67
Xidmətlərin göstərilməsi;
Faiz, royalti və dividendlərin əldə olunması.
Malların satışından gəlir aşağıdakı şərtlər yerinə yetirildiyi halda tanınır:
Mülkiyyət hüququ ilə bağlı ciddi risklər və haqlar satıcıdan alıcıya keçdikdə;
Satıcı mülkiyyət hüququ ilə bağlı idarəetmədə iştirak etmədikdə və satılmış
mallara nəzarəti saxlamadıqda;
Gəlir məbləğinin etibarlı şəkildə qiymətləndirilməsi mümkün olduqda;
Ə
məliyyatla bağlı iqtisadi gəlirlərin müəssisəyə daxil olması ehtimalı olduqda;
Ə
məliyyatla bağlı çəkilmiş və çəkilməsi gözlənilən xərclərin etibarlı şəkildə
qiymətləndirilməsi mümkün olduqda.
Xidmətlərin göstərilməsindən gəlir hesabat dövrünün sonuna çatdırılma
dərəcəsindən asılı olaraq tanınır (o halda ki, nəticə etibarlı şəkildə qiymətləndirilə
bilir).
Xidmətlərin satışından gəlir aşağıdakı şərtlər yerinə yetirildiyi halda etibarlı
qiymətləndirilir:
Gəlirin məbləğini etibarlı şəkildə qiymətləndirmək mümkün olduqda;
Müəssisənin əməliyyatla bağlı iqtisadi səmərə əldə etməsinə ehtimal olduqda;
Ə
məliyyatın başa çatma mərhələsi etibarlı şəkildə müəyyən edilə bildikdə;
ş
in başa çatdırılması üçün vacib olan xərclər etibarlı şəkildə qiymətləndirilə
bildikdə.
Faiz, royalti və dividendlərin əldə olunmasından gəlir aşağıdakı şərtlər yerinə
yetirildiyi halda tanınır:
•
Ə
məliyyatlarla bağlı iqtisadi səmərənin müəssisəyə daxil olması
ehtimali olduqda;
•
Gəlirin məbləği etibarlı şəkildə qiymətləndirmək mümkün olduqda.
Faiz, royalti və dividendlərdən gəlir aşağıdakı əsalarla tanınır;
•
Faizlər - proporsional zaman əsasi ilə;
•
Lisenziya ödənisləri – müvafiq müqavilənin mahiyyətinə uygun olaraq
hesablama metodu əsasında.
68
•
Dividendlər – səhmdarların ödənişləri almaqla bağlı hüquqları təyin
edildikdə.
Mal satışlarının həyata keçirilməsi nəticəsində gəlirin tanınması müxtəlif şərtlər
ə
sasında mümkündür. Məsələn: “Silmək və saxlamaq” sxemi üzrə satış: Alıcının
sahiblik hüququ əldə etməsinə və hesabdan çıxarış tanımasına baxmayaraq onun
xahişi əsasında malların müəssisədən yüklənməsi təxirə salınır.
Gəlir alıcının sahiblik hüququ əldə etdiyi vaxt tanınır, əgər:
Çatdırılmanın həyata keçirilməsinə əminlik varsa;
Satışın tanınma anında satılmaq üçün müəyyən edilmiş malların alıcıya
göndərilməyə hazır olması;
Alıcı təxirə salınmış yüklənmə ilə bağlı təlimatı təsdiqləyirsə;
Adi ödəniş qaydaları tətbiq olunur.
Ə
gər malların yüklənmə vaxtına qədər alınması və ya istehsalı ilə bağlı sadəcə
niyyət vardırsa, bu zaman gəlir tanınmır.
“Quraşdırma və sınaq” şərti ilə satış: Gəlir adətən o zaman tanınır ki, alıcı
tərəfindən malların tədarükü (qəbulu) və satıcı tərəfindən həmin malların quraş-
dırılması və sınağı başa çatdırılmış olsun. Lakin gəlir alıcı tərəfindən malların qəbul
edilməsindən dərhal sonra tanınır, əgər quraşdırılma xaraktercə mürəkkəb deyildir
(Məsələn, avadanlığın quraşdırılması yalnız qablaşdırmadan çıxarılaraq şəbəkəyə
qoşulmasından ibarətdir), və ya sınaq yalnız müqavilə üzrə ən son qiymətin müəyyən
edilməsi üçün yerinə yetirilir (məsələn, dəmir filizinin tədarükü).
"Gəlirlər üzrə" kommersiya təşkilatları üçün MMUS-da faizlər, royalti və
dividendlərin açıqlaması verilmişdir.
Burada müəssisədə aktivlərin digər şəxslər tərəfindən istifadəsi aşağıdakı
formalarda gəlirləri yaradır:
Faizlər
Müəssisəyə məxsus pul vəsaitlərinin,
yaxud
onların
ekvivalentlərinin
istifadəsinə görə ödənişlərdir.
Royalti
Müəssisələrin uzunmüddətli aktivlərinin
69
istifadəsinə görə olan ödənişlər. Buraya
patentləri, ticarət nişanlarını, müəlliflik
hüquqlarını, kompüter proqram təminatı
və s. bu kimi aktivləri misal gətirmək
olar.
Dividendlər
Müəssisənin xalis mənfəətinin onların
müvafiq olaraq iştirak paylarına uyğun
olaraq səhmdarlar arasında bölüşdürülən
məbləğləri.
Faizlər, royalti və dividendlər şəklində yaranmış gəlirlər aşağıda göstərilən
bütün şərtlərin yerinə yetirilməsi şəraitində tanınır:
əməliyyatla bağlı olan iqtisadi səmərənin müəssisəyə daxil
olunması ehtimal olunduğu zaman;
gəlirin məbləğinin etibarlı şəkildə qiymətləndirilməsi mümkün
olduqda.
Aktivin real səmərəliliyini nəzərə alınmaqla faizlər formasında yaranan gəlir
mütənasib qaydada tanınması məqsədə uyğundur.
Royalti formasında yaranmış gəlirin isə müvafiq müqavilələrin mahiyyətinə görə
hesablama metodu əsasında tanınması məqsədə uyğundur.
Dividendlər formasında yaranan gəlirin səhmdarlar tərəfindən sözü gedən
dividendləri almaq hüququnun əldə olunduğu şəraitdə tanınması məqsədə uyğun
hesab olunur.
Faiz, royalti və divident formasında yaranan gəlirin qiymətləndirilməsi
mənbədən tutulan hər hansı vergilər daxil olmaqla ümumi məbləği ilədir.
Aktivin real səmərəliliyi anlayışı dedikdə, aktivin istifadəyə yararlı olduğu
müddət ərzində müəssisəyə daxil olması gözlənilən pul vəsaitlərinin axınının aktivin
ilkin balans dəyərinədək diskontlaşdırılması üçün zəruri olan faiz dərəcəsi başa
düşülür. Faiz formasında yaranan gəlirlərə borc qiymətli kağızın ilkin balans dəyərilə
Dostları ilə paylaş: |