Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

 

 

41 



       Verilmiş  bir  misala  nəzər  yetirək:  Ehtimal  edək  ki,  verilmiş  məhsul 

bölüşdürülmə  nöqtəsində  heç  bir  bazar  qiymətinə  malik  deyil.  Lakin  daha  sonra 

10000  manat  həcmində  məhsul  üzərində  aparılan  işdən  sonra    onu  15000  manata 

satmaq mümkündür. 

       Bu zaman differensial gəlir 15000 manat təşkil edəcəkdir, differensial xərclər isə 

10000  manat.    Differensial  mənfəət  (təmiz  differensial  gəlir)  isə  5000  manat  təşkil 

edəcək. 

       Əgər  müəssisə  məhsulu  bölüşdürülmə  nöqtəsindən  sonra  yenidən  işləməyə 

məruz  qoymazsa,  sadəcə  5000  manat  gəlir  itirmiş  deyil,  həmçinin  digər  zərərlər  də 

vurmuş  olar.  Təsəvvür  edək  ki,  müəssisə  verilmiş  məhsulun  təkmilləşdirilməsi 

məqsədi ilə onu 4000 manat həcmində yenidən emal etdi. Bundan sonra bu məhsulu 

18000  manata  satmaq  mümkündür.  Realizə  olunmanın  xalis  dəyəri  bölüşdürmə 

nöqtəsindən sonrakı ilk mümkün mərhələdə müəyyən olunduğundan, məhsulun daha 

da  yaxşı  xüsusiyyətlərini  əldə  etmək  üçün  sonrakı  istehsalat  ona  aid  olunmuş 

kompleks  xərclərin  həcminə  heç  bir  təsir  göstərməyəcək.  Məhsulun  sonrakı  emal 

imkanları da həmçinin təbii göstəricilər metodu ilə bölüşdürülmüş kompleks xərclərin 

məbləğinə heç bir təsir etməyəcəkdir. Çünki eyni həcmdə məhsul emal olunur.  

       Məhsulun  maya  dəyərinin  müəyyən  olunması  zamanı  bölüşdürülən  xərclər  hər 

hansısa  bir  metodla  hesablanılmış  bölüşdürülmüş  kompleks  xərclərə  əlavə  olunur. 

Lakin cari yanaşmalar fərqli böyüklükdə mənfəətə gətirib çıxardır. 

        stehsalatın  gələcək  mənfəət  əldə  etmək  qabiliyyəti  qərarının  qəbul  edilməsi 

zamanı  müəssisələr  yenidən  əlavə  gəlirlərlə  əlavə  xərcləri  müqayisə  etməlidir. 

Göstərlən bu misalda əlavə gəlir 3000 manat təşkil edir: 

                                                 18000-15000=3000 (manat) 

       Əlavə xərclər isə 4000 manat təşkil edir. 

       Bu səbəbdən də heç bir digər faktorları diqqətə almayan zaman müəssisələr üçün 

keyfiyyət xarakterini yaxşılaşdırmadan satılan məhsul ən üstünlük verilənidir. 



 

 

42 



       Kompleks  məhsulların  istehsalı  istehsalın  texnologiyayla  təmin  olunma 

səviyyəsindən asılı olduğu qədər, bazar şəraitindən də asılıdır. Kompleks məhsulların 

ikili  xasiyyətinin  bu  formada  müəyyən  edilməsi  ilk  baxışdan  əlverişli  hal  kimi 

görünsə də, bunların hər birinin qərar qəbulunda nəzərə alınması fiziki olaraq qeyri-

mümkün haldır.  

       Gəlirin  planlaşdırılması  məqsədilə  marjinal  gəlir  konsepsiyasının  tətbiqi  daha 

məqsədəuyğundur.  O  satışdan  əldə  olunmuş  mənfəət  və  hazırki  məhsulun  istehsalı 

üçün çəkilmiş dəyişən xərclər arasındakı fərq hesab olunur. Marjinal gəlir idarəçilərə 

müəssisə  gəlirinə  artırılan  və  ya  çıxılan  məbləğin  ehtimal  üçün  imkan  yaradır.  Bu 

göstərici  məhsulun  realizə  olunmasından  olan  brutto  gəlirin  məbləğini  əks  etdirmir. 

Bu göstərici  onun digər məhsullara nisbətən müqayisədə nisbi gəlirliliyini müəyyən 

edir.  


       Hər  hansı  bir  məhsulun  və  ya  seqmentin  realizə  olunması  zamanı  yaranmış, 

satışdan  əldə  edilmiş  mənfəət  və  məhsulun  maya  dəyərinin  arasındakı  fərq  kimi 

tanınan,  özündə  kompleks  olduğu  kimi,  həm  də  bölüşdürülmə  nöqtəsindən  sonra 

çəkilmiş bütün xərclərin bir hissəsini birləşdirən brutto gəlir gəlirin planlaşdırılması 

zamanı  qərar  qəbulu  üçün  etibarlı  metod  hesab  edilmir.  Əldə  olunmuş  məlumatlar  

ümumi  brutto  gəlirin  dəyişilməsi  məqsədi  ilə  qərarların  proqnozlaşdırılmasında 

istifadə oluna bilməzlər. 

    


       

2.4  Tam  və  dəyişən  xərclər  üzrə  məhsulların  maya 

dəyərinin kalkulyasiyası metodları

 

Xərclərin  məhsulun  buraxılış  həcminə  nəzərən  özünün  necə  aparması  xərclərin 



beynəlxalq  standartlara  və  praktikaya  uyğun  olaraq  təsnifat  xüsusiyyətidir.  Bu 

səbəbdən də iqtisadiyyatda dəyişən (ing. tərc. variable), daimi (ing.tərc. fixed) xərclər 

terminləri geniş istifadə edilir. Bu xərc növlərindən başqa isə hissəvi-daimi (ing.tərc. 



 

 

43 



semi-fixed),  hissəvi  dəyişən  (ing.tərc.  semi-variable)  xərclər  terminlərindən  də  bəzi 

ə

dəbiyyatlarda söz açılır. 



Sözü gedən xərclərin bir sıra özünəməxsus xüsusiyyətləri mövcuddur: 

Dəyişkən xərclə

Istehsal 

buraxılışı 

həcminə 

düz 

mütənasibdir.  Bu  o  dəməkdir  ki, 

istehsal  həcminin  iki  dəfə  artımı  bu 

xərcləri də iki dəfə artıracaqdır. 

Daimi xərclə

stehsal həcminin istənilən səviyyəsindən 

asılı olmayaraq dəyişməz qalır. 

Hissəvi-daimi xərclə

Bir müddət dəyişməz qalsa da,  müəyyən 

zaman  keçdikdən  sonra  dəyişməyə 

başlayır, daha sonra isə yenə də sabitləşir. 

Bu səbəbdən də ingilis dilində bu xərclər 

addımlı,  mərhələli  olaraq  sabit  olan 

xərclər də adlanır (ing.tərc. step-fixed). 

Hissəvi-dəyişkən xərclə

Bu  xərclər  həm  daimi,  həm  də  dəyişkən 

xərclərin 

xüsusiyyətlərini 

özündə 

birləşdirmişdir.  Bəzən  bu  tip  xərclər 



qarışıq xərclər də adlandırılır. 

 

Verilən  qısa  bir  zaman  həcmində  xərclər  daimi,  hissəvi  və  dəyişkən  xərclərdən 



ibarətdir.  Lakin  bu  zaman  uzandıqca  və  bir  neçə  ili  aşdıqda  bütün  xərclər 

dəyişəcəkdir.  Bunun  səbəbi  də  istehsal  həcmində  olan  böyük  miqyaslı 

dəyişikliklərdir. Bu zaman daimi xərclər özlüyündə də hissəvi-daimi xərclərə çevrilir. 

Daimi  xərclərin  bu  cür  dəyişikliklərini  nəzərə  alan  bəzi  qərb  alimləri,  onları  bu 

xüsusiyyətlərinə görə dəyişkən xərclər adlandırırlar.  



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə