Microsoft Word Mag dis isi Maliyye net. Shefa Jeferli doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix02.04.2018
ölçüsü0,71 Mb.
#35779
1   2   3   4   5   6   7   8   9   ...   24

16 

 

1.Əsas  əməliyyat 



gəlirləri 

 

2.Sair  əməliyyat 



gəlirləri  

 

3.Maliyyə 



gəlirləri 

 

4.Fəaliyyətin 



dayandırılmasınd

an mənfəət 

 

57.29 


 

 

0.39 



 

 

0.35 



 

 

 



 

77.04 



 

 

0.46 



 

 

0.26 



 

 

 



 

98.7 



 

 

0.7 



 

 

0.6 



 

 

 



 

99.1 



 

 

0.6 



 

 

0.3 



 

 

 



 

+19.75 



 

 

+0.07 



 

 

-0.09 



 

 

 



 

+0.4 



 

 

-0.1 



 

 

-0.3 



 

 

 



 

 



Yekun: 

58.03 


77.76 

100 


100 

19.73 


 

Cədvəl müəllif tərəfindən tərtib edilmişdir. 



            

 

Müəssisənin əsas əməliyyat gəlirlərinə məhsulların satışından, işlərin görülməsindən  



və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər aid edilir. Basqa sözlə desək bu qrupa 

əsas fəaliyyətdən olan gəlirlər daxildir. 

           Sair əməliyyat gəlirləri və xərcləri müəyyən təsərrüfat əməliyyatlarının nəticəsində 

yaranır:  əmlakın  icarəyə  verilməsi  və  ya  satılması,  birgə  fəaliyyətdə  iştirak,  borcların 

verilməsi və s. 

 

            Maliyyə gəlirləri və  xərclər bir qayda olaraq müəssisənin təsərrüfat fəaliyyətindən 



asılı  olmayan  konkret  faktlar  nəticəsində  meydana  gəlir:  məzənnə  fərqləri,  aktivlərin 

əvəzsiz olaraq əldə olunması, borcların silinməsi və s. 

            Əsas  fəaliyyətdən  əldə  olunan  gəlirlər  müəssisənin  bütün  gəlirlərinin  tərkibində 

daha  çox  xüsusi  çəkiyə  malik  olduğu  üçün  müəssisənin  gəlirlərinin  təhlili  zamanı  əsa 

fəaliyyətdən olan gəlirlərin təhlilinə xüsusi   diqqət   yetirmək   lazımdır. 

 

Əsas əməliyyat gəlirləri,  sair əməliyyat gəlirləri və  maliyyə gəlirləri müəssisənin 



gəlirlərinin  strukturunda  üstünlük  təşkil  edərsə,  onda  təhlil  zamanı  bu  fakt  fəaliyyət 

şəraitinin konkret dəyişiklikləri ilə izah olunmalıdır. Bu cür üstünlük sabit xarakter alarsa, 

yəni  bir  neçə  ardıcıl  hesabat  dövrləri  ərzində  təkrarlanarsa,  onda  bu  müəssisənin 

nizamnaməsində  əks  olunmayan  adi  fəaliyyət  növlərinin  tərkibində  baş  verən 

dəyişikliklərlə də izah oluna bilər.   



17 

 

           Məsələn,  icarə  müqaviləsinə  əsasən  müəssisənin  aktivlərinin  müəyyən  haqq 



müqabilində  müvəqqəti  istifadəyə  verilməsi  nizamnaməyə  əsasən  müəssisənin  fəaliyyət 

predmeti olmaya bilər. Bu halda icarə haqqı gəlir və xərclər üzrə hesabatda sair əməliyyat 

gəlirlərinin  tərkibində  əks  olunacaq.  Əgər  bir  neçə  ardıcıl  hesabat  dövrü  ərzində  sair 

əməliyyat  gəlirləri  müəssisənin  ümumi  gəlirlərinin  tərkibində  daha  çox  xüsusi  çəkiyə 

malik  olarsa  və  bu  gəlirlərin  daxilində  əsas  üstünlük  təşkil  edən  komponent  icarə  haqqı 

olarsa,  onda  öz  aktivlərinin  müqavilə  əsasında  icarəyə  verilməsi  müəssisənin 

nizamnaməsində  hələ  əks  olunmasa  da    faktiki  olaraq  əsas  fəaliyyət  növü  hesab  olunur. 

Beləliklə,  təhlil  zamanı  müəssisənin  fəaliyyətində  baş  verən  bu  cür  dəyişikliklər  aşkar 

olunur. Bu halda maliyyə təhlili baş verən dəyişiklikləri qeydə alır və onların müəssisənin 

nizmnaməsində əks olunması üçün əsas hesab olunur.  

           Təhlil  zamanı  yalnız  hesabat  dövründə  və  keçən  dövrlə  müqayisədə  müəssisənin 

gəlirlərinin  strukturunda  baş  verən  dəyişiklikləri  deyil,  eyni  zamanda  gəlirlərin  quruluş 

dinamikasının  tipini və onu törədən səbəbləri müəyyən etmək vacibdir.  

           Müəssisənin  gəlirlərinin  quruluş  dinamikasının  tiplərinin  izahı  zamanı  aşağıdakı 

işarələrdən istifadə olunur: 

           

G

əsas


  – 

əsas əməliyyat gəlirləri; 

           

G

sair  



– 

sair əməliyyat gəlirləri; ( əməliyyat, satışdankənar, fövqəladə); 

          G

∑   


müəssisə gəlirlərinin ümum həcmi ( 

G

adi 


 

G



sair

 ); 


           ∆

G

adi 



,

 ∆

G



sair

 , 


 G

∑   



 - 

keçən dövrlə (keçən ilin analoji  dövrü ilə) müqayisədə 

gəlirlərin müvafiq növlərinin mütləq həcmində baş verən dəyişikliklər; 

           ∆  (

G

əsas 




 

G

∑ 



)  , 

∆( 


G

sair


 



 

G

∑ 

)  - 



keçən  dövrlə  (keçən  ilin  analoji    dövrü  ilə) 

müqayisədə gəlirlərin müvafiq növlərinin xüsusi çəkisində baş verən dəyişikliklər. 

           Gəlirlərin  mütləq  və  xüsusi  çəkisində  baş  verən  dəyişikliklər  barədə  məlumatlar 

cədvəl 1-də 6 və 7-ci qrafalarda əks olunmuşdur.  

           0 və 1 indeksləri ilə müvafiq olaraq gəlirlərin keçən dövrə və hesabat dövrünə aid 

olan kəmiyyəti işarə olunur.  




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə