Microsoft Word Mag dis isi Maliyye net. Shefa Jeferli doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix02.04.2018
ölçüsü0,71 Mb.
#35779
1   2   3   4   5   6   7   8   9   10   ...   24

18 

 

           Əsas  fəaliyyətdən  olan  gəlirlərin  mütləq  və  xüsusi  çəkisində  baş  verən 



dəyişikliklərdən  asılı  olaraq  müəssisə  gəlirlərinin  quruluş  dinamikasının  dörd  tipi 

fərqləndirilir.  

1.  ∆

G

əsas



 ≥ 0 ,  

∆ (


G

əsas 




 

G

∑ 



) ≥ 0 . 

          

Əsas  fəaliyyətdən  olan  gəlirlərin  mütləq  həcmi  hesabat  dövründə  ya  artır,  ya  da 

keçən  dövrlə  müqayisədə  dəyişməz  qalır.  Əsas  fəaliyyətdən  olan  gəlirlərin  xüsusi  çəkisi 

(gəlirlərin  ümumi  həcmində)  hesabat  dövründə  ya  artır,  ya  da  keçən  dövrlə  müqayisədə 

dəyişməz qalır. Quruluş dinamikasının birinci tipi hesabat dövründə adi fəaliyyətdən olan 

gəlirlərin  artım  tempinin  keçən  dövrlə  müqayisədə  ya    yüksək  olması,  ya  da    sair 

əməliyyat  gəlirlərin  keçən  dövrlə  müqayisədə  hesabat  dövrünə  olan  artım  tempinə 

bəarabər  olması  ilə  şərtlənir.  Bu  cür  vəziyyət  əsas  fəaliyyət  növlərinin    ya  miqyasının 

genişlənməsi, ya da stabilliyi ilə izah oluna bilər. 

           2. ∆

G

əsas



 < 0

 ,   ∆ (


G

əsas 




 

G

∑ 



) ≥ 0 .

 

           Əsas  fəaliyyətdən  olan  gəlirlərin  mütləq  həcmi  hesabat  dövründə  keçən  dövrlə 



müqayisədə  azalır.  Əsas  fəaliyyətdən  olan  gəlirlərin  xüsusi  çəkisi  (gəlirlərin  ümumi 

həcmində)  hesabat  dövründə  ya  artır,  ya  da  keçən  dövrlə  müqayisədə  dəyişməz  qalır. 

Quruluş  dinamikasının  ikinci  tipi  hesabat  dövründə  əsas  fəaliyyətdən  olan  gəlirlərin 

azalma  tempinin  keçən  dövrlə  müqayisədə  ya    aşağı  olması,  ya  da    sair  gəlirlərin  keçən 

dövrlə müqayisədə hesabat dövrünə olan azalma tempinə bəarabər olması ilə şərtlənir. Bu 

hal  müəssisə  gəlirlərinin  ümumi  strukturunda  onların  xüsusi  çəkisinin  saxlanması  və  ya 

yüksəlməsi ilə əsas fəaliyyət növlərinin miqyasının azalmasına səbəb olur. 

           3. ∆

G

əsas


 ≥ 0 ,  

∆ (


G

əsas 




 

G

∑ 



) < 0. 

         

 Əsas  fəaliyyətdən  olan  gəlirlərin  mütləq  həcmi  hesabat  dövründə  ya  artır,  ya  da 

keçən  dövrlə  müqayisədə  dəyişməz  qalır.  Əsas  fəaliyyətdən  olan  gəlirlərin  xüsusi  çəkisi 

(gəlirlərin  ümumi  həcmində)  hesabat  dövründə keçən  dövrlə  müqayisədə  azalır.  Quruluş 

dinamikasının  üçüncü  tipi  hesabat  dövründə  keçən  dövrlə  müqayisədə  əsas  fəaliyyətdən 

olan gəlirlərin artım  tempinin sair gəlirlərin artım tempindən aşağı olması ilə şərtlənir.  

           4. ∆

G

əsas


 < 0

 ,   ∆ (


G

əsas 




 

G

∑ 



) < 0. 


19 

 

          



Əsas  fəaliyyətdən  olan  gəlirlərin  mütləq  həcmi  hesabat  dövründə  keçən  dövrlə 

müqayisədə  azalır.  Əsas  fəaliyyətdən  olan  gəlirlərin  xüsusi  çəkisi  də  (gəlirlərin  ümumi 

həcmində) hesabat dövründə keçən dövrlə müqayisədə azalır. 

           Gəlirlərin struktur dinamikasının ikinci və dördüncü tiplərinə uyğun gələn təsərrüfat 

hallarını  böhran  vəziyyəti  kimi  qiymətləndirmək  lazımdır.  Belə  hallar  müəssisənin  adi 

fəaliyyət növlərinin miqyasının azalmasına səbəb olur.              Əsas  fəaliyyətdən  olan 

gəlirlərin mütləq həcminin azalmasına aşağıdakılar səbəb ola bilər: 

•  tələbin azalması, bazarda analoji daha ucuz və ya daha keyfiyyətli rəqib məhsul, 

iş  və xidmətlərin  meydana gəlməsi ilə əlaqədar olaraq  məhsul,  iş və xidmətlər 

satışının həcminin azalması; 

•  analoji məhsul, iş və xidmətlərin qiymətlərinin bazar səviyyəsinin enməsi və ya 

rəqabət şəraitindən asılı olaraq qiymətlərin fərdi enməsi. 

 

Hesablar  planının  6-cı  bölməsində  mənfəət  və  zərər  haqqında  hesabatda  təqdim 



edilməli  olan  Gəlir  növləri  barədə  ümumiləşdirilmiş  məlumat  təqdim  olunur.  Bu  gəlir 

növləri 6 №-li Milli Mühasibat Uçotu Standartına uyğun olaraq dörd əsas kateqoriyaya, o 

cümlədən  əsas  əməliyyat  gəliri,  sair  əməliyyat  gəlirləri,  fəaliyyətin  dayandırılmasından 

mənfəətlər və maliyyə gəlirlərinə bölünür.   

 

 

 



 

 

 



Əsas əməliyyat gəliri müəssisənin əsas fəaliyyət növündən əldə olunan gəlirdir. Bu 

gəlirin tanınması və qiymətləndirilməsi 6 №-li Milli Mühasibat Uçotu Standartına əsasən 

həyata  keçirilməklə,  “Satış  adlı  601  nömrəli  hesabda  göstərilməlidir.  Əsas  əməliyyat 

gəliri  malların  satışından,  xidmətlərin  göstərilməsindən,  royaltilərdən,  həmçinin  16  №-li 

Milli  Mühasibat  Uçotu  Standartına  uyğun  olaraq  tikinti  müqavilələrindən,  14  №-li  Milli 

Mühasibat  Uçotu  Standartının  tələbləri  əsasında  isə  əməliyyat  icarəsindən  və  digər  satış 

əməliyyatlarından əldə oluna bilər.    

 

 



 

 

 



 

 

Əgər  müəssisə  satılmış  malların  geri  qaytarılmasını  qəbul  etmək  siyasətini  tətbiq 



edirsə,  bu  zaman  qaytarılan  malların  məbləği  “Satılmış  malların  qaytarılması  və 

ucuzlaşdırılması”

  adlı  602  nömrəli  hesabın  debetində  əks  etdilirvə  pul  vəsaitlərini  uçota 

alan müvafiq hesabların kreditində əks etdirilir.    

 

 



 

 

 



Əgər müəssisə müştərilərinə və ya malalanlara təqdim olunmuş mallara (xidmətlərə) 

görə  güzəştlər  tətbiq  edərsə,  satışın  tam  məbləği  “Satış  adlı  601  nömrəli  hesabın 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə