Microsoft Word Mag dis isi Maliyye net. Shefa Jeferli doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix02.04.2018
ölçüsü0,71 Mb.
#35779
1   2   3   4   5   6   7   8   9   ...   24

 

istehsal,  təchizat,  marketinq  və  maliyyə  fəaliyyətindən  asılıdır.  Başqa  sözlə  həmin 



göstəricilər təsərrüfatçılığın bütün tərəflərini əhatə edir. 

           



 

 

Mənfəətin  qiymətləndirmə  funksiyasının  mahiyyəti  təsərrüfat  subyektlərinin 

istehsal,  maliyyə,  investisiya  və  kommersiya  fəaliyyətinin  ümumi  nəticələrini  əks 

etdirməsi ilə xarakterizə olunur. Bu zaman mənfəət göstəricisi konkret müəssisənin işinin 

qiymətləndirilməsi  və  onun  istehsal,  maliyyə,  investisiya  və  kommersiya  fəaliyyətinin 

effektivlik parametrlərindən biri kimi çıxış edir. Doğrudan da, müasir dövrdə maksimum 

mənfəət  əldə  edilməsi  sahibkarlıq  fəaliyyətinin  başlıca  məqsədi  sayıldığından,  onun 

effektivlik göstəricisi rolunda çıxış etməsi və bu funksiyanı daşıması tamamilə məntiqi və 

qanunauyğun  görünür.  Zənnimizcə,  bazar  münasibətləri  şəraitində  mənfəətin  effektivlik 

göstəricisi  funksiyasını  yerinə  yetirməsi  müxtəlif  aspektlərdən  izah  oluna  və  nəzərdən 

keçirilə  bilər.  Məsələyə  bu  prizmadan  yanaşdıqda  mənfəətin  sahibkar  tərəfindən 

investisiya  olunmuş  kapitalın  həcminə  nisbəti  göstəricisi  ön  plana  çıxır  və  sözügedən 

iqtisadi  parametr  təsərrüfat  subyektlərinin  işinin  səmərəliliyini,  onların  istehsal  və 

kommersiya fəaliyyətinin gəlirliliyini qiymətləndirməyə əlverişli şərait yaradır.  

Nəzəriyyə  və  praktikadan  məlumdur  ki,  iqtisadiyyatın  transformasiyası  dövründə 

mənfəət  göstəricisi  qiymətləndirmə  funksiyası  ilə  yanaşı  bölüşdürmə  funksiyasını  da 

(mənfəətdən  istehlak  və  yığım  fondlarına  ayırmalar,  vergi  formasında  dövlət  büdcəsinə 

ödəmələr,  kapital  qoyuluşlarının  maliyyələşdirilməsinə  və  istehsalın  genişləndirilməsinə 

məsrəflər)  yerinə  yetirir.  Mənfəətin  bölgü  funksiyasına  görə  müəssisə  kapitalının 

formalaşmasında  bilavasitə  və  dolayı  iştirak  edən  bütün  subyektlər  gəlir  mənbəyi  kimi 

mənfəətin daima dövriyyədə saxlanılmasında maraqlı olur. Doğrudan da, gəlir mənbəyinin 

qorunub  saxlanılmasında  maraqlı  olan  təsisçilər  və  mülkiyyətçilər  mənfəətin  artan 

hissəsini dövriyyədən çıxarmır və bir qayda olaraq daxili inkişaf üçün istifadə edir. Bu isə, 

öz  növbəsində,  uzunmüddətli  dövr  ərzində  yüksək  gəlir  əldə  edilməsi  imkanlarını 

artırmaqla  təsərrüfat  subyektlərində  kommersiya  hesabının  və  özünümaliyyələşdirmə 

prinsipinin tələblərinin həyata keçirilməsinə əlverişli şərait yaradır. 




 

Xüsusi  vurğulamaq  yerinə  düşər  ki,  mənfəət  göstəricisi  çoxspektrli  ümumiləşdirici 



parametr  kimi  iqtisadi  inkişaf  dövründə  kompleks  xarakter  alır,  təsərrüfat  subyektlərinin 

istehsal  və  kommersiya  fəaliyyətinin  müxtəlif  tərəflərini  əhatə  edir  və  müasir  iqtisadi 

şəraitdə  əsas  mikroiqtisadi  indikatorlardan  birinə  çevrilməklə  rəqabət  zamanı  əlverişli 

üstünlük yaradır. Məhz buna görə də mənfəət göstəricisinin çoxaspektrliliyini və iqtisadi 

məkanda  baş  verən  dəyişikliyə  tez  reaksiya  vermə  qabiliyyətini  nəzərə  alan  müxtəlif 

mülkiyyət  münasibətlərinə  mənsub  təsərrüfat  subyektləri  sözügedən  parametrin 

formalaşması  proseduralarını  və  onun  səviyyəsinin  dəyişməsinə  təsir  edən  obyektiv  və 

subyektiv  amillərin  təsirini  hesablamaqla  kifayətlənmir  və  bu  problemə  tamamilə  yeni 

aspektdən yanaşır.  

 

Odur  ki,  müasir  şəraitdə  maliyyə  nəticələrinin  təhlili  metodikasi  və  onun  bazar 



iqtisadiyyatının  tələblərinə  uyğun    təkmilləşdirilməsi  təsərrüfat  subyektlərinin  maliyyə 

vəziyyətini  yaxşılaşdırılması,  həmçinin  maliyyə  nəticələrinin  təhlili  metodologiyasının 

işlənib  hazırlanması  problemlərinin  həlli  zəruridir.Tədqiqat  mövzusunun  aktuallığı  da 

məhz, bu qeyd edilən problemlərin konteksində əsaslandırılmışdır. 

Проблемин  юйрянилмя  сявиййяси.  Maliyyə  nəticələrinin  uçotu  və  təhlilinin  nəzəri  və 

praktika məsələlərinin öyrənilməsi ölkə və dünya alimlərinin diqqət mərkəzində olmuşdur. 

Respublikamızda  iqtisadçı  alimlərindən  S.M.  Səbzəliyev,  H.A.Cəfərli,  N.М. smayılov, 

Q.Ə.  Abbasov,  C.B.Namazova,  R.N.Kazımov,  S.A.Abbasova  və  digərlərinin  elmi 

əsərlərini  bu  mövzuya  həsr  etməsini  qeyd  etmək  olar.  Rus  iqtisadçı  alimlərindən  isə 

A.D.Şeremetin,  O.V.Efimovanın,  V. .Kovolyevin,  M.M  Qlazovun,  M.I.Bakanovun, 

V.Q.Artemenkonun, L.V.Donstovanın, və başqalarının tədqiqat əsərləri diqqəti cəlb edir. 

Lakin  maliyyə  nəticələrinin  uçotu  və  təhlilinin  nəzəri  və  praktika  məsələlərinin 

öyrənilməsi  və  praktikada  tətbiq  məsələləri  vacib  zərurət  kimi  xarakterizə  olunur.  Bu 

problemin öyrənilməsi hazırki dissertasiya mövzusunun seçilməsinə maraq oyatmışdir. 



Tədqiqatın  məqsəd  və  vəzifələri.  Kommersiya  təşkilatlarının  maliyyə-təssərrüfat 

fəaliyyətinin  son  maliyyə  nəticəsi  olan  mənfəətin  artırılması,  və  onun  təhlilinin 

təkmilləşdirilməsi  istiqamətində  nəzəri  və  praktiki  əhəmiyyətə  malik  təkliflər  və 

tövsiyyələr  işləyib  hazırlamaqdan  ibarətdir.  Bu  baxımdan,  dissertasiya  işində  tədqiqatın 

məqsədinə uyğun müvafiq vəzifələr nəzərdə tutulmuşdur: 



 



bütövlükdə  təşkilat  üzrə  və  onun  daxili  struktur  bölmələri  üzrə  mənfəət  planının 

yerinə yetirilməsi;  

satışdan alınmış mənfəətin, mühasibat və xalis mənfəətin keçən dövrə nisbətən plan 



üzrə və faktiki artım templərinin müəyyən edilməsi; 

biznes planın yerinə yetirilmə dərəcəsinin, satışdan alınan mənfəətin, mühasibat və 



xalis mənfəət göstəricilərinin dinamikasının müəyyən olunması; 

ayrı-ayrı daxili struktur bölmələrinin fəaliyyətinin nəticələrinin biznes-planın yerinə 



yetirilməsi  göstəricilərinə,  həmçinin satışdan  alınan  mənfəətin,  mühasibat və  xalis 

mənfəət göstəricilərinə təsiri dinamikasının müəyyən edilməsi; 

satışdan  alınan  mənfəətin,  mühasibat  və  xalis  mənfəətin  həcminin    artırılması 



ehtiyatlarının    müəyyən  edilməsi  və  onların  gələcək  inkişaf  perspektivi  nəzərə 

alınmaqla istifadə üzrə tədbirlərin hazırlanması; 

istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə daxili ehtiyatların aşkar edilməsi və s. 



         Tədqiqatın  predmeti  və  obyekti.  Dissertasiya  işinin  predmeti  Kommersiya 

təşkilatlarının  maliyyə-təssərrüfat  fəaliyyətinin  son  maliyyə  nəticəsi  olan  mənfəətin 

artırılması  təhlilinin  metodiki  problemlərinin  araşdırılması,  mənfəət  və  rentabelliyin 

sistemli  tədqiqi  metodikasının  təkmilləşdirilməsi  istiqamətində  əsaslandırılmış  təkliflərin 

müəyyənləşdirilməsi təşkil edir. Tədqiqatın obyekti isə kommersiya təşkilatlarıdır.   

Tədqiqatın nəzəri və metodoloji əsasını Azərbaycan Respublikasının Prezidentinin 

fərmanları və onlara dair qəbul edilmiş qanunverici aktlar və normativ sənədlər, Nazirlər 

Kabinetinin, Maliyyə Nazirliyinin  qtisadiyyat və Sənaye Nazirliyinin və s. qərar, göstəriş, 

əsasnamə,  təlimat,  qaydalar    və  öz  növbəsində  «Mülki  Məcəllə»,  «Vergi  Məcəlləsi», 

«Mühasibat uçotu haqqında», «Auditor xidməti haqqında» qanunlar, «MMUS» habelə bu 

problemi tədqiq edən, Azərbaycanın və xarici ölkələrin iqtisadçı alimlərinin dəyərli elmi 

əsərləri işləri təşkil edir.  

Dissertasiya işində iqtisadi təhlilin qruplaşdırma, müşahidə, müqayisə, zəncirvari yer-

dəyişmə, fərq, balans əlaqələndirmə və digər üsullarından geniş istifadə edilmişdir.  

Tədqiqatın elmi yeniliyi. Aparılmış tədqiqatın nəticəsi olaraq bir sıra elmi yeniliyə 

malik nəticələr əldə edilmişdir: 

-  kommersiya  təşkilatının  maliyyə  -  təsərrüfat  fəaliyyətinin  son  maliyyə  nəticəsi  



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə