Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

 

44 



stehsal xərclərinin təsnif olunması beynəlxalq standartlara görə həmin qərarlara təsir 

etmə gücünə və xüsusiyyətlərinə görədir.  

       Dəyişkən, daimi, hissəvi-daimi və hissəvi dəyişkən xərclərin istehsalat həcminin 

müvafiq  olaraq  cəmi  dəyişkən,  cəmi  daimi  xərclərə  görə  dəyişməsi  aşağıdakı 

sxemlərdə göstərilmişdir: 

 

                                                   Dəyişkən xərclər: 

Cəmi dəyişən xərcələr 

  

 



 

 

 



 

stehsalat həcmi 

 

                              



                                                 Hissəvi-daimi xərclər: 

Cəmi daimi xərclər 

                                   

 

 



 

 

 



stehsalat həcmi 

 

     Sabit  xərclər  məhsulların  müxtəlif  növündən,  kəmiyyətindən  asılı  olaraq 

formalaşır. Bu xərclər istehsal prosesində əmələ gəlir.  

Dəyişən  xərclər  isə  müxtəlif  məhsulların  istehsalı,  həcmi  ilə  bilavasitə  bağlıdır. 

Eyni sahəyə çəkilən xərclərin artıb-azaldıqda dəyişməsini, və ya yeni texnologiyanın 



 

 

45 



tətbiqini,  gübrələrdən  istifadəni  və  s.  misal  çəkmək  olar.    Bunlar  xərclərin 

dəyişməsinə səbəb olur. 



                                           Daimi xərclər: 

Cəmi daimi xərclər 

 

 

 



 

 

 



 

stehsalat həcmi 

 

Sabit  və  dəyişən  xərclər  mahiyyət  etibarı  ilə  fərqlənsələr  də  onlar  arasında 



qarşılıqlı əlaqə mövcuddur və bir-birlərini tamamlayırlar. Bu zaman sabit və dəyişən 

xərclər  istehsala  çəkilən  xərcləri  əks  etdirir  və  ümumi  istehsal  xərclərini 

formalaşdırır. 

Məhsul  vahidinə  çəkilən  xərclərin  maya  dəyərinin  mahiyyəti  və  əhəmiyyətinin 

müəyyənləşdirilməsi    istehsal  xərcləri  zamanı  xüsusilə  vacibdir.  Sözü  gedən  bu 

göstərici  istehsal  strukturlarını  müqayisəli  qiymətləndirilməsində,  qiymətqoyma 

prosesində, məhsulların rəqabət qabiliyyətinin formalaşmasında, mənfəətin hesablan-

ması və yüksəldilməsi tədbirlərinin hazırlanmasında əhəmiyyətli rol oynayır. 

qtisadi ədəbiyyatda maya dəyəri termini orta istehsal xərcləri kimi də adlandırılır. 

Maya  dəyərini,  yaxud  orta  istehsal  xərclərini  sabit  və  dəyişən  xərclər  üçün  də 

müəyyənləşdirmək mümkündür. 

Orta  sabit  xərcləri  və  orta  dəyişən  xərcləri  hesablamaq  üçün  ümumi  sabit  və 

ümumi dəyişən xərclər istehsal olunmuş məhsulun həcminə bölünür. 

Deməli  orta  sabit  xərclər  istehsalın  həcmi  artdıqca  aşağı  düşür,  orta  dəyişən 

xərclər isə ilk baxışdan məhsulun həcminin artımı nəticəsində məhsul vahidinə görə 



 

 

46 



azalsa da məhsuldarlığın artımına yönəldilən xərclər hesabına yüksəlir. 

stehsal xərcləri ilə mənfəət arasında qeyd olunan mütənasibliyin gözlənilməsində 

ə

sas göstəricilərdən biri kimi son hədd xərcləri iqtisadi məfhumundan istifadə edilir. 



Son  hədd  xərcləri  dedikdə  məhsul  istehsalının  artımı  ilə  əlaqədar  formalaşan 

ümumi istehsal xərclərinin yüksəlməsi səviyyəsi başa düşülür. Daha dəqiq desək, son 

hədd  xərcləri  məhsul  istehsalının  artmasına  yönəldilmiş  xərclərlə  əvvəlki  istehsal 

xərclərinin fərqinin bu zaman əldə olunan  məhsulla əvvəl istehsal olunan  məhsulun 

həcmi arasındakı fərqə nisbəti ilə müəyyənləşdirilir. 

Son hədd xərclərinin hesablanmasının  mənfəətlə bağlılığı onunla izah olunur ki, 

yaranmış fərq bazar qiyməti ilə müqayisəli təhlil edilir. Bu araşdırma qiymətlərin və 

xərclərin,  deməli  mənfəətin  səviyyəsi  baxımından  müqayisəli  şəkildə  əlverişli 

variantı,  daha  səmərəli  istehsal  sahəsini,  yaxud  məhsul  istehsalını  əvvəlcədən  proq-

nozlaşdırmağa şərait yaradır. 

Birinci  hal,  yəni  xərclərin  artım  səviyyəsinin  məhsul  istehsalının  artımı  ilə 

nəticələnməməsi  və  ya  istehsalın  aşağı  düşməsi  torpağın  keyfiyyəti  ilə  əlaqədardır. 

Belə  ki,  bir  neçə  istehsal  dövründə  eyni  sahəyə  (növbəli  əkin  tətbiq  etmədən,  bəzi 

hallarda növbəli əkin olsa belə) müxtəlif gübrələrin verilməsi torpağın istehsala zəruri 

olan xassələrinin aşağı düşməsinə və itməsinə gətirib çıxarır. 

kinci  halda  xərclər o  səviyyədə  artır  ki,  istehsalın  artımından  daşınmağa  lüzum 

qalmır,  yəni  xərclər  bazar  qiymətlərinin  səviyyəsini  ötür.  Hər  iki  halın  baş  verməsi 

son hədd xərclərinin hesablanmasını kölgədə qoyur. 

Qeyd olunanların nəzərə alınması isə ona gətirib çıxarır ki, istehsalçı əvvəlcədən 

xərclərini bazar qiymətlərinin səviyyəsi ilə istehsalın artımını mənfəətin səviyyəsi ilə 

ə

laqələndirə və qiymətləndirə bilər. 



Göründüyü kimi istehsal xərcləri nəticə etibarı ilə mənfəətə birbaşa təsir göstərir. 

Çünki mənfəət satışdan əldə olunan pul vəsaiti ilə əmtəə istehsalı və satışı xərclərinin 

fərqi kimi hesablanır. 



 

 

47 



Mənfəətin  yüksəldilməsi  məlumdur  ki,  hər  bir  istehsalçının  başlıca  məqsədidir. 

Mənfəətin yüksəldilməsinin müxtəlif istiqamətləri mövcuddur. 

lk  növbədə  məhsul  istehsalının  artırılmasına  təsir  edən  və  az  xərc  tələb  olunan 

tədbirlərə  üstünlük  verilməsi  vacibdir.  Qiymətlərin  səviyyəsi  ilə  xərclər  arasında 

səmərəli  nisbətin  gözlənilməsi  üçün  yüksək  keyfiyyətli  əmtəə  istehsalı  diqqət 

mərkəzində olmalıdır. Bu zaman bazarın tələbinə uyğun məhsul istehsalına üstünlük 

verilməsi, çevik şəkildə istehsalda struktur dəyişikliklərinin bazara uyğunlaşdırılması 

istehsalçının  əsas  vəzifələrindən  olmalıdır.  Deməli  tələb  və  təklifin    tarazlığı  

mənfəətə də öz təsirini göstərə bilir. 

Mənfəətin  artırılmasının  digər  mühüm  istiqaməti  istehsalçının  təkcə  keyfiyyət 

baxımından  deyil,  eyni  zamanda  digər  əlamətlərə  görə  yüksək  rəqabət  qabiliyyətli 

ə

mtəə  istehsalına  nail  olması  ilə  bağlıdır.  Bu  onunla  xarakterizə  olunur  ki,  bir 



tərəfdən eyni məhsulun çoxsaylı satıcısı olan aqrar bazarda güclü rəqabət mühiti for-

malaşır, digər tərəfdən müəyyən inhisarçı qruplarının mövqeyi ilə mübarizə aparmaq, 

idxal  məhsulları  ilə  rəqabətə  girmək  kimi  mühüm  məsələlərin  öhdəsindən  gəlmək 

problemi yaranır. 

Mənfəətin  artırılmasında  istehsalçı  üçün  əsas  şərtlərdən  biri  də  səmərəli  istehsal 

sahələrini  müəyyənləşdirə  bilmək  bacarığı  ilə  bağlıdır.  Bunun  üçün  istifadə  olunan 

göstərici mənfəət həddidir. 

Mənfəət  həddi  (iqtisadi  ədəbiyyatda  bu  göstərici  gəlir  həddi  kimi  də  işlədilir) 

satışdan əldə olunan pul gəlirinin artımının məhsulun həcminin artımına nisbəti kimi 

müəyyən olunur. 

Digər  istiqamətlərlə  yanaşı  mənfəət  həddinin  hesablanması  da  mənfəətin 

artırılması üçün daha səmərəli tədbirlər hazırlamağa imkan verə bilir. 

Bazar  iqtisadiyyatı  şəraitində  müəssisələrin  fəaliyyətinin  başlıca  göstəricisi 

fəaliyyətdir.  Rentabelli  olmayan,  başqa  sözlə    ziyanla  işləyən  müəssisələr  sadəcə 

olaraq  səhnədən  gedirlər.  Lakin  təhlil  zamanı  məsələnin  həllinin  sadəliyi    ancaq 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə