Microsoft Word Mag dis isi Maliyye net. Shefa Jeferli doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix02.04.2018
ölçüsü0,71 Mb.
#35779
1   ...   16   17   18   19   20   21   22   23   24

59 

 

təşkil  edir.  2-ci  qrafik  sübut  edir  ki,  satışın  həcminin  kritik  nöqtəsindən  yuxarı  marjinal 



gəlir  və  satışdan  mənfəətin  həcmi  eyni  məbləğdə  artır.  Deməli,  hesab  etmək  olar  ki, 

satılmış məhsulun miqdarının artması hesabına mənfəət 8,2 min pul vahidi artmışdır.  

Əksinə,  satışın    strukturunda  baş  vermiş  dəyişiklik  marjinal  gəlirin  orta  xüsusi 

cəkisinin  dəyişilməsinə  səbəb  olur.  Bu  göstəricinin  artım  və  ya  azalma  meyli  müşahidə 

edilə  bilər.  Bizim  misalda  marjinal  gəlirin  orta  xüsusi  cəkisi  artmışdır.  Marjinal  gəlirin 

mütləq məbləğinin  artımını hesablayaq: 

(0,45-042) ⋅280=+8,4 min pul vahidi 

həmin  məbləğdə  satışın  strukturunun  dəyişilməsi  hesabına  mənfəət  artmışdır. 

Satışdan mənfəətin artımına hər iki amilin təsirinin yekunu 16,6 min pul vahidi (8,2+8,4) 

təşkil etmişdir. 

Qiymət  səviyyəsinin  mənfəətə  təsiri  büdcə  hesablaşmalarının  müxtəlif  variantları 

ücün  qiymətlərin  müəyyən  edilməsi  zamanı  təhlil  edilir.  Faktiki  nəticələrin  büdcə 

nəticələri  ilə  analitik  müqayisəsi  prosesində    qiymətin  dəyişilməsinin  satışdan  mənfəətə 

təsiri qiymətləndirilir. 

Satış strukturunun variantlarının secilməsi zamanı bazarın  tələbatı, rəqib tərəfindən 

satılan eyni məhsulun qiyməti və eləcə də həmin satış şəraiti ücün sabit xərclərin ümumi 

məbləği  nəzərə  alınmaqla  hər  bir  növ  məhsula  qiymətin  təyin  olunması  məsələsi  həll 

edilir.  Hər  bir  variant  ücün  satışdan  pul  gəlirinin  və  mənfəətin  büdcə  göstəricilərinin 

hesablanması  marjinal  gəlir  göstəricisindən  istifadəyə  əsaslanan  düsturlar  vasitəsi  ilə 

həyata kecirilir. 

Faktiki məhsul satışı bir sıra səbəblərdən büdcədə nəzərdə tutulmuş və ya standart 

qiymətdən  yüksək  və  ya  aşağı  ola  bilər.  Faktiki  qiymətlərin  aşağı  olması  variantını 

nəzərdən kecirək. 

Fərz  edək  ki,  satış  zamanı  D  məhsulunun  müəyyən  hissəsi  aşağı  qiymətlə  (15  pul 

vahidi  əvəzinə  10  pul  vahidi)  satılmış  və  aşağı  qiymətə  satılmış  məhsuldan  pul  gəliri 

ümumi  pul  gəlirinin 270  min  pul vahidinin  10%-ni  təşkil  edir.  Bu  dəyişikliyin  mənfəətə 

təsirini aşağıdakı qaydada hesablamaq olar. 

A məhsulu üzrə     M

x

=(12-7):12=0,42 



C məhsulu üzrə     M

x

=(18-11)=0,39   




60 

 

D məhsulu üzrə    M



x

=(15-7):15=0,53  

aşağı qiymətə satılmış D məhsulu ücün M

x

=(10-7):10=0,3  



 

Faktiki  satışın bütün həcmi ücün  məhsul vahidinin qiymətində marjinal gəlirin orta 

xüsusi cəkisini hesablayaq:  

 

 



M

x

 = 0,42 ⋅30+0,39⋅35+0,53⋅25+0,3⋅10 = 12,6+13,6+13,2+3 = 0,42 



          100                                           100 

Buradan  da  satışdan  mənfəətin  həcmi  M=270⋅0,42-80=33,4  min  pul  vahidi  təşkil 

edəcəkdir.  

Beləliklə,  D  məhsulu  üzrə  qiymətin  aşağı  düşməsi  satışdan  mənfəətin  azalmasına 

səbəb olmuşdur. (33,4-43,2=-9,8 min pul vahidi)   

Qeyd  etmək  lazımdır  ki,  təcrübədə bəzən məhsulların bəzi  hissəsi onun  tam  maya 

dəyəri səviyyəsindən aşağı qiymətə satılır. Göründüyü kimi müəssisədə D məhsulu aşağı 

qiymətə  satılmışdır.  Təhlil  prosesində  onun  maya  dəyəri  hesablanmasa  da  büdcə  üzrə 

satışdan mənfəət marjinal gəlirin ümumi məbləğinin 24,9%-ni (26,6:106,6⋅100) təşkil edir. 

Aşağı  qiymətə  satılmış  məhsul  üzrə  marcinal  gəlir  stavkası  3  pul  vahidi  və  ya  büdcəyə 

nəzərdə tutulmuş 8 pul vahidinin 37.5%-ni təşkil edir.  

Marjinal  gəlir  stavkasında  sabit  xərclərin  payı  62,5%(100-37,5)  təşkil  etməlidir. 

Deməli, D məhsulu üzrə aşağı qiymət bu məhsulun tam maya dəyərindən azdır. Əlbəttə, 

bu məhsulun müəyyən hissəsinin aşağı qiymətə satılması ilə əlaqədar  satışdan əldə olunan 

mənfəətin  həcmi  9,8  min  pul  vahidi  azalsa  da  sabit  xərclərin  9,8/(8-3)  ⋅3=5,9  min  pul 

vahidinə bərabər hissəsini ödəmişdir. Bu onunla əlaqədardır ki, marjinal gəlirin tərkibinə 

mənfəət və sabit xərclər daxildir. 

nkişaf  etmiş  ölkələrdə  təhlil  prosesində  marjinal  gəlir  göstəricisindən  istifadəyə 

əsaslanan düsturlar analitik hesablamaların aparılmasında hər növ məhsul vahidinə düşən  

sabit  xərclərin  təsərrüfatı  ilə  müəyyən  edilir.    Müəssisə  rəhbərliyi  aydındır  ki,  aşağı 

qiymətə satılan məhsul üzrə marjinal gəlir 15,7(9,8+5,9) min pul vahidi təşkil edə bilər və 

onun  dövrdən  bir  hissəsini  müəssisə  əldə  edəcəkdir  və  həmin  məbləğ  hər  şeydən  əvvəl 

sabit  xərcləri  örtəcəkdir.  Bu  hesabla  da  o,  məhsulun  müəyyən  hissəsinin  aşağı  qiymətə 

satılmasına razılıq vermişdir. 




61 

 

Sabit xərclərin satışdan əldə edilən mənfəətə təsirini qiymətləndirərkən büdcə üzrə 



satışdan mənfəətin bu və ya digər variantının hesablanmasında onların səviyyəsinə xüsusi 

diqqət verilməlidir. Bu səbəbdən əvvəlcə sabit xərclərin səviyyəsini qiymətləndirək. M=P

g

 

⋅M



x

-X

s



 düsturundan aydındır ki,  sabit xərc məbləği nə qədər az olarsa satışdan mənfəətin 

həcmi də artır. 

Satışdan  mənfəətin  büdcə  üzrə  hesablanması  zamanı  qeyd  etdik  ki,  sabit  xərclərin 

xüsusi  cəkisi  marcinal  gəlir  məbləğində  62,5%  təşkil  edir.  Bu  o  deməkdir    ki,  satış 

həcminin  kritik  nöqtəsi  də  həmin  səviyyədə  yerləşir.  Marcinal  gəlirin  müəyyən  edilməsi 

qrafikində  həmin  nöqtə  sağa  doğru  cəkilmişdir.  Sifariş  paketinin  azalması  hallarında  

(37,5%-dən cox) müəssisə ziyanla işləyəcəkdir. 

Mənfəəti  artırmaq  və  həmin  nöqtəni  sola  meylinə  nail  olmaq  ücün  marcinal  gəlir 

məbləğinin  tərkibində  sabit  xərclərin  xüsusi  cəkisini  azaltmaq  lazımdır.    Buna  iki  yolla 

nail olmaq olar: ya sabit xərclərin mütləq məbləğini aşağı salmaq və ya satışın həcmini və 

imkan daxilində satışdan pul gəlirinin tərkibində marjinal gəlirin xüsusi cəkisini artırmaq 

(istehsal  gücünün  artırılması  və  məhsul  buraxılışı  və  satışının  strukturunun 

yaxşılaşdırılması hesabına). 

Müəssisənin  istehsal  gücünün  genişləndirilməsi  hesabına  satışın  həcmi  artdıqda 

büdcə  hesablaşmalarında    sabit  xərc  məbləği  də  artırılır.  Lakin  bu  artım  nəzərdə  tutulan 

satışın  həcminin  artımını  ötməməlidir,  əks  halda,  mənfəətin  nəzərə  carpacaq  dərəcədə 

artımına nail olmaq mümkün olmayacaqdır. 

Sabit xərclərin faktiki və büdcə səviyyəsinin müqayisəsi zamanı nəzərdə saxlamaq 

lazımdır  ki, sabit xərclərin  təsnifatına uyğun  olaraq faktiki icra  zamanı  onların  səviyyəsi 

büdcə  üzrə  səviyyədən  fərqlənməməlidir.  Lakin  böyük  olmayan  bu  şərt  büdcənin  faktiki  

icrasını yekunlaşdırarkən onların səviyyəsinə düzəliş etməyə imkan verir. 

Sabit  xərclərin  təsnifatını  şərh  edərkən  qeyd  etdik  ki,  rəhbərliyin  ixtiyarında  olan 

hissə kritik halda rəhbərliyin təşəbbüsü ilə azaldıla bilər. Bu halda sabit xərclərin faktiki 

məbləği  arasında kənarlaşma yaranacaqdır, daha doğrusu azalacaqdır. 

Məlumdur  ki,  maya  dəyəri  üzrə  standartdan  kənarlaşma  (əsasən  artıq  xərc)    cox 

zaman  ucotda  göstərilir,  konkret  məhsul  növü  göstərilməyən    satışdan  mənfəət  hesabına 

aid edilir. Təbii ki, bu səbəbdən faktiki mənfəət azalır və   M=P

g

 ⋅M



x

-X



düsturunda hər bir 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə