Microsoft Word lviyy lsahib q z m mm dovan n docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix27.03.2018
ölçüsü0,58 Mb.
#35187
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

 

 

51 



       Xərclərin  proses-istinad  qaydasına  əsasən  idarəsi  maraqlı  konsepsiyadır.  Bu 

zaman  sistemdən  keçmiş  xərclərin  uçotunun  həddindən  artıq  ümumiləşdirilmiş 

sistemdə  yol  verilən  çatışmazlıqları  aradan  qaldırılmaq  üçün  istifadəsi  mümkündür.       

Ümumiyyətlə  xərclərin  idarə  olunmasında  veriləcək  qərarların  qəbulunda  qarşıya 

qoyulan  mərkəzi  sual,  və  ya  əsas  sual  kimi  resurların  böyüklüyü,  istifadə  olunan 

metodların  effektivliyi  və  əldə  olunmuş  nəticələrin  səviyyəsi  hesab  olunur.  

Funksional  metodu  ənənəvi  metoddan  fərqləndirən  ünsürlərdən  biri  də  məhsullar 

resurları  deyil,  fəaliyyət  sahələrini  tələb  edirlər.  Məhz  bu  fəaliyyət  növləri  zamanı 

resurlar  mənimsənilir,  təbii ki, bu  resursların  əldə  olunması və  istifadəsi də  xərcləri 

yaradır.  Ənənəvi  metodda  isə  əksinə  olaraq  əsas  ünsür  birbaşa  resurslar  hesab 

olunurdu. Fəaliyyət sahəsi üzrə isə ümumi anlayışla kifayətlənilirdi. 

       Funksional metodda istifadə olunan göstəricilər "xərclər daşıyıcısı" (cost drivers) 

adlandırılır.  Onlar  özlüyündə  istifadədə  olan  resurların  həcmini  ölçən  "resurs 

daşıyıcılarını"  (resource  drivers)  və  "fəaliyyət  növü  daşıyıcılarını"  (activity  drivers) 

cəmləşdirib. Xərc daşıyıcılarının sayı situasiyadan asılı olaraq dəyişir.  Hər bir xərc 

daşıyıcısı  məhsulun  xüsusi  bir  tərkib  hissəsini    müəyyənləşdirir.  Bu  tərkib 

hissələrinin öyrənilməsi prosesi əsasında çox baha başa gələn bir proses də ola bilər. 

Təbii ki, prosesə sərf olunan məbləğlə onun sonunda alınan informasiyanın dəqiqliyi 

arasında sıx əlaqə mövcuddur. 

       Bir çox müəssisələrdə ABC sisteminin tətbiq olunması özünü məhsul istehsalına 

çəkilən  xərclərin  müəyyənləşdirilməsinə  daha  düzgün  yanaşma  ilə  fərqlənir.  ABC 

sistemi  ilk  öncə  bazar  seqmentlərini,  sifarişçilərlə  qarşılıqlı  əlaqələri,  həmçinin 

müxtəlif  təsirlərin  modelləşdirilməsini  əsas  götürür.  ABC  sistemində  həm  maliyyə, 

həm  də  qeyri-maliyyə  məlumatlarından    ölçü  vasitəsi  qismində  bir  çox  keyfiyyətin 

qlobal  idarə  olunması  sistemlərindən  istifadə  edən  müəssisələr  tərəfindən  istifadə 

edir. Ümumiyyətlə bu sistem ölçü vasitəsi və ölçü məqsədləri üçün tətbiq olunur. Bu 

sistem müəssələrin inteqrasiya olunan məlumatlarını təcəssüm etdirir. 

       Xərclərin  idarə  olunması  sahəsində  əsas  tətqiq  edilən  məsələ  biznesin  müxtəlif 

sahələrinə  yönəldilən  resursların  kəmiyyəti,  onlardan  istifadə  olunmasının  daha 



 

 

52 



effektiv  üsulları  və  qazanılmış  nəticələrin  sonradan  qiymətləndirilməsi  haqqında 

qərarların  qəbulu  meyarları  hesab  olunur.  Xərclərin  uçotunun  ənənəvi  sistemlərinin 

ə

ksər hissəsi əldə olunan resurslara istiqamətləndirilir. Xərclərin uçotunun funksional 



metoduna  görə  isə  resurslardan  istifadə  olunmasının  təhlili  mahiyyət  etibarı  ilə 

fəaliyyətin  və  proseslərin  yerinə  yetirilmiş  növlərinin  dərk  olunması  kimi  başa 

düşülməlidir.  

       Funksional  metod  məntiqi  cəhətdən  sübüt  edir  ki,  məhsullar  resursları  deyil, 

fəaliyyət  növlərini  istehlak  edir.  Fəaliyyət  prosesində  resurslar  istehlak  olunur, 

onların  əldə  olunması  və  istifadəsi  müvafiq  surətdə  xərcləri  yaradır.  Başqa  sözlə 

desək  funksional  metodun  tətbiqi  zamanı  xərclər  əvvəlcə  fəaliyyət  növlərinə  aid 

olunur,  daha  sonra  isə  fəaliyyətin  həmin  növlərinə  tələb  və  təklifə  əsasən  istehsal 

prosesi  ərzində  məhsullar  arasında  yenidən  bölüşdürülür.  Məhsullara  aid  olunmuş 

xərclər,  məhsulların  istehsal  və  satışı  məqsədilə  tələb  olunan  fəaliyyət  növləri  üzrə 

xərclərin ümumi məbləğidir. 

       Xərclərin  uçotunun  istənilən  sistemində  ən  mühüm  sayılan  məqam,  onların 

köməyi  vasitəsilə  xərclərin  dinamikasını  modelləşdirməkdən  ibarətdir.  Model  real 

vəziyyətə  nə  qədər  yaxındırsa,  o  daha  çox  fayda  gətirmək  imkanına  malikdir. 

Funksional  metoddan  istifadə  zamanı  bir  çox  hallarda  xərclərin  dinamikasının 

ə

nənəvi konsepsiyasına xüsusi olaraq əhəmiyyət verilmir. Funksional metoda uyğun 



olaraq  xərclər  uzunmüddətli  perspektivlilik  mövqeyindən  nəzərdən  keçirilir.  Bu 

zaman sözü gedən bütün xərclər dəyişilməyə doğru meyl edir.  

        Təcrübədə bəzi xərclər fəaliyyətin istehlak olunmuş növlərinə uyğun olaraq xətti 

qaydada dəyişikliyə uğramır. Adətən bu növ xərclərdə olan dəyişikliklər pilləli hesab 

olunur. 

       Funksional  metod  özündə  bir  neçə  istiqaməti  birləşdirmişdir.  Bunlar 

aşağıdakılardır: 

  Resurslar - istehsal amilləri; 

  Fəaliyyət növləri və fəaliyyət növləri üzrə xərclərin qrupları; 

  Resurs daşıyıcıları - birinci mərhələdə xərc daşıyıcıları; 




 

 

53 



  Xərclərin aid olunduğu obyektlər; 

  Müstəqim xərclər. 

       Bu istiqamətlərin ayrı-ayrılıqda təsnifatına diqqət yetirək.  

       Funksional  metodun  istiqamətlərindən  biri  olan  resurslar,  fəaliyyətin  hər  hansı 

bir  növünün  həyata  keçirilməsi  məqsədilə  istifadə  edilən  bütün  istehsalat  amillərini 

özündə birləşdirir.  stehsal müəssisələrindəki tipik resurslara diqqət yetirsək, binalar, 

istehsalat avadanlıqları, kompüter sistemləri, nəqliyyat, həmçinin də insan resurslarını 

misal göstərmək olar. Müəssisənin əldə etdiyi resurslar xərc ünsürləri formasında əsk 

etdirilir.  Zəruri  resurslar  müəssisədə  baş  verən  hər  bir  fəaliyyət  növü  çərçivəsində 

ə

məliyyatların miqdarından asılı olaraq müəyyənləşdirilir. Misal üçün, hər hansı bir 



sifarişin yerinə yetirilməsi məqsədilə əməkdaşlar, ofis mebeli, fərdi kompüterlər və s. 

resurslar tələb  olunur.  Fəaliyyətin bu sferasındakı xərclərə əməkhaqqı, amortizasiya 

və s. xərclər aid olunur. 

       Resurslara  çəkilmiş  xərclərin  faəliyyət  növlərinə  aid  edilməsi  bir  sıra  nüansları 

nəzərdə tutmuşdur.  zlənilən xərclər (trackable costs) istehsal amilləri ilə fəaliyyətin 

konkret  növləri  arasında  səbəb-nəticə  əlaqələrini  mümkün  edir.  Nə  zaman  ki, 

resursların  hər  hansı  bir  növü  fəaliyyətin  yalnız  bir  növünü  təmin  etmək  məqsədilə 

nəzərdə  tutulmuşdur,  o  zaman  resurslara  çəkilən  xərcləri  fəaliyyətin  həmin  növünə 

aid  etmək  heç  bir  çətinlik  yaratmır.  Misal  üçün,  materialların  alınması  üzrə 

sifarişlərin  rəsmiyyətə  salınması  ilə  məşğul  əməkdaşın  əməkhaqqını  tam  məbləğdə 

fəaliyyətin  "material  alınması"  növünə  aid  etmək  lazımdır.  Lakin  istehsal  amili 

fəaliyyətin  bir  neçə  növünün  həyata  keçirilməsi  məqsədilə  tələb  olunan  zaman,  bu 

formada  resurslardan  istifadə  onlar  arasında  bölüşdürülməlidir.  Bu  cür  resurs 

bölüşdürülməsinə qərb ədəbiyyatlarında "allocated resources" adı verilmişdir. 

       Resurslara  çəkilən  xərcləri  fəaliyyət  növləri  arasında  bölüşdürmək  məqsədi  ilə 

birinci mərhələrə xərclərin daşıyıcılarından, digər sözlə desək resurs daşıyıcılarından 

istifadə olunur. Bu zaman xərc qrupları fəaliyyət növləri əsasında formalaşır. Resurs 

daşıyıcıları  özlüyündə  resurs  xərcləri  ilə  faəliyyət  növləri  üzrə    xərc  qrupları 

arasındakı səbəb-nəticə əlaqələrini müəyyən edir. 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə