Microsoft Word mamedov elvin doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix11.04.2018
ölçüsü0,57 Mb.
#37071
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

yenicə  formalaşan  özünəməxsus  sosial-iqtisadi  inkişaf  modelinin  keyfiyyətcə 

mükəmməlliyinə gətirib çıxarmalıdır. 

Tədqiqatlar  göstərir  ki,  yaxın  onillikdə  dünyada  və  ölkədə  inkişaf  meyilləri 

iqtisadi  sistemin  yeni  texnoloji  bazasının  formalaşmasına  istiqamətlənəcəkdir.  Əsasən 

bu  inkişaf  özünü  biotexnoloji,  informatika,  nanotexnologiyalar,  səhiyyə  və 

iqtisadiyyatın  daha  çox  elmtutumlu  sahələrində  büruzə  verəcəkdir.  Azərbaycan  üçün 

elmi-texniki,  tədqiqat  potensialının  və  yüksək  texnologiyalı  istehsalın  mövcudluğu  bir 

çox şərtlərin nəzərə alınmasını və müvafiq şəraitin yaradılmasının vacibliyini önə çəkir: 

- ilkin və həlli mümkün olan istiqamətlərdə texnoloji liderliyin təmin edilməsi; 

-  yüksək  texnologiyalı  komplekslərin,  sahələrin  yaradılması,  beynəlxalq 

bazarlara daha mütərəqqi elmtutumlu məhsulların çıxarılmasına nail olunması; 

- Azərbaycanın yüksək texnologiyalı məhsul və intellektual xidmət bazarlarında 

iştirak mövqeyinin güclənməsi; 

-  ənənəvi  iqtisadiyyat  sahələrinin  perspektiv  inkişaf  istiqamətləri  əsas 

götürülməklə  daxili  maliyyə  mənbələri  hesabına  və  inkişaf  etməkdə  olan  qlobal, 

beynəlxalq bazarlara uyğunlaşan subyektlərin modernləşdirilməsi. 

Müasir innovasiyalı iqtisadiyyatın rəqabət qabiliyyətinin inkişafı yüksək ixtisaslı 

və  peşəkar  kadr  potensialının  keyfiyyət,  korporativ  əlaqə  səviyyəsindən  əhəmiyyətli 

şə

kildə asılıdır. Burada demoqrafik situasiya da hökmən saxlanılmalıdır. Müasir inkişaf 



şə

raitində  MDB  ölkələrində  olduğu  kimi,  Azərbaycan  da  beynəlxalq  iqtisadi  mühitdə, 

bazarlarda kadr və işçi qüvvəsinin keyfiyyət səviyyəsinə görə hələ ki yüksək mövqe tuta 

bilmir. Buna səbəb daha çox həmin kadr və işçi potensialının əmək qabiliyyətinin aşağı 

səviyyədə  olması,  ölkədə  qismən  təhsil  və  səhiyyə  sisteminin  müasir  tələblərə  cavab 

verməməsidir. Azərbaycan üçün bu məsələ yaxın üç-beş ildə öz həllini əksərən tapmalı, 

bu sahədə olan çatışmazlıqlar aradan qaldırılmalıdır. Bu baxımdan bəzi amillərin nəzərə 

alınması xüsusi zərurətdən irəli gəlir: 

- ənənəvi iqtisadiyyat sahələrində fəaliyyət göstərən işçilərin sayının azaldılması 

(məsələn,  aqrar  sektorda  və  s.),  onların  peşə-ixtisas  səviyyəsinin  artırılması  vasitəsilə 

daha mütərəqqi sahələrdə işlə təmin olunmasına şərait yaradılması; 



- yerli kadr və işçi potensialının daxili və xarici bazarlarda rəqabət qabiliyyətli 

sahələrdə  fəaliyyət  göstərməsinə  imkan  yaradan  zəruri  tədbirlər  sisteminin  həyata 

keçirilməsi; 

- idarəetmə, elm, təhsil və səhiyyə sisteminin işinin tədricən beynəlxalq tələblərə 

uyğun qurulması və bu sahələrdə davamlı inkişafın təmin edilməsi və s; 

-  iqtisadi  inkişafda  xammal  və  resurslara,  xüsusilə  də  yanacaq  və  energetika 

potensialına əsaslanan ixracda əsaslı dəyişikliklərə nail olunması; 

- daxili bazarın qorunması, davamlı iqtisadi inkişafın keyfiyyət dəyişikliklərinin 

təmini, milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması; 

- perspektivə ünvanlanmış və qlobal iqtisadi dəyişkənliyə uyğunlaşan maliyyə-

kredit  və  fiksal  siyasətinin  yeridilməsi,  ölkənin  maliyyə  bazarının  səmərəliyinin  və 

çevikliyinin daha da artırılması; 

- ölkənin regional siyasətində tarazlı inkişafın təmini, regionların sosial-iqtisadi 

inkişafında əməli müsbət dəyişikliklərə nail olunması; 

-  ölkədə  informasiyalı  cəmiyyətin,  elektron  hökumətin  qurulması,  sosial  və 

siyasi arenada sabit və dayanıqlı siyasətin yeridilməsi; 

-  dövlət-özəl  sektor-cəmiyyət  qarşılıqlı  əlaqələrinin  gücləndirilməsi,  özəl 

sektorun inkişafı üçün yaradılan mühitin getdikcə təkmilləşdirilməsi; 

-  aqrar  sektorun  inkişafına  səmərəli  dəstəyin  artırılması,  ölkədə  ərzaq 

təhlükəsizliyi probleminin həllinin təmin edilməsi; 

-  ölkədə  təkmil  infrastruktur  sisteminin  formalaşması  və  sosial  sahələrdə 

mütərəqqi nailiyyətlərə nail olunması; 

- Azərbaycanın iqtisadi və hərbi təhlükəsizliyinin daha da gücləndirilməsi. 

Ölkədə  müvafiq  konsepsiyanın  həyata  keçirilməsi  uzunmüddətli  sosial-iqtisadi 

inkişaf proqnozlarının  verilməsi  ilə  bağlı hazırlanacaq  kompleks  proqram  və  modellər 

tərtibini tələb edir ki, onların da tərkibinə aşağıdakı istiqamətlər daxil edilməlidir: 

- sosial-iqtisadi inkişafın uzunmüddətli strateji istiqamətləri; 

-uzunmüddətli 

proqnozların 

sahələr 


üzrə 

hazırlanması 

seçiminin 

ə

saslandırılması və onun ssenarisinin müəyyənləşdirilməsi; 



- istiqamətlərin müəyyənləşdirilməsinin məqsədliliyi və məqsədyönlülüyü; 


- innovasiya və elmi-texniki tərəqqi yönümlü inkişafa keçidin istiqamətləri; 

-  uzunmüddətli  proqnozlaşdırmada  dövlət-cəmiyyət-özəl  sektor  birgə 

ə

laqəliliyinin təmin olunması; 



-  elmi-texniki  tərəqqi  və  innovasiyayönümlü  inkişaf  mərhələlərinin 

konkretləşdirilməsi; 

-  iqtisadi  institutların  rolunun  artırılması,  institusional  dəyişikliklərin  həyata 

keçirilməsi və makroiqtisadi stabilliyin qorunması; 

- iqtisadi idarəetmə sisteminin səmərəliyinin artırılması; 

- iqtisadi inkişafda milli rəqabətqabiliyyətliliyin yüksəldilməsi; 

-  Azərbaycan  Respublikasının  2012-2020-ci  illər  ərzində  sosial-iqtisadi 

inkişafına təsir edəcək amillər və bu dövr ərzində dəyişkən mühit; 

- sosial-iqtisadi inkişafa təsir edəcək daxili mühitin müəyyən edilməsi (alternativ 

variantlarla); 

- sosial-iqtisadi inkişafa təsir edəcək xarici mühitin müəyyən edilməsi (alternativ 

variantlarla); 

- Azərbaycan Respublikasının 2012-2020-ci illər üzrə (hətta 2030-2050) sosial-

iqtisadi inkişafının əsas prioritet istiqamətləri; 

- müvafiq dövrlərə uyğun iqtisadi inkişaf amilləri. 

Azərbaycan  Respublikasının  uzunmüddətli  dövr  üzrə  konsepsiyasının 

hazırlanmasında  sosial-iqtisadi  inkişaf  proqnozlarının  sahələr  üzrə  istiqamət  və 

meyarlarının  müəyyən  olunması  mərhələliyində  ardıcıl  sistemin  əsas  götürülməsi 

zəruridir. Ölkənin uzunmüddətli proqnozlarının həyata keçirilməsinin hüquqi və iqtisadi 

inkişaf  təminatı  hazırlanmaqla  müvafiq  proqnozların  son  hədəfləri  üzrə  gözlənilən 

nəticələrin əldə olunması üçün bu prosesin də mərhələli həlli zəruridir. 

Ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Məhz bu 

amillər Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixdə imzaladığı 

“Azərbaycan 2020: gələcəyə baxış”  nkişaf  Konsepsiyasının həyata keçmə imkanlarını 

daha da reallaşdırır.  

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə