəssisə,  2  mindən 

artıq  müasir  məktəb,  çoxsaylı  səhiyyə  ocaqları,  olimpiya  idman  kompleksləri, 

mədəniyyət  obyektləri  tikilib  istifadəyə  verilib.  Azərbaycanın  şəhər,  qəsəbə  və 

kəndlərində  irimiqyaslı  quruculuq-abadlıq  işləri  həyata  keçirilib,  onların  siması 

müasirləşib. 

Ölkədə  qəbul  olunan  dövlət  proqramları,  konsepsiya  və  strategiya  xarakterli 

sənədlər,  onların  əməli  surətdə  icra  olunması  bu  siyasətin  reallaşdırılması  mexanizmi 

kimi vacib əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, hazırda ölkəmizdə 60-a yaxın 

dövlət  proqramı,  strategiya  və  konsepsiya  fəaliyyətdədir.  Bütün  bu  mühüm  hüquqi-

normativ  və  proqram  sənədlərinin  yeni  konsepsiya  ilə  əsaslı  şəkildə  əlaqələndirilməsi 

ə

ldə olunacaq nailiyyətlərin təminatçısına çevriləcəkdir. 



Müasir  və  perspektiv  inkişaf  meyillərini  nəzərə  alsaq,  yeni  qəbul  olunan 

konsepsiyaya  əsasən  ölkənin  uzunmüddətli  inkişafı  istiqamətini  aşağıdakı  kimi 

sistemləşdirmək məqsədəuyğun olardı. 

Birincisi  -  güclənməkdə  olan  qlobal  rəqabət  təsirləri  yalnız  ənənəvi  əmtəə, 

kapital,  texnologiya  və  əmək  bazarlarını  əhatə  etməməli,  həmçinin  milli  idarəetmə  və 

innovasiya  sisteminə,  insan  potensialının  inkişafına  da  nüfuz  edərək  Azərbaycanın 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə