Microsoft Word Mag dis isi Maliyye net. Shefa Jeferli doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix02.04.2018
ölçüsü0,71 Mb.
#35779
1   ...   16   17   18   19   20   21   22   23   24

62 

 

amilin mənfəətə təsirinin hesablanması zamanı maya dəyəri üzrə standartdan kənarlaşma 



şərti  olaraq  sabit  xərc  üzrə  kənarlaşma  ilə  birləşdirilir.  Lakin  balans  hesablamalarında 

amillər  üzrə  kənarlaşmalar  müəyyən  edilərkən  maya  dəyəri  üzrə  kənarlaşma  öz  adı  ilə 

təyin edilməlidir.  

Əvvəlki  hesablamalarda  satışdan  əldə  edilən  mənfəətin  dəyişilməsinə  təsir  edən 

amillərin  təsirini  balans  yolu  ilə  ümumiləşdirmək  olardı.  Lakin  analitik  müqayisə  ücün 

istifadə olunan misal həmin şərti nisbətən dəyişmiş olur. Mənfəətin  satışdan pul gəlirinin, 

satışın  strukturunda  və  sabit  xərclərin  büdcə  və  faktiki  səviyyəsini  bu  fəslin  1-ci,  2-ci 

bölməsində    olduğu  kimi  (satışın  müəyyən  hissəsinin  aşağı  qiymətə  satılması  nəzərə 

alınmaqla) saxlayırıq. 

Satışdan əldə edilən  faktiki mənfəətin məbləğini hesablayaq: 

270⋅0,42-86=27,4 min pul vahidi 

(Maya dəyəri üzrə artım 9 min pul vahidi olmuş və icra zamanı rəhbərliyin göstərici 

ilə  onların  nəzarətində  olan  sabit  xərclərin  3  min  pul  vahidi  həcmində  azaldılması 

nəticəsində  sabit  xərclər  80+9-3=86  min  pul  vahidi  təşkil  etmişdir).  Deməli,  mənfəətin 

artımı 0,8(27,4-26,6) min pul vahidi təşkil etmişdir ki, həmin məbləğ təhlil obyekti kimi 

cıxış edir. 

Məlumdur  ki,  faktiki  icra  zamanı  məhsulun  qiymətinin  saxlanması  və  dəyişilməsi 

hallarında dəyişən xərclərin mütləq məbləği dəyişməmiş, lakin satışdan pul gəlirində onun 

nisbi məzmunu dəyişilmişdir. Faktiki icra ücün satışdan pul gəlirində dəyişən xərclər 58% 

təşkil etmişdir, cünki marjinal gəlir vahidin 0,42 hissəsi və ya 42% olmuşdur. Bu səbəbdən 

dəyişən xərclərin mütləq məbləği 156,6 min pul vahidi (270⋅58:100) təşkil edəcəkdir. 

Satışdan pul gəlirinin tərkibində, marjinal gəlirin orta xüsusi cəkisi 0,44 və ya 44% 

olduğunu  nəzərə  alsaq  onda  satışdan  pul  gəlirində  dəyişən  xərclər  56%(100-44)  təşkil 

edəcəkdir.  Bu  səviyyəni  dəyişən  xərclərin  ümumi  məbləği  ilə  eyniləşdirək.  Büdcə 

hesablaşmaları ücün qəbul edilmiş qiymət ilə  faktiki satılmış bütün məhsul üzrə satışdan 

pul gəlirini hesablayaq. Bu məbləğ 156,6:56⋅100=280 min pul vahidi  təşkil edəcəkdir. 

ndi  müxtəlif  amillərin  satışdan  əldə  edilən  mənfəətə  təsirinin  hesablanması 

ardıcıllığını təkrar edək. (min pul vahidi ilə): 

1.  Satılmış məhsulun miqdarının artması hesabına: (280-260)⋅0,41=+8,2 



63 

 

2.  Struktur dəyişikliyi hesabına: 280 ⋅(0,44-0,41)=+8,4 



3.  Qiymətin dəyişilməsi hesabına: 270⋅0,42-280⋅0,44=-9,8 

4.  Maya dəyəri üzrə kənarlaşma hesabına – 9 

5.  Sabit xərclərin azaldılması hesabına     +  3 

Amillərin yekunu      

 

 

0,8 



Beləliklə,  yuxarıda  göstərilmiş  amillərin  təsirinin  yekun    məbləği  (0,8  min  pul 

vahidi) təhlil obyekti ilə eyni məbləği təşkil edir. 

Satışdan  əldə  edilən  mənfəətə  ayrı-ayrı  amillərin  təsirinin  nəzərdən  kecirdiyimiz 

analitik  hesablanması  büdcə  göstəriciləri  ilə  faktiki  göstəricilərin  müqayisəsi  ilə  həyata 

kecirilir. Hesablamalar  mənfəətə satışın həcmi, onun strukturu və satılmış malların maya 

dəyəri  arasında  qarşılıqlı  əlaqəsi  ilə  müəyyən  edilən  asılılıqdan  istifadə  etməklə  tez  bir 

zamanda həyata kecirilir. Bu zaman hər bir məhsul növü üzrə bir başa hesablama yolu ilə 

mənfəəti müəyyən etmək mütləq deyildir. 

Bu hesablamalar ona əsaslanır ki, sabit xərclərin bütün məbləği satışdan əldə edilən 

nəticələrə  aid  edilməlidir.  Əgər  satılmamış  mal  qalığı  və  ya  bitməmiş  istehsalat  olarsa, 

onda onlar ucotda dəyişən xərclər səviyyəsində qiymətləndirilməlidir. Satışın nəticələrinin 

təhlilinin bu metodologiyası direkt-kostinq sistemi üzrə istehsal ucotunun təşkili ilə daha 

yaxşı uzlaşır. Bu metodika maliyyə və istehsalat ucotunun inteqrasiyası qaydalarına zidd 

deyildir. 

 

 

 



 

 

 



 

 

 



 

 



64 

 

 



 

NƏT CƏ 

 

Dissertasiya  işində  aparılmış  tədqiqatın  yekunlarını  ümuimləşdirərək  aşağıdakı 

nəticələri cıxarmaq və müəyyən edilmiş nöqsan və catışmazlıqları aradan qaldırmaq ücün 

aşağıdakı təkliflər paketini vermək olar:  

1. Müasir dövrdə mənfəət, təsərrüfat subyektlərinin istehsal, investisiya, kommersiya 

və  maliyyə  fəaliyyətinin  yekun  nəticə  göstəricisi  olmaqla,  baş  verən  iqtisadi  keyfiyyət 

dəyişikliklərini  özündə  əks  etdirir.  Maliyyə  -  təsərrüfat  fəaliyyətinin  kompleks  təhlilinin 

mənfəət və  rentabellikdən başlanılması  məqsədəuyğun sayılır. Müasir  şəraitdə  mənfəətin 

idarə olunması onun formalaşması, bölüşdürülməsi və istifadə edilməsi prosesinin sistemli 

təhlili  metodikasının  işlənib  hazırlanmasını  obyektiv  zərurətə  cevirir.  Belə  bir  metodika 

həm  daxili  istifadəcilər  və  həm  də  xarici  istifadəcilər  ücün  vacib  olmaqla,  mənfəətin 

mütləq  məbləğinin,  təsiscilərin  və  səhmdarların  gəlirlərinin  artırılması  üzrə  müəssisənin 

potensial  imkanını  müəyyən  etməyə  və  təsərrüfat  subyektlərinin  maliyyə  «sağlamlığını» 

dəqiq proqnozlaşdırmağa imkan verir.  

 

 

 



 

 

 



 

  

2.  Müasir  şəraitdə  təşkilatlarda  maliyyə  nəticələrinin  təhlilinin  metodlarının  tətbiqi 



mütləqdir,  çünki  müəssisənin  maliyyə  hesabatı  məlumatlarının  nə  dərəcədə  düzgün  və 

etibarlı  olması,  təhlilin  nəticələrinin  obyektivliyindən  asılıdır.  Əsaslanmış  qərarlarla 

maliyyə-təsərrüfat fəliyyətinin idarə olunması, investisiyanın əsas istiqamətlərinin qanuna 

uyğun müəyyən edilməsi, son nəticədə ölkə iqtisadiyyatının inkşaf sabitliyini təmin edir. 

Bu baximdan inflyasiya şəraitində aşağıdakıların nəzərə alınması vacib hesab edilir: bazar 

qiymətinin  formalaşması  və  istehsal  xərclərinin  səviyəsinə  nəzarət;  istehsalın 

avtomatlaşdırılması  və  yeni  texnologiyanın  tətbiqi  yolu  ilə  əmək  məhsuldarlığının 

yüksəldilməsi; marketinq tədqiqatları; aktivlərin səmərəli idarə edilməsi; nağd pulların və 

debitor  borclrının  minimum  endirilməsi,  kreditor  borclarından  istifadə  edilməsi.                      

3.  Mühasibat

  uçotunda  mənfəətin  real  göstəricilərinin  formalaşdırılması  üçün  aşağıdakı 

şərtlər:  təşkilatın

  xərclərinin  onların  ödənilməsi  mənbələrin  əmüvafiq  surətdə 

bölüşdürülməsinin  (bölgüsünün)  düzgünlüyü;

  istehsal  məsrəflərinə  aid  edilən  xərclər; 



65 

 

maliyyə



  nəticələrinin  dəyişilməsinə  aid  edilən  xərclər;  qeyri-istehsal  hesablarına  aid 

edilən


  xərclər;  qeyri-maddi  aktivlərlə  bağlı  məsrəflərin  kapitallaşdırılması  təmin 

edilməlidir. 

4

.  Təşkilatın  xərclərinin  vaxt  əlaməti  üzrə  bölgüsünün  düzgünlüyü.  Bu  məqsədlə 



mühasibat  uçotunda  “Uzunmüddətli  qiymətləndirilmış  öhdəliklər”  adlı  41-ci    maddənin 

412-ci  “Üzunmüddətli  zəmanət  öhdəlikləri”  hesabı    və  digər  öhdəliklər  hesabları  üzrə 

tətbiq edilir. “Uzunmüddətli qiymətləndirilmış öhdəliklər” adlı 41-ci  maddənin hesabları 

üzrə analitik uçot öhdəliklərin növləri üzrə aparılır. Təşkilatın uçot siyasətinə dair qaydada 

və  ya  əmrdə  öhdəliklərin  növləri,  onların  hesablanması  üsulları,  habelə  ilin  sonunda 

müvafiq hesabların bağlanması qaydası müəyyən edilməlidir.   

5.  Sənayedə,  inşaatda,  elmi  -  tədqiqat  təşkilatlarında  hazır  məhsul  və  bitməmiş  istehsal 

qalıqları  arasında  xərclərin  bölgüsü,  satışa  çəkilən  xərclərin  göndərilmiş  mallar 

(məhsullar)  və  onların  anbarlarda  qalıqları  arasında  bölgüsünün  düzgünlüyü  müəyyən 

edilməlidir. 

6. Satışdan alınan mənfəətin məbləği təşkilatın qəbul etdiyi uçot siyasəti elementlərindən: 

kommersiya  təşkilatında  tətbiq  edilən  istehsal  və  tədavül  məsrəflərinə  silinən  material 

ehtiyatlarının qiymətləndirilməsi metodundan (materialların vahidinin qiymətləri üzrə, orta 

qiymətlərlə,  F FO  və  ya  L FO  metodu  ilə);  əsas  fondların  amortizasiyasının  və  qeyri  - 

material aktivlərin hesablanmasının tətbiq edilən üsullarından asılıdır. 

                                        

7. Analoji sürətdə sonrakı təhlil vergiqoymadan əvvəl mənfəətin (balans mənfəətinin) hər 

bir  tərkib  elementinin  ətraflı  öyrənilməsinə  yönəlməlidir.  Bu  məqsədlə  mühasibat  uçotu 

məlumatlarından  (“Ümumi  mənfəət  (zərər)  üzrə  801-cı  hesabın  debet  və  kredit 

əməliyyatlarının  qeydləri)  istifadə  etmək  lazımdır.  Ətraflı  təhlil  zamanı  maliyyə 

əməliyyatlarından məhz hansı faizlər alınmasını (hesablamasını) müəyyən etmək olar. Sair 

əməliyyat gəlirləri və xərcləri üzrə əmlakla məhz hansı əməliyyatlar aparılmasını, zərərli 

əqdlərin olub-olmamasını aydınlaşdırmaq arzu edilmişdir. Əgər belələri olmuşdursa, onda 

onların təşəbbüskarının kim olmasını, zərərlərin hansı səbəbdən baş verməsini və onların 

təqsirkar  şəxslərin  hesabına  ödənilməsinin  mümkün  olmasını  aydınlaşdırmaq  lazımdır. 

Keçmiş illərin borclarının və zərərlərinin silinməsinə sərf olunmuş satışdan kənar xərclər, 

ödənilmiş  cərimələr,  penyalar,  dəbbələmə  pulları  çox  dəqiq  surətdə  öyrənilməlidir. 



66 

 

Satışdan  kənar  zərərlərin  bütün  növləri  üzrə  təqsirkar  şəxsləri  müəyyən  etmək,  habelə 



gələcəkdə belə zərərlərə yol verilməməsi üzrə təşkilati-texniki tədbirlər hazırlayıb həyata 

keçirmək məqsədəuyğundur.     

 

 

 



 

 

 



    

8.“Tədavüldə  olan  bölüşdürülməmiş  mənfəət”  subhesabında  müəyyən  vaxt  ərzində 

səhmdarlar  arasında  bölüşdürülməmiş  mənfəətin  ümumi  məbləği  toplanır.  Mahiyyətcə, 

həmin  subhesabın  saldosu  torpaq,  tikili  və  avadanlıqların  və  digər  maddi  ehtiyatlar 

formasında  yeni  əmlak  yaradılması  üçün  toplanmış  vəsaitlərin  miqdarını  göstərir.  Bu 

subhesabın  debeti  üzrə  qeydlər  yalnız  yeni  əmlakın  yaradılmasına  müvafiq  vəsaitlər 

həqiqətən  tətbiq  edildikdə  “ stifadə  edilmiş  bölüşdürülməmiş  mənfəət”  subhesabı  ilə 

müxabirələşdirməklə  aparılır.  Vəsaitlərdən  istifadə  edilməsi  əks  edildikdən  sonra 

“Tədavüldə  olan  bölüşdürülməmiş  mənfəət”  subhesabının  saldosu  bölüşdürülməmiş 

mənfəətin sərbəst qalığının miqdarını göstərir. 

                                                                      

9. Satışdan əldə edilən mənfəətin amillər üzrə təhlili metodikalarının çoxsaylı variantları 

təklif  edilmişdir.  Onların  öyrənilməsi  bizə  nəzərdən  keçirilən  göstəricinin  amillər  üzrə 

təhlilinə  iki  əsas  yanaşmanı  qeyd  etmək  imkanı  verir:  təhlil  nomenklaturanın 

(assortimentin)  ayrı-ayrı  mövqeləri  üzrə  amillərin  –  satışın  həcminin,  məhsul  vahidinin 

maya dəyərinin və qiymətinin təsirinin bilavasitə hesablanmasını nəzərdə tutur;təhlil, necə 

deyərlər, “ekspress təhlildir”.Təşkilatın operativ idarə edilməsi üçün birinci yanaşma daha 

münasibdir,  çünki  o,  nomenklaturanın  (assortimentin)  ayrı-ayrı  növləri  üzrə  satışın 

həcminə,  məmulatların  maya  dəyərinə  və  qiymətinə  dair  əsaslandırılmış  idarəetmə 

qərarları  qəbul  etmək  imkanı  yaradır.  Bununla  belə,  menecerin  sərəncamında  öz 

təşkilatının  və  rəqib  təşkilatların  mühasibat  hesabatları  olan  zaman  ekspress-  təhlil  də 

aparmaq lazımdır.                                                                                                                          

10.  Təhlili  dərinləşdirdikdə  satışın  həcminin  dəyişilməsinin,  konkret  səbəblərini,  maya 

dəyərinin  bahalaşmasının  səbəblərini  və  qiymətlərin  sonrakı  (böhran  həddinə  çatmamış) 

artırılması  imkanlarını  aydınlaşdırmaq  lazımdır.  Satışdan  alınan  mənfəətin  amillər  üzrə 

təhlilinin  nəticələri  əsasında  gələcək  dövrlər  üçün  məhsulun  buxarılış  nomenklaturasının 

və  satışı  həcminin  planlaşdırılması  üzrə  konkret  idarəetmə  qərarları,  habelə  konkret 

məhsul növləri üzrə istehsalın həcminə, onların qiymətlərinə və hər məhsul növü üzrə yol 

verilən xərclərin həddinə aid qərarlar qəbul edilə bilər. 



67 

 

11.  Milli  valyutada  pul  vəsaitləri  və  debitor  borcu  pul  vahidi  qiymətdən  düşdükcə  öz 



dəyərini  itirir,  bu  isə  təşkilatın  öz  dövriyyə  vəsaitinin  bir  hissəsini  itirməsinə  gətirib 

çıxardır.  Bundan  əlavə,  istifadə  edilən  xammalın,  materialların,  yanacağın  və  s. 

qiymətlərinin  artması  sayəsində  dövriyyə  aktivlərinə  tələbatı  artırır.  Eyni  zamanda  əgər 

təşkilatın  pul  öhdəlikləri  milli  valyutada  ifadə  olunmuşdursa,  o,  həmin  öhdəliklər  üzrə 

qismən “uda” bilər. 

12.  Inflyаsiyаnın  mühаsibаt  (maliyyə)  hesаbаtı  göstəricilərinə  təsirinin  nəzərə  аlın-

mаmаsının  dоğurduğu  fəsаdlаr  аşаğıdаkılаrdır:  qiymətin  аrtmаsının  təsiri  nəticəsində 

sаtılmış  məhsulun  mаyа  dəyəri  istehlак  оlunmuş  resurslаrın  cаri  mаyа  dəyəri  ilə 

müqаyisədə  аzаldılmış  оlur;  mаyа  dəyərinin  cаri  qiymətlərlə  deyil,  tаriхi  qiymətlərlə 

dəyərləndirilməsi inflyаsiyа şərаitində təsərrüfаt subyeкtlərinə özlərinin fəаliyyti prоsesin-

də  sərf  оlunmuş  mаteriаl  ehtiyаtlаrının  bərpа  оlunmаsı  və  əsаs  vəsаitlərin  yenilənməsi 

imкаnlаrını  аzаldır.  Nəticədə  resurslаrın  bərpа  оlunmаsınа  yönəldilmiş  vəsаitin  həcmi 

təşкilаtın reаl tələbаtınа uyğun оlmаyа bilər; qiymətin аrtmаsı şərаitində təşкilаtın mənfəət 

məbləği  şişirdilmiş  (аrtırılmış)  оlur;  bərpа  qiyməti  ilə  istehlак  оlunmuş    ehtiyаtlаrın 

dəyərinin  yenidən  hesаblаnmаsı  mənfəətin  məbləğinin  аzаlmаsınа  və  yа  zərərin 

аrtırılmаsınа gətirib çıхаrа bilər; təşкilаtın  каpitаlın sахlаnmаsı və аrtırılmаsı qаbiliyyəti 

hаqqındа  infоrmаsiyа  təhrif  оlunur  кi,  bu  dа,  mənfəətin  коrpоrаtiv  idаrə  оlunmаsı  mə-

sələləri  ilə  bаğlı  qərаrlаrın  qəbul  оlunmаsı  prоsesində  hesаblаmаlаrın  səhv  edilməsi  ilə 

nəticələnir-  mənfəət  təşкilаtın  uzunmüddətli  mаliyyə  sаbitliyi  məqsədi  ilə  bölüşdürülə 

bilər;  təşкilаtın  cаri  ödəmə  qаbiliyyətinin  idаrə  оlunnmаsı  üçün  zəruri  оlаn  debitоr  və 

кreditоr  bоrclаrının  reаl  nisbəti  hаqqındа  infоrmаsiyа    yохdur;  mühаsibаt  hesаbаtı  

ifоrmаsiyаlаrının  müqаyisəliliyi  prinsipi  pоzulur-  vахtа  görə  müqаyisə  reаl  оlmur,  nə-

ticədə  təşкilаtın  mаliyyə  nəticələrinin  və  pul  ахınlаrının  prоqnоz  təhlilinin  ifоrmаsiyа 

bаzаsının  dürüstlüyü  аzаlır;  каpitаl  qоyuluşunun  səmərəliliyini  səciyyələndirən  və 

təşкilаtın  biznesinin  səmərəliliyinin  qiymətləndirilməsi  sistemində  mühüm  hesаb  оlunаn 

əsаs  mаliyyə  göstəricilərinin    hesаblаnmаsı  təhrif  оlunmuş  nəticələr  fоrmаlаşdırır.  Bu, 

qəbul edilən investisiyа qərаrlаrının əsаslаndırılmаsını çətinləşdirir. 

 

 




68 

 

STIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT SIYAHISI 



 

 

1.  Азярбайжан  Республикасынын  Мцлки  Мяжялляси.  Бакы.  “Hüquq  ədibiyyatı”2007. 



776 səh. 

2.  Азярбайжан  Республикасынын  Верэи  Мяжялляси.  Бакы.“Hüquq  ədibiyyatı”2011. 

414 səh. 

3.  Азярбайжан Республикасынын «Мцщасибат учоту щаггында» гануну. Бакы, 2004. 

4.  Азярбайжан  Республикасынын  «Мцфлисляшмя  вя  ифлас  щаггында»  гануну.  Бакы, 

1997. 


5.  Азярбайжан  Республикасы  Nazirlər  Kabinetinin  18  iyun  2005-ci  ildə  təsdiq 

olunmuş  “2005-2008-ci  illırdə  Milli  Mühasibat  Uçotu  Standartlarının  tətbiqi  üzrə 

Proqram” 

6.  H.A.Cəfərli.  qtisadi  təhlil.  Dərslik.  «Elm  və  təhsil»  няшриййаты,  Bakı-2009.  –  560 

səh.   

 

7.  Səbzəliyev S.M. «Mühasibat (maliyyə) hesabatı», Bakı 2003.     



8.  H.A.Cəfərli.  Maliyyə  nəticələrinin  təhlili.  Metodik  vəsait.  « qtisad  Universiteti» 

nəşriyatı, Bakı-2015. – 55 səh.   

9.  H.A.Cəfərli.  Təssərüfat  subyektlərində  maliyyə  sabitliyinin  amilli  təhlili.  Metodik 

vəsait. «Elm və təhsil» няшриййаты, Bakı-2011. – 67 səh.   



 

10. H.A.Cəfərli.,  L.V.Məmmədova.    nflyasiya  və  onun  maliyyə  nəticələrinə  təsirinin 

təhlili. Metodik vəsait. « qtisad Universiteti» nəşriyatı, Bakı-2013.- 32 səh. 

11. Müslümov S.Y., Kazımov R.N. “Maliyyə təhlili”.  Dərslik: Bakı, “CBS”, 2012. 246 

s. 

12. Исмаилов 

Н.М. 

«Формирование 



финансовых 

результатов: 

учетно-

аналитические аспекты». Монография. «Элм». Баку-2012. 560 с. 



13. Исмаилов  Н.М.  Анализ  финансовых  результатов  предприятий  (фирм)  в 

условиях  рыночных  отношений  //  Финансыиучет,  12,  2001,с.15-21;  1,  2002, 

с.10-14; 2, 2002, с. 22-28. 



69 

 

14. Муслимов  С.Я.,  ЮзбашевЧ.Р.,  МамедоваА.К.,  АббасоваС.А.  Теория 



экономического анализа, Баку, 2003. 

15. ЮзбашевЧ.Р. Экономический анализ, Учебноепособие, Баку, 2006. 

16. АббасовС.А.  Преспективный  экономический  анализ.  Учебное  пособие.  Баку, 

2005. 

17. АбрютинаМ.С.  Экспресс-анализ  ухгалтерской  отчетности:  Методика. 

Практические рекомендации. –М.: Изд-во ДИС, 1999. – 258 с. 

18. Артеменко  В.Г.,Беллендир  М.В.  Финансовый  анализ:  Учебное  пособие.  –2-е 

изд., перераб. идоп–М.: Изд-во «Делоисервис», 1999. – 160 с. 

19. Астахов В.П. Анализ финансовой устойчивости фирмы ипроцедуры,связанные 

с банкротством.–М.: Изд-во «Ось-89», 1996. –  166 с. 

20. Баканов  М.И.,  ШереметА.Д.  Теория  экономического  анализа:  Учебник.-4-е 

изд., доп. И перераб. –М.: Финансы и статистика, 1998. –  416 с. 

21. ВакуленкоТ.Г.,ФоминаЛ.Ф.  Анализ  бухгалтерской  (финансовой)  отчетности 

для  принятия  управленческих  решений.  –СПб.:  Издательский  Торговый  Дом 

«Герда», 1999. –  160 с. 

22. ВакуленкоТ.Г.,ФоминаЛ.Ф.  Анализ  бухгалтерской  (финансовой)  отчетности 

для  принятия  управленческих  решений.  –СПб.:  Издательский  Торговый  Дом 

«Герда», 2001. –  288 с. 

23. Веснин  В.Р.  Основы  финансового  анализа  и  финансового  менеджмента  на 

предприятиях в условиях рынка. –М.: Знание, 1995. - 62 с. 

24. ГлазовМ.М.  Методика  финансовог  оанализа:  новые  подходы.  –СПб: 

Издательство  Санкт-Петербургского  университета  экономики  и  финансов, 

1996. - 164 с. 

25. ДонцоваЛ.В.,  НикифороваН.А.  Анализ  финансовой  отчетности:  Учебное 

пособие. –М.: Изд-во «Делоисервис», 2003. –  336 с. 

26. ЕфимоваО.В.  Финансовый  анализ.  –  4-еизд.,  перераб.  идоп.  –М.:  Изд-во 

Бухгалтерский учет, 2002. – 528 с. 

27. КовалевА.И., ПриваловВ.П. Анализ финансового состояния предприятия. –2-е 

изд., перераб. идоп.–М.: Центр экономики и маркетинга, 1997. –  256 с. 



70 

 

28. ШереметА.Д.  Методика  финансового  анализа  деятельности  коммерческих 



организаций. Гриф - М.: ИНФРА-М, 2013 

29.  Абдукаримов  И.Т.  Финансово-экономический  анализ  хозяйственной 

деятельности коммерческих организаций:  

анализ  деловой  ктивности.-М.: 

Инфра-М, 2012. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə