Microsoft Word Mag dis isi Maliyye net. Shefa Jeferli doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix02.04.2018
ölçüsü0,71 Mb.
#35779
1   ...   16   17   18   19   20   21   22   23   24

50 

 

büdcəsində sabit xərclər maksimum mənfəət məbləğindən az nəzərdə tutulmuşdursa, onda 



satışın həcminin kritik nöqtəsi həmin səviyyədən sola (azalmaqla) meyl  edəcəkdir. Əksinə 

nisbət həmin nöqtənin qrafikdə 68,7%-dən yuxarı (sağa) artımına səbəb olacaqdır. 

Qrafikə əsasən demək olar ki, mənfəətin həcminə satışın həcmi və maya dəyərinin 

sabit  xərlərə  aid  hissəsi  birbaşa  təsir  göstərir.  Mstəqim  materiala  müstəqim  əmək  haqqı 

xərcləri    və  məhsulun    həcminə  proporsional  dəyişən  üstəlik  xərcləri  birləşdirən  dəyişən 

xərclər satışdan pul gəlirinin  artımına proporsional olaraq artır. Cünki məhsul vahidinin 

qiymətində  onların    payı  dəyişmir.  Deməli,  mənfəətin  satışın  həcmi  və  məhsulun  maya 

dəyəri arasında  əlaqəsindən danışarkən qeyd etmək lazımdır ki,   məhsul satışından əldə 

olunan  mənfəət    yalnız  satılmış  məhsulun  miqdarından  deyil,  eləcə  də  xərclərin  məhsul 

vahidinə  aid  ediləcək  hissəsindən  asılıdır.  qtisadi  təhlildə  sonuncu  amilə  xüsusi  diqqət 

verilir. 

Maksimum  mənfəət  əldə  etməyə  maraqlı  olan  sahibkarlar  sabit  xərclərin  ümumi 

səviyyəsinin aşağı salınması ehtiyyatlarını  dərindən öyrənməyə cəhd edirlər. Bu məqsədlə 

növbəti büdcə dövrünə daxil etmək ücün onların qabaqcadan hesablanması aparılır. Lakin 

məhsul istehsalı və satışı həcminin artması  sabit xərclərə aid olan ayrı-ayrı xərc növlərinin 

də artımına səbəb olur. Buna görə də məhsul  vahidinin qiymətində sabit xərclərin payının 

azalmasını təmin edən büdcə optimal hesab edilir. 

 

 



3.2.  stehsalın zərərsizlik səviyyəsinin təhlili və qiymətləndirilməsi  

 

Bazar  münasibətləri  şəraitində  zərərsiz  işləmək  xərcləri  qarşılamaq,  müəssisə 



fəaliyyətinin      davam  etdirilməsi  ücün  zəruri  şərtdir.  Mülkiyyət    formasından  asılı 

olmayaraq  bütün  sahibkarlar    «xərclərini  cıxarmalıdır»  prinsipinə    tam  əməl  edilməklə 

fəaliyyət  göstərməlidirlər.  Buna baxmayaraq sabit qiymət siyasəti olmadan bazarın tələbi 

daim  dəyişilən  indiki  zamanda  xərclərini    cıxara  bilməyən,  istehsal-satış  fəaliyyətini 

zərərlə    başa  vuran  müəssisələr  cox  olur.  Belə  müəssisələrdə    zərərsizlik  zonasını  – 

rentabellik  astanasını təyin etmək, təsərrüfatdaxili imkanlar hesabına mənfəətin artırılması  

və rentabelliyin yüksəldilməsi yollarını axtarıb tapmaq tələb olunur. 



51 

 

Mənfəətlilik  (zərərsizlik)  məhsul  satışının  həcmindən,  onun  istehsalı  və 



reallaşdırılmasına  cəkilən  xərclərdən  bilavasitə  asılıdır.  Qiymətlərin  sərbəstləşdirildiyi 

indiki    dövrdə  qiymət  amilinin  hesabına  mənfəəti  coxaltmaq  imkanları  məhduddur. 

Tələblə  təklif  arasında  böyük  uyğunsuzluq  şəraitində  yüksək  inkişaf  qiymətlərindən 

istifadə  etməklə  mənfəətin  coxaldılmasına  nail  olunduqda  isə  dövlət  orqanları  tərəfindən 

müvafiq iqtisadi  sanksiyalar tətbiq olunur. 

Satışın  zərərsizlik  səviyyəsi  dedikdə  elə  bir  hal  nəzərdə  tutulur  ki,  biznes 

fəaliyyətindən nə gəlir  əldə edilir, nə də zərər. Bu müəssisənin mənfəət əldə etməsi ücün 

zəruri olan pul gəliridir. Həmin səviyyəni natural ifadədə məhsul vahidi kimi də müəyyən 

etmək  olar  ki,  onların  satışından  əldə  edilən  pul  gəliri  xərcləri    örtür,  əlavə    satılan  hər 

məhsul vahidi müəssisəyə mənfəət gətirir. 

Faktiki  realizə  edilmiş  məhsulun  miqdarı  ilə  onun  zərərsiz  həcmi  arasındakı  fərq 

təhlükəsizlik (mənfəət) zonası adlanır və onun artması ilə  müəssisənin maliyyə vəziyyəti  

möhkəmlənir. 

Satışın zərərsiz həcmi və  müəssisənin təhlükəsizlik zonası biznes planların tərtibi, 

idarəetmə    qərarlarının  qəbul  ediləməsi,  müəssisənin  fəaliyyətinin    qiymətləndirilməsi 

zamanı əsas göstərici hesab olunur.  

Mənfəətin səviyyəsinin məhsul satışının həcmindən və maya dəyərindən asılılığını 

hesablamaq ücün həmin amillərin nisbətinin müxtəlif variantlarını tədqiq edərkən hər dəfə 

rentabellik qrafikinin tərtib edilməsi müəyyən cətinliklər doğurur.  Bu məsələni həll etmək 

ücün  satışın  həcminin  kritik  nöqtəsini  analitik  hesablama  yolu  ilə  müəyyən  etmək  ücün 

düsturların işlənməsi və onlardan istifadə məqsədəuyğun hesab olunur.  

 

 



 

 

 



 

 

 



 

 20 


 

 

 16 



 

 

 12 



 

 

  8 



 

 

  4 



 

Зяряр  


зонасы 

Сатышын 


щячмини

н критик 

нюгтяси 

Мянфяят 


зонасы 

   


 М

ар

ж



ин

ал

 э



ял

ир

 



   

 Д

яй



иш

ян

 х



яр

ъ 

С



ат

ы

ш



да

н 

пу



л 

С

аб



и

т 



52 

 

 



 

 

 



 

 

  Şəkil 3.3.   Satışın rentabellik qrafiki 



Bu  məqsədlə  satılmış  məhsulun  rentabellik  qrafikinin  müəyyən  dəyişikliklə 

modifikasiyası  hesab  olunan  aşağıdakı  qrafik  tərtib  edilir  (şəkil    3.3).  Marjinal  gəlir 

qrafikində dəyişən və sabit xərclərin yerləri dəyişilir. 

Məhsul  satışı  həcminin  kritik  nöqtəsini  analitik  yolla  hesablamaq  ücün  tərtib 

ediləcək düsturlarda aşağıdakı şərti işarələrdən istifadə ediləcəkdir. 

N- satış  həcminin kritik nöqtəsi; 

M

g

 – marjinal gəlirin ümumi məbləği; 



M

gd

 – məhsul vhidinə marjinal gəlirin məbləği; 



DU- satışdan pul gəlirində marjinal gəlirin xüsusi cəkisi; 

DUi- məhsul vahidinin qiymətində marjinal gəlir dərəcəsi; 

P

i

 -məhsul vahidinin qiyməti; 



X

s

-sabit xərclər; 



X

d

-dəyişən xərclər; 



M

s

-satışdan mənfəət; 



P

g

-satışdan pul gəliri; 



K-natural ölcüdə satılmış məhsulun miqdarı; 

X

d



i-məhsul vahidinə dəyişən xərclər. 

Qrafikə    və  marjinal  gəlirin    müəyyən  edilməsinə  müvafiq olaraq  şərti  işarələrdən 

istifadə etməklə marjinal gəlirin hesablanması düsturunu yazaq: 

 

 



M

g

=M



s

+X

s



                

(1) 


Satış  həcminin  kritik  nöqtəsində  marjinal  gəlir  sabit  xərclərə  bərabərdir.  Qrafikə 

əsasən  marjinal  gəliri  satışdan  pul  gəliri  ilə  dəyişən  xərclərin  fərqi  kimi  də  hesablamaq 

olar: 

          

200               400                600                800             1000 

              Натурал  юлcцдя  сатышын  щяcмi 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə