Microsoft Word Mag dis isi Maliyye net. Shefa Jeferli doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix02.04.2018
ölçüsü0,71 Mb.
#35779
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

22 

 

         ∆( S



smd

   S

∑   


) ,  ∆( S

sair


 ⁄  S

∑   


)

  -  keçən dövrlə(  keçən ilin  analoji   dövrü  ilə) 

müqayisədə xərclərin müvafiq növlərinin xüsusi çəkisində baş verən dəyişikliklər. 

         Xərclərin  mütləq  və  xüsusi  çəkisində  baş  verən  dəyişikliklər  barədə  məlumatlar 

cədvəl  2-də  6  və  7-ci  qrafalarda  əks  olunmuşdur.  0  və  1  indeksləri  ilə  müvafiq  olaraq 

xərclərin baza və hesabat dövrünə aid olan kəmiyyəti işarə olunur. 

          Müəssisənin xərclərinin quruluş dinamikasının  dörd əsas tipini ayırmaq olar: 

           

1 )   ∆ S

smd


 ≥ 0,   ∆( S

smd


   S

∑  


) ≥ 0, 

          2 )   ∆ S

smd

 < 0,   ∆( S



smd

   S

∑  


) ≥ 0, 

          3 )   ∆ S

smd

 ≥ 0,    ∆( S



smd



  S

∑  

) < 0, 


          4 )   ∆ S

smd


 < 0,    ∆( S

smd


   S

∑  


) < 0. 

                 Bu  tiplərin  mənfi  və  ya  müsbət  cəhətdən  qiymətləndirilməsi  onların  gəlirlərin 

quruluş dinamikasının hansı tipinə uyğun gəlməsindən asılıdır. 

 

Hesablar  planının  7-ci  bölməsində  mənfəət  və  zərər  haqqında  hesabatda  təqdim 



edilməli olan xərclər barədə məlumatların  ümumiləşdirilməsi nəzərdə tutulur. Bu xərclər 

əsas  altı  kateqoriyaya  bölünməklə  satışın  maya  dəyəri,  inzibati  xərclər,  sair  əməliyyat 

xərcləri,  fəaliyyətin  dayandırılmasından  zərərlər,  maliyyə  xərcləri  və  kommersiya 

xərclərindən ibarətdir. Mənfəət və zərər haqqında hesabatda təqdim edilməli olan xərcləri 

satışın maya dəyəri, kommersiya və inzibati xərclər üzrə qruplaşdırması zamanı çətinliklər 

ortaya çıxdıqda, müəssisə xərc maddəsini əldə olunan dəlillər əsasında təsnifləndirməlidir.

 

Hesablar  planının  701  nömrəli  hesabında  “Satışın  maya  dəyəri”  göstərilir.  Bura 



məhsulun (iş və xidmətinin) satışından gəlirin əldə olunması üçün onlara sərf olunmuş və 

ya  məhsulun  istehsalına  və  ya  xidmətin  göstərilməsinə  çəkilmiş  bütün  xərclər  daxildir. 

Satışın maya dəyərinə xammalın dəyəri, təkrar satış üçün nəzərdə tutulan malların dəyəri, 

istehsal heyəti ilə bağlı xərclər, istehsal ilə bağlı aktivlərin amortizasiyası və bunlara oxşar 

digər satış xərcləri aid edilir.   

 

 



 

 

 



 

 

Kommersiya  xərclərinə  reklam,  marketinq,  kommersiya  işinin  aparılmasını  təmin 



edən aktivlərin amortizasiyası üzrə, bu fəaliyyətlərlə məşğul olan işçi heyəti ilə bağlı olan 

xərclər,  həmçinin  satışla  əlaqəli  olmayan  digər  təchizat  işləri  daxildir.  Kommersiya 

xərcləri “Kommersiya xərcləri adlı 711 nömrəli hesabın debetində uçota alınır.   



23 

 

 



nzibati  xərclərə  müəssisənin  idarə  olunmasına  çəkilmiş  bütün,  o  cümlədən 

rəhbərliyin  və  inzibati  heyətin  əmək  haqqları,  əsas  ofisin  xərcləri,  inzibati  aktivlərin 

amortizasiyası  və  inzibati  işinə  aid  olunan    digər  xərclər  daxildir.  nzibati  xərclər 

“ nzibatixərclər”

 adlı 721 nömrəli hesabın debetində göstərilir. 

 

 

 



 

Sair  əməliyyat  xərclərə  uzunmüddətli  aktivlərin  satışından  zərərlər,  yenidən 

qiymətləndirmə  xərcləri,  cərimələr  və  bunlara  oxşar  digər  ödənişlər,  şübhəli  və  ümidsiz 

borclar,  aktivlərin  balans  dəyərində  azalmalar  üzrə  düzəlişlər,  xarici  valyuta  mübadiləsi 

xərcləri, 24 №-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq  qiymətdən düşmə üzrə 

zərərlər və göstərilən xərclərə oxşar olan başqa əməliyyat xərcləri aiddir.  Sair əməliyyat 

xərcləri  “Sair  əməliyyat  xərcləri”  adlı  731  nömrəli  hesabın  debetində  əks  etdirilir.

 

Müəssisənin əməliyyatlarının bir hissəsini satdığı və bu zaman zərər çəkdiyi halda, 



həmin zərər məbləği “Fəaliyyətin dayandırılmasından zərərlər” adlı 741 nömrəli hesabın 

kreditində  göstərilir.  Müəssisənin  fəaliyyətinin  bir  hissəsinin  satılması  ilə  bağl  müəyyən 

olunan  zərərlər  “Fəaliyyətin  dayandırılmasından  mənfəətlər”adlı  621  nömrəli  hesabın 

kreditində göstərilir. 

 

 

 



 

 

 



 

 

 



 

Hesabat  dövründə  çəkilmiş  və  həmin  dövrə  aid  olan  maliyyə  xərcləri  “Maliyyə 



xərcləri”

  adlı  751  nömrəli  hesabda  uçota  alınır.  Maliyyə  xərclərinə  faiz  xərcləri, 

konvertasiya  olunan  istiqrazlar  üzrə  faiz  xərcləri,  maliyyə  iсarəsi  üzrə  faiz  xərcləri,  

maliyyə  alətlərinin  ədalətli  dəyərinin  dəyişməsi  üzrə  xərclər  və  faiz  xərcləri  yaradan 

öhdəliklər üzrə məzənnə xərcləri daxildir.   

          Müəssisənin  gəlir  və  xərclərinin  təhlili  zamanı  eyni  zamanda  onların  qarşılıqlı 

əlaqəsinin  təhlilinə  də  xüsusi  diqqət  yetirmək  lazımdır.  Bu  cür  təhlil  üçün  aşağıdakı 

cədvəlin  məlumatlarından  istifadə  olunur  (cədvəl  3).  Cədvəldə  hesabat  və  keçən  dövrə 

olan müəssisənin gəlir və xərcləri, xalis mənfəəti haqqında məlumatlar onların həcmində 

baş verən dəyişikliklər öz əksini tapmışdır.  

           Müəssisənin  gəlir  və  xərcləri  xalis  mənfəəti  formalaşdıran  əsas  amillər  kimi  çıxış 

etdiyinə  görə  onların  həcmində  baş  verən  dəyişikliklər  xalis  mənfəətin  həcminin  də 

dəyişilməsinə səbəb olur. 

           Cədvəl  1.3  –  ün  məlumatları  əsasında  aparılan  təhlilin  əsasında  xalis  mənfəətin 

dəyişilməsinin amilli təhlilinin ən sadə modeli durur:  



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə